Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə98/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   94   95   96   97   98   99   100   101   ...   111

 
258
- Dayan! Sən onların tərcümeyi-halını danışma. – Njde üzünü Levonla 
Qurgenə tutdu. – Oturun! Niyə gəlmisiniz? Sizi kim göndərib? 
Qurgen dedi: 
- Biz Qızıl Ordu komandanlığının və  qəza inqilab komitəsinin rəsmi 
nümayəndələri kimi, sizinlə danışmağa gəlmişik. 
- Bəs nə yaxşı qorxmamışsınız? – deyə Samvel əlini mauzerinə atdı. 
Njde ona gözünü ağardıb: 
- Sakit ol! – dedi. – Hər kim olur olsun, rəsmi nümayəndələrə ehtiram 
lazımdır. Buyurun, sözünüzü deyin, bolşeviklər! Şikayətiniz nədəndir? 
Qurgen dedi: 
- Şikayətimiz yox, tələbimiz var! Kafan mis mədəninin fəhlələri neçə vaxtdır 
ki, işləmirlər. Sahibkarlar lağımların ağzına qıfıl vurublar… 
Njde söz atdı: 
- Çünki fəhlələr dinc oturmurlar. Gündə bir üsyan yaradırlar. 
- Daşnaklar onların haqlı  tələblərini yerinə yetirmirlər, güllələyir, dama 
basırlar. Onlar sizdən çörək, iş  tələb edirlər. Siz buna üsyan deyirsiniz. Ölkə 
dağılıb gedir. Camaat acından qırılır. Kəndlilər əkib-biçə bilmirlər. Özlərini orduya 
aparırsınız, mal-heyvanlarını qoşuna ətlik üçün əllərindən alırsınız. 
Njde əsəbiliyini büruzə vermədən dedi: 
- Tələbiniz nədir? 
- Zəngəzur kəndliləri, Kafan fəhlələri top-tüfəngsiz, davasız yaşamaq istəyir. 
Onlar istəyirlər ki, erməni oğulları silahı yerə atıb cütün dəstəsindən yapışsınlar. 
Zəngəzurun şəhərləri, kəndləri əldən-ələ keçib dağılmasın. Kafan və onun kəndləri 
əsl sahibinə tapşırılsın. 
Njde istehza ilə gülərək: 
- Çox gözəl! – dedi. – Mətləbinizi başa düşdüm. «Cəsarətli» bolşeviklərin 
daha nə sözü var? 
Qurgen cibindən bağlı bir zərf çıxardıb Njdeyə verdi. 
- Oxuyun. 
Njde oxudu: 
«Cənab polkovnik Njde! 
Əhalinin hər yerdə Qızıl Ordunu sevinclə qarşıladığı, kəndlərdə fəhlə-kəndli 
hakimiyyəti qurulduğu bir zamanda əksinqilabçıları başınıza toplayıb yenidən 
müharibəyə hazırlaşmağınız faydasızdır. Gələcəkdə qan tökülməsin, camaat 
əziyyət çəkməsin deyə, Qızıl Ordu komandanlığı  və  Zəngəzur  İnqilab Komitəsi 
silahı yerə qoyub təslim olmağınızı sizə  təklif edir. Təslim olanlar, Şura 
hakimiyyətini tanıyanlar, imperialistlərlə əlaqəni kəsənlər əfv ediləcəklər. 
Komandanlıq bu ultimatumu sizə  təqdim edənlərin sağ-salamat 
buraxılacaqlarına əmindir…». 
Njde istehza ilə gülümsəyərək kağızı stolun siyirtməsinə atıb dedi: 
- Ultimatum çox yaxşı yazılıb. Buna cavab vermək üçün kafanlılarla 
məsləhətləşmək lazımdır. Buyurun, cənab bolşeviklər, gedək. Camaat məni 
gözləyir. Sizə cavabı adamların yanında verəcəyəm. 
Dördü də otaqdan çıxdı. 


 
259
Dağlar, qayalar günün hərarətindən kürə kimi od-alov saçırdı. Dərənin 
içində yerləşən Kafan alışıb yanırdı. Adamlar günün şaqqamasında, bürküdə şəhər 
körpüsünün yanındakı balaca meydançada dayanmışdılar. Keşiş Mesrop Njdenin 
tapşırığı  əsasında onlarla milli ruhda söhbət edirdi. Hər sözündə erməni millətini 
ucaldır, başqalarını alçaldırdı. Njdeləri, droları, karoları  tərifləyir, xalq 
qəhrəmanları kimi böyüdürdü. O, daşnaklarla mübarizə edən erməniləri, öz 
millətinə satqın çıxmış yaramaz adamlar kimi lənətləndirirdi. Qızıl Ordunu isə bir 
istilaçı ordu kimi qələmə verirdi… 
Njdenin bir neçə adamla birlikdə meydana yaxınlaşdığını görəndə keşiş: 
- Cənab Njde gəlir, özünüzü yığışdırın, camaat! – dedi və  əl çaldı. Njde 
meydanın başına çatanda Mesrop ucadan qışqırdı: - Yaşasın bizim cənab Njde! – 
O, yenə əl çaldı. Tək-tək əl vurdular. 
Njde gündən gözü qamaşmasın deyə furajkasının günlüyünü aşağı  əydi, 
əllərini belinə vurub, heykəl kimi dayanaraq dedi: 
- Mənim camaatım ağıllı keşişin ağıllı sözlərinə qulaq asır, hə? 
Kimsə dillənmədi. Keşiş döşündəki xaçı  sığallaya-sığallaya, yüngülcə baş 
əyib dedi: 
- Bura toplanmış ermənilər sən xmbapet ağanın canına dua edirlər ki, 
düşməni tezliklə erməni torpağından təmizləyəsən. Hər sözünə müti olan bu 
adamlar səni gözləyirdilər. Buyur xmbapet ağa, bunlara bir söz de, ürəklərini aç. 
Njde irəli gəldi. Üzünü camaata tutub dedi: 
- Camaat, sizə deyiləsi təzə  xəbər var. Onu bizə  gətirən iki cənabdır. – O, 
dönüb Samvelə müraciət elədi. – Onları qabağa çəkin. – Samvel Levonla Qurgeni 
kobudcasına qabağa itələdi. Njde sözünə davam elədi: - Baxın! Bunlar 
ermənidirlər, bolşevikdirlər. Bizə ultimatum gətiriblər ki, vuruşmanı kəsək, təslim 
olaq. Yəni ölkəni sataq Qızıl Orduya. Siz nə deyirsiniz? Biz onlara nə cavab verək? 
Camaatın arasında dərin bir sükut əmələ gəldi. Njde bir də acıqlı soruşdu: 
- Nə cavab verək? 
Keşiş dilləndi: 
- Təslim olmağa heç kəs razı deyil. 
Adamların içindən kim isə dedi: 
- Biz davanın kəsilməsinin tərəfdarıyıq. Dinc yaşamaq istəyirik… 
Samvel danışan adamı sonra həbs etmək üçün gözü ilə axtardı. 
Njde dedi: 
- Kafanlılar! Sözü daha uzatmayaq. Mən bu iki bolşeviki ayaq üstə, günün 
altında çox saxlayıb incitmək istəmirəm. Sizin gözünüzün qabağında sakitcə cavab 
verəcəyəm. Birinci cavabım xınzirəkli Manuçarın torpağını zorla əkən bu adamdır. 
– Njde Levonun qolundan tutub irəli çəkdi. – Bunun boy-buxununa, sir-sifətinə 
baxın! Görürsünüzmü qulaqları  nə yekədir? Bolşeviklərin sözlərini eşitməkdən 
belə yekəlib. – Njde sol əli ilə Levonun qulağından tutdu. 
- Qulağımı burax! – deyə Levon dartındı. – Özünü hakim adlandıran adama 
belə hərəkət yaraşmaz. Adam kimi bizə cavab ver. 
Njde qurşağına sancdığı balaca əyri xəncəri çıxartdı. Bir anda Levonun 
qulağını dibindən kəsib yerə atdı. 
- Bu bir cavab. Qoy bundan sonra sənə desinlər: qulağı kəsik bolşevik!.. 


 
260
Üzündən aşağı qan şırıldayan Levon qışqıra-qışqıra Njdeni söydü. Samvel 
Levonu kənara çəkdi. Lakin onun səsi kəsilmirdi… 
Karo tez mauzeri çıxardıb Levona tərəf gedəndə Njde: 
- Öldürmə! – dedi. – Qoy tay qulağını  Qızıl Ordu komandanlığına cavab 
aparsın! 
- Siz vəhşi kimi hərəkət edirsiniz! – deyə Qurgen yerindən dilləndi. Sonra 
üzünü adamlara tutub qışqırdı: - Qardaşlar, niyə bu zülmə dözürsünüz?! 
- Dayan, bolşevik! – deyə Njde onun yaxasından yapışdı  və  qəzəblə 
silkələyib buraxdı. – Camaat, buna da baxın! Bu tülkü də mənim cəzamdan qorxub 
həbsxanadan qaçan adamdır. Qardaşı mülkədar Baqratın ziddinə gedən adamdır. 
Samvel dedi: 
- Cənab xmbapet, icazə ver onu özüm öldürüm. O, bizi biabır edib… 
- Dayan! «Yazıq» günün qabağında tərləyib. Onu körpünün altında 
sərinlətmək lazımdır. Keşiş ağa, həzrət İsanı nə eləmişdilər? 
- Çarmıxa çəkmişdilər, cənab xmbapet… 
- Aparın, bu bolşeviki də körpünün sütununda çarmıxa çəkin! Camaat, sizə 
əmr edirəm. Körpünün üstündən gəlib getdikcə, əyilib ona daş atarsınız və üzünə 
tüpürərsiniz! Bu da ikinci cavab!.. 
Karo ilə Samvel hərəsi Qurgenin bir qolundan yapışıb körpüyə sarı aparanda 
Qurgen mərdanə səslə ucadan dedi: 
- Məni öldürməyə aparırlar, Levon! Sən tez get! Qoy yoldaşlar gəlib camaatı 
bu cəlladların əlindən qurtarsınlar!.. 
 
İsti yay günü idi. Yamyaşıl ağacların yarpaqları belə tərpənmirdi. Bu qalın 
bağçanın sükutunu yalnız budaqdan-budağa qonan quşların nəğməsi pozurdu. Bəs 
bağçanın dərinliyindən gələn o pıçıltı  nə idi? O, bir zaman kitab kimi örtülmüş, 
indi isə yenidən açılmış iki ürəyin səsi idi… 
- Bəlkə inciyirsən? – deyə Şahmərdan başını Növrəstənin dizindən götürdü. 
- İncimirəm, bibi oğlu. – Növrəstə onun başını təzədən dizinin üstə qoydu. 
İlik kimi ağ barmaqları ilə  Şahmərdanın təzə-təzə  dən düşən saçlarını daramağa, 
sığallamağa başladı. 
Hər ikisi susdu. Gördükləri keşməkeşli həyatdan, vəfadan, dönüklükdən 
daha söz açmadılar. Olub-keçmişlərin hamısını barışdıqları gündən unutmuşdular. 
Növrəstə gözünü, kölgəsində oturduqları qara tut ağacının budağında 
oynaşan sərçələrə dikmişdi.  Şahmərdan yarpaqların arasından görünən səmaya 
baxırdı. 
- Bibi oğlu, Şəkiyə nə vaxt qayıdacayıq? 
- Çox darıxırsan? 
- Kəndimizi görmək üçün ürəyim nanə yarpağı kimi əsir. 
- Sən orda evimizin xarabasından başqa nə görəcəksən?.. 
Növrəstə köksünü ötürdü. 
- Elə məni çəkən o xarabalıqdır. Səninlə əl-ələ verib təzədən özümüzə koma 
düzəldərik. Atamın dağılmış evini də  əmimlə Yusif abad eləyər. Nə  qədər tez 
qayıtsaq yaxşıdır. Daha qəribçilik, yad kəndlərdə yaşamaq bizi təngə gətirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə