273
Njde stolun arxasına keçib amiranə tərzdə dedi:
- Dediklərinin heç biri yaramaz. Əsgərlərin arasında çaxnaşma, narazılıq
əmələ gələr. Qoşunun içinə soxulmuş bolşevikləri tapmaq lazımdır. Başa
düşdünmü?
- Bəli, ancaq necə?
- Bu işin üstünü açmaq üçün sənə adam verəcəyəm. Necə hərəkət etmək
lazım gəldiyini ona deyəcəyəm. Onunla bərabər gedərsən hissəyə. Müqəssir
tapılmasa, başqa tədbirə əl atmaq lazım gələcək. Başa düşdünmü?
- Bəli. Kaş o alçaqları tapa biləydik… Elə oradaca güllələrdim.
- Güllələnməməlidirlər… Mən özüm gəlib onları danışdırana kimi Tatevdəki
dustaqxanamızda saxlanılmalıdırlar. Başa düşdünmü?
- Bəli.
- Get, yarım saatdan sonra gəl yanıma.
- Baş üstə.
Nersesyan getdi.
- Hər gün bir-birindən bəd xəbərlər eşidirəm. – Njde oturdu, başını iki əlli
tutub fikrə getdi, sonra əlini stola çırpıb dedi: - Yox, heç bir şey mənim iradəmi
sarsıda bilməz!..
Səhər alaqaranlıqdan təlimə gedən əsgərlər günorta çağı qayıtdılar.
Yeməkdən sonra bəziləri dincini almaq üçün çadırlara doldu, bəzilərini meşəyə
odun qırmağa, bəzilərini də bulağa su gətirməyə göndərdilər.
Mixitar öz yaşadığı çadıra girəndə içəridə heç kəs yox idi. Tüfəngini yerə
qoyub bayıra çıxdı. Çadırın böyründə oturdu, yaş çarıxlarını, corablarını çıxardıb
günə sərdi. «Bu gün dağlarda, dərələrdə yaman yorulmuşam. Lənət əlinə tüfəng
götürüb əsgər olana!» - deyə yoğun bir kötüyə dirsəklənib gözünü meşəli dağlara
dikdi. Heç bir an unutmadığı sevgilisi elə bil gəlib gözünün qabağında durdu.
Fikir-xəyal Mixitarın qəlbinin tellərini dilə gətirdi – o yavaşdan oxumağa başladı:
Dərd əlindən kabab olub ürəyim,
Necə sənin həsrətini çəkim, yar?
Nə haldadır indi gülüm, çiçəyim?
Xəbər verin mənə ondan, a dağlar!
Uçan quşlar, bir dərdimi dinləyin,
Demirəm ki, mənim kimi inləyin.
Mənim gözəl sevgilimə söyləyin:
Qəm çəkməsin, tezlik ilə yar gələr.
Şahmərdan da yorğun addımlarla çadıra yaxınlaşıb Mixitarın yanında
oturdu.
- Yaxşı oxuyursan, Mixitar! Görünür, kefin sazdır…
Mixitar köksünü ötürdü.
- Eh, ay Markar, elə bilirsən, kefimin sazlığından oxuyuram? Dərdim
çoxdur, ərə, dərdim…
274
- Zarafat eləyirəm. Dərdli olduğunu yaxşı bilirəm. Canın üçün, bu gün də
Sumbat kişi ilə sənin barəndə danışırdıq. Deyirdik, yazıq Mixitarı toyunu eləməyə
də qoymayıblar. Eybi yoxdur, fikir eləmə. Əsgərlik vaxtını qurtarıb gedərsən
evinə… Vallah, elə mən də sən gündəyəm, varım-yoxum bir arvadım var, ondan da
aralı düşmüşəm.
- Yox, Markar, mənə olan zülm heç kimə olmayıb. Axı de görüm, bu
dağlarda, dərələrdə təpik döyməkdən bizə nə çıxacaq? Niyə qoymurlar ki, kənddə
qalıb kasıblığımızı eləyək?!
- Əsgərlik hamının borcudur, belə sözləri danışma.
Mixitar əlini havada oynadıb dedi:
- Hay, hay, hələ mən nə danışıram… Əsgərlərin arasında elə danışıqlar gedir
ki, ha…
Şahmərdan Mixitara daha yaxın oturub soruşdu:
- Nə danışırlar? Xeyir xəbər var?
- Ərə, Markar, deyərəm, birdən…
- Canın üçün, arxayın ol. Ağzı bütünəm.
- Yəni sən özün heç nə eşitməmisən?
- Yox. Deyərsən – eşidərəm.
- Onda dur gedək içəridə deyim.
İkisi də çadıra girib oturdu.
- Dünən köynəyimi yumaq üçün getmişdim bulağa. Meşənin içi ilə
yeriyəndə səs eşitdim. Ayaq saxlayıb o tərəfə, bu tərəfə baxdım. Gördüm ki, iki
əsgər ağacın altında oturub. Düzü, onların baş-başa verib danışmaları məni
şübhəyə saldı. Yavaşca irəli addımlayıb bir ağacın dalına keçdim, sözlərinə qulaq
asdım. Biri deyirdi: «Allah kəssin belə əsgərliyi ki, adamın qarnı doyunca yavan
çörək də görmür». O biri deyirdi: «Qardaş, mən lap candan, taqətdən düşmüşəm.
Çarəmiz nədir, gərək hər əziyyətə dözək…» Müxtəsər, evlərindən, ailələrindən
danışdılar. Axırda biri cibindən bir vərəq kağız çıxartdı, o yana, bu yana baxandan
sonra oxudu. O sözləri oxudu ki, onları mən də bilirəm. Əsgərlərin çoxunda o
kağızdan var. Hə, Markar, özümü onlara göstərməyib bulağa sarı getdim.
- Ay Mixitar, məni də maraqlandırdın, o nə kağızdır, orda nə yazıblar?
- Çox sözlər, özü də biz erməni əsgərlərinə…
- Ondan səndə var?
- Yox. Bizimlə bir çadırda yatan Aruşan nədir, mənə də o oxuyub başa salıb.
- Yaxşı, o kağızda nə yazıldığını yenə bilmədim axı.
Mixitar müraciətnamənin məzmununu qısa danışdı.
Şahmərdan soruşdu:
- İndi sənin fikrin nədir?
- Qalmışam məəttəl. Bilmirəm, qırmızılar gələnə kimi qaçım ya yox. Sən
necə məsləhət görürsən?
- Mən nə deyim, vallah, vuran oğul ataya gənəşməz. Aruşan nə fikirdədir?
- Elə o da deyir ki, kağızda yazılanlar doğrudur. Deyir: «Ermənistanda
hökumət bizim kimi kasıbların əlinə keçəndən sonra bizə nə düşüb ki, bu dağlarda
özümüzü güllə qabağına verək». İndi, Markar, işdir, Aruşanla mən gecənin birində
burdan əkilsək sən də qoşularsanmı?
275
Şahmərdan onun sualına cavab verməyib özü soruşdu:
- Bu fikirdə olan ikinizsiniz, yoxsa başqaları da var?
- Hamını bilmirəm. Yəqin o meşədə danışan əsgərlər də qaçmaq istəyirlər.
Sənə dediyimə baxma, başqası ilə danışmaram. Ancaq o günü Aruşanla söhbət
eləyəndə, o dedi ki, əsgərlərin içində narazı olanları çoxdur. Elə qırmızıların
gülləsi açılan kimi çoxları onların tərəfinə keçəcək. Hə, indi nə deyirsən, bizə
qoşulursan ya yox?
- Fikirləşib deyərəm.
- Yaxşı, fikirləş.
Odun qırmaqdan gələn Vahan, Aruşan və başqa əsgərlər çadıra girdikdə
söhbət kəsildi.
Gecə yarıdan keçdi. Çadırda birinin xorultusu, birinin fısıltısı, Aruşanınsa
hərdənbir yuxulu-yuxulu ufuldaması eşidilirdi. Gecənin bu vaxtında yerinə sanki
qor dolan yalnız Mixitar idi. Qapı ağzında uzanmış bu əsgər güzdükü fikir-
xəyalının təsirindən qurtara bilmirdi…
Mixitar başını qaldırıb qapıdan bayıra baxdı. Hər yeri süd kimi eləyən ayın
işığı onun üzünə düşdü. Başqa vaxt olsa idi, Mixitar ayın parlaq camalına
baxmaqdan doymazdı, lakin indi onun tez batmasını istəyirdi…
Mixitar intizar içində xeyli gözlədi. Nəhayət, ay bir topa qara buludun
qoynuna girdi. Mixitar fürsəti fotə vermədi. Tez yerindən qalxdı. Tüfəngini
götürüb yavaşca bayıra çıxdı. O tərəfə, bu tərəfə baxdı, gözünə heç kəs görünmədi.
Əyilə-əyilə meşəyə doğru addımladı.
…Əsgərlər bir düzənlikdə sıra-sıra dayanmışdılar. Təcili olaraq çadırlardan
çıxarılıb sıralara düzüldüklərinin səbəbini heç kəs bilmirdi. Hərə bir şey
düşünürdü. Biri fikirləşirdi ki: «Yenə bizi odun qırmağa aparacaqlar, qoymadılar
ki, Allahın yuxusunu da yataq». Biri fikirləşirdi ki: «Yəqin əsgərləri bir yolluq
evlərinə buraxacaqlar…». Biri fikirləşdi ki: «Olmaya qırmızılar qəfil hücuma
keçiblər?..»
Şahmərdan Vahanın qulağına pıçıldadı: «Bəlkə Mixitarı tutublar…».
Qarşı tərəfdən iki adam göründü.
Ucaboy, arıq, qarayanız bölük komandiri «farağat» komandası verdi, sonra
gələnlərin qabağına qaçdı. Qərargah rəisinin qarşısında dayanıb rəsm-təzim edərək,
bölüyün düzülməsi haqqında raport verdi.
Qərargah rəisi Nersesyan, Saak və bölük komandiri əsgərlərə tərəf yeriməyə
başladılar. Onlar heç bir söz demədən yavaş addımlarla sıraların qarşısından keçə-
keçə əsgərlərə baxırdılar. Arxadakı sıraya yaxınlaşanda, Vahan Saakı tanıdı.
Şahmərdanın qulağına pıçıldadı:
- Saakı görürsənmi? O alçaq hardan bura gəlib çıxdı?
- Görürəm…
Şahmərdanla Vahan, hər bir əsgərin üzünə diqqətlə baxan Saakın nəzərindən
yayına bilmədilər.
O, gəlib Vahanla Şahmərdanın qarşısında dayandı. Heç bir söz demədən,
gülümsündü. Üzünü Nersesyana və bölük komandirinə tərəf çevirib başıyla
Vahanı, Şahmərdanı göstərdi:
Dostları ilə paylaş: |