Executive Summary of the research



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix26.09.2017
ölçüsü0,71 Mb.
#1508
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

15 

 

uyğunlaşdırılmamasıdır.  Cədvəl  3-də  aydın  şəkildə  görünür  ki,  əksər  məktəblər  üçün  ƏU-ın 



məktəbə gəlmələri və məktəbdə yerləşmələri fiziki cəhətədən çətindir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Müəllimlər/məktəb  direktorları  ilə  aparılan  sorğularla,  hədəf  qrup  müzakirələri  və  ekspertlərlə 



aparılan müsahibələrin nəticələri əsasında da eyni və ya çox bənzər mənzərə yaranır. Müəllimlərin 

təxminən  55%-i,  məktəb  direktorlarının  isə  60-70%-i    bildirdi  ki,  ƏU-ın  məktəb  binalarına  daxil 

olmaları və yerləşmələri çətindir və məktəb binaları ƏU-ın ehtiyaclarına cavab vermir.  

 

Bundan əlavə, münasib qiymətə olan rahat nəqliyyat vasitələrinin olmaması rayon mərkəzlərindəki 



xüsusi  məktəblərə  və  icma  əsaslı  alternativ  qayğı  mərkəzlərinə  gəlmələrinə  mane  olur.  Uşaqların 

daşınmasına  kömək  etmək  məqsədilə  Hökumətin  tətbiq  etdiyi  maliyyə  yardımı  üsulları  həmin 

ehtiyacları  ödəmir.  ƏU-ın  ailələri  nəqliyyat  xərclərini  ödəmək  üçün  ayda  10  Azərbaycan  manatı 

(təxminən 12 ABŞ dolları) almalıdırlar. Lakin bəzi amillər bu vəsaiti almağa mane olur.  

 

Rayon məktəblərinin də bir çox müəllimi qeyd etdi ki, əlilliyi olan uşaqların təhsil almalarına mane 



olan  ciddi  amillərdən  biri  təhsil  müəssisələrinin  ƏU  üçün  uyğunlaşdırılmamasıdır.  Həmin 

müəllimlərlə  keçirilən  HQM  nəticəsində  məlum  oldu  ki,  ölkənin  kəndlərində  dövlət  və  xüsusi 

nəqliyyat  sistemi  olmadığına  görə,  uşaqların  əksəriyyəti  ümumtəhsil  məktəblərinə  getmək 

imkanından  məhrumdurlar.  Bu  maneələr  uşaqları  evdə  təhsil  almağa  məcbur  edir.    Məlumatdan 

görünür  ki,  nəqliyyat  çətinlikləri  təkcə  kənd  yerlərinə  xas  deyildir.  Şəhərlərdə  müəllimlər  və 

valideynlər  bildirdi  ki,  Bakı  və  Sumqayıt  kimi  şəhərlərin  ictimai  nəqliyyat  sistemləri  ƏU-ın 

tələbatını ödəmək üçün lazımi qaydada təşkil edilməmişdir. ƏU olan  ailələrin əksəriyyətinin yoxsul 

olduğunu  və  özəl  nəqliyyat  vasitələrindən  istifadə  haqqını  ödəyə  bilmədiklərini  nəzərə  alaraq, 

xüsusi ictimai nəqliyyatın olmaması məktəblərə rahatlıqla getməyə mane olan ciddi amillərdən biri 

hesab oluna bilər.   

 

Nəhayət,  Cədvəl  3-də (16-cı  səh.) göstərildiyi  kimi,  məktəb binalarının infrastrukturu  əlilliyi  olan 



uşaqların xüsusi tələbatını ödəmək üçün nəzərdə tutulmamışdır. Həmin məktəblərin əksəriyyəti ƏU 

üçün nəzərdə tutulan xüsusi tualetlərə və gigiyena şəraitinə malik deyildir (müəllimlərin 80%-dən 

çoxu  və  direktorların  75%-i  bildirdi  ki,  onların  məktəblərinin  tualeti  sağlamlıq  imkanları  məhdud 

olan  uşaqların  tələbatına  cavab  vermir).  Valideynlərin  təxminən  20%-i  bildirdi  ki,  onların 

uşaqlarının  təhsil  aldıqları  məktəblərin  əyani  vəsaitləri  qənaətbəxş  deyildir.  Sorğuda  iştirak  edən 

direktorların  təxminən  63%-i,  müəllimlərin  isə  53%-i  bildirdi  ki,  onların  məktəblərinin  əyani 

vəsaitləri ƏU-ın tələbatına cavab vermir. Bu nəticələr belə qənaətə gəlməyə imkan verir ki, binadan 

0%

 



20%

 

40%



 

60%


 

80%


 

100%


 

 

 



 

 

 



 

Qrafik 3. 

Valideynlərin məktəb infrastrukturundan 

razılığının dərəcəsi

 (%)

 

Yoxdur



 

Narazıdır

 

Razıdır


 

Tam razıdır

 

Sinif otağının 



texniki təchizatı 

(məsələn mebel) 

 

 

ƏU yerləşdirmək 



üçün xüsusi 

çanaqlar 

 

 

Xüsusi  



layihəli 

 

tualetlər



 

 

Xüsusi ə



yani 

tədris vəsaitləri

 

 

Sinif otağı birinci 



mərtəbədə 

yerləşmişdir

 

Sual:    

Siz öz uşağınızın ehtiyaclarının ödənilməsi baxımından 

infrastrukturun səviyyəsindən razısınızmı

?

 



16 

 

rahat istifadə imkanının olmaması ölkədə əlilliyi olan uşaqların təhsil almasına mane olan ən ciddi 



amillərdən biridir.  

 

Bütün  bu  maneələr  yalnız  məktəblərdə  müşahidə  olunmur.  Ümumiyyətlə,  ölkənin  ictimai  bina, 



küçə, restoran və kafeləri inşa edilərkən, habelə ictimai nəqliyyatın fəaliyyəti təşkil edilərkən əlilliyi 

olan insanların ehtiyacları nəzərə alınmamışdır.  



 

 

3.2.3. Münasib qiymət  

Tədqiqatın  münasib  qiymətə  dair  nəticələr  ziddiyyətlidir.  Göründüyü  kimi,  qiymətlərin  münasib 

olmaması əlilliyi olan uşaqların təhsil almalarına mane olmur. Əslində hər hansı şəkildə təhsil alan 

ƏU-ın  valideynlərinin  yalnız  təxminən  5,1%-i  bildirdi  ki,  onların  uşaqları  bəzi  hallarda  maddi 

səbəblərdən  dərsə  gedə  bilməmişdir.  Təhsildən  kənarda  qalan  ƏU-ın  valideynlərinin  təxminən 

27,2%-i  bildirdi  ki,  maddi  çətinliklər  onların  uşaqlarının  təhsil  almasına  mane  olur  (Cədvəl  4, 

səh.18). Ölkənin  kəndlərində  yaşayan ailələr şəhər ailələri  ilə müqayisədə (müvafiq olaraq 43,2% 

və 20,7%) maddi  çətinlikləri  daha çox vurğulayırlar. Digər tədqiqatlar  əsasında da bu fikir təsdiq 

edilmişdir.   

 

Valideynlərin  əksəriyyəti  hesab  edir  ki,  uşaqların  təhsil  almasına  mane  olan  əsas  amil  uşaqların 



səhhətidir.

18

 Ümumiyyətlə məlumatlarda qeyd edilir ki, ƏU-ın valideynləri ailə gəlirlərinin   5%-ni 



öz uşaqlarının təhsilinə xərcləməyi planlaşdırırlar. Belə ki, valideynlərin əksəriyyəti ailənin gəlirləri 

artdığı  təqdirdə,  pulun  ilk  növbədə  qida,  paltar,  dərman,  həkim  xərclərinə,  bəziləri  isə  təhsil 

xərclərinə sərf edilməsinin  zəruriliyini qeyd etdi. Bu nəticələrin səbəbini iki cür izah etmək olar: 1) 

valideynlər  təhsilə  dəyər  vermir,  buna  görə  də  təhsilə  az  vəsait  ayırır;  2)  əslində  valideynlər  öz 

əlilliyi olan uşaqlarının təhsilinə az vəsait ayırır və təhsil xərclərinin əksəriyyəti digər mənbələrdən 

ödənilir. Aydındır ki, bu məsələni araşdırmaq üçün əlavə tədqiqat aparılmalıdır və həmin tədqiqat 

nəticəsində təhsilə mane olan amillərin aradan qaldırılmasına dair əlavə tövsiyələr verilə bilər.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Buna  baxmayaraq,  valideynlərin  əksəriyyəti  dövlətin  təyin  etdiyi  müavinətin  məbləğindən  narazı 

olduğunu bildirdi. Cədvəl 4-də göstərildiyi kimi, ƏU-ı olan ailələrin əksəriyyətinin aylıq gəliri 250 

manatdan  (təxminən  305  ABŞ  dolları)  azdır  və  onlar  öz  uşaqlarının  tələbatını  ödəmək  üçün 

dövlətdən  nəğd  şəkildə  il  ərzində  təxminən  339  manat  (təxminən  413  ABŞ  dolları)  məbləğində 

maddi yardım alırlar.  

 

                                                 



18

 

Tədqiqat əsnasında səhhətin təhsilə necə mane ola biləcəyini müəyyən etmək mümkün olmadı. Bunun səbəbini bir neçə cür izah 



etmək olar: komissiyanın qərarı; valideynin öz uşağının əlilliyinin ciddiliyi haqqında yanlış təsəvvürü; yanlış məlumatın verilməsi; 

ƏU-ın və digər uşaqların tələbatına cavab verən təhsil xidmətləri haqqında məlumatın olmaması. Bu məsələni mütləq daha dərindən 

tədqiq etmək lazımdır.  

  Qrafik 4

. ƏU

-

ın heç bir şəkildə təhsil 

 

almamasının səbəbləri (valideynlər, %). 

 

 

0.0



 

10.0


 

20.0


 

30.0


 

40.0


 

50.0


 

60.0


 

Nəqliyyat

 

Maddi


 

Səhhət


 

Komissiyanın qərarı

 

Yaş həddi



 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə