35
müəssisənin də adı çəkilir: “stasionar tibbi müəssisədə təhsilin təşkil edilməsi və idarəolunması ən
yaxında yerləşən ümumtəhsil məktəbi tərəfindən həyata keçirilir”. Bundan əlavə, yerli təhsil
orqanları həmin təhsil fəaliyyətini yoxlamaq üçün cavabdehdirlər. Bundan əlavə, baş həkim təhsilin
vaxtını və qaydasını təyin etməlidir, bu isə, tibb və təhsil müəssisələrinin fəaliyyətinin
uzlaşdırılması deməkdir. Vəzifələr dəqiqliklə bölüşdürülməmişdirsə də, həmin sənəddə icra
tədbirləri nisbətən dəqiq şəkildə təsvir edilmişdir.
NK-nin inteqrativ şəraitə malik olan təhsil müəssisələrində təhsil fəaliyyətinin əsasnaməsini təsdiq
edən 29 may 2002-ci il tarixli, 87 nömrəli qərarında Xüsusi təhsil haqqında qanunun inteqrativ
təhsilin təşkil edilməsinə həsr olunan 12-ci maddəsinə istinad edilir. Əsasnamədə bəyan edilir ki,
inteqrativ təhsilin inkişafı dövlət tərəfindən təmin edilir. Lakin əsasnamənin nə əvvəlki, nə də
sonrakı abzaslarında bilavasitə inteqrativ təhsilin həyata keçirilməsinə, müşahidə edilməsinə və
monitorinqinə kömək etmək üsulları və qaydaları təsvir edilmir. Həmin əsasnamədə inteqrativ və
inkluziv təhsil bir-birindən fərqləndirilmir, çünki orada qeyd edilir ki, “inteqrativ şəraitə malik olan
təhsil müəssisəsi əlilliyi olan və tipik uşaqların bir yerdə təhsil almaları üçün yaradılan xüsusi
şəraitə malik olan ümumi məktəbdir”. Həmin əsasnamənin 7-ci abzasında bəyan edilir ki, kar, kor
və görmə qabiliyyəti 40 faizdən az olan uşaqların təhsili tipik uşaqlarla bir yerdə təşkil edilə
bilməz
54
. Sənəddə bunun səbəbləri izah olunmur. Əsasnamədə tibbi-pedaqoji-psixoloji
komissiyanın uşaqları inteqrativ məktəbə qəbul etmək və ümumiyyətlə təhsilin növünü dəyişmək
barədə qərar qəbul etmək səlahiyyəti təsbit olunmuşdur. Təəssüf ki, bunun sayəsində əsasnamə daha
dəqiq və aydın olmamışdır.
Məktəbəqədər təhsil müəssisələrinin nizamnaməsində (2004)
55
məktəbəqədər təhsil müəssisələrində
sosial-pedaqoji xidmətin fəaliyyət göstərməsi tələb olunur. Həmin xidmətlərə məktəbəqədər təhsil
müəssisələri, ailələr və cəmiyyət arasında əlaqələrin yaradılması, valideynlərin təlimləndirilməsi
daxildir. Məktəbəqədər təhsil müəssisələrinin nizamnaməsinin 33-cü abzasında həmin müəssisələri
idarə etmək vəzifəsi Təhsil Nazirliyinə həvalə edilir, lakin nizamnamənin həyata keçirilməsi, habelə
icra tədbirlərinin idarəolunması və yoxlanması üsulları nizamnamənin özündə aydın şəkildə təsvir
edilmir. Xüsusi təhsil müəssisələrinin nizamnaməsi haqqında 078 nömrəli qərarda da (2002) həmin
nizamnamənin həyata keçirilməsi, habelə icra tədbirlərinin idarəolunması və yoxlanması üçün
cavabdeh olan müəssisənin adı çəkilmir.
3.7.4. Pedaqoji heyətin işə götürülməsi və ixtisasartırması
Pedaqoqların hazırlanması Salamanka bəyannaməsinin ən mühüm məqamlarından biridir.
Bəyannaməyə uyğun olaraq, ibtidai və orta məktəblərin bütün müəllimləri ilkin pedaqoji təhsilə
malik olmalıdırlar. Azərbaycanda pedaqoji kollecdə inkluziv təhsil üzrə mühazirələr oxunur.
İnkluziv Təshil üzrə Milli Sınaq Proqramı (İTMSP) çərçivəsində da inkluziv təhsil üzrə
ixtisasartırma kursuna bir qrup professor cəlb edildi. İTMSP-nin rəhbərliyi müəllim ixtisasartırması
və ilkin pedaqoji təhsil proqramlarının tərtib edilməsi ilə məşğul olan müəssisələr üçün kurrikulum
tərtib edəcək peşəkarlar dn ibarət qrup təşkil etməyi planlaşdırır. İTMSP çərçivəsində həm də həmin
proqramda iştirak edən müəllimlər, müəllim köməkçiləri və məktəb rəhbərləri üçün inkluziv təhsil
üzrə təlim kursu keçirilir. Həmin tədbirlər TN-in qərarı ilə həyata keçirilir, lakin bu məsələlər
qanunvericilikdə öz əksini tapmamışdır.
3.7.5. Əlavə yardım xidmətləri
Salamanka bəyannaməsində deyilir ki, xüsusi xidmətlərin göstərilməsi inkluziv təhsil
strategiyalarının uğurla həyata keçirilməsini təmin edən mühüm amillərdən biridir. UHK-da deyilir
ki, “konvensiyaya qoşulan dövlətlər əlil uşağın xüsusi qayğı görmək hüququnu tanıyırlar və onlar
54
Azərbaycan Respublikasının Nazirlər Kabineti (29 may 2002-ci il), İnteqrativ məktəb şəraitində təhsil fəaliyyətinin təşkil edilməsi
haqqında 87 nömrəli qərar
55
Azərbaycan Respublikasının Nazirlər Kabineti (4 mart 2004-cü il), Əlil şəxslər üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinin
nizamnaməsi haqqında 024 nömrəli qərar
36
müvafiq ərizə əsasında mövcud vəsaitlərin həcmindən asılı olaraq yardım almaq hüququna malik
olan hər bir uşağa və ona qayğı göstərmək üçün cavabdeh olan şəxslərə uşağın vəziyyətinə və onun
valideynlərinin və ya ona qayğı göstərən digər şəxslərin şəraitinə uyğun gələn şəkildə yardım
göstərilməsini rəğbətlə qarşılamalı və təmin etməlidir”
56
. UHK-da xidmətlərin və yardımların
növləri məxsusi olaraq təsvir olunmur və bunun səbəbini ƏU-ın ehtiyaclarının rəngarəngliyi ilə izah
etmək olar. Milli qanunda da uşaqlara sosial yardımların göstərilməsi ümumi şəkildə qeyd
edilmişdir. Milli qanunda deyilir ki, “…müvafiq icra orqanları yoxsul ailələrin uşaqlarını əlavə
yardımlar və imtiyazlar ilə təmin edə bilərlər”
57
. Lakin həmin qanunda hansı hallarda və hansı
yardımın göstərilməsi konkret olaraq qeyd olunmamışdır.
Milli qanunun 35-ci maddəsini UHK-nın 23-cü maddəsinin üçüncü abzası ilə müqayisə etmək olar.
Milli qanunun 35-ci maddəsində “əlilliyi olan uşaqların təhsil, təlim, tibbi yardım, müalicə, əmək
fəaliyyətinə hazırlıq və istirahət xidmətlərindən səmərəli şəkildə istifadə etmələri üçün lazımi
imkanlar” yaradılması. tələb edilir. Lakin əsas fərq ondan ibarətdir ki, UHK-da bütün bunları
uşağın cəmiyyətə inteqrasiyasını, o cümlədən onun mədəni və mənəvi inkişafını təmin edən
münasib qaydada həyata keçirmək lazımdır, Milli qanunda isə bu öz əksini tapmamışdır.
