Executive Summary of the research



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix26.09.2017
ölçüsü0,71 Mb.
#1508
1   ...   16   17   18   19   20   21   22   23   24

35 

 

müəssisənin də adı çəkilir: “stasionar tibbi müəssisədə təhsilin təşkil edilməsi və idarəolunması ən 



yaxında  yerləşən  ümumtəhsil  məktəbi  tərəfindən  həyata  keçirilir”.  Bundan  əlavə,  yerli  təhsil 

orqanları həmin təhsil fəaliyyətini yoxlamaq üçün cavabdehdirlər. Bundan əlavə, baş həkim təhsilin 

vaxtını  və  qaydasını  təyin  etməlidir,  bu  isə,  tibb  və  təhsil  müəssisələrinin  fəaliyyətinin 

uzlaşdırılması  deməkdir.  Vəzifələr  dəqiqliklə  bölüşdürülməmişdirsə  də,  həmin  sənəddə  icra 

tədbirləri nisbətən dəqiq şəkildə təsvir edilmişdir.  

 

NK-nin inteqrativ şəraitə malik olan təhsil müəssisələrində təhsil fəaliyyətinin əsasnaməsini təsdiq 



edən  29  may  2002-ci  il  tarixli,  87  nömrəli  qərarında  Xüsusi  təhsil  haqqında  qanunun  inteqrativ 

təhsilin  təşkil  edilməsinə  həsr  olunan  12-ci  maddəsinə  istinad  edilir.  Əsasnamədə  bəyan  edilir  ki, 

inteqrativ  təhsilin  inkişafı  dövlət  tərəfindən  təmin  edilir.  Lakin  əsasnamənin  nə  əvvəlki,  nə  də 

sonrakı  abzaslarında  bilavasitə  inteqrativ  təhsilin  həyata  keçirilməsinə,  müşahidə  edilməsinə  və 

monitorinqinə  kömək  etmək  üsulları  və  qaydaları  təsvir  edilmir.  Həmin əsasnamədə  inteqrativ  və 

inkluziv təhsil bir-birindən fərqləndirilmir, çünki orada qeyd edilir ki, “inteqrativ şəraitə malik olan 

təhsil  müəssisəsi  əlilliyi  olan  və  tipik  uşaqların  bir  yerdə  təhsil  almaları  üçün  yaradılan  xüsusi 

şəraitə malik olan ümumi məktəbdir”. Həmin əsasnamənin 7-ci abzasında bəyan edilir ki, kar, kor 

və  görmə  qabiliyyəti  40  faizdən  az  olan  uşaqların  təhsili  tipik  uşaqlarla  bir  yerdə  təşkil  edilə 

bilməz


54

.  Sənəddə  bunun  səbəbləri  izah  olunmur.  Əsasnamədə  tibbi-pedaqoji-psixoloji 

komissiyanın  uşaqları  inteqrativ  məktəbə  qəbul  etmək  və  ümumiyyətlə  təhsilin  növünü  dəyişmək 

barədə qərar qəbul etmək səlahiyyəti təsbit olunmuşdur. Təəssüf ki, bunun sayəsində əsasnamə daha 

dəqiq və aydın olmamışdır.            

 

Məktəbəqədər təhsil müəssisələrinin nizamnaməsində (2004)



55

 məktəbəqədər təhsil müəssisələrində 

sosial-pedaqoji  xidmətin  fəaliyyət  göstərməsi  tələb  olunur.  Həmin  xidmətlərə  məktəbəqədər  təhsil 

müəssisələri,  ailələr  və  cəmiyyət  arasında  əlaqələrin  yaradılması,  valideynlərin  təlimləndirilməsi 

daxildir. Məktəbəqədər təhsil müəssisələrinin nizamnaməsinin 33-cü abzasında həmin müəssisələri 

idarə etmək vəzifəsi Təhsil Nazirliyinə həvalə edilir, lakin nizamnamənin həyata keçirilməsi, habelə 

icra tədbirlərinin idarəolunması və yoxlanması  üsulları nizamnamənin özündə aydın şəkildə təsvir 

edilmir. Xüsusi təhsil müəssisələrinin nizamnaməsi haqqında 078 nömrəli qərarda da (2002) həmin 

nizamnamənin  həyata  keçirilməsi,  habelə  icra  tədbirlərinin  idarəolunması  və  yoxlanması  üçün 

cavabdeh olan müəssisənin adı çəkilmir.  

 

3.7.4. Pedaqoji heyətin işə götürülməsi və ixtisasartırması 

Pedaqoqların  hazırlanması  Salamanka  bəyannaməsinin  ən  mühüm  məqamlarından  biridir. 

Bəyannaməyə  uyğun  olaraq,  ibtidai  və  orta  məktəblərin  bütün  müəllimləri  ilkin  pedaqoji  təhsilə 

malik  olmalıdırlar.  Azərbaycanda  pedaqoji  kollecdə  inkluziv  təhsil  üzrə  mühazirələr  oxunur. 

İnkluziv  Təshil  üzrə  Milli  Sınaq  Proqramı  (İTMSP)  çərçivəsində  da  inkluziv  təhsil  üzrə 

ixtisasartırma kursuna bir qrup professor cəlb edildi. İTMSP-nin rəhbərliyi müəllim ixtisasartırması 

və ilkin pedaqoji təhsil proqramlarının tərtib edilməsi ilə məşğul olan müəssisələr üçün kurrikulum 

tərtib edəcək peşəkarlar dn ibarət qrup təşkil etməyi planlaşdırır. İTMSP çərçivəsində həm də həmin 

proqramda iştirak edən müəllimlər, müəllim köməkçiləri və məktəb rəhbərləri üçün inkluziv təhsil 

üzrə  təlim  kursu  keçirilir.  Həmin  tədbirlər  TN-in  qərarı  ilə  həyata  keçirilir,  lakin  bu  məsələlər 

qanunvericilikdə öz əksini tapmamışdır.  

 

3.7.5. Əlavə yardım xidmətləri 

Salamanka  bəyannaməsində  deyilir  ki,  xüsusi  xidmətlərin  göstərilməsi  inkluziv  təhsil 

strategiyalarının uğurla həyata keçirilməsini təmin edən mühüm amillərdən biridir. UHK-da deyilir 

ki, “konvensiyaya qoşulan dövlətlər əlil uşağın xüsusi qayğı  görmək hüququnu tanıyırlar və onlar 

                                                 

54

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti (29 may 2002-ci il), İnteqrativ məktəb şəraitində təhsil fəaliyyətinin təşkil edilməsi 



haqqında 87 nömrəli qərar 

 

55



 

Azərbaycan Respublikasının Nazirlər Kabineti (4 mart 2004-cü il), Əlil şəxslər üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinin 

nizamnaməsi haqqında 024 nömrəli qərar 

 



36 

 

müvafiq  ərizə  əsasında  mövcud  vəsaitlərin  həcmindən  asılı  olaraq  yardım  almaq  hüququna  malik 



olan hər bir uşağa və ona qayğı göstərmək üçün cavabdeh olan şəxslərə uşağın vəziyyətinə və onun 

valideynlərinin  və  ya  ona  qayğı  göstərən  digər  şəxslərin  şəraitinə  uyğun  gələn  şəkildə  yardım 

göstərilməsini  rəğbətlə  qarşılamalı  və  təmin  etməlidir”

56

.  UHK-da  xidmətlərin  və  yardımların 



növləri məxsusi olaraq təsvir olunmur və bunun səbəbini ƏU-ın ehtiyaclarının rəngarəngliyi ilə izah 

etmək  olar.  Milli  qanunda  da  uşaqlara  sosial  yardımların  göstərilməsi  ümumi  şəkildə  qeyd 

edilmişdir.  Milli  qanunda  deyilir  ki,  “…müvafiq  icra  orqanları  yoxsul  ailələrin  uşaqlarını  əlavə 

yardımlar  və  imtiyazlar  ilə  təmin  edə  bilərlər

57

.  Lakin  həmin  qanunda  hansı  hallarda  və  hansı 



yardımın göstərilməsi konkret olaraq qeyd olunmamışdır. 

 

Milli qanunun 35-ci maddəsini UHK-nın 23-cü maddəsinin üçüncü abzası ilə müqayisə etmək olar. 



Milli  qanunun  35-ci  maddəsində  “əlilliyi  olan  uşaqların  təhsil,  təlim,  tibbi  yardım,  müalicə,  əmək 

fəaliyyətinə  hazırlıq  və  istirahət  xidmətlərindən  səmərəli  şəkildə  istifadə  etmələri  üçün  lazımi 

imkanlar”  yaradılması.  tələb  edilir.    Lakin  əsas  fərq  ondan  ibarətdir  ki,  UHK-da  bütün  bunları 

uşağın  cəmiyyətə  inteqrasiyasını,    o  cümlədən  onun  mədəni  və  mənəvi  inkişafını  təmin  edən 

münasib qaydada həyata keçirmək lazımdır, Milli qanunda isə bu öz əksini tapmamışdır.  

