Executive Summary of the research



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix26.09.2017
ölçüsü0,71 Mb.
#1508
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

19 

 

Sorğu nəticələrinə uyğun olaraq, sorğuda iştirak edən müəllimlərin təxminən 56,2%-i xüsusi təhsilə 



görə 50% artımı almır

24

.  Müəllimlər köməkçi  kadrlarının  çatışmazlığını qeyd  etdilər və bildirdilər 



ki, təhsil qaydalarına uyğun olaraq, ƏU-a dərs deyən müəllimlər sinifdə əlilliyi olan uşaqlara zəruri 

xidmətlər  göstərməkdə  tədris  fəaliyyətinə  kömək  edən  köməkçilərlə  təmin  edilməlidirlər

25

.  Lakin 



ölkədə, xüsusilə kənd və rayon məktəblərində müəllimlərin əksəriyyəti bu cür köməkçilərlə təmin 

edilmir (sorğu nəticələrinə uyğun olaraq, müəllimlərin yalnız təxminən 19%-nin köməkçisi vardır). 

Sorğuda və HQM-də iştirak edən müəllimlərin əksəriyyəti hesab edir ki, köməkçilərin mövcudluğu 

müəllimlərin  tədris  fəaliyyətini,  habelə  əlil  şagirdlərin  və  onların  tipik  həmyaşıdlarının  təlim 

fəaliyyətini  xeyli asanlaşdıracaqdır.  İnkluziv təhsil üzrə pilot layihələri həyata keçirən məktəblərə 

milli  inkluziv  təhsil  proqramı  çərçivəsində  müəllim  köməkçiləri  təyin  edilmişdir.  Proqramın 

müddəti  2009-cu  ilin  yanvarında  bitdiyinə  görə,  həmin  ştat  vahidi  ləğv  ediləcək,  pilot  layihələrin 

həyata keçirilməsi məqsədilə işə götürülən müəllimlər isə ixtisar ediləcəklər.  

 

Tədqiqat  zamanı  o  da  məlum  oldu  ki,  ƏU-ın  təhsili  sahəsində  müəllimlərin  və  şagirdlərin 



fəaliyyətinin  keyfiyyətini  qiymətləndirmək  üçün  qəbul  edilmiş  standart  göstəriciləri  artıq 

köhnəlmiş, yeni standartlar isə hazırlanmamışdır.  



 

3.3. Ailə, dövlət, qohumlar tərəfindən göstərilən dəstək 

 

Bu  tədqiqatın  əsas  hədəflərindən  biri  ƏU-ın  təhsil  almasında  mühüm  rol  oynayan  ailələri  idi. 

Valideynlərin qərarına təsir göstərə biləcək amillərin müxtəlifliyini əhatə etmək məqsədilə tədqiqat 

əsasında  tipik  uşaqların  valideynləri  üçün  sorğu  vərəqəsi  tərtib  edildi,  onlarla  HQM  təşkil  edildi, 

müəllimlərin  və  ekspertlərin  rəyləri  öyrənildi.  Lakin  əsas  diqqət  ƏU-ın  valideynlərinə 

yönəldilmişdi. Sorğuda iştirak edən valideynlərin təxminən 90%-i bir, 9.7%-i isə iki əlil uşaqlarının 

olduğunu  bildirdi.  Sorğuda  iştirak  edən  valideynlərin  67%-i  analar,  24.4%-i  atalar,  yerdə  qalan  

faizi valideyn qismində baba və ya nənələr təşkil edirdi. Sorğuda iştirak edən valideynlərin 24%-i 

elmi dərəcəyə malik olan, 52.3%-i ali, 10%-i isə orta təhsilli idi. (Cədvəl 6). Valideynlərin böyük 

əksəriyyəti, yəni 87%-i tam ailə (hər iki valideynin olduğu ailə) olduğunu bildirmişdi.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Eyni zamanda ƏU-ın sorğuda iştirak edən valideynləri öz uşaqlarının bir neçə əsas tələbatı barədə 



məlumat  verdilər,  və  həmin  tələbatları  ödəmək  üçün  hər  ay  xeyli  məbləğdə  vəsaitə  ehtiyac 

olduqlarını  bildirdilər.  Valideynlərin  əksəriyyəti  qeyd  etdi  ki,  onların  əlilliyi  olan  uşaqları  pəhriz 

saxlamalıdırlar. Sorğu nəticələrinə görə, valideynlərin təxminən 40%-i hesab edir ki, yalnız əlilliyi 

olan uşaqlarının tələbatını (əsasən qida, dərman və paltar xərclərini) ödəmək üçün onlara hər ay 300 

Azərbaycan manatı lazımdır. Yuxarıda qeyd edildiyi kimi, sorğuda iştirak edən valideynlərin 80%-

indən çoxu öz ailəsinin hər ay cəmi 250 AZN-dən az pul qazandığını bildirdi (Cədvəl 7).  

75 

                                                 



24

 Direktorlar arasında keçirilən sorğunun nəticələrinə görə, bu göstərici hətta 50%-dən də aşağıdır. 

25

 Tədqiqat nəticələrinə uyğun olaraq, yalnız aşağıda sadalanan böyük və kiçik şəhərlərdə İnkluziv təhsili sınaqdan keçirən məktəblər 



müəllim köməkçiləri ilə təmin edilir: Bakı, Sumqayıt, Mingəçevir və Yevlax. Bəzi şifahi dəlillər vardır ki, hətta həmin məktəblər 

belə bir nəfər də olsun müəllim köməkçisi ilə təmin edilmir. 

 

Qrafik 6. 

Valideynlərin təhsili

 (%) 

 

2.1



 

9.9


 

14.9


 

9.0


 

9.9


 

52.3


 

2.1


 

 

Primary



 

Middle School

 

High School



 

Vocational

 

Higher Education



 

Master


 

Doctorate

 

 

İbtidai 



Əsas 

Orta 


Peşə 

Ali 


Magistr 

Doktor 



20 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Xüsusilə  ölkənin  kəndlərində  işsizlik  səviyyəsinin  yüksək  olması

26

  belə  qənaətə  gəlməyə  imkan 



verir  ki,  valideynlər  öz  ailə  büdcələrini  artırmaq  üçün  məhdud  imkanlara  malikdirlər.  Yoxsulluq 

Azərbaycanda  əsas  problemlərdən  biri  olaraq  qalır,  əhalinin  təxminən  beşdə  biri  yoxsulluq 

həddindən  aşağı  səviyyədə  yaşayır

27

.  Daha  dəqiq  desək,  valideynlər  ciddi  maddi  çətinliklərlə 



rastlaşması  onların öz əlilliyi olan uşaqlarının təhsilinə kömək etmək imkanlarını məhdudlaşdırır.  

 

Sorğuda iştirak edən valideynlər bildirdilər ki, onlara qohumları tərəfindən köməklik edilir, lakin bu 



yardım əhəmiyyətli həcmdə deyildir. Sorğuda iştirak edən valideynlərin təxminən 59%-i bildirdi ki, 

onlar  öz  ƏU-i  ilə  məşğul  olarkən  psixoloji  çətinliklərə  üzləşirlər.  Valideynlər  bu  çətinliklərin 

öhdəsindən  gəlməkdə  öz  qohumlarından  və  hökumətdən  kömək  gözləyirlər  (Cədvəl  8). 

Valideynlərin  təxminən  üçdə  biri  hesab  edir  ki,  onların  əlilliyi  olan  uşaqlarının  tibbi  müalicəsi 

mövcud  vəziyyətdən  çıxış  yoludur,  valideynlərin  təxminən  20%-i  isə  hesab  edir  ki,  çətinliklərin 

öhdəsindən gəlmək üçün dövlət maliyyə yardımı artırılmalıdır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                                                 

26

 İşlə təmin edilmə səviyyəsi də rəsmi və beynəlxalq statistika arasında ziddiyyəti əks etdirən daha bir göstəricidir. Hökumətin 



verdiyi məlumata görə, son beş il ərzində 650.000-dən çox yeni iş yeri açılmışdır, onların 80%-indən çoxu rayonların payına düşür. 

Lakin bir çox yerli və beynəlxalq ekspert bu məlumatın həqiqətə uyğunluğundan ciddi şübhə edirlər.  

27

 Bu halda da dövlət məlumatları və alternativ məlumatlar arasında uyğunsuzluq vardır: AH iddia edir ki, yoxsulluq səviyyəsi 15%-



dən aşağı düşmüşdür, DB kimi beynəlxalq təşkilatlar isə hesab edir ki, yoxsulluq səviyyəsi hələ də yüksəkdir və 25%-ə yaxındır, və 

bununla da 2003-cü ildən bəri əldə edilən əhəmiyyətli irəliləyişi təsdiq edir. DB tərəfindən 2002-ci ildə keçirilən ailə büdcələri 

haqqında sonuncu sorğu əsnasında məlum oldu ki, yoxsulluğun səviyyəsi rayonlarda, xüsusilə Naxçıvan Muxtar Respublikasında, 

məcburi köçkün və qaçqın qəsəbələrində və Bakının şəhərətrafı qəsəbələrində həddindən artıq yüksəkdir. Bu barədə daha çox 

məlumat əldə etmək üçün DB-nin 

www.worldbank.org

 ünvanlı internet saytına daxil olun. 

 

Qrafik 



7. Ailələrin aylıq gəliri

.

 

5.7



 

18.4


 

28.4


 

18.0


 

29.5


 

 

0 - 5 AZN



 

50 - 100 AZN

 

100 - 150 AZN



 

150 - 200 AZN

 

250 AZN and more



 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə