19
Sorğu nəticələrinə uyğun olaraq, sorğuda iştirak edən müəllimlərin təxminən 56,2%-i xüsusi təhsilə
görə 50% artımı almır
24
. Müəllimlər köməkçi kadrlarının çatışmazlığını qeyd etdilər və bildirdilər
ki, təhsil qaydalarına uyğun olaraq, ƏU-a dərs deyən müəllimlər sinifdə əlilliyi olan uşaqlara zəruri
xidmətlər göstərməkdə tədris fəaliyyətinə kömək edən köməkçilərlə təmin edilməlidirlər
25
. Lakin
ölkədə, xüsusilə kənd və rayon məktəblərində müəllimlərin əksəriyyəti bu cür köməkçilərlə təmin
edilmir (sorğu nəticələrinə uyğun olaraq, müəllimlərin yalnız təxminən 19%-nin köməkçisi vardır).
Sorğuda və HQM-də iştirak edən müəllimlərin əksəriyyəti hesab edir ki, köməkçilərin mövcudluğu
müəllimlərin tədris fəaliyyətini, habelə əlil şagirdlərin və onların tipik həmyaşıdlarının təlim
fəaliyyətini xeyli asanlaşdıracaqdır. İnkluziv təhsil üzrə pilot layihələri həyata keçirən məktəblərə
milli inkluziv təhsil proqramı çərçivəsində müəllim köməkçiləri təyin edilmişdir. Proqramın
müddəti 2009-cu ilin yanvarında bitdiyinə görə, həmin ştat vahidi ləğv ediləcək, pilot layihələrin
həyata keçirilməsi məqsədilə işə götürülən müəllimlər isə ixtisar ediləcəklər.
Tədqiqat zamanı o da məlum oldu ki, ƏU-ın təhsili sahəsində müəllimlərin və şagirdlərin
fəaliyyətinin keyfiyyətini qiymətləndirmək üçün qəbul edilmiş standart göstəriciləri artıq
köhnəlmiş, yeni standartlar isə hazırlanmamışdır.
3.3. Ailə, dövlət, qohumlar tərəfindən göstərilən dəstək
Bu tədqiqatın əsas hədəflərindən biri ƏU-ın təhsil almasında mühüm rol oynayan ailələri idi.
Valideynlərin qərarına təsir göstərə biləcək amillərin müxtəlifliyini əhatə etmək məqsədilə tədqiqat
əsasında tipik uşaqların valideynləri üçün sorğu vərəqəsi tərtib edildi, onlarla HQM təşkil edildi,
müəllimlərin və ekspertlərin rəyləri öyrənildi. Lakin əsas diqqət ƏU-ın valideynlərinə
yönəldilmişdi. Sorğuda iştirak edən valideynlərin təxminən 90%-i bir, 9.7%-i isə iki əlil uşaqlarının
olduğunu bildirdi. Sorğuda iştirak edən valideynlərin 67%-i analar, 24.4%-i atalar, yerdə qalan
faizi valideyn qismində baba və ya nənələr təşkil edirdi. Sorğuda iştirak edən valideynlərin 24%-i
elmi dərəcəyə malik olan, 52.3%-i ali, 10%-i isə orta təhsilli idi. (Cədvəl 6). Valideynlərin böyük
əksəriyyəti, yəni 87%-i tam ailə (hər iki valideynin olduğu ailə) olduğunu bildirmişdi.
Eyni zamanda ƏU-ın sorğuda iştirak edən valideynləri öz uşaqlarının bir neçə əsas tələbatı barədə
məlumat verdilər, və həmin tələbatları ödəmək üçün hər ay xeyli məbləğdə vəsaitə ehtiyac
olduqlarını bildirdilər. Valideynlərin əksəriyyəti qeyd etdi ki, onların əlilliyi olan uşaqları pəhriz
saxlamalıdırlar. Sorğu nəticələrinə görə, valideynlərin təxminən 40%-i hesab edir ki, yalnız əlilliyi
olan uşaqlarının tələbatını (əsasən qida, dərman və paltar xərclərini) ödəmək üçün onlara hər ay 300
Azərbaycan manatı lazımdır. Yuxarıda qeyd edildiyi kimi, sorğuda iştirak edən valideynlərin 80%-
indən çoxu öz ailəsinin hər ay cəmi 250 AZN-dən az pul qazandığını bildirdi (Cədvəl 7).
75
24
Direktorlar arasında keçirilən sorğunun nəticələrinə görə, bu göstərici hətta 50%-dən də aşağıdır.
25
Tədqiqat nəticələrinə uyğun olaraq, yalnız aşağıda sadalanan böyük və kiçik şəhərlərdə İnkluziv təhsili sınaqdan keçirən məktəblər
müəllim köməkçiləri ilə təmin edilir: Bakı, Sumqayıt, Mingəçevir və Yevlax. Bəzi şifahi dəlillər vardır ki, hətta həmin məktəblər
belə bir nəfər də olsun müəllim köməkçisi ilə təmin edilmir.
Qrafik 6.
Valideynlərin təhsili
(%)
2.1
9.9
14.9
9.0
9.9
52.3
2.1
Primary
Middle School
High School
Vocational
Higher Education
Master
Doctorate
İbtidai
Əsas
Orta
Peşə
Ali
Magistr
Doktor
20
Xüsusilə ölkənin kəndlərində işsizlik səviyyəsinin yüksək olması
26
belə qənaətə gəlməyə imkan
verir ki, valideynlər öz ailə büdcələrini artırmaq üçün məhdud imkanlara malikdirlər. Yoxsulluq
Azərbaycanda əsas problemlərdən biri olaraq qalır, əhalinin təxminən beşdə biri yoxsulluq
həddindən aşağı səviyyədə yaşayır
27
. Daha dəqiq desək, valideynlər ciddi maddi çətinliklərlə
rastlaşması onların öz əlilliyi olan uşaqlarının təhsilinə kömək etmək imkanlarını məhdudlaşdırır.
Sorğuda iştirak edən valideynlər bildirdilər ki, onlara qohumları tərəfindən köməklik edilir, lakin bu
yardım əhəmiyyətli həcmdə deyildir. Sorğuda iştirak edən valideynlərin təxminən 59%-i bildirdi ki,
onlar öz ƏU-i ilə məşğul olarkən psixoloji çətinliklərə üzləşirlər. Valideynlər bu çətinliklərin
öhdəsindən gəlməkdə öz qohumlarından və hökumətdən kömək gözləyirlər (Cədvəl 8).
Valideynlərin təxminən üçdə biri hesab edir ki, onların əlilliyi olan uşaqlarının tibbi müalicəsi
mövcud vəziyyətdən çıxış yoludur, valideynlərin təxminən 20%-i isə hesab edir ki, çətinliklərin
öhdəsindən gəlmək üçün dövlət maliyyə yardımı artırılmalıdır.
26
İşlə təmin edilmə səviyyəsi də rəsmi və beynəlxalq statistika arasında ziddiyyəti əks etdirən daha bir göstəricidir. Hökumətin
verdiyi məlumata görə, son beş il ərzində 650.000-dən çox yeni iş yeri açılmışdır, onların 80%-indən çoxu rayonların payına düşür.
Lakin bir çox yerli və beynəlxalq ekspert bu məlumatın həqiqətə uyğunluğundan ciddi şübhə edirlər.
27
Bu halda da dövlət məlumatları və alternativ məlumatlar arasında uyğunsuzluq vardır: AH iddia edir ki, yoxsulluq səviyyəsi 15%-
dən aşağı düşmüşdür, DB kimi beynəlxalq təşkilatlar isə hesab edir ki, yoxsulluq səviyyəsi hələ də yüksəkdir və 25%-ə yaxındır, və
bununla da 2003-cü ildən bəri əldə edilən əhəmiyyətli irəliləyişi təsdiq edir. DB tərəfindən 2002-ci ildə keçirilən ailə büdcələri
haqqında sonuncu sorğu əsnasında məlum oldu ki, yoxsulluğun səviyyəsi rayonlarda, xüsusilə Naxçıvan Muxtar Respublikasında,
məcburi köçkün və qaçqın qəsəbələrində və Bakının şəhərətrafı qəsəbələrində həddindən artıq yüksəkdir. Bu barədə daha çox
məlumat əldə etmək üçün DB-nin
www.worldbank.org
ünvanlı internet saytına daxil olun.
Qrafik
7. Ailələrin aylıq gəliri
.
5.7
18.4
28.4
18.0
29.5
0 - 5 AZN
50 - 100 AZN
100 - 150 AZN
150 - 200 AZN
250 AZN and more