 

ƏU  üçün  məktəbdənkənar  təhsilin  təşkil  edilməsinə  dair  milli  qanunvericilik  sənədləri  arasında 



ziddiyyət vardır. Ümumi təhsil haqqında qanunda yaradıcı klublar, idman və incəsənət məktəbləri, 

studiyalar,  kitabxanalar  və  s.  sadalanır  və  qeyd  olunur  ki,  məktəblilər  müvafiq  müəssisələrin 

xidmətlərindən  pulsuz  və  ya  imtiyazlı  şərtlər  əsasında  istifadə  etmək  hüququna  malikdirlər

58



Xüsusi  təhsil  haqqında  qanunda  buna  bərabər  və  ya  buna  bənzər  müddəa  yoxdur.  Lakin  Əlillərin 

müalicəsi  və  sosial  təminatı  haqqında  qanunda  (25  avqust  1992-ci  il)  ƏU  üçün  məktəbdənkənar 

təhsil  qeyd  olunmuşdur.  Həmin  qanunda  bəyan  edilir  ki,  əlilliyi  olan  uşaqların  hərtərəfli  inkişafı, 

ictimai həyatda fəal iştirakına kömək etmək, onların diqqətini əməyə, elmə, texnikaya, incəsənətə 

və  idmana  cəlb  etmək  məqsədilə  müvafiq  icra  orqanları  əlilliyi  olan  uşaqların  məktəbdənkənar 

təhsili  üçün  lazımi  şərait  yaratmalıdırlar

59

.  Həmin  qanunda  əlilliyi  olan  istedadlı  uşaqların  



ümumtəhsil  məktəblərdə  və  ya  xüsusi  məktəblərdən  kənarda,  digər  müvafiq  müəssisələrdə 

ödənişsiz musiqi dərsləri almaq, təsviri və bədii incəsənət bacarıqlarına yiyələnmək hüququna malik 

olmaları  əks  olunmuşdur..  ƏŞHK-  nı  imzalayan  dövlətlərdən  ƏU-ın  digər  uşaqlarla  yanaşı  oyun, 

istirahət,  asudə  vaxt  və  idman  tədbirlərində,  o  cümlədən  məktəblərdə  keçirilən  bu  cür  tədbirlərdə 

bərabər  şəkildə  iştirak  etmək  imkanına  malik  olmalarını  təmin  etməyin  tələb  olunması  milli 

qanunvericilik sənədlərinin beynəlxalq sənədlərə uyğun gəlmədiyini bir daha təsdiqləyir. .  

 

Hərçənd  85



60

  nömrəli  bə  74

61

  nömrəli  qərarlarda  icra  tədbirləri  üçün  cavabdeh  olan  müəyyən 



orqanlar  qeyd  olunur,  lakin  vəzifə  bölgüsü  aydın  şəkildə  göstərilməmişdir.  TPPK-nın 

nizamnaməsində  həmin  komissiyanın  fövqəladə  səlahiyyəti  təsdiq  edilir  və  bəyan  edilir  ki,  əlil 

şəxslərin təhsil hüququ TPPK-nın verdiyi sənədlə təsdiq olunur.  

 

73



62

 nömrəli qərar Salamanka bəyannaməsinin şəxsi fərqlərin və vəziyyətlərin tam nəzərə alınması 

barədə  tələbinə  uyğun  gəlir.  Həmin  qərarda  həm  xüsusi,  həm  də  adi  məktəblərdən  ƏU-ı  nitq 

patologiyası üzrə mütəxəssisin xidmətləri ilə təmin etmək tələb olunur. Təəssüf ki, Azərbaycanda 

xüsusi  xidmətlərin  yalnız  iki  növünü  göstərmək  mümkündür:  nitq  patologiyası  və  fizioterapiya. 

                                                 

56

 

23-cü maddə, 2-ci abzas, Uşaq hüquqları konvensiyası (1998)



 

57

 



29-cu maddə, Milli qanun (18 may 1998-ci il)

 

58



 

26-cı maddə, Xüsusi təhsil haqqında qanun (2001)

   

59

 



18-ci və 19-cu maddələr, Əlilliyin qarşısının alınması, əlillərin müalicəsi və sosial təminatı haqqında qanun (25 avqust 1992-ci il)

 

60



 

Azərbaycan Respublikasının Nazirlər Kabineti (29 may 2002-ci il), Müalicə mərkəzlərinin nizamnaməsi haqqında 85 nömrəli 

qərar 

 

61



 

Azərbaycan Respublikasının Nazirlər Kabineti (29 aprel 2002-ci il), Tibbi-pedaqoji-psixoloji komissiyanın yaradılması haqqında 

74 nömrəli qərar 

 

62



 

Azərbaycan Respublikasının Nazirlər Kabineti (29 aprel 2002-ci il), Nitq patoloqu xidmətlərinin göstərilməsi haqqında 73 nömrəli 

qərar 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə