Executive Summary of the research



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix26.09.2017
ölçüsü0,71 Mb.
#1508
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

17 

 

Bu  tədqiqatın  köməyilə  uşaqların  təhsilinə  kömək  edəcək  və  valideynlər  tərəfindən  istifadə  edilə 



biləcək  mövcud  maddi  imkanları  tədqiq  etməyə  cəhd  göstərildi.  Tədqiqat  məlumatlarına  uyğun 

olaraq, ƏU-ın valideynləri dövlətdən nəqliyyat xərci kimi ayda 10 manat (təxminən 12 ABŞ dolları) 

alırlar.  Bundan əlavə, hər ƏU-ın valideyni  öz uşağının tələbatını  (qida, tibbi  xidmət,  paltar və s.) 

ödəmək üçün dövlətdən 35 manat (təxminən 40 ABŞ dolları) məbləğində müavinət alır.  Tədqiqat 

zamanı  toplanmış  məlumata  görə,  valideynlərin  92%-i  dövlət  tərəfindən  verilən  maddi  yardımın 

ƏU-ın tələbatının ödəmədiyini bildirdi. Dövlət statistikasının təhlili də belə qənaətə gəlməyə imkan 

verir  ki,  2002-2007-ci  illərdə  ölkədə  əhəmiyyətli  iqtisadi  artımın  10  dəfə  artmağına  baxmayaraq, 

dövlət yardımının məbləği təxminən 2,5 dəfə artdı

19

. Ölkədə inflyasiya sürətinin  yüksək olduğunu 



nəzərə alaraq

20

, maddi  yardımın məbləğini qənaətbəxş hesab etmək olmaz



21

. Sorğu iştirakçılarının 

böyük  əksəriyyəti  (83%)  dövlət  yardımının  məbləğindən  narazı  olduğunu  bildirdi.  Tədqiqat 

nəticəsində məlum oldu  ki,  ailələr digər mənbələrdən fərqli növlərdə  yardımlar alırlar  (qohumlar, 

ianələr). 

 

3.2.4. Keyfiyyət 

Təhsilin keyfiyyətinin araşdırılması kifayət qədər ziddiyyətli və mürəkkəb məsələdir. Məlumatlara 

uyğun  olaraq,  ƏU-ın  təhsilinin  keyfiyyətinə  birbaşa  və  ya  dolayı  təsir  göstərən  bir  çox  amillər 

vardır  ki,  onların  açıqlanmasına    cəhd  göstərildi.  Müəllimin  hazırlıq  dərəcəsi,  məvacibləri, 

qiymətləndirmə  vasitələri/göstəriciləri,  xüsusi  və  şəxsiyyətyönümlü  tədris  üsulları,  vəsaitlər  və 

məktəb  infrastrukturu  və  s.  həmin  amillərdəndir.  Bu  tədqiqat  zamanı  uşaqların,  valideynlərin  və 

təhsil müəssisələrinin rəhbərliyinin nöqteyi-nəzərindən və kənar müşahidəçilər tərəfindən aparılan 

qiymətləndirmə vasitəsilə təhsil xidmətlərinin keyfiyyətini araşdırıldı. 

Sorğu zamanı məlum oldu ki, ƏU-ın valideynlərinin 93,1%-i uşaqlarına təhsil verən müəllimlərdən 

razıdır.  Belə  ki,  valideynlərin  təxminən  55%-i  müəllimlərin  onların  uşaqlarına,  25%-i  isə 

müəllimlərin  valideynlərə  göstərdiyi  müsbət  münasibətin  (davranış)  olduğunu  vurğuladı.. 

Valideynlərin  yalnız  17%-i  sinif  otağında  həyata  keçirilən  tədris  fəaliyyətindən  razı  olduğunu 

bildirdi.  

 

Digər tərəfdən, valideynlərin əksəriyyəti bütövlükdə təhsil sisteminin fəaliyyətindən razı olduqlarını 



bildirdilər (Cədvəl 5). Belə ki, valideynlərin təxminən 55%-i təhsil sisteminin fəaliyyətindən razı , 

37,7%-i isə təhsil sisteminin fəaliyyətinin az dərəcədə qənaətbəxş, nəhayət 7,7%-i təhsil sisteminin 

fəaliyyətinin  qeyri-qənaətbəxş  olduğunu  bildirdi.  Valideynlərin  əksəriyyətinin  razılığının  səbəbi 

əlilliyi  olan  uşaqlarında  “inkişaf”

22

  müşahidə  etmələridir.  Valideynlərin  8%-i  bildirdi  ki,  onların 



uşaqları oxumağı və  yazmağı bacarır, nəhayət valideynlərin 6%-i bildirdi ki, onlar öz uşaqlarında 

heç  bir  dəyişiklik  müşahidə  etmədilər.  Bu  hal  belə  qənaətə  gəlməyə  imkan  verir  ki,  valideynlər 

tədris  və  təhsil  fəaliyyətinin  keyfiyyətinin  qiymətləndirilməsi  barədə  az  biliyə  və  bacarığa 

malikdirlər.  

 

 

 



 

 

 



 

 

 



                                                 

19

 



www.stat.gov.az

  

20



 İnflyasiya göstəriciləri ziddiyyətlidir – rəsmi mənbələr onun 18%-dən az (illik) olduğunu bildirirlər, beynəlxalq təşkilatlar isə 

2007-ci ildə inflyasiyanın 22% olduğunu bildirirlər. Yerli ekspertlər 2007-ci ildə istehlak mallarının qiymətlərinin artmasını nəzərə 

alaraq, inflyasiya səviyyəsinin təxminən 30% olduğunu iddia edirlər.  

21

 Ölkədə dövlət yardımları inflyasiya səviyyəsinin əmsalları vasitəsilə hesablanmır. Yardımların məbləğini artırmaq ölkə 



prezidentinin səlahiyyətidir. 

 

22



 Sorğu metodologiyası məhdud olduğuna görə, valideynlərin öz uşaqlarında hansı növ “inkişafı” müşahidə etdiklərini müəyyən 

etmək mümkün olmamışdır. 

 



18 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Ümumiyyətlə  belə  aydın  olur  ki,  valideynlər  bütövlükdə  təhsilin  hazırkı  səviyyəsindən  razıdırlar. 

Müəllimlər və məktəb direktorları təhsil fəaliyyətinin keyfiyyətini qiymətləndirərkən bir qədər daha 

mühafizəkar mövqe nümayiş etdirmişlər: müəllimlərin yalnız 52%-i, direktorların isə 45%-i təhsil 

sisteminin fəaliyyətindən razı olduğunu bildirmişdir.  

 

Sorğular  əsasında  müəyyən  edildi  ki,  sorğu  iştirakçılarının  əksəriyyəti  ƏU-ın  təhsili  ilə  birbaşa 



məşğul  olan  müəllimlərin  sürətli  təlim  kursuna  və  öz  bacarıqlarını  inkişaf  etdirməyə  ehtiyac 

olduğunu  hesab  edir.  Məktəb  direktorlarının,  müəllimlərin  və  valideynlərin  əksəriyyəti  bu  fikirlə 

razıdır.  Məsələn,  sorğuda  iştirak  edən  51  məktəb  direktorundan  34-ü  bildirdi  ki,  onların 

məktəblərinin müəllimləri ƏU dərs keçmək üzrə mütəxəssis deyillər. Bundan əlavə, müsahibə verən 

bütün  dövlət  ekspertləri  kadr  çatışmazlığı  və  hazırlığı  barədə  ciddi  surətdə  narahat  olduqlarını 

bildirdilər. Onların bir çoxu bildirdi ki, QHT-lər (MTTYM, UNICEF) Təhsil Nazirliyi ilə birlikdə 

müəllimlərin  ixtisasartırması  sahəsində  fəal  olmuşdurlar;  lakin  həmin  səylər  həcm,  keyfiyyət  və 

miqyas  baxımından  məhdud  olmuşdur.  Məsələn,  sorğuda  iştirak  edən  müəllimlərin  yalnız  35%-i 

bildirdi  ki,  onlar  ƏU-a  dərs  keçmək  bacarıqları  üzrə  xüsusi  təlim  keçmişlər.  Bundan  əlavə, 

müəllimlərin  təxminən  79%-i,  direktorların  isə  böyük  əksəriyyəti,  yəni  51-dən  47-si  əlavə 

ixtisasartırmaya  ehtiyacın  olduğunu  bildirdi.  Ekspertlər  qeyd  etdilər  ki,  hökumət  kadr  hazırlığı 

sahəsində çatışmazlığı aradan qaldırmaq və lazımi vəsait ayırmaq üçün ciddi tədbirlər görməlidir; 

əks  təqdirdə  AH  bu  sahədə  əhəmiyyətli  islahatların  öhdəsindən  gəlməyə  bilər

23

.  Bundan  əlavə, 



müsahibə  verən  müəllimlərin  əksəriyyəti  tədris  metodologiyası,  bacarıq  və  strategiyalarına  dair 

materialların olmadığını  bildirdi. Dərsliklərin, tədris  vəsaitlərinin və əyani vəsaitlərin  çatışmazlığı 

da müəllimlərin keyfiyyətli təhsil vermək qabiliyyətləri barədə dəqiq rəy söyləməyə imkan vermir. 

Nəhayət,  müəllimlər  məktəblərdə  ƏU-a  xüsusi  xidmətlər  göstərən  mütəxəssislərin  (nitq  terapevti, 

psixoloqlar)  olmaması  ilə  bağlı  narazılıqlarını  bildirdilər.  Müəllimlərin  fikrincə,  qeyd  olunanlar 

onların təhsilin keyfiyyətini yüksəltmələri üçün əlavə imkanlar yarada bilər.  

 

                                                 



23

 Məsələn, sorğuda iştirak edən müəllimlərin təxminən 70%-i bildirdi ki, onlar üçün ƏU-a dərs demək çox və ya müəyyən dərəcədə 

çətindir, müəllimlərin yalnız 30%-i isə heç bir çətinlik çəkmədiyini bildirdi. Sorğuda iştirak edən direktorların yarısından çoxu 

bildirdi ki, əlilliyi olan uşaqlara dərs deməkdə çətinlik çəkir.  



Qrafik 5. 

Təhsil fəaliyyətindən razılığın dərəcəsi

 (%).

 

0



 

10

 



20

 

30



 

40

 



50

 

60



 

Valideynlər

 

Müəllimlər

 

Direktorlar

 

Qənaətbəxş

 

Az dərəcədə qənaətbəxş

 

Qeyri-



qənaətbəxş

 

Sual: Siz ƏU



-

ın təhsilinin səviyyəsindən razısınızmı?

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə