Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə31/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   27   28   29   30   31   32   33   34   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
95
Yuxarıda qeyd etdiyimiz kimi, biz Tlepşlə (Telepinu kimi) 
həm də hettlərin Allahlar panteonunda rastlaşırıq və, heç şübhəsiz 
ki, bu tamamilə fərqli bir mövzunun söhbətidir. Bununla belə əgər 
tədqiqatçılar nartların yaranmasını olduqca əski dövrlərlə – mat-
riarxatla, Qafqaz xalqlarının etnik tərkibinə sak-sarmat – massaget 
tayfalarının köçüb gəlib məskunlaşması ilə bağlayırsa, deməli, mü-
asir Anadolu, Suriya ərazilərində yaşamış hettlərin eposun hansı 
hissəsinəsə təsirindən, yaxud dastanın müxtəlif məqamlarının onlar-
dan qaynaq almasından da danışmaq olar. 
Bütün xalqların nart qəhrəmanları üçün nağıl süjeti geniş yer 
tutur. Məsələn, qəhrəman bir şallaq dəyməklə itə, ya eşşəyə çevrilir. 
«Nart» dastanlarına malik bütün xalqların hətta nartlarla bağlı lətifə-
ləri də mövcuddur və s. 
Sosuruk siklindəki «Eməgənin mədəsi» dastanında bir neçə 
süjetlər mövcuddur ki, onlar yalnız malkar-qaraçay eposu üçün xa-
rakterikdir. Məsələn, Sosuruk və adamyeyən hörümçəklər das-
tanında Sosuruk insanları yeyən iri hörümçəklərdən nartların xilas-
edicisi kimi çıxış edir. Sosuruk «Üç nart və üç eməgən» dastanında 
məhz çoxbaşlı emegənlərin məhvedicisi kimi diqqəti cəlb edir.  
Malkar-qaraçay eposunda Raçıkan silkində (osetinlərdə Bed-
zenrqin oğlu Araxsau, adıqlarda Pşi Badınoko, abxazlarda Narcxeu) 
bir neçə nart nəğmələri və dastanları vardır. Malkar-qaraçay epo-
sunda Raçıkan nəhəng nart kimi təsvir ounmaqla, nart çaylarını qu-
rudan yeddibaşlı emegənlə mübarizə aparır və qalib gəlir (bax: 
«Nart Raçıkan»), nart Raçıkan bir dəfəyə dörd kisə undan bişirilmiş 
çörəyi yeyir, qırx igidin güclə qaldırdığı küpədəki suyu bir dəfəyə 
içir və s. Raçıkan malkar-qaraçay eposunda digər nartlardan iştaha-
lıdır. O, batırlıqda da, rəqsdə də onlardan yüksəkdə dayanır. Bu cə-
hət də malkar-qaraçay versiyasını digər versiyalardan fərqləndirir. 
Malkar-qaraçay eposunda «yerli» qəhrəmanların adı ilə bağlı 
dastanlar vardır. Gülahsırtan, Sozar, Şırdan, Nöger, Güyerdi, Bora-
batır və b. bunlara misaldır.  
Bu dastanların başlıca xüsusiyyəti  ənənəvi motivlərin türk-
monqol aləmi ilə  əlaqəsini göstərir. Malkar-qaraçay eposunda iki 


