Excel pəncərəsinin ümumi görünüşü


Microsoft Excelin kitab və işçi vərəqləri



Yüklə 115 Kb.
səhifə2/13
tarix11.12.2023
ölçüsü115 Kb.
#144178
1   2   3   4   5   6   7   8   9   ...   13
EXCEL

Microsoft Excelin kitab və işçi vərəqləri.


Excel sənədləri kitablar adlanır. Hər bir kitab müvafiq işçi vərəqlərindən ibarətdir, bir qayda olaraq bu vərəqlər əlaqəli məntiqi informasiyadan ibarət olur. Mauzun göstəricisini Standart (Standard) menyusuna yaxınlaşdırın və Yeni (New) əmrini seçin. Beləliklə siz yeni kitab yaratmış olacaqsız.
Yeni işçi vərəqi əlavə etmək üçün mauzun göstəricisini vərəqin sərhəddinə gətirin və mauzun sağ düyməsindən kontekst menyunu açın. Açılmış menyu pəncərəsindən Yerləşdirmək (Insert) əmrini seçin. Yerləşdirilmiş işçi vərəqinin Adı dəyişmək (Rename) əmrinin köməkliyi ilə dəyişdirilə bilər. Məsələn, əmrini çağırın və vərəqə «Hesabat» adını daxil edin.
Yeni işçi vərəqi əlavə etmək üçün Yerləşdirmək (Insert) menyusundan da istifadə etmək olar. Yerləşdirmək (Insert) menyusunu açın və İşçi vərəqi (Worksheet) əmrini seçin. Hər bir vərəq 65536 sətr və 256 sütundan ibarətdir.
Şablonlar Excel sənədlərinin əsasını təşkil edir. Sizin ixtiyarınıza xeyli şablon verilmişdir, belə ki, siz bu şablonların əsasında Excel sənədlərini yarada bilərsiniz. Lakin şəxsi istək əsasında xüsusi sənədlər də yaradıla bilər. Fayl menyusunda Yeni (New) əmrini seçin. Açılmış pəncərədən siz iş üçün istənilən şablon seçə bilərsininz.

Sətr və sütunlar.


Hər bir Excel sətri sol kənardan sıralanır. Sətrin bütövlüklə qeyd edilməsi üçün sıra nömrəsinin üzərində mauzu basın. Adətən sətirlər müəyyən hündürlüyə malikdir. Əgər istəsəniz sətirlərin hündürlüyünü dəyişə bilərsininz. Bunun üçün Format menyusunda Sətr (Row) altmenyusunu və daha sonra hündürlük (Height) əmrini seçin. Yaranmış dialoq pəncərəsində «25» daxil edin. Gördüyünüz kimi sətrlərin hündürlüyü dəyişdi.
Bütün sətrlərin hündürlüyünü dəyişmək üçün sol küncdə yuxarıda yerləşən Hamısını qeyd et (Select All) düyməsini basaraq bütün sətirləri qeyd edin. Sonra mauzun sağ düyməsini hər hansı bir xanada basın və açılmış kontekst menyudan Sətrin hündürlüyü (Row Height) əmrini seçin. Yaranmış dialoq pəncərəsində «15» daxil edin.
Mauzun göstəricisini sətrlər arası sərhəddə gətirib mauzun düyməsini sıxmaqla sətrin hündürlüyünü əllə də dəyişmək olar. Format menyusunda Sətr (Row) və sonra Gizlətmək (Hide) əmrini seçin. Bu üsulla qeyd edilmiş sətrləri gizlətmək olar.
Excel sütunları vərəqin yuxarı hissəsində 1 və ya 2 hərflə qeyd edilib. 1-dən 26-ya qədər sütunlar A-dan Z-ə qədər hərflərlə növbəti 26 sütun AA və AZ və s. ardıcıllığı şəklində göstərilmişdir. Sütunun bütövlüklə qeyd edilməsi üçün sütunun adında mauzu basın. Adətən sütunlar müəyyən enə malik olur. Sütunun adını qeyd edərək bütün sütunu seçin, mauzun göstəricisini Format menyusuna yaxınlaşdırın və Sütun (Column) altmenyusundan En (Width) seçin. Yaranmış dialoq pəncərəsində «15» daxil edin. Sonunda seçilmiş sütunun eni dəyişir.
Bütün sütunların enini dəyişmək üçün sol küncdə yuxarıda yerləşən Hamısını qeyd et (Select All) düyməsini basın və kontekst menyudan Sütunun eni (Column width) əmrini seçib, sonra «10» daxil edin.

Yüklə 115 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə