Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə96/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   92   93   94   95   96   97   98   99   ...   111

 
252
Mənim də köməyimə Suren gəldi.  İkimiz də bir yerdə  səni aparıb kənarda, bir 
qayanın dibində qoyduq… 
- Yox, Siranuş, yox… Mən belə sözləri deyə bilmərəm, üzümdən gəlməz… 
- Yaxşı, yaxşı, gir içəri! 
- Sən gir, Siranuş. Mən geri qayıdıram. 
Siranuş onun qolundan yapışıb dedi: 
- Ay qız, sən nə təhər adamsan? Elə bil ki, düşmənlərin gözünə ağ salan iyid 
Növrəstə deyilsən… Şahmərdan qardaşın kefini soruşmaq üçün yoldaşların hamısı 
gəlir, sən də ol onların biri. 
Siranuş qapını yavaşca açıb Növrəstəni ehmalca qabağa itələdi. 
- Gir içəri! 
Hər ikisi otağa girdi. 
Şahmərdan yuxudan oyanmamışdı. Onlar ayaqlarının ucunda yeriyib 
pəncərənin qabağında durdular. Siranuş Növrəstənin qulağına pıçıldadı: 
- Biz əli boş gəlməkdə yaxşı iş görməmişik. Sən burda dur, mən heç olmasa 
bağçadan bir dəstə gül yığım… 
- Mən də gedirəm… Sənsiz burda nə işim var?! 
- Yox, sən qal. Mən bu saat gəlirəm. Şahmərdan qardaş oyananda, görsün ki
biz onun yanına gül ilə gəlmişik. Sevinsin, ürəyi açılsın… 
Siranuş otaqdan elə tez çıxdı ki, Növrəstə daha bir söz deməyə imkan tapa 
bilmədi. 
Növrəstə əllərini qoynuna qoyaraq, gözünü ona həm yaxın, həm uzaq, həm 
doğma, həm yad olan adama dikdi. 
Birdən-birə Növrəstənin yanaqları  qızıl gül kimi niyə  qızardı? O, niyə 
köksünü ötürüb geri çevrildi? Yoxsa bağçada ötən quşların səsi onu cəlb etdi? 
Yoxsa  Şahmərdana baxmaqdan utandı? Yox, birdən ağlına gəldi ki, Siranuş onu 
aldatdı, qəsdən gülü bəhanə edib getdi… 
Növrəstə Şahmərdanın çarpayısına yaxınlaşmaq, onun yaralı əlini götürüb öz 
ürəyinin üstünə qoymaq istədi. Demək istədi ki: «Məni bu otağa gətirən bax bu 
dəli-divanə ürəyimdir,  Şahmərdan! O, qanlı  cəbhədə, düşmənlər qarşısında 
titrəməyib, amma eşqin gücü… Mən eşq deyəndə, səni düşünürəm… Mən eşq 
deyəndə, Bakıdan gələcəyini həsrətlə gözlədiyim illər yadıma düşür. Mən eşq 
deyəndə, kəndimiz  Şəkini, per-pencər yığdığımız güneyləri,  Şırşırın yanında 
oturub şirin-şirin söhbət elədiyimiz xoşbəxt çağları xatırlayıram. Mən eşq deyəndə, 
elə beş gün bundan qabaq çiyin-çiyinə vuruşduğumuz cəbhə gözümün qabağında 
durur… Mənim dərya eşqim bir ləkəni yuyub apara bilmirmi, Şahmərdan?» 
Lakin Növrəstə yerindən tərpənə bilmədi. Dizləri uçundu, otaq başına 
fırlandı. Əllərilə üzünü tutub hönkürdü… 
Şahmərdan yuxudan oyandı. 
- Ağlayan kimdir? – deyə saçlarını gözlərindən kənar edəndə, asta-asta 
qapıya sarı gedən Növrəstəni gördü. Ona elə gəldi ki, bəxtinin dan ulduzu otaqda 
parlayır, o getsə dünya gözündə zülmətə dönəcək. – Sən niyə  ağlayırdın? Geri 
qayıt, yaxın gəl. 
Növrəstə geri çönüb dedi: 
- Sənin yaralandığına… 


 
253
- Yaralarım ağır deyil… Ürəyim od tutub yanır… Burda içməyə su da 
yoxdur… Növrəstə çarpayının yanındakı kətilin üstündən parçı götürüb getdi.  
Şahmərdan onun arxasınca baxdı.  
- Eh, niyə insanda iki ürək yoxdur ki, birinə xal düşəndə, o biri onu 
yaşatsın… 
Növrəstə  gəldi. Həyətdəki arxdan göz yaşı kimi duru, buz kimi soyuq su 
doldurduğu parçı ona verdi. 
Şahmərdan suyu başına çəkdi… Parçı qaytardı. Növrəstə qabı  kətilin üstə 
qoyub getmək istəyəndə, Şahmərdan onun biləyindən yapışaraq, özünə tərəf çəkdi. 
Qolunu boynuna salıb dedi: 
- Gəl barışaq, Növrəstə! Bizi bir-birimizdən ayıran o amansız quruluş, o 
qəddar zəmanə getdi. Sən cavan ömründə çox qara günlər gördün. Daha bəsdir… 
Mən hər səni görəndə ürəyim qana dönür… - Növrəstənin ağlı-qırmızılı 
yanağından öpəndə, Siranuş içəri girdi. Növrəstə tez geri çəkildi… 
- Bax, belə ha! – deyə Siranuş  şaqqa çəkib güldü. Əlindəki gül dəstəsini 
kətilin üstünə qoyub əlavə elədi: - Allah haqqı, Yusifin oxuduğu sözlər yadıma 
düşdü: 
 
 
 
 
 
«Güləm, gülü neylərəm, 
 
 
 
 
Gülə xidmət eylərəm, 
    Öz 
gülümü 
versələr, 
 
 
 
 
Özgə gülü neylərəm». 
 
 
 
On yeddinci fəsil 
 
Njde səsini ucaldaraq sözünə davam elədi: 
- Siz nə fikir eləyirsiniz? Başınızı