Executive Summary of the research



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix26.09.2017
ölçüsü0,71 Mb.
#1508
1   ...   16   17   18   19   20   21   22   23   24

33 

 

 



Milli  qanunun  daha  bir  daxili  ziddiyyəti  ondan  ibarətdir  ki,  onun  dövlət  proqramları  haqqında 

müddəasında ƏU qeyd edilməmişdir. 3-cü maddədə bəyan edilir ki,  “dövlət strategiyası uşaqların 

lazımi maddi və məişət şəraiti daxilində tərbiyə edilmələrinə, mütərəqqi standartlar əsasında təhsil 

almalarına  və  layiqli  vətəndaşa  çevrilmələrinin  dəstəklənməsinə  yönəldilməlidir”.  30-cu  maddədə 

bu  bəyanata  riayət  etməyə  cəhd  göstərilir  və  bəyan  edilir  ki,  “xüsusi  (dövlət)  proqramları  hərbi 

münaqişələrin, epidemiyaların, təbii və ekoloji fəlakətlərin baş verdiyi ərazilərdə yaşayan və həmin 

hadisələrin  təsirinə  məruz  qalan  uşaqları  müdafiə  edirlər.  Həmin  proqramlar  həm  də  yetimləri  və 

valideynlərindən birini itirmiş uşaqları, yoxsul ailələrin və şəhid ailələrinin uşaqlarını əhatə edirlər”. 

Hərçənd  35-ci  maddədə  ƏU  ayrıca  qeyd  edilmişdir,  yenə  də  onlar  xüsusi  dövlət  proqramlarının 

əhatə  dairəsinə  düşən  imkansız  uşaqların  təbəqələrindən  biri  kimi  qeyd  edilməmişlər.  Lakin 

qanunvericilik  sənədlərinin  daha  dərindən  araşdırılması  nəticəsində  məlum  olur  ki,  ƏU-ın 

ehtiyaclarına və haqlarına aid olan xüsusi proqramlar mövcuddur.   

 

Ümumi  təhsil  müəssisələrində  xüsusi  təhsilin  təşkil  edilməsi  qaydası  Xüsusi  təhsil  haqqında 



qanunda  (2001)  təsbit  olunmuşdur.  Həmin  qaydada  bəyan  edilir  ki,  “Azərbaycan  Respublikasının 

qanunvericiliyinə uyğun olaraq, əlil şəxslər tibbi-pedaqoji-psixoloji komissiyanın və ya tibbi-sosial 

ekspert komissiyasının qərarı əsasında ümumi təhsil müəssisələrində yaradılan xüsusi şəraitdə təhsil 

almaq  hüququna  malikdirlər”.  Lakin  Xüsusi  təhsil  haqqında  qanunda  ümumi  məktəblərdən  həmin 

şəraiti yaratmaq tələb olunmur. Azərbaycan qanunvericiliyinin daha dərin təhlili nəticəsində məlum 

olur  ki,  bir  çox  halda  “inkluziv  təhsil”  və  “inteqrativ  təhsil”  terminlərinin  mənaları  eyni  cür  izah 

olunur.  Məsələn,  Xüsusi  təhsil  haqqında  qanunda  həmin  sahədə  istifadə  olunan  bəzi  terminlərin 

tərifi verilir:  

 

1)

 



Sağlamlıq  imkanları  məhdud  olan  şəxs  fiziki  çatışmazlığa,  əqli  və  psixoloji  inkişaf 

ləngimələrinə malik olan, xüsusi təhsilə ehtiyacı olan şəxsdir;  

2)

 

İnteqrativ təhsil sağlamlıq imkanları məhdud olan uşaqların xüsusi şərait yaradılmaq şərtilə 



sağlam uşaqlarla birlikdə eyni sinif otaqlarında təhsil almasıdır;  

3)

 



İnteqrativ sinif otağı sağlamlıq imkanları məhdud  olan uşaqların sağlam uşaqlarla birlikdə 

təhsil  aldıqları,  ümumtəhsil  məktəbində  yerləşən  və  xüsusi  şəraitə  malik  olan    sinif 

otağıdır

49

.  



 

Lakin Xüsusi təhsil haqqında qanunun özündə istifadə olunan terminlər inkluziv təhsil məfhumuna 

ziddir,  çünki  təhsilin  bu  növü  tibbi  diaqnoz  əsasında  seçilmişdir.  İnteqrasiya  termininin  tərifində 

inteqrasiya tədbirinin mənası izah edilməmişdir, çünki həmin sənəddə ümumiyyətlə seçilmiş üsullar 

təsvir  edilməmişdir.  İnkluziv  təhsil  üsulu  həmin  sənəddə  heç  qeyd  edilməmişdir.  “İnkluzivlik” 

xüsusi  termin  kimi  NK-nin  sonrakı  tənzimləyici  sənədlərində  və  qərarlarında  qeyd  edilmişdir. 

Nəticə  etibarilə,  Xüsusi  təhsil  haqqında  qanundan  sonra  qəbul  edilmiş  sənədlərin  hamısında 

inteqrasiya və inkluzivlik terminlərinin tərifləri və mənaları bir-birilə dəyişik düşmüşdür.  

 

Xüsusi  təhsil  haqqında  qanunda  nəzərdə  tutulduğu  kimi,  xüsusi  məktəbəqədər  və  ümumi  təhsil 



müəssisələrini  bitirdikdən  sonra  əlil  şəxslər  öz  qabiliyyətlə,  imkan  və  maraqlarına  uyğun  olaraq 

peşə  təlimi  keçmək,  öz  təhsillərini  və  peşə  təlimlərini  başa  vurduqdan  sonra  isə  işə  düzəlmək 

hüququna  malikdirlər.  Maraqlıdır  ki,  Xüsusi  təhsil  haqqında  qanunda  məktəbəqədər  və  ümumi 

təhsil müəssisələri  barədə “xüsusi təhsil proqramları” termini  istifadə olunur, lakin aydın  görünür 

ki, peşə təlimi əsnasında hər hansı xüsusi təhsil proqramının həyata keçirilməsi həmin sənəddə  öz 

əksini  tapmamışdır.  Şübhəsiz  ki,  beynəlxalq  normalarda  inkluziv  təhsilə  rəğbətli  münasibət  əks 

olunur,  lakin  bu  normalarda  aydın  şəkildə  bəyan  edilir  ki,  həmin  uşaqlar  inkluziv  təhsil  şəraiti 

daxilində əlavə yardım almaq hüququna malikdirlər. Xüsusi təhsil haqqında qanunun peşə təhsilinə 

                                                 

49

 



Azərbaycan Respublikasının Hökuməti (2001), Xüsusi təhsil haqqında qanun   

 



34 

 

həsr olunan müddəasında həmin əlavə yardım nəzərdə tutulmamışdır. Əlillərin müalicəsi və sosial 



təminatı haqqında qanunda da (25 avqust 1992-ci il) təhsil və digər dövlət müəssisələrində əlillərə 

peşə təlimi və ixtisas hazırlığı xidmətlərinin göstərilməsi haqqında müddəa vardır.     

       

Qanunların  daha  dərindən  təhlil  edilməsi  nəticəsində  təhsilin  sonrakı  pillələri  barədə  müəyyən 



toqquşmalar  və  ziddiyyətlər  məlum  olur.  Xüsusi  təhsil  haqqında  qanuna  (2001)  və  Ümumi  təhsil 

haqqında qanuna (2001) uyğun olaraq, ƏU təhsilin daha yüksək pillələrində təhsil almaq hüququna 

malik  deyildirlər.  Xüsusi  təhsil  haqqında  qanunda  həmin  uşaqların  texniki  kollec  və  tam  orta 

təhsilinə  dair  heç  bir  müddəa  yoxdur.  Ümumi  təhsil  haqqında  qanunda  fiziki  cəhətdən  əlil  olan 

uşaqlar  üçün  xüsusi  peşə  təlimi  kurslarının,  məktəblərinin  və  liseylərinin  təşkil  edilməsi  nəzərdə 

tutulmuşdur.  Texniki  məktəblərə  və  kolleclərə,  habelə  ali  məktəblərə  (ali  kolleclər, 

konservatoriyalar, akademiyalar, universitetlər və s.) həsr olunan 18-ci və 19-cu maddələrdə əlilliyi 

olan uşaqlar və ya gənclər qeyd olunmur. Nəticə etibarilə, ƏU yalnız məktəbəqədər və ümumi təhsil 

almaq, habelə ibtidai peşə təlimi keçmək hüququna malikdirlər. Lakin Əlillərin müalicəsi və sosial 

təminatı haqqında qanunda (25 avqust 1992-ci il) əlillərin ölkə daxilində, təhsilin bütün pillələrində 

təhsil almaq hüquqları aydın şəkildə təsvir olunur:  

 

“əlillərin  ümumi  təhsili,  ümumi  peşə  və  ali  təhsili  ümumtəhsil  müəssisələrində,  tələb 



olunduqda  isə,  xüsusi  təhsil  müəssisələrində  həyata  keçirilir.  Əlillərin  təhsili  üçün  xüsusi 

şərait  yaratmaq  məqsədilə  texniki-peşə  məktəblərində,  kolleclərdə  və  ali  məktəblərdə 

ixtisaslaşmış şöbələr və ya bölmələr təşkil olunur…. Əlillərin qəbul imtahanları üçün xüsusi 

şərait yaradılır …” 

 

Xüsusi  təhsil  haqqında  qanunun  icra  qaydalarının  tətbiqini  tələb  edən  ayrıca  müddəaları  əsasən 



həmin qanunun III bölməsində əks olunmuşdur. Həmin bölmədə xüsusi təhsilin təşkilati məsələləri 

təsvir olunur. Ev təhsilinin  təşkil edilməsi haqqında bölmədə bəyan edilir ki,  “səhhət  imkanlarına 

görə təhsil müəssisələrinə gələ bilməyən şəxslər üçün təhsil fəaliyyəti müvafiq təhsil müəssisələri 

tərəfindən evdə təşkil edilməlidir”

50

. Həmin maddənin ikinci abzasında ev təhsilini tələb edən əlillik 



növlərinin  müəyyən  edilməsi  və  bu  cür  təhsilin  təşkil  edilməsi  üçün  məsuliyyət  müvafiq  icra 

orqanlarının  üzərinə  qoyulur.  Nəticə  etibarilə,  NK  Evdə  təhsil  almaq  hüququnu  təmin  edən 

xəstəliklərin  siyahısı  və  ev  məktəbinin  (və  ya  təhsilinin)  təşkil  edilməsi  qaydası  haqqında  077 

nömrəli  qərar  qəbul  etdi

51

.  Halbuki,  həmin  siyahıda  xəstəliklərin  tibbi  cəhətləri  dəqiqliklə  təsvir 



edilmişdir, lakin həmin siyahı da natamamdır. Həmin sənədin əsas hüquqi nəticələrindən biri odur 

ki,  ev  təhsilinin  təşkil  edilməsi  TPPK  tərəfindən  tənzimlənir.  Lakin  həmin  qaydada  ev  təhsilinin 

həyata  keçirilməsi,  izlənməsi  və  monitorinqi  üçün  cavabdeh  olan  orqanın  və  ya  müəssisənin  adı 

qeyd edilmir. Əlillərin müalicəsi və sosial təminatı haqqında qanunda da (25 avqust 1992-ci il) ev 

təhsili haqqında müddəa vardır və həmin müddəaya uyğun olaraq uşağın valideyninə və ya qanuni 

nümayəndəsinə maddi yardım və imtiyazlar verilir.  

 

Xüsusi  təhsil  haqqında  qanunun  Stasionar  müəssisələrdə  (xəstəxana  şəraitində)  təhsilin  təşkil 



edilməsinə  həsr  olunan  10-cu  maddəsində  əlil  şəxslərin  uzun  (21  gündən  artıq)  müddət  ərzində 

xəstəxanada qalmalı olduqları təqdirdə, evdə təhsili təşkil etmək tələb olunur. Əlillərin müalicəsi və 

sosial təminatı haqqında qanunda (25 avqust 1992-ci il) klinika şəraitində yaşayan uşaqlar üçün də 

eyni  hüquq  təsbit  edilmişdir

52

.  Bəzi  digər  qaydalardan  fərqli  olaraq,  Stasionar  şəraitdə 



(xəstəxanada) təhsilin təşkil edilməsi haqqında 88 nömrəli qərarda aydın şəkildə qeyd edilmişdir ki, 

Təhsil  Nazirliyi  təhsil  fəaliyyətini  təşkil  etməlidir,  habelə  həmin  qərarda  icra  tədbirləri  üçün 

cavabdeh olan orqanın adı da göstərilir

53

. Bundan əlavə, icra tədbirləri üçün birbaşa cavabdeh olan 



                                                 

50

 



9-cu maddə, Xüsusi təhsil haqqında qanun (2001)

 

51



 

Azərbaycan Respublikasının Nazirlər Kabineti (10 may 2002-ci il), Evdə təhsil almaq hüququnu təmin edən xəstəliklərin siyahısı 

və ev məktəbinin (və ya təhsilinin) təşkil edilməsi qaydası haqqında 077 nömrəli qərar  

52

 



20-ci maddə, Əlillərin müalicəsi və sosial təminatı haqqında qanun (25 avqust 1992-ci il)

 

53



 Azərbaycan Respublikasının Nazirlər Kabineti (29 may 2002-ci il), Stasionar şəraitdə (xəstəxanada) təhsilin təşkil edilməsi 

haqqında 88 nömrəli qərar  




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə