25
3.6 Xidmətkər
Əlilliyi olan uşaqlar üçün xüsusi xidmətlər rahat və mənalı təhsil fəaliyyətinə imkan yaradan
mühüm amillərdən biridir. Buna görə də bu cür xidmətlərin mövcudluğu ƏU-a verilən təhsilin
keyfiyyətini qiymətləndirmək üçün istifadə olunan əsas meyarlardan biridir. Tədqiqat nəticəsində
məlum oldu ki, bu cür xidmətlərə böyük ehtiyac vardır. Sorğuda iştirak edən valideynlərin böyük
əksəriyyəti (94,6%-i) bildirdi ki, onlar özləri əlilliyi olan uşaqlarına xidmət göstərirlər.
Valideynlərin təxminən 25%-i onların uşaqlarına əlavə xidmətlərin mütəxəssislər tərəfindən
göstərilməsini qeyd etdilər. Müəllimlərin və direktorların təxminən yarısı hesab edir ki, əlilliyi olan
uşaqlar göstərilən xidmətlərdən bəhrələnə bilirlər. Sorğu zamanı aşkar olundu ki, bu cür xidmətlərin
müxtəlif cəhətləri aşağıda qeyd olunmuşdur.
Azərbaycanın hazırkı qanunvericiliyində təsbit edilmişdir ki, sağlamlıq imkanları məhdud olan
şəxslər tibbi-pedaqoji-psixoloji komissiyanın (TPPK) və Tibbi-sosial ekspert komissiyalarının
(TSEK) göstərdikləri xidmətlərdən pulsuz istifadə etmək hüququna malikdirlər. Bundan əlavə, onlar
icbari təhsil və peşə təhsili almaq, psixoloji xidmətlərdən və nitq terapiyası xidmətlərindən istifadə
etmək hüququna malikdirlər. Lakin qanunvericiliyin bu müddəalarının məzmunu qeyri-müəyyəndir
və əksər hallarda xidmətlərin növləri, habelə əlilliyi olan uşaqlara və onların ailələrinə təklif olunan
xüsusi xidmətlər həmin müddəalarda dəqiqliklə müəyyən edilmir (bu barədə daha ətraflı məlumat
hesabatın müvafiq bölməsində göstərilmişdir).
Mövcud qanunvericiliyə uyğun olaraq, TN-in tabeliyində olan, ƏU-a təhsil xidmətlərinin
göstərilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malik olan TPPK fəaliyyət göstərir.
Komissiya Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələrindən
ibarət olub, ildə bir dəfə hər bir əlil uşağı müayinə etmək və onlara mövcud təhsil xidmətlərindən
birini (ev təhsili, inteqrativ sinif, inkluziv sinif, xüsusi və ya internat məktəbi) təyin etmək üçün
Qrafik
11. Müəllimlərin xüsusi xidmətlər haqqında biliyi (%)
58.1
31.1
10
0.8
54.2
34.1
10.7
0.9
88.9
7.4
3.7
0
Psixoloq
Nitq terapevti
Fizioterapevt
Əmək gigiyenası terapevti
Cəmi
Şəhər
Kənd
Sual:
Sizin bildiyinizə görə, ƏU
-
a hansı xüsusi xidmətlər göstərilir
?
26
cavabdehdir.
32
TPPK-ın rayon şöbələri vardır, habelə paytaxt şəhərdə bir mərkəzi komissiyası
vardır.
Bakı şəhərində xüsusi məktəblərin müəllimləri ilə aparılan HQM zamanı həmin məktəblərin ƏU-a
müxtəlif növlərdə xüsusi xidmətlər göstərməsi, onların təhsil və tibb ehtiyaclarını ödəmək üçün
lazım olan avadanlıqlarla təchiz edilməsi qeyd edilmişdir. Digər məktəblərə gəldikdə isə, tədqiqat
nəticəsində məlum oldu ki, bütün məktəblər zəruri xidmətləri göstərmək imkanında deyil.
Müəllimlərin əksəriyyəti, tədris etdikləri məktəblərdə yalnız psixoloqun, bəziləri isə nitq
terapevtinin olduğunu bildirdi.
Sorğuda iştirak edən valideynlərin yalnız 25,8%-i bildirdi ki, onların əlilliyi olan uşaqlarına əlavə
xüsusi xidmətlər göstərilir. Məktəb direktorlarının və müəllimlərin isə 80%-i bildirdi ki, onların
məktəbləri xüsusi xidmətlər göstərir
33
. Valideynlər müxtəlif mütəxəssislərə ehtiyac olduğunu
bildirdilər və həmin mütəxəssislər arasında ən çox tələbat fizioterapevtədir (28%). Valideynlər
bildirdi ki, onların uşaqlarının nitq terapevti, əmək terapevti, psixoloq xidmətləri və ümumi tibbi
xidmətlərə ehtiyacı vardır. Tədqiqat nəticələri göstərir ki, şəhər və kəndlərdə yaşayan valideynlərin
bu barədə olan fikirləri üst-üstə düşür.
Digər tərəfdən tədqiqat nəticəsində, məktəblərin psixoloq, nitq terapevti, fizioterapevt və əmək
terapevti ştatlarına malik olmaları aşkar oldu. Cədvəl 11-də göründüyü kimi müəllimlər arasında
aparılan sorğunun nəticələrinə uyğun olaraq, məktəblərdə ən çox göstərilən xüsusi xidmət növü
psixoloji dəstəkdir. Məktəb direktorları arasında aparılan sorğunun nəticələri də eyni olmuşdur: 41
məktəb direktorundan 30-u yalnız psixoloq ştatına malik olduğunu bildirmişdir. Bundan əlavə,
xüsusi məktəblərdə fizioterapevt və nitq terapevti ştatları da vardır. Lakin məlumatdan göründüyü
kimi, kənd məktəblərinin əksəriyyəti lazımi xidmət göstərə bilmir
34
. Buna səbəb ümumtəhsil
məktəblərində psixoloq ştatı istisna olmaqla, digər xüsusi mütəxəssislərin olmamasıdır.
Tədqiqat əsasında həmin mütəxəssislər üçün keçirilən təlimlərin kəmiyyət və keyfiyyəti haqqında
etibarlı məlumat əldə etmək mümkün olmadı. Əmək terapevti ölkədə yeni peşədir və buna görə də
həmin sahədə kadr çatışmazlığı vardır. Digər tərəfdən bəzi QHT ekspertləri hesab edirlər ki, həmin
universitet proqramlarının əksəriyyəti kurrikulumun keyfiyyəti baxımından və tələbələrin təcrübi
bacarıqlara yiyələnməsi baxımından geridə qalırlar. Məsələn, ekspertlər hesab edirlər ki,
universitetin psixologiya proqramı yüksək dərəcədə nəzəriyyəyə əsaslanan kurrikulumdur və
gələcək məktəb psixoloqlarına az təcrübi bacarıq öyrədir. Bundan əlavə, həmin universitet proqramı
əsasında tələbələrə ƏU-la deyil, tipik uşaqlarla işləmək bacarıqları öyrədilir. Bundan əlavə, həmin
tələbələr tətbiqi-pedaqoji bacarıqlara deyil, daha çox psixo-diaqnostika bacarıqlarına yiyələnirlər.
Həmçinin, universitet proqramları hələ də defektologiya nəzəriyyəsi əsasında həyata keçirildiyindən
inkluzivlik anlayışı həmin nəzəriyyəyə daxil deyildir. Ekspertlər ölkədə mövcud olan digər
mütəxəssisləri də eyni cür qiymətləndirirlər. Əslində demək olar ki, müsahibə verən bütün hökumət
nümayəndələri ƏU-ın təhsilinin bu cəhəti ilə əlaqədar olan çətinlikləri qeyd etdilər.
Əvvəlki bölmələrdə qeyd edildiyi kimi, əlilliyi olan uşaqlara xüsusi xidmətlər göstərən günərzi tibbi
reabilitasiya mərkəzlərinin sayı azdır. Əsasən əlilliyi olan uşaqların valideynləri tərəfindən təsis
edilən bu mərkəzlərin hamısı beynəlxalq tərəfdaş təşkilatların şöbələri kimi fəaliyyət göstərir və
əksər hallarda beynəlxalq ekspertlər həmin mərkəzlərin heyəti üçün təlim kursları keçirirlər. Öz
ölçüsünə, keyfiyyətinə, metodologiyasına, hədəfinə və iş həcminə görə bir-birindən fərqlənən bu
32
Bu məktəblər barədə müxtəlif terminlər istifadə olunur. Digər terminlərdən biri “internat məktəblər”dir və həmin termin bu
hesabatda istifadə ediləcəkdir.
33
Valideynlərin və müəllimlərin/direktorların cavabları arasında bu ciddi fərqin səbəbini tədqiqat nəticələri əsasında izah etmək heç
cür mümkün deyildir. Səbəblərdən biri ondan ibarət ola
bilər ki, sadəcə valideynlər bu cür xidmətlərdən xəbərdar deyildirlər və ya
onların uşaqları məktəbdə bu cür xidmətlərdən heç zaman bəhrələnməmişdirlər.
34
Qeyd etmək lazımdır ki, kənd məktəbləri haqqında məlumat statistik əhəmiyyət kəsb etməyə bilər, çünki kənd məktəblərində
işləyən yalnız 27 müəllim bu suala cavab vermişdir.