Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə102/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   98   99   100   101   102   103   104   105   ...   111

 
270
qardaşlarınıza güllə atmayın. Tək-tək, dəstə-dəstə qaçın, ya dağlarda, meşələrdə 
partizanlara qoşulun, ya Qızıl Ordu hücuma keçəndə onun tərəfinə keçin. 
Zəngəzuru Şura Ermənistanı ilə birləşdirmək üçün əlinizdən gələni eləyin! Njdenin 
hökmranlığı çox davam etməyəcəkdir!» 
Aruşanı fikir apardı: «Demək, Ermənistan hökuməti dağılıb… Amma 
əsgərlərin heç nədən xəbərləri yoxdur. Bizi adam yerinə qoyub söz demirlər ki… 
Yaxşı, bəs bu kağızı  mənim cibimə kim qoymuş ola? Mənimlə yanaşı yatan 
Sumbatmı, Markarmı? Yoxsa bu o cavan oğlan Mixitarın işidir? Mən onlardan 
açıq soruşummu? Yox, hələ  səsə salmaq, heç kəsə bildirmək lazım deyil… - O, 
vərəqəni cibinə qoydu. – Yazırlar ki, qaçın… Vallah qaçardım, amma qorxuram ki, 
qıçım məni yarı yolda qoya, tutub güllələyələr…». 
Aruşan papiros eşdi, çəkə-çəkə gözünü bir nöqtəyə zillədi. 
Mixitar gəldi. 
- Sənə yemək gətirmişəm, - deyə əlindəki bir tikə çörəyi və dəmir parç dolu 
qaynar suyu Aruşanın yanına qoydu. 
Aruşan qalxıb oturdu. 
- Mixitar, bu gün növbətçisən? 
- Bəli, - deyə Mixitar onun yanında oturdu. – Aruşan  əmi, qıçın bərk 
ağrayır?.. 
- Hərdən sancır, hərdən dayanır. – Aruşan çörəkdən dişləyib sudan içməyə 
başladı. Mixitarın qəmli sifətinə baxıb soruşdu: - Sənə  nə olub, ay Mixitar? 
Gözümə fikirli dəyirsən. 
Mixitar köksünü ötürərək dedi: 
- Eh, ay Aruşan əmi, mənim dərdim, fikrim dünyaya sığan deyil… 
- Ərə, sənə nə olub ki? Cavan oğlansan. Qoy mən dərd çəkim ki, evdə arvad-
uşaq qoyub gəlmişəm. Öldü-qaldılarından da xəbərim yoxdur. Sənin ki, evdən 
gəldiyin az vaxtdır. Yəqin ki, gözü yolda qalanın da yoxdur. 
Mixitar başını bulaya-bulaya: 
- Elə  dərd burasındadır ki, var… - O, toy günü əsgər gətirildiyini, 
nişanlısının gözü yaşlı qaldığını danışdı. Sonra dərindən ah çəkib  əlavə etdi: - 
Mənə olan zülm heç kəsə olmayıb. Aruşan  əmi, mən nişanlımın da, qohum-
qardaşımın da yanında qara pulluq oldum… 
- Hə, yaxşı iş olmayıb… - Aruşan parçı yerə qoydu. – Canın sağ olsun, fikir 
eləmə. Qayıdıb gedərsən, təzədən toy eləyərsən. Amma insafları olsa idi, gərək 
sənə möhlət verəydilər… 
- Möhlət nədir, kişi? Onlar bacarsalar qəbirdəkiləri də dirildib, əlinə tüfəng 
verib  əsgər elərlər.  Əslinə baxsan, mən heç yaxa ələ verməzdim, amma qoca 
qardaşıma yazığım gəldi. Qorxdum ki, tutub incidələr… 
Aruşan axırıncı tikəsini udub dedi: 
- Mixitar, mən görürəm ki, sən yaxşı  oğlansan. Ürəyini mənə açdın, eybi 
yoxdur, mən ağzı bütün adamam. Amma başqalarının yanında ehtiyatlı ol. Allah 
şeytana lənət eləsin, sözlərini zabitlərə çatdırarlar, işin şuluq olar. 
Hələ həyat təcrübəsi olmayan Mixitar təəccüblə soruşdu: 
- Əsgərlərin içində xəbərçi, şeytan da var? 


 
271
- Niyə yoxdur? Meşə çaqqalsız olmaz… Ancaq sən mənə ürək qızdıra 
bilərsən… 
Mixitar parçı götürdü, bir söz demədən qalxıb içəridən çıxdı. 
Aruşan yerə uzandı və öz-özünə pıçıldayırmış kimi dedi: 
- Qazamat və ölüm qorxusu olmasa Njdenin qoşununda bir əsgər qalmaz. 
 
 
- Necə  yəni vermirlər? Kimin ixtiyarı var ki, mənim dediyimə  əməl 
eləməsin? – deyə Njde acıqlı-acıqlı Karonun gözünün içinə baxdı. 
- Cənab sparapetin dediyi, əlbəttə, qanundur. Ancaq bunu bəziləri 
anlamırlar. Göndərdiyim adamlar atları, ulaqları, arabaları boş qaytarıblar. 
Kəndlilər deyiblər ki, köhnə taxılımız qurtarıb, təzə taxılı da hələ döyməmişik. 
Njde bağırdı: 
- Yalan deyirlər! Taxıl çoxdan biçilib döyülüb. Bunlar hamısı bəhanədir. Bu 
o deməkdir ki, kəndlilər açıqdan-açığa üzə durublar. – Njde susub bir an fikrə 
getdi. Sonra dedi: - Bu bizim zəifliyimizin nəticəsidir, partizanların kökünü kəsə 
bilməməyimizin nəticəsidir. Onlar bizdən qoçaqdırlar. Hər ixtiyarat bizim əlimizdə 
olduğu halda, kəndlilər sözümüzə baxmırlar… Mən bilmirəm, necə eləyirsən elə – 
taxıl topla! Qoşuna çörək lazımdır. Onsuz da əsgərlər paylarının azlığından şikayət 
edirlər. Biz onlara heç olmasa qarın dolusu yavan çörək verməsək, silahlarını yerə 
ata bilərlər. Başa düşdünmü, xmbapet? 
Karo dillənmədi.  
Njde ona əyri-əyri baxıb dedi: 
- Niyə susursan? Get fikirləş. Taxıl yığmaq üçün tədbirini gəl mənə de. 
- Cənab sparapet, mənim nə  tədbirim ola bilər? Mən vəziyyəti danışdım. 
Mən… 
- Sus! – deyə Njde onun sözünü kəsdi. – Vəziyyət mənə aydındır. Taxıl 
lazımdır, taxıl! Adam götür get kəndlilərin xırmanlarına, hazır olan taxılı al gətir, 
vəssalam! Vermək istəməyənləri isə  cəzalandır. Bildinmi? Syunik hökumətini 
yaşatmaq bizim vəzifəmizdir. 
Karo bir söz demədən içəridən çıxdı. 
Njde əlini alnına qoyub fikrə getdi: «Kəndlilər yox, elə öz ətrafımdakılar da 
üzümə durmağa başlayırlar. Keçmiş general-nahankapetin əlimin altında 
işləməsindən narazı olduğunu duyuram. Nə isə… Məni çox düşündürən ingilislərin 
hərəkətidir. Onlar nə üçün indiyə kimi İrandan hücuma keçmədilər? Hələ keçən il 
ingilislərlə danışıb razılığa gəlmişdik ki, Qızıl Ordu Zaqafqaziyaya daxil olan kimi, 
onlar Kaspi dənizindən Bakıya, Araz boyundan isə Naxçıvana,  İravana hücuma 
başlasınlar. Necə ola bilər ki, onlar Zaqafqaziya kimi bir incidən əl çəksinlər?!» 
Qapı  cırıldadı. Njde fikirdən ayrıldı,  əlini alnından götürüb stulda düz 
oturdu. 
Nersesyan içəri girdi, rəsm-təzim eləyib dedi: 
- Cənab sparapeti, narahat elədiyimə görə üzr istəyirəm. Mən gəldim ki… 
- Yaxşı eləyib gəlmisən. Səni özüm çağırtdıracaqdım. Otur. 
- Xeyr, cənab sparapetin yanında oturmaram. 
- Otur, mən icazə verirəm. 


 
272
Nersesyan oturdu. Njde stolun siyirtməsindən bir kağız çıxardıb dedi: 
- Bu sənin xmbapet Karoya verdiyin siyahıdır. Oxuyub tanış oldum. Amma 
işindən razı qalmadım. 
- Nə barədə, cənab sparapet? 
- O barədə ki, çox az əsgər yığmısan… - O, siyahını gözdən keçirib əlavə 
elədi: - Burda elə kəndlər var ki, əsgərliyə bir adam da verməyib. Görünür, işə çox 
soyuq yanaşmısan… 
- Xeyr, cənab sparapet. Axırıncı səfərbərlik çox ciddi gedib. Hətta ayrı-ayrı 
kəndlərə özüm getmişəm. 
- Bəs niyə azdır? 
- Olan o qədərdir… 
Njde bir qədər səsini ucaltdı: 
- Necə yəni o qədərdir? Məyər ölkədə camaat qırılıb, batıb? 
- Silah altına alına biləcək adam o qədərdir. Yaşı altmışdan, yetmişdən 
yuxarı olanları demirəm. 
- Mən səninlə razılaşa bilmirəm, cənab Nersesyan. Səfərbərliyi davam 
etdirmək lazımdır! 
- Mənim sözüm yoxdur, ancaq kəndlərdə qocalardan başqa adam qalmayıb. 
Bir də, cənab sparapetin nəzərinə çatdırıram ki, silah, patron da azlıq eləyir… 
- Hə, bu sözün doğrudur: silahımız azlıq eləyir, - deyə Njde əlindəki siyahını 
siyirtməyə qoydu. – Silahsız əsgər olmaz. Yaxşı, niyə gəlmisən? 
Nersesyan cibindən bir kağız çıxardıb Njdeyə verdi. 
- Bu nədir? 
- Bolşeviklərin bizim əsgərlərə «müraciətnaməsi»dir. 
Njde oxudu. Sonra əsəbi halda kağızı ovcunda əzib stolun üstə atdı. 
- Bunu hardan almısan? 
- Hərbi hissədə tapılmışdır… 
- Hansında? 
- Tatev meşəsində olan piyada bölüyündə,  əsgərlərdən biri bu vərəqəni 
çadırdan tapıb verib bölük komandirinə, o da çatdırıb polk komandirinə… 
Müxtəsər, bir az bundan əvvəl bir əsgər gətirib mənə verdi. Düzü, mən oxuyanda 
yerimdə otura bilmədim. 
Njde kinayə ilə dedi: 
- Bolşeviklər nahaq yerə qərargah rəisini və bölük komandirini yerlərindən 
tərpədiblər. Gərək qoyaydılar yataydınız! – O, əsəbi halda stuldan qalxıb otaqda 
gəzinə-gəzinə sözünə davam elədi: - Hanı sizin ayıqlığınız, malbaşlar! Ordu içində 
təbliğat bilirsənmi nədir, cənab Nersesyan? Qoşun hissələrində baş verən fərarilik 
bunun nəticəsidir. 
Nersesyan ayağa qalxdı, hərəkətsiz dayanıb yavaşdan dedi: 
- Elədir, cənab sparapet. 
- Həmin hissənin əsgərlərindən fərarilər yoxdur ki? 
- Bölük komandiri o barədə məlumatında heç nə yazmır. 
- Fikrin nədir? Nə etmək lazımdır? 
- Cənab sparapet ixtiyar versə, hamını axtartdırarıq,  şübhəli  əsgərləri həbs 
edərik. Bölüyü ləğv edib əsgərlərini başqa hissələrə qatarıq… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə