17
Bu tədqiqatın köməyilə uşaqların təhsilinə kömək edəcək və valideynlər tərəfindən istifadə edilə
biləcək mövcud maddi imkanları tədqiq etməyə cəhd göstərildi. Tədqiqat məlumatlarına uyğun
olaraq, ƏU-ın valideynləri dövlətdən nəqliyyat xərci kimi ayda 10 manat (təxminən 12 ABŞ dolları)
alırlar. Bundan əlavə, hər ƏU-ın valideyni öz uşağının tələbatını (qida, tibbi xidmət, paltar və s.)
ödəmək üçün dövlətdən 35 manat (təxminən 40 ABŞ dolları) məbləğində müavinət alır. Tədqiqat
zamanı toplanmış məlumata görə, valideynlərin 92%-i dövlət tərəfindən verilən maddi yardımın
ƏU-ın tələbatının ödəmədiyini bildirdi. Dövlət statistikasının təhlili də belə qənaətə gəlməyə imkan
verir ki, 2002-2007-ci illərdə ölkədə əhəmiyyətli iqtisadi artımın 10 dəfə artmağına baxmayaraq,
dövlət yardımının məbləği təxminən 2,5 dəfə artdı
19
. Ölkədə inflyasiya sürətinin yüksək olduğunu
nəzərə alaraq
20
, maddi yardımın məbləğini qənaətbəxş hesab etmək olmaz
21
. Sorğu iştirakçılarının
böyük əksəriyyəti (83%) dövlət yardımının məbləğindən narazı olduğunu bildirdi. Tədqiqat
nəticəsində məlum oldu ki, ailələr digər mənbələrdən fərqli növlərdə yardımlar alırlar (qohumlar,
ianələr).
3.2.4. Keyfiyyət
Təhsilin keyfiyyətinin araşdırılması kifayət qədər ziddiyyətli və mürəkkəb məsələdir. Məlumatlara
uyğun olaraq, ƏU-ın təhsilinin keyfiyyətinə birbaşa və ya dolayı təsir göstərən bir çox amillər
vardır ki, onların açıqlanmasına cəhd göstərildi. Müəllimin hazırlıq dərəcəsi, məvacibləri,
qiymətləndirmə vasitələri/göstəriciləri, xüsusi və şəxsiyyətyönümlü tədris üsulları, vəsaitlər və
məktəb infrastrukturu və s. həmin amillərdəndir. Bu tədqiqat zamanı uşaqların, valideynlərin və
təhsil müəssisələrinin rəhbərliyinin nöqteyi-nəzərindən və kənar müşahidəçilər tərəfindən aparılan
qiymətləndirmə vasitəsilə təhsil xidmətlərinin keyfiyyətini araşdırıldı.
Sorğu zamanı məlum oldu ki, ƏU-ın valideynlərinin 93,1%-i uşaqlarına təhsil verən müəllimlərdən
razıdır. Belə ki, valideynlərin təxminən 55%-i müəllimlərin onların uşaqlarına, 25%-i isə
müəllimlərin valideynlərə göstərdiyi müsbət münasibətin (davranış) olduğunu vurğuladı..
Valideynlərin yalnız 17%-i sinif otağında həyata keçirilən tədris fəaliyyətindən razı olduğunu
bildirdi.
Digər tərəfdən, valideynlərin əksəriyyəti bütövlükdə təhsil sisteminin fəaliyyətindən razı olduqlarını
bildirdilər (Cədvəl 5). Belə ki, valideynlərin təxminən 55%-i təhsil sisteminin fəaliyyətindən razı ,
37,7%-i isə təhsil sisteminin fəaliyyətinin az dərəcədə qənaətbəxş, nəhayət 7,7%-i təhsil sisteminin
fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu bildirdi. Valideynlərin əksəriyyətinin razılığının səbəbi
əlilliyi olan uşaqlarında “inkişaf”
22
müşahidə etmələridir. Valideynlərin 8%-i bildirdi ki, onların
uşaqları oxumağı və yazmağı bacarır, nəhayət valideynlərin 6%-i bildirdi ki, onlar öz uşaqlarında
heç bir dəyişiklik müşahidə etmədilər. Bu hal belə qənaətə gəlməyə imkan verir ki, valideynlər
tədris və təhsil fəaliyyətinin keyfiyyətinin qiymətləndirilməsi barədə az biliyə və bacarığa
malikdirlər.
19
www.stat.gov.az
20
İnflyasiya göstəriciləri ziddiyyətlidir – rəsmi mənbələr onun 18%-dən az (illik) olduğunu bildirirlər, beynəlxalq təşkilatlar isə
2007-ci ildə inflyasiyanın 22% olduğunu bildirirlər. Yerli ekspertlər 2007-ci ildə istehlak mallarının qiymətlərinin artmasını nəzərə
alaraq, inflyasiya səviyyəsinin təxminən 30% olduğunu iddia edirlər.
21
Ölkədə dövlət yardımları inflyasiya səviyyəsinin əmsalları vasitəsilə hesablanmır. Yardımların məbləğini artırmaq ölkə
prezidentinin səlahiyyətidir.
22
Sorğu metodologiyası məhdud olduğuna görə, valideynlərin öz uşaqlarında hansı növ “inkişafı” müşahidə etdiklərini müəyyən
etmək mümkün olmamışdır.
18
Ümumiyyətlə belə aydın olur ki, valideynlər bütövlükdə təhsilin hazırkı səviyyəsindən razıdırlar.
Müəllimlər və məktəb direktorları təhsil fəaliyyətinin keyfiyyətini qiymətləndirərkən bir qədər daha
mühafizəkar mövqe nümayiş etdirmişlər: müəllimlərin yalnız 52%-i, direktorların isə 45%-i təhsil
sisteminin fəaliyyətindən razı olduğunu bildirmişdir.
Sorğular əsasında müəyyən edildi ki, sorğu iştirakçılarının əksəriyyəti ƏU-ın təhsili ilə birbaşa
məşğul olan müəllimlərin sürətli təlim kursuna və öz bacarıqlarını inkişaf etdirməyə ehtiyac
olduğunu hesab edir. Məktəb direktorlarının, müəllimlərin və valideynlərin əksəriyyəti bu fikirlə
razıdır. Məsələn, sorğuda iştirak edən 51 məktəb direktorundan 34-ü bildirdi ki, onların
məktəblərinin müəllimləri ƏU dərs keçmək üzrə mütəxəssis deyillər. Bundan əlavə, müsahibə verən
bütün dövlət ekspertləri kadr çatışmazlığı və hazırlığı barədə ciddi surətdə narahat olduqlarını
bildirdilər. Onların bir çoxu bildirdi ki, QHT-lər (MTTYM, UNICEF) Təhsil Nazirliyi ilə birlikdə
müəllimlərin ixtisasartırması sahəsində fəal olmuşdurlar; lakin həmin səylər həcm, keyfiyyət və
miqyas baxımından məhdud olmuşdur. Məsələn, sorğuda iştirak edən müəllimlərin yalnız 35%-i
bildirdi ki, onlar ƏU-a dərs keçmək bacarıqları üzrə xüsusi təlim keçmişlər. Bundan əlavə,
müəllimlərin təxminən 79%-i, direktorların isə böyük əksəriyyəti, yəni 51-dən 47-si əlavə
ixtisasartırmaya ehtiyacın olduğunu bildirdi. Ekspertlər qeyd etdilər ki, hökumət kadr hazırlığı
sahəsində çatışmazlığı aradan qaldırmaq və lazımi vəsait ayırmaq üçün ciddi tədbirlər görməlidir;
əks təqdirdə AH bu sahədə əhəmiyyətli islahatların öhdəsindən gəlməyə bilər
23
. Bundan əlavə,
müsahibə verən müəllimlərin əksəriyyəti tədris metodologiyası, bacarıq və strategiyalarına dair
materialların olmadığını bildirdi. Dərsliklərin, tədris vəsaitlərinin və əyani vəsaitlərin çatışmazlığı
da müəllimlərin keyfiyyətli təhsil vermək qabiliyyətləri barədə dəqiq rəy söyləməyə imkan vermir.
Nəhayət, müəllimlər məktəblərdə ƏU-a xüsusi xidmətlər göstərən mütəxəssislərin (nitq terapevti,
psixoloqlar) olmaması ilə bağlı narazılıqlarını bildirdilər. Müəllimlərin fikrincə, qeyd olunanlar
onların təhsilin keyfiyyətini yüksəltmələri üçün əlavə imkanlar yarada bilər.
23
Məsələn, sorğuda iştirak edən müəllimlərin təxminən 70%-i bildirdi ki, onlar üçün ƏU-a dərs demək çox və ya müəyyən dərəcədə
çətindir, müəllimlərin yalnız 30%-i isə heç bir çətinlik çəkmədiyini bildirdi. Sorğuda iştirak edən direktorların yarısından çoxu
bildirdi ki, əlilliyi olan uşaqlara dərs deməkdə çətinlik çəkir.
Qrafik 5.
Təhsil fəaliyyətindən razılığın dərəcəsi
(%).
0
10
20
30
40
50
60
Valideynlər
Müəllimlər
Direktorlar
Qənaətbəxş
Az dərəcədə qənaətbəxş
Qeyri-
qənaətbəxş
Sual: Siz ƏU
-
ın təhsilinin səviyyəsindən razısınızmı?