39
Xüsusi təhsil haqqında qanun bunu təsdiq edir və ƏU-ın xidmətlərdən, tədris materiallarından və
vəsaitlərindən, nəqliyyatdan və s. pulsuz istifadə etmək hüququna malik olduqlarını qeyd olunur.
Lakin, bundan əlavə, ƏU müavinətlərin və təqaüdlərin müəyyən növlərini almaq hüququna
malikdirlər. ƏU-ın daha rahat şəkildə təhsil almalarına imkan yaradan müavinətləri və təqaüdləri
almaq hüququnun ƏU-a məxsus olduğunu bəyan edən qanunvericilik normaları aşağıda
sadalanmışdır:
1)
Azərbaycan Respublikasının Sosial müavinətlər haqqında qanunu (Azərbaycan
Respublikasının Prezidenti tərəfindən 7 fevral 2006-cı ildə təsdiq edilmişdir) “əmək
qabiliyyətindən məhrum olan şəxslər” təbəqəsinə aid olan, 16 yaşınadək əlil şəxsləri və ƏU-
ı əhatə edir. Bundan əlavə, həmin qanunda müavinətlərin digər növləri ilə yanaşı “əlillik
üçün müavinət” (4.0.1.3. maddəsi) və “16-dan aşağı yaşda olan ƏU üçün müavinət”
(4.0.1.4. maddəsi) təsbit edilmişdir. Buna uyğun olaraq, Azərbaycan Respublikası
Prezidentinin Əhalinin sosial təminatını gücləndirmək üçün əlavə tədbirlər haqqında
fərmanında (22 yanvar 2007-ci il) 16-dan aşağı yaşda olan ƏU üçün müavinət təyin
edilmişdir;
2)
Azərbaycan Respublikasının əmək pensiyaları haqqında qanununda (Azərbaycan
Respublikasının Prezidenti tərəfindən 7 fevral 2006-cı ildə təsdiq edilmişdir) əlillik üçün
əmək pensiyası qeyd edilmişdir. 12-ci maddədə 19 yaşına qədər əlil olmuş, bir illik
sığortaya malik olan, sığortalanmış şəxslərə pensiyanın bu növünü ayırmağa icazə verilir;
3)
Azərbaycan Respublikasının Vətəndaşlara pensiyaların verilməsi haqqında qanununda
(Azərbaycan Respublikasının Prezidenti tərəfindən 23 sentyabr 1992-ci ildə təsdiq
edilmişdir) dövlət əmək (sosial sığorta) pensiyalarının digər növləri ilə yanaşı, əlillik üçün
pensiya qeyd olunur. Bundan əlavə, həmin qanunda təsbit edilmişdir ki, 16-dan aşağı yaşda
olan ƏU-a qayğı göstərən şəxslər əmək pensiyası almaq hüququna malikdirlər. Həmin
qanunun 14-cü maddəsində daha dəqiq göstərilir ki, ƏU-a qayğı göstərən analar həmin
uşaqların səkkiz yaşı tamam olduqdan sonra pensiya almaq hüququna malikdirlər.
4)
Azərbaycan Respublikasının Sosial sığorta haqqında qanununda (Azərbaycan
Respublikasının Prezidenti tərəfindən 18 fevral 1997-ci ildə təsdiq edilmişdir) “əlillik” və
“uşaqlara qayğı” meyarları da sosial sığorta siyahısına daxil edilmişdir. Hərçənd əlil uşağın
valideynləri və ya qanuni nümayəndəs(lər)i uşağa qayğı göstərmək üçün ödənilən sosial
sığortadan birbaşa istifadə edən şəxslərdir, yenə də təcrübədə uşaq sığortaların hər iki
növündən yararlanmalıdır.
5)
Azərbaycan Respublikasının Məqsədli dövlət sosial yardımı haqqında qanununda
(Azərbaycan Respublikasının Prezidenti tərəfindən 21 oktyabr 2005-ci ildə təsdiq
edilmişdir) dəqiq göstərilir ki, əgər uşaqlar dövlət müəssisələrində yaşayırlarsa, onda ailəyə
sosial yardım ayrılarkən həmin uşaqlar nəzərə alınmırlar. Əslində həmin qanunda dəfələrlə
vurğulanır ki, dövlət müəssisələrində yaşayan uşaqlar, o cümlədən ƏU dövlət tərəfindən tam
təmin edilirlər;
6)
Azərbaycan Respublikasının Əhalinin sağlamlığının qorunması haqqında qanununda
(Azərbaycan Respublikasının Prezidenti tərəfindən 18 fevral 1997-ci ildə təsdiq edilmişdir)
bütün əhalinin dövlətdən sosial yardım almaq hüququna malik olduğu qeyd edilir. Buna
uyğun olaraq, ƏU da həmin qanun əsasında müəyyən yardım ala bilərlər.
40
4. Yekunlar və tövsiyələr
Bu tədqiqatı başlamaqda məqsəd Azərbaycanda ƏU-a təhsil xidmətlərinin göstərilməsinin
səviyyəsini, strategiyalarını, vəsaitlərini və üsullarını tədqiq etmək idi, habelə həmin sahədə əldə
edilən təcrübənin strategiya və tədris üsulları islahatına göstərdiyi əsas təsiri vurğulamaq idi.
Tədqiqatın vəzifələri aşağıda sadalanmışdır: 1) Azərbaycanda qanunvericilik, strategiyalar, vəsaitlər
və üsullar baxımından ƏU-a təhsil xidmətlərinin göstərilməsinin vəziyyətini qiymətləndirmək və
UHK ilə müqayisə etmək, habelə bu sahədə əldə edilən təcrübənin strategiya islahatına göstərdiyi
əsas təsiri vurğulamaq; 2) bütün uşaqların əsas təhsil almalarına çətinliklər yaradan maliyyə
məsələlərini təhlil etmək; 3) inkluziv təhsil sahəsində nümunəvi üsulları müəyyən etmək və
sənədləşdirmək, habelə uğurlu və səmərəli üsulları və strategiyaları, ƏU-ın ümumtəhsil məktəblərdə
uğurla təhsil almalarına mane olan amilləri aşkar etmək; 4)Bu sahədə islahatları həyata keçirmək,
lazımi vəsaitin ayrılmasını təmin etmək və inkluziv təhsili dəstəkləyən proqramların icrasına dair
tövsiyələr vermək.
Tədqiqat zamanı məlum oldu ki, digər keçmiş Sovet İttifaqı respublikaları kimi, Azərbaycanın da
təhsil sistemi ƏU-ın təhsil tələbatını tam ödəyə bilmir. Azərbaycanda təhsil xidmətlərinin rahat
istifadə edilə bilməsi, mövcudluğu və keyfiyyəti ilə bağlı ciddi çətinliklər vardır. ƏU-ın və onların
ailələrinin həqiqi tələbatına uyğun gələn dövlət qaydaları və strategiyaları işlənib hazırlanarsa, bu
maneələrin çoxunu aradan qaldırılmış olar. Hökumət nümayəndələrinin verdikləri müsahibələrdən
belə nəticəyə gəlmək olar ki, uşaqlara qulluq göstərən və təhsil verən müxtəlif dövlət orqanlarının
fəaliyyəti əlaqələndirilmir. Ən böyük problemlərdən biri də ondan ibarətdir ki, Hökumət hələ ki,
sağlamlıq imkanları məhdud və ƏU üçün inkluziv təhsilin bütün ölkə üzrə təşkil edilməsi üçün
müvafiq qanun qəbul edilməmişdir.
Buna baxmayaraq, əsaslı surətdə güman edilir ki, mövcud siyasi iradə və dəstək, dövlət
büdcəsindən dövlət təhsil sisteminə ayrılan vəsaitlərin artırılması, dövlət və vətəndaş cəmiyyəti
orqanları arasında tanışlığın və əməkdaşlığın dərinləşdirilməsi, habelə ƏU-a göstərilən
münasibətlərin dəyişdirilməsi sayəsində hamının təhsil almasına nail olmaq üçün çevik, səmərəli və
qanun və qaydalar tərtib edilmədir.
Tədqiqatdan aşkar olunur ki, Azərbaycanda əlilliyi olan uşaqların ailələri çox böyük mənəvi, maddi
və inzibati çətinliklərlə rastlaşırlar və bu, valideynlərin öz uşaqları üçün təhsil imkanlarını səmərəli
şəkildə axtarmaq qabiliyyətlərini məhdudlaşdırır. Hazırda mövcud olan dövlət və qeyri-dövlət
təşkilatları əlilliyi olan uşaqların problemlərinə kompleks yanaşmaq imkanına malik deyillər.
Mövcud dövlət yardım xidmətləri yalnız aylıq nəqd müavinət verməklə kifayətlənirlər, həmin
müavinət isə uşaqların hətta ən sadə ehtiyaclarını belə ödəmir və ƏU-ın təhsil almalarına şərait
yaratmır (tibb müəssisələrinə gəlib-getmək müavinətinin məbləğinin aşagı olması). Bundan əlavə,
ƏU-ın valideynlərinin psixoloji, mənəvi və hüquqi yardım xidmətlərinə ehtiyac vardır və əksər
hallarda icmalarda bu cür xidmətlər mövcud olmur və ya ölkənin bütün ərazisində göstərilmir.
Çətinliklərə baxmayaraq, ailələrin əksəriyyəti ƏU-ın təhsil almalarının tərəfdarıdırlar, çünki onlar
hesab edirlər ki, təhsil almaları onların əlilliyi olan uşaqlarının gələcək həyatlarında mühüm rol
oynaya bilər. Hökumət ailələrin bu mövqeyini ƏU-ın təhsili üçün möhkəm zəmin yaradan amil kimi
nəzərə almalıdır
Tədqiqat nəticələri göstərir ki, sağlamlıq imkanları məhdud olan uşaqların tələbatını ödəyən xüsusi
xidmətlər çox azdır. Bu çatışmazlıq əsasən Sovet dövrünün köhnəlmiş, dar tibbi yanaşmaları ilə
əlaqədardır. Digər tərəfdən, keçmişdə ƏU-ın digər uşaqlardan təcrid edilməsi strategiyalarının
tətbiq edilməsi nəticəsində bir çox ümumi məktəblərdə xüsusi pedaqoqlar yoxdur. Bundan əlavə,
Azərbaycanın ali təhsil müəssisələrində həmin çatışmazlığı aradan qaldıra biləcək kadr hazırlığı
üçün lazım olan proqramların sayı azdır. Hazırkı müəllim hazırlığı kurrikulumu xüsusi pedaqoqların