Executive Summary of the research



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix26.09.2017
ölçüsü0,71 Mb.
#1508
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

27 

 

mərkəzlər  əlilliyi  olan  uşaqların  müalicəsi  sahəsində  mövcud  olan  ciddi  çatışmazlıqları  aradan 



qaldırmaq üçün xeyli iş görürlər.  

 

Lakin bu mərkəzlərin bir sıra problemləri də mövcuddur. Əksər mərkəzlərin şəhərlərdə (əsasən 



Bakı, Sumqayıt və Gəncə və bu şəhərlərə yaxın olan ərazilərdə) yerləşməsi səbəbindən az qisim əlil 

uşaqlar belə xidmətlərdən yararlana bilirlər. Bundan əlavə, mərkəzlərin fərqli reabilitasiya 

metodologiyalarından istifadə etməsi, onların fəaliyyətinin qiymətləndirilməsi və keyfiyyətinin 

təmin edilməsini çətinləşdirir. Həmin mərkəzlər yalnız donor vəsaiti hesabına 

maliyyələşdirildiyindən, onların fəaliyyətinin davamlı olmasında problemlər yaranır. Mərkəzlərin 

təbliğatının zəif olması əlil uşaqları olan valideynlərin belə mərkəzlər barədə məlumatsızlığına 

səbəb olur.  Sorğuda iştirak edən valideynlərin təxminən 5%-i  xidmət göstərən mövcud müəssisələr 

arasında tanıdıqları reabilitasiya mərkəzlərini sadaladılar. Direktor və müəllimlərin böyük 

əksəriyyəti isə bu mərkəzlər barədə məlumatsız olduqlarını bildirdilər

.  


 

Əksər mərkəzlərin heyəti əlillər üçün peşəkar mütəxəssis hazırlansa da onların bu sahədə işləmək 

üçün  müvafiq  təhsil  sənədləri  yoxdur.  Tədqiqatların  təhlili  göstərir  ki,  bu  mərkəzlər  müxtəlif 

müalicə metodologiyalarından istifadə edirlər, bu isə onların fəaliyyətinin qiymətləndirilməsini və 

keyfiyyətinin təmin edilməsini çətinləşdirir. Həmin mərkəzlərdə bu xidmətlərin göstərilməsi barədə 

məlumatlar  əhali  arasında  yayılmamışdır.  Əlaqələndirmə  işi  zəif  olduğundan  həmin  mərkəzlərin 

davamlı fəaliyyət göstərməsi çətinləşir.  

 

TPPK-lar  özlərini  alternativ  xidmətlərə  yönəldən  mənbə  kimi  təqdim  edirlər.  Mövcud 



qanunvericiliyə  uyğun  olaraq,  həmin  komissiyalar  ƏU-a  və  onların  ailələrinə  zəruri  xüsusi 

xidmətlər, habelə məşvərətçi və məsləhətçi xidmətləri göstərməlidirlər. Reabilitasiya mərkəzləri ilə 

müqayisədə  TPPK-lar  barədə  əlil  uşağı  olan  hər  bir  valideyn  məlumatlıdır.  51  direktordan  17-si, 

ƏU-ın sorğuda iştirak edən valideynlərinin yalnız 17%-i, müəllimlərin isə 21%-i TPPK xidmətləri 

barədə  xəbərdar  olduqlarını  bildirdilər.  Məlumatdan  göründüyü  kimi,  hələ  də  respondentlərin 

əksəriyyəti  TPPK-ların  vəzifə  və  səlahiyyətləri  haqqında  heç  bir  məlumata  malik  deyildir  Eyni 

nəticələr tipik uşaqların valideyn və müəllimləri ilə aparılan müzakirələr əsasında da aşkar edildi. 

 

Tədqiqatın  nəticələrindən  məlum  oldu    ki,  aztəminatlı  ailə  kateqoriyasına  daxil  olmayan  ailələr 



TPPK-nın xidmətləri barədə daha az məlumatlıdırlar.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Mürəkkəb cədvəl: ailə gəliri və TPPK  barədə məlumatların əlaqəsi 

Ailənin  aylıq  gəliri 

(AZN) 

Sizin 

Pedaqoji-

psixoloji-tibbi 

komissiya 

haqqında 

məlumatınız varmı?  

Cavabların 

sayı 

Cavabların 

faiz nisbəti 

50 AZN-dən az 

Hə 


39 

83,0 


Yox 

17,0 



50 – 100 AZN 

Hə 


86 

57,0 


Yox 

65 


43,0 

100 – 150 AZN 

Hə 


153 

63,2 


Yox 

89 


36,8 

150 – 200 AZN 

Hə 


125 

53,6 


Yox 

108 


46,4 

250  AZN  və  daha 

çox 

Hə 


74 

50,0 


Yox 

74 


50,0 


28 

 

Maraqlıdır  ki,  məlumata  uyğun  olaraq,  ayda  50  AZN-dən  az  pul  qazanan  ailələr  TPPK-nın 



xidmətləri  barədə  daha  çox  məlumata  malikdir.  Bunun  səbəblərindən  biri  odur  ki,  aztəminatlı 

ailələrin əlil uşaqlar üçün xidmətlərə ehtiyacı var. Bundan əlavə, komissiyanın təsdiq etdiyi sənədə 

əsasən  ailə  dövlət  yardımı  ala  bilər:  Digər  tərəfdən  bu  məlumatdan  görünür  ki,  imkanlı  ailələrin 

uşaqları  təhsil  almırlar,  çünki  həmin  ailələr  öz  əlilliyi  olan  uşaqlarına  təhsil  verə  bilmək  üçün 

komissiyadan  müvafiq  göndəriş  almalıdırlar.  Yuxarıdakı  cədvəldən  göründüyü  kimi,  ayda  250 

AZN-dən çox  məbləğdə gəliri olan ailələrin ƏU-larının üçdə biri məktəbə getmir

35

, ayda 50 AZN-



dən az məbləğdə gəliri olan ailələrinin böyük əksəriyyətinin ƏU-ları isə təhsilə cəlb edilir.  

 

Bundan  əlavə,  tədqiqat  nəticəsində  məlum  oldu  ki,  valideynlərin  təhsilinin  səviyyəsi  və 



komissiyanın  xidmətləri  barədə  bilikləri  arasında  heç  bir  əhəmiyyətli  asılılıq  yoxdur.  Yuxarıda 

verilmiş  cədvəldən  göründüyü  kimi

36

,  valideynin  komissiya  haqqında  məlumata  malik  olması 



təhsilin  səviyyəsinə  təsir  göstərmir:  natamam  orta  təhsilli  valideynlərin  45,7%-i,  tam  orta  təhsilli 

valideynlərin  isə  61,3%-i,  ali  təhsillilərin  60%-i  TPPK-ları  haqqında  məlumata  malik  olduğunu 

bildirdi.  Göründüyü  kimi,    komissiyalar  barədə  məlumatlılıq  təhsilin  səviyyəsi  ilə  deyil,  ailənin 

təminatlılıq baxımından fərqlidir. 

 

Buna  baxmayaraq,  respondentlərin  böyük  əksəriyyəti  (müvafiq  olaraq  88%-i,  87%-i  və  92%-i) 



TPPK-nın  müəyyən  səlahiyyətə  malik  olduğunu    təsdiq  etdilər.  Buna  səbəb,  maraqlı  tərəflərin 

əksəriyyətinin komissiyaların vəzifə və səlahiyyətləri barədə tam məlumata malik olmaması ilə izah 

etmək olar.  Respondentlərin bildirdikləri rəylərə əsasən, hətta insanlar TPPK-nın mövcud olduğunu 

bildikləri  halda  belə,  TPPK-nın  göstərdiyi  xidmətlər  barədə  məlumatlı  deyillər.  Valideynlər  və 

müəllimlərin əksəriyyəti TPPK-ları “şəhadətnamə verən müəssisə” kimi təsvir etdilər. Valideynlərin 

az  qismi  müvafiq  mövzu  üzrə  TPPK-ların  göstərdikləri  məşvərətçi  və  məsləhətçi  xidmətlərindən 

bəhrələndiyini bildirdi. Sorğuda iştirak edən müəllimlər və bu sahədə çalışan QHT  nümayəndələri 

bildirdilər ki, əksər hallarda TPPK-nın yanaşması yeni tələblərə cavab vermir. Bundan əlavə, bəzi 

valideynlər  bildirdi  ki,  uşaqların  vəziyyətinin  qiymətləndirilməsi  zamanı  bürokratik  maneələrə  və 

əngəllərə rast gəlirlər 



4-cü  cədvəl.  Mürəkkəb  cədvəl:  təhsil  pilləsi  və  TPPK    barədə 

məlumatların əlaqəsi 

Sorğu  iştirakçısının 

təhsilinin səviyyəsi 

TPPK 

haqqında 

məlumat 

Cavabların 

sayı 

Cavabların 

faiz nisbəti 

İbtidai 

Hə 


35,3 


Yox 

11 


64,7 

Natamam orta 

Hə 


37 

45,7 


Yox 

44 


54,3 

Orta  

Hə 


263 

61,3 


Yox 

166 


38,7 

Peşə  

Hə 


68 

55,7 


Yox 

54 


44,3 

Texniki 

Hə 


50 

67,6 


Yox 

24 


32,4 

Ali 

(bakalavr 

mərhələsi)  

Hə 


48 

59,3 


Yox 

33 


40,7 

Ali 

(magistr 

mərhələsi) 

Hə 


29,4 


Yox 

12 


70,6 

                                                 

35

 Qeyd etmək lazımdır ki, bunun səbəblərindən biri təhsil xidmətlərinin çatışmazlığı ilə izah edilə bilər. Lakin məhz bu halda bizim 



məlumatların təhlilləri bir-birini tamamlayır: daha çox pul qazanan ailələr TPPK haqqında heç nə bilmirlər və onların uşaqları təhsil 

almır. Bunun mümkün səbəblərindən birini yoxsul ailələrlə müqayisədə varlı ailələrin utanc hissinin daha böyük olması ilə izah 

etmək olar.  

36

 İbtidai və ali (magistratura) təhsil alan valideynlərin cavabları statistik əhəmiyyət kəsb etmir, çünki müvafiq sorğu iştirakçılarının 



sayı həddindən artıq azdır. 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə