29
Ekspertlər komissiyaların əsasnamələrində və fəaliyyətində müəyyən çatışmazlıqların mövcud
olduğunu qeyd etdilər. Həmin çatışmazlıqlar müxtəlif məsələləri əhatə edir. Məsələn, əsasnaməyə
uyğun olaraq, komissiya bir ƏU-ı müayinə etməyə 15-20 dəqiqə sərf etməli və əvvəlki diaqnozu ya
təsdiq, ya da təkzib etməlidir. Lakin beynəlxalq təsnifata görə keyfiyyətli qiymətləndirmə üçün bu
qısa vaxt kifayət deyil. Digər əsas zəif cəhət ondan ibarətdir ki, hazırda ölkədə tətbiq edilən əqli
əlillik dərəcələrinin təsnifatı Sovet dövründən miras qalmışdır və komissiyanın istifadə edə bildiyi
yeganə təlimatdır. Ekspertlər hesab edirlər ki, bu təsnifat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)
tələblərinə cavab vermir və inkluziv təhsil qaydalarına ziddir.
Komissiya üzvlərinin əlavə məvacib ala bilməsi (öz məvaciblərinin 50%-i qədər) əsasnamədə öz
əksini tapsa da, təcrübədə yalnız komissiya sədrləri həmin məbləği alırlar. Bu da komissiya
üzvlərinin öz işinə məsuliyyətlə yanaşmasına mənfi təsir göstərir. Bundan əlavə, rayonlarda
komissiyaların işinə nəzarətin zəif olması da buna şərait yaradır.
3.7. Qanunvericilik
Azərbaycan Respublikası da BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına qoşulduğuna görə
ƏU-ın hüquqlarını daha yaxşı müdafiə etmək üçün qanunvericilikdə müvafiq dəyişikliklər etməyi
öhdəsinə götürmüşdür. Aydındır ki, belə uşaqların bir çox problem və çətinlikləri vardır. Mövcud
çətinlikləri aradan qaldırmaq üçün kompleks yanaşmalar lazımdır. Onu da qeyd etmək lazımdır ki,
ƏU-ın təhsilə cəlb edilməsi mühüm məsələlərdən biridir. Hazırda Azərbaycanda bir çox beynəlxalq
və qeyri-hökumət təşkilatları əlilliyi olan uşaqların təhsili sistemində islahat aparmağı tövsiyə
edirlər. Islahatların aparılması üçün isə öncə mövcud qanunvericilik təhlil edilməlidir.
Hesabatda bu bölmənin əsasını həm milli qanunların müddəalarının, həm də müvafiq beynəlxalq
sənədlərin (UHK, ƏŞHK və Salamanka Bəyannaməsi) müqayisəli təhlili təşkil edir. Eyni zamanda
uşaq hüquqları, təşkilati tədbirlərin, təhsil almaq imkanlarının, pedaqoji və peşəkar heyətin
ixtisasartırma və yenidən hazırlanmasının, əlavə yardım xidmətlərinin və ictimai baxışların
müqayisəli təhlili aparılmışdır.
3.7.1. Uşaq Hüquqları
Bərabərliyin təmin edilməsi, ayrıseçkiliyin aradan qaldırılması və bərabər imkanların yaradılması
qaydaları bir çox sahədə dövlət strategiyasının əsasını təşkil edə bilər. Uşaqlar haqqında milli
qanunvericiliyi tərtib edərkən rəhbər qaydaların toplusundan ibarət olan UHK mütləq istifadə
edilməlidir. Azərbaycan 1992-ci ildə bu beynəlxalq sənədi imzalamış və təsdiq etmiş, bu və digər
müvafiq sənədlər əsasında Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında qanunu tərtib
edilmişdir
37
(bundan sonra bu sənəddə Milli qanun adlandırılacaqdır). Bütövlükdə UHK və milli
qanunlar, o cümlədən ƏU-ın hüquqları ilə bağlı müddəalar uyğunlaşdırılmalıdır
UHK-na qoşulan dövlət “uşağın və ya onun valideyninin və ya qanuni qəyyumunun irqindən,
cinsindən, dilindən, dinindən, siyasi və ya digər fikirlərindən, milli, etnik və ya sosial mənşəyindən,
əmlakından, əlilliyindən və digər statusundan asılı olmayaraq, ayrı-seçkiliyin heç bir növünə yol
vermədən, hər bir uşağın hüquqlarına hörmətlə yanaşmalı və həmin hüquqları təmin etməlidir.
ƏŞHK-nda da bu müddəa təkrar olunur, belə ki, əlillik əsasında hər hansı ayrı-seçkiliyə yol vermək
qadağan olunur və əlil şəxslərin istənilən dəlil əsasında ayrı-seçkiliyə məruz qalmaqdan hüquqi
üsullarla, bərabər və səmərəli şəkildə müdafiə olunmalarının təmin edilməsi bu konvensiyaya
qoşulan ölkələrin qarşısına öhdəlik kimi qoyulur.
Milli qanun bütün uşaqların bərabər hüquqlara malik olduqlarını təsdiq edir. Onu da qeyd etmək
lazımdır ki, milli qanunda təsbit olunan uşaq hüquqları və azadlıqlarının digər hüquqi sənədlərlə
37
Azərbaycan Respublikasının Nazirlər Kabineti (18 may 1998-ci il), Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında qanunu
(Milli qanun)
30
məhdudlaşdırılmasına icazə verilmir
38
. Buna görə də, nə uşaqlar, nə də onların valideynləri və ya
qanuni qəyyumları əlilliyə görə ayrı-seçkiliyə məruz qala bilməzlər. ƏŞHK-nın giriş hissəsində və
7-ci maddəsində qeyd edildiyi kimi, “konvensiyanı imzalayan dövlətlər ƏU-ın digər uşaqlarla
yanaşı bütün insan haqlarından və əsas azadlıqlardan bərabər qaydada və tam istifadə etmələrini
təmin etmək üçün lazım olan bütün tədbirləri həyata keçirməlidirlər” və “ƏU-a aid olan bütün
tədbirləri həyata keçirərkən ilk növbədə və ən çox uşağın maraqları nəzərə alınmalıdır”. Milli
qanunvericilikdə buna ən çox bənzəyən müddəa kimi milli qanunun 11-ci maddəsini göstərmək
olar: həmin maddədə “hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və beynəlxalq dəyərlər,
humanizm və etika qaydaları əsasında tərbiyə edilmək hüququ” tanınır.
UHK-da uşağın seçim edə bilmək hüququ vardır. UHK-da bəyan edilir ki, “konvensiyanı imzalayan
dövlətlər özünə aid olan məsələlərə dair öz şəxsi fikirlərini formalaşdırmağı bacaran uşağın
fikirlərini azad şəkildə ifadə edə bilmək hüququnu təmin etməlidirlər”
39
. Bu, ƏŞHK-nın 7(3)
maddəsində də qeyd edilmişdir. Milli qanun bu qaydaya qismən uyğun gəlir, çünki o, bəyan edir ki,
“Hər bir uşaq idrak, təfəkkür və nitq azadlığına malikdir. Valideynlər, digər şəxslər və dövlət
orqanları uşağın idrak, təfəkkür və nitq azadlığına hörmətlə yanaşmalıdırlar…”
40
. Lakin bu
müddəada uşağın “ona aid olan bütün məsələlərin” həllində fikirlərinin nəzərə alınması məsələsi
dəqiqləşdirilməmişdir.
UHK-nın, ƏŞHK-nın və Milli qanunun ayrı-ayrı müddəalarında ƏU-ın tələbatları və haqları təsvir
olunur.
Milli qanunda bəyan edilir ki,:
“Əlilliyi olan uşaqlar və əqli və ya fiziki çatışmazlığa malik olan uşaqlar tibbi, psixoloji və
digər yardımlardan bəhrələnmək hüququna malikdirlər. Həmin xidmətlər dərhal, pulsuz və
imtiyazsız göstərilir. Dövlət həmin uşaqlar üçün sosial və psixoloji bərpa tədbirləri, onların
qabiliyyətlərinə uyğun gələn təhsil xidmətləri təşkil edir, habelə peşə seçməkdə və işə
düzəlməkdə onlara kömək edir. Dövlət uşaqların əlil olmasının qarşısını almaq üçün lazımi
tədbirlər görür.”
41
.
Qeyd etmək lazımdır ki, UHK-da yalnız “əqli və ya fiziki cəhətdən əlil olan uşaqlar” ifadəsi istifadə
olunur, Milli qanunda isə “əlilliyi olan uşaqlar” və “əqli və ya fiziki çatışmazlığa malik olan
uşaqlar” bir-birindən fərqləndirilirlər. Aydındır ki, Milli qanunda bu cür təsnifat beynəlxalq
terminologiyaya uyğun gəlmir. Bu məqsədlə də sağlamlıqlarında problemlər olan uşaqlar iki tipə
bölünməlidir: “sağlamlıq imkanları məhdud olan” və “əlilliyi olan uşaqlar”. UHK-da və ƏŞHK-da
bərqərar edilən əsas qaydalar Milli qanunda əks olunmamışdır. UHK-da qeyd olunur ki, “əqli və ya
fiziki cəhətdən əlil olan uşaq onun şərəfini təmin edən, onun özünə inamını artıran və onun ictimai
həyatda fəal iştirakına kömək edən şəraitdə tam və layiqli ömür sürməlidir”
42
. Əslində ƏŞHK-nın 3-
cü maddəsində bəyan edilən qaydalar hər ölkənin ƏU-a dair qanunvericiliyinin əsasını təşkil
etməlidir: şəxsi ləyaqət, müstəqillik, o cümlədən seçim etmək azadlığı, ayrı-seçkiliyə yol
verilməməsi, ictimai həyatda sərbəst iştirak, cəmiyyətə inteqrasiya, əlil şəxslərin cəmiyyətin tam
üzvü kimi qəbul edilməsi, bərabər imkanların yaradılması, rahat istifadə imkanlarının təmin
edilməsi və s. Lakin ƏU-ın təhsilinin əsasını təşkil etməli olan bu qaydalar Milli qanunda əks
olunmamışdır.
3.7.2. Strategiya və təşkilati tədbirlər
38
2-ci maddə, Milli qanun (18 may 1998-ci il)
39
12 (1) maddəsi, Uşaq hüquqları konvensiyası (1998)
40
14-cü maddə, Milli qanun (18 may 1998-ci il)
41
35-ci maddə, Milli qanun (18 may 1998-ci il)
42
23 (1) maddəsi, Uşaq hüquqları konvensiyası (1998)