15
uyğunlaşdırılmamasıdır. Cədvəl 3-də aydın şəkildə görünür ki, əksər məktəblər üçün ƏU-ın
məktəbə gəlmələri və məktəbdə yerləşmələri fiziki cəhətədən çətindir.
Müəllimlər/məktəb direktorları ilə aparılan sorğularla, hədəf qrup müzakirələri və ekspertlərlə
aparılan müsahibələrin nəticələri əsasında da eyni və ya çox bənzər mənzərə yaranır. Müəllimlərin
təxminən 55%-i, məktəb direktorlarının isə 60-70%-i bildirdi ki, ƏU-ın məktəb binalarına daxil
olmaları və yerləşmələri çətindir və məktəb binaları ƏU-ın ehtiyaclarına cavab vermir.
Bundan əlavə, münasib qiymətə olan rahat nəqliyyat vasitələrinin olmaması rayon mərkəzlərindəki
xüsusi məktəblərə və icma əsaslı alternativ qayğı mərkəzlərinə gəlmələrinə mane olur. Uşaqların
daşınmasına kömək etmək məqsədilə Hökumətin tətbiq etdiyi maliyyə yardımı üsulları həmin
ehtiyacları ödəmir. ƏU-ın ailələri nəqliyyat xərclərini ödəmək üçün ayda 10 Azərbaycan manatı
(təxminən 12 ABŞ dolları) almalıdırlar. Lakin bəzi amillər bu vəsaiti almağa mane olur.
Rayon məktəblərinin də bir çox müəllimi qeyd etdi ki, əlilliyi olan uşaqların təhsil almalarına mane
olan ciddi amillərdən biri təhsil müəssisələrinin ƏU üçün uyğunlaşdırılmamasıdır. Həmin
müəllimlərlə keçirilən HQM nəticəsində məlum oldu ki, ölkənin kəndlərində dövlət və xüsusi
nəqliyyat sistemi olmadığına görə, uşaqların əksəriyyəti ümumtəhsil məktəblərinə getmək
imkanından məhrumdurlar. Bu maneələr uşaqları evdə təhsil almağa məcbur edir. Məlumatdan
görünür ki, nəqliyyat çətinlikləri təkcə kənd yerlərinə xas deyildir. Şəhərlərdə müəllimlər və
valideynlər bildirdi ki, Bakı və Sumqayıt kimi şəhərlərin ictimai nəqliyyat sistemləri ƏU-ın
tələbatını ödəmək üçün lazımi qaydada təşkil edilməmişdir. ƏU olan ailələrin əksəriyyətinin yoxsul
olduğunu və özəl nəqliyyat vasitələrindən istifadə haqqını ödəyə bilmədiklərini nəzərə alaraq,
xüsusi ictimai nəqliyyatın olmaması məktəblərə rahatlıqla getməyə mane olan ciddi amillərdən biri
hesab oluna bilər.
Nəhayət, Cədvəl 3-də (16-cı səh.) göstərildiyi kimi, məktəb binalarının infrastrukturu əlilliyi olan
uşaqların xüsusi tələbatını ödəmək üçün nəzərdə tutulmamışdır. Həmin məktəblərin əksəriyyəti ƏU
üçün nəzərdə tutulan xüsusi tualetlərə və gigiyena şəraitinə malik deyildir (müəllimlərin 80%-dən
çoxu və direktorların 75%-i bildirdi ki, onların məktəblərinin tualeti sağlamlıq imkanları məhdud
olan uşaqların tələbatına cavab vermir). Valideynlərin təxminən 20%-i bildirdi ki, onların
uşaqlarının təhsil aldıqları məktəblərin əyani vəsaitləri qənaətbəxş deyildir. Sorğuda iştirak edən
direktorların təxminən 63%-i, müəllimlərin isə 53%-i bildirdi ki, onların məktəblərinin əyani
vəsaitləri ƏU-ın tələbatına cavab vermir. Bu nəticələr belə qənaətə gəlməyə imkan verir ki, binadan
0%
20%
40%
60%
80%
100%
Qrafik 3.
Valideynlərin məktəb infrastrukturundan
razılığının dərəcəsi
(%)
Yoxdur
Narazıdır
Razıdır
Tam razıdır
Sinif otağının
texniki təchizatı
(məsələn mebel)
ƏU yerləşdirmək
üçün xüsusi
çanaqlar
Xüsusi
layihəli
tualetlər
Xüsusi ə
yani
tədris vəsaitləri
Sinif otağı birinci
mərtəbədə
yerləşmişdir
Sual:
Siz öz uşağınızın ehtiyaclarının ödənilməsi baxımından
infrastrukturun səviyyəsindən razısınızmı
?
16
rahat istifadə imkanının olmaması ölkədə əlilliyi olan uşaqların təhsil almasına mane olan ən ciddi
amillərdən biridir.
Bütün bu maneələr yalnız məktəblərdə müşahidə olunmur. Ümumiyyətlə, ölkənin ictimai bina,
küçə, restoran və kafeləri inşa edilərkən, habelə ictimai nəqliyyatın fəaliyyəti təşkil edilərkən əlilliyi
olan insanların ehtiyacları nəzərə alınmamışdır.
3.2.3. Münasib qiymət
Tədqiqatın münasib qiymətə dair nəticələr ziddiyyətlidir. Göründüyü kimi, qiymətlərin münasib
olmaması əlilliyi olan uşaqların təhsil almalarına mane olmur. Əslində hər hansı şəkildə təhsil alan
ƏU-ın valideynlərinin yalnız təxminən 5,1%-i bildirdi ki, onların uşaqları bəzi hallarda maddi
səbəblərdən dərsə gedə bilməmişdir. Təhsildən kənarda qalan ƏU-ın valideynlərinin təxminən
27,2%-i bildirdi ki, maddi çətinliklər onların uşaqlarının təhsil almasına mane olur (Cədvəl 4,
səh.18). Ölkənin kəndlərində yaşayan ailələr şəhər ailələri ilə müqayisədə (müvafiq olaraq 43,2%
və 20,7%) maddi çətinlikləri daha çox vurğulayırlar. Digər tədqiqatlar əsasında da bu fikir təsdiq
edilmişdir.
Valideynlərin əksəriyyəti hesab edir ki, uşaqların təhsil almasına mane olan əsas amil uşaqların
səhhətidir.
18
Ümumiyyətlə məlumatlarda qeyd edilir ki, ƏU-ın valideynləri ailə gəlirlərinin 5%-ni
öz uşaqlarının təhsilinə xərcləməyi planlaşdırırlar. Belə ki, valideynlərin əksəriyyəti ailənin gəlirləri
artdığı təqdirdə, pulun ilk növbədə qida, paltar, dərman, həkim xərclərinə, bəziləri isə təhsil
xərclərinə sərf edilməsinin zəruriliyini qeyd etdi. Bu nəticələrin səbəbini iki cür izah etmək olar: 1)
valideynlər təhsilə dəyər vermir, buna görə də təhsilə az vəsait ayırır; 2) əslində valideynlər öz
əlilliyi olan uşaqlarının təhsilinə az vəsait ayırır və təhsil xərclərinin əksəriyyəti digər mənbələrdən
ödənilir. Aydındır ki, bu məsələni araşdırmaq üçün əlavə tədqiqat aparılmalıdır və həmin tədqiqat
nəticəsində təhsilə mane olan amillərin aradan qaldırılmasına dair əlavə tövsiyələr verilə bilər.
Buna baxmayaraq, valideynlərin əksəriyyəti dövlətin təyin etdiyi müavinətin məbləğindən narazı
olduğunu bildirdi. Cədvəl 4-də göstərildiyi kimi, ƏU-ı olan ailələrin əksəriyyətinin aylıq gəliri 250
manatdan (təxminən 305 ABŞ dolları) azdır və onlar öz uşaqlarının tələbatını ödəmək üçün
dövlətdən nəğd şəkildə il ərzində təxminən 339 manat (təxminən 413 ABŞ dolları) məbləğində
maddi yardım alırlar.
18
Tədqiqat əsnasında səhhətin təhsilə necə mane ola biləcəyini müəyyən etmək mümkün olmadı. Bunun səbəbini bir neçə cür izah
etmək olar: komissiyanın qərarı; valideynin öz uşağının əlilliyinin ciddiliyi haqqında yanlış
təsəvvürü; yanlış məlumatın verilməsi;
ƏU-ın və digər uşaqların tələbatına cavab verən təhsil xidmətləri haqqında məlumatın olmaması. Bu məsələni mütləq daha dərindən
tədqiq etmək lazımdır.
Qrafik 4
. ƏU
-
ın heç bir şəkildə təhsil
almamasının səbəbləri (valideynlər, %).
0.0
10.0
20.0
30.0
40.0
50.0
60.0
Nəqliyyat
Maddi
Səhhət
Komissiyanın qərarı
Yaş həddi