ƏU üçün məktəbdənkənar təhsilin təşkil edilməsinə dair milli qanunvericilik sənədləri arasında
ziddiyyət vardır. Ümumi təhsil haqqında qanunda yaradıcı klublar, idman və incəsənət məktəbləri,
studiyalar, kitabxanalar və s. sadalanır və qeyd olunur ki, məktəblilər müvafiq müəssisələrin
xidmətlərindən pulsuz və ya imtiyazlı şərtlər əsasında istifadə etmək hüququna malikdirlər
58
.
Xüsusi təhsil haqqında qanunda buna bərabər və ya buna bənzər müddəa yoxdur. Lakin Əlillərin
müalicəsi və sosial təminatı haqqında qanunda (25 avqust 1992-ci il) ƏU üçün məktəbdənkənar
təhsil qeyd olunmuşdur. Həmin qanunda bəyan edilir ki, əlilliyi olan uşaqların hərtərəfli inkişafı,
ictimai həyatda fəal iştirakına kömək etmək, onların diqqətini əməyə, elmə, texnikaya, incəsənətə
və idmana cəlb etmək məqsədilə müvafiq icra orqanları əlilliyi olan uşaqların məktəbdənkənar
təhsili üçün lazımi şərait yaratmalıdırlar
59
. Həmin qanunda əlilliyi olan istedadlı uşaqların
ümumtəhsil məktəblərdə və ya xüsusi məktəblərdən kənarda, digər müvafiq müəssisələrdə
ödənişsiz musiqi dərsləri almaq, təsviri və bədii incəsənət bacarıqlarına yiyələnmək hüququna malik
olmaları əks olunmuşdur.. ƏŞHK- nı imzalayan dövlətlərdən ƏU-ın digər uşaqlarla yanaşı oyun,
istirahət, asudə vaxt və idman tədbirlərində, o cümlədən məktəblərdə keçirilən bu cür tədbirlərdə
bərabər şəkildə iştirak etmək imkanına malik olmalarını təmin etməyin tələb olunması milli
qanunvericilik sənədlərinin beynəlxalq sənədlərə uyğun gəlmədiyini bir daha təsdiqləyir. .
Hərçənd 85
60
nömrəli bə 74
61
nömrəli qərarlarda icra tədbirləri üçün cavabdeh olan müəyyən
orqanlar qeyd olunur, lakin vəzifə bölgüsü aydın şəkildə göstərilməmişdir. TPPK-nın
nizamnaməsində həmin komissiyanın fövqəladə səlahiyyəti təsdiq edilir və bəyan edilir ki, əlil
şəxslərin təhsil hüququ TPPK-nın verdiyi sənədlə təsdiq olunur.
73
62
nömrəli qərar Salamanka bəyannaməsinin şəxsi fərqlərin və vəziyyətlərin tam nəzərə alınması
barədə tələbinə uyğun gəlir. Həmin qərarda həm xüsusi, həm də adi məktəblərdən ƏU-ı nitq
patologiyası üzrə mütəxəssisin xidmətləri ilə təmin etmək tələb olunur. Təəssüf ki, Azərbaycanda
xüsusi xidmətlərin yalnız iki növünü göstərmək mümkündür: nitq patologiyası və fizioterapiya.
56
23-cü maddə, 2-ci abzas, Uşaq hüquqları konvensiyası (1998)
57
29-cu maddə, Milli qanun (18 may 1998-ci il)
58
26-cı maddə, Xüsusi təhsil haqqında qanun (2001)
59
18-ci və 19-cu maddələr, Əlilliyin qarşısının alınması, əlillərin müalicəsi və sosial təminatı haqqında qanun (25 avqust 1992-ci il)
60
Azərbaycan Respublikasının Nazirlər Kabineti (29 may 2002-ci il), Müalicə mərkəzlərinin nizamnaməsi haqqında 85 nömrəli
qərar
61
Azərbaycan Respublikasının Nazirlər Kabineti (29 aprel 2002-ci il), Tibbi-pedaqoji-psixoloji komissiyanın yaradılması haqqında
74 nömrəli qərar
62
Azərbaycan Respublikasının Nazirlər Kabineti (29 aprel 2002-ci il), Nitq patoloqu xidmətlərinin göstərilməsi haqqında 73 nömrəli
qərar