 Nizami Tağısoy 
 
96
epik  ənənənin (ümumi qafqaz və türk-monqol düşüncə  tərzinin) 
mövcudluğunu nart qəbilələrinin taleyini təsvir edən dastanlarda gö-
rə bilirik. 
Bundan başqa malkar-qaraçay eposunda elə orijinal özünə-
məxsus nəğmə və dastanlar vardır ki, onların Nartiadada digər milli 
versiyalarda paralellərinə rast gəlinmir. Onlar əsasən epikanın ar-
xaik qatlarına aid olmaqla, bu xalqların antropomorfik və dini təsəv-
vürləri ilə bağlı olub XIX əsrə qədərki dövrdə ibtidai icma forması 
ilə xristianlığın mövcud olduğunu göstərir. 
Malkar-qaraçaylar da digər türk xalqları kimi oda, suya, səma-
ya, səma cisimlərinə, heyvanlara, ağaclara, daşlara sitayiş etmişlər 
və onların təsəvvürüncə hər bir hadisə, predmet öz Tanrısına malik-
dir. Bütün bunlar nart eposunda öz müfəssəl əksini tapmışdır. 
Malkar-qaraçayların  əcdadları, məlum olduğu kimi, türk ol-
duqlarından onlar da Tanrı şərəfinə qurbanlar kəsirdilər. Qeyd edək 
ki, Qam-şaman  ənənələrinin daşıyıcıları olan Sibir türklərində bu 
cəhət, bu xüsusiyyət bu gün də saxlanılmaqdadır. Bu ayinlər yerinə 
yetirildikdə Sibir türkləri kimi, malkar-qaraçay türkləri də Tanrını 
köməyə çağırır və sanki bununla nartlar bildirmək istəyirlər ki, on-
ların damarında axan qan da Tanrı qanıdır və nartlarsa Tanrı bədəni-
nin bir hissəsidir. 
Malkar-qaraçay dastanlarında nartların emegenlərlə mübarizə-
si bir neçə süjetdən ibarətdir. Bu məqamları «Nartiada»nın malkar-
qaraçay versiyasının tanınmış tədqiqatçılarından biri T.M.Hacıyeva 
daha dürüst aydınlaşdırmışdır. O, burada: 
«Emegenləri od və suyun qoruyucuları; nartların emegenlərlə 
təsadüfən görüşməsi; nartların emegenlərlə əvvəlcədən görüş axtar-
ması; nartların yoxluğundan istifadə edən emegenlərin onların ölkə-
sinə yürüş etməsi və  qəzəblənmiş nartların öz daimi düşmənlərinə 
qalib gəlməsi»ni (12,38) qeyd edir. Bununla belə bir məqamı da 
qeyd etmək lazımdır ki, malkar-qaraçay eposunda digər milli versi-
yalardan fərqli olaraq emegenlərin zahiri görünüşü, onların yaşadığı 
yerlər, məşğuliyyətləri, əmək alətləri, emegenlərin nəhəngliyi, onla-
rın fantastik boy-buxunu, kannibalizmi və d. xüsusiyyətləri daha qa-


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
97
barıq təsvir olunur. Osetin, adıq, abxaz, vaynax versiyalarından 
fərqli olaraq emegenlərin malkar-qaraçay nart eposunda nəhəngliyi 
olduqca fərqlidir. 
Adıq xalqlarının qəhrəmanlıq eposunu dərindən araşdıran təd-
qiqatçı A.İ.Əliyeva «Nartlar»ın janr və tarixi müxtəlifliyi proble-
minə toxunarkən haqlı olaraq aşağıdakıları qeyd edir: «…nart epo-
sunun süjetləri cəm halda qəhrəmanlıq-fantastik hadisələri, epik-
fantastik şücaətlər aləmini əks etdirir. Qəhrəmanlıq-arxaklik mühiti 
eposun süjetinin özünəməxsusluğunu müəyyənləşdirməklə, nəinki 
nartların mifoloji nəhənglərlə, yaxud özgə yerlərdən gələnlərlə zid-
diyyətlərini, həm də tayfadaxili çəkişmələri göstərir. Ümumiyyətlə, 
nart eposunun süjetikasının xarakteri qəhrəmanların tipologiyasına 
cavab verir. Qədim süjetlərə daxil olmuş sosial kolliziya elementləri 
buraya açıq-aydın şəkildə sonradan gəldiyini sübut edir»(2,240).  
Beləliklə, qeyd etdiklərimiz bir daha təsdiq edir ki, «Nartia-
da»nın malkar-qaraçay versiyası özünəxas yetkin kompozisiya – 
məzmun xüsusiyyətlərinə  məxsus olmaqla, bir tərəfdən, sırf türk-
monqol atributları ilə zəngindirsə, digər tərəfdən, bu dastan Şimali 
Qafqaz arealında formalaşdığından, həm də nartların osetin, adıq, 
abxaz, vaynax və digər versiyaları ilə oxşarlıqlara, yaxınlıqlara və 
eyniliklərə malikdir. Bu yaxınlıqların, ayrılıqların müxtəlif tərəfləri-
ni dərindən öyrənmək isə folklorşünasların qarşısında duran prob-
lemlərdəndir. Təəssüf ki, yuxarıda qeyd etdiyimiz kimi, Azərbay-
canda malkar-qaraçay mədəniyyəti və  ədəbiyyatı haqqında təsəv-
vürlər olduqca zəif olduğu kimi, malkar-qaraçay eposu, şifahi xalq 
ədəbiyyatı haqqında məlumatlar da yox dərəcəsindədir. Folklorşü-
nas və tədqiqatçılarımızın bu sahəyə diqqət yönəltməsi, türk xalqla-
rından özünəməxsus mədəni-mənəvi dəyərlər daşıyıcısı malkar-qa-
raçayların folklorunun və ədəbiyyatının öyrənilməsini daha da aktu-
allaşdırır. Bu əlaqələrin inkişaf etdirilib genişləndirilməsi haqqında 
2007-ci ildə Azərbaycanın paytaxtı Bakıda düzənlənən dünya türk-
lərinin XI İşbirliyi qurultayında xüsusi olaraq danışılmışdır.  
 
 
 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə