Ətraf müHİTİn monitoriNQİ



Yüklə 164,68 Kb.
səhifə25/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   21   22   23   24   25   26   27   28   ...   38
ƏMM.müh.

Sorbsiya prosesi - bəzi maddələrin (bentonit gil, aktivləşdirilmiş kömür, seolitlər, silikagel, torf və b.) tərəfindən çirkləndiricilərin udma qabiliyyəti .deməkdir. Adsorbsiya üsulunu çirkab sulardakı həll olmuş üzvi maddələri xaric etmək üçün tətbiq edirlər. Bu üsulun üstünlüyü odur ki, çirkab suların yüksək effektli təmizlənməsi əldə olunur, bir neçə çirkləndirici maddələrin eyni zamanda xaric etmək və bu maddələri rekuperasiya etmək mümkündür. Adsorbsiyalı təmizlənmə həm regenerativ, yəni adsorbentdən udulmuş maddə alınır və utilizasiya olunur, həm də destruktiv, yəni çirkab sulardan xaric edilmiş maddələr adsorbentlə birgə məhv edilir. Ən universal adsorbent aktivləşdirilmiş kömürdür və bunlar müəyyən xassələrə malik olmalıdır - su molekulları ilə zəif üzvi birləşmələr isə yaxşı qarşılıqlı təsirdə olmalıdır.
Flotasiya üsulunun mahiyyəti odur ki, çirkab sulardan hava qabarcıqları buraxıldıqda onlar su həcmində yuxarı qalxdıqca özləri ilə səthi aktiv maddələri, neft, yağ və digər çirkləndiriciləri suyun üzünə apararaq köpük qatı yaradır ki, bunu da çox asanlıqla suyun səthindən xaric etmək olur. Flotasiya üsulunun müsbət cəhəti odur ki, proses fasiləsizdir, geniş diapozonda tətbiq oluna bilər, kapital və istismar xərcləri azdır, avadanlığı sadədir və i.a.
İon mübadiləli təmizlənmənin mahiyyəti ondan ibarətdir ki, məhlul bərk faza ilə qarşılıqlı təsirdə olaraq ionlar mübadilə olunur. Bərk faza ionitlər adlanır. Onlar suda praktiki olaraq həll olmurlar.
Elektrolit məhlulundan müsbət ionları mübadilə etmək qabliyyətinə malik ionitlər kationit, mənfı ionları mübadilə edənlər isə - anionitlər adlanır. Birincilər turşu, ikincilər isə qələvi xassəlidirlər. Əgər ionitlər həm kation, həm də anionları mübadilə edirsə, bunlar amfoter ionitlər adlanırlar.
İonitlər mübadilə həcmi adlanan kəmiyyətlə xarakterizə olunur və tam, statik və dinamik mübadilə həcmi olaraq üç yerə bölünür. İonitlər qeyri üzvi (mineral) və üzvi mənşəli olurlar. Bundan başqa təbii və süni yolla alınmış ionitlər ola bilir. Qeyri üzvi təbii ionitlərə seolitlər, gilli minerallar, çöl şpatı və d., üzvi sintetik ionitlərə isə silikaqel, permubit, çətin həll olan metal oksidləri və hidrooksidləri aiddir. Üzvi təbii ionitlər, torpaq və kömürün qumin turşularıdır.
Sellüloz-kağız, neft emalı, yeyinti müəssisələrinin kommunal-məişət çirkab sularının təmizlənməsi üçün geniş miqyasda bioloji təmizlənmə üsulu tətbiq olunur. Bu üsul mikroorqanizmlərin inkişafı üçün qida kimi çirkab suda olan üzvi və qeyri üzvi maddələrdən istifadəsinə əsaslanıb. Üzvi maddələr mikroorqanizmlər üçün karbon mənbəyidir. Üzvi maddələrlə mikroorqanizmlər kontakta girərək onları qismən dağıdır və su, karbon qazı, nitrit və sulfat ionlarına çevirir. Maddənin digər hissəsi biokütlənin yaranmasına sərf olunur. Üzvi maddələrin dağıdılması biokimyəvi oksidləşmə adlanır. Bəzi üzvi maddələr çox tez oksidləşir, digərləri isə ya heç oksidləşmir, ya da çox yavaş sürətlə oksidləşir.
Çirkab suların biokimyəvi təmizlənməsinin aerob və anaerob üsulları mövcuddur. Aerob üsul mikroorqanizmlərin aerob qruplarının istifadəsinə əsaslanıb. Bunlarm həyat fəaliyyəti üçün oksigen axını və temperatur 20-40°C olmalıdır. Oksigen və temperatur rejiminin dəyişməsi ilə mikroorqanizmlərin sayı dəyişir. Aerob təmizlənmə zamanı mikroorqanizmlər aktiv lildə yayılır. Biokimyəvi təmizlənmənin anaerob üsulları oksigensiz mühitdə aparılır. Bu üsulları adətən çöküntünün zərərsizləşdirilməsi üçün tətbiq edirlər.
Biokimyəvi təmizlənmə təbii (suvarma sahələri, fıltrləyici sahələr, bioloji nohurlar və i.a.) və suni (aerotenk, metantenk, biofıltrlər və i.a.) üsullardan ibarətdir.
Çirkab sular şəffaflaşdırıldıqdan sonra çöküntü əmələ gəlir. Bu çöküntü dəmir-beton (metantenklərdə) rezervuarlarda qıcqırdılır və qurudulmaq üçün lil sahələrinə göndərilir.
Qurudulmuş çöküntü adətən gübrə kimi istifadə olunur. Bəzən quru çöküntünün tərkibində ağır metallar olduğundan onun bu cür utilizasiyası neqativ nəticələrə gətirə bilər.
Çirkab suların şəffaflaşmış hissəsi bağlı rezervuarlar olan aerotenklərdə təmizlənir. Aerotenk çirkab su ilə birlikdə mütləq oksigen və aktiv lil verilir. Çirkab sular ikinci dəfə çökdürüldükdən sonra xlor birləşmələri və ya digər qüvvətli oksidləşdiricilərlə zərərsizləşdirilir. Bu zaman patogen bakteriyalar, viruslar, xəstəlik törədici mikroorqanizmlər məhv olur.
Çirkab suların təmizlənməsi sistemində bioloji üsul sonuncu mərhələdir və bundan sonra çirkab su ya dövrü su təchizatmda istifadə oluna, ya da səthi su hövzələrinə atıla bilər.
Son illərdə çirkab sularm təmizlənməsi üçün yeni effektiv üsullar işlənilir. Bunlar aşağıdakılardır:
- elektrokimyəvi üsullar - anodlu oksidləşmə və katodlu reduksiya prosesinə əsaslanıb, elektrokoaqulyasiya, elektroflotasiya;
- membranlı təmizlənmə prosesləri (ultrafıltrlər, elektrodializ və i.a.); maqnitli emal (asılqan hissəciklərin flotasiyasını yaxşılaşdırmağa imkan verir);
- suyun radiasiyalı təmizlənməsi (çirkləndirici maddələri sürətli oksidləşməyə, koaqulyasiya və parçalanmağa vadar edir);
- ozonlaşdırma, bu zaman çirkab sularda təbii biokimyəvi proseslərə mənfı təsir göstərən maddələr yaranmır;
- çirkab sulardan faydalı komponentlərin seçilərək ayrılması üçün yeni selektiv tipli sorbentlərin tətbiqi.



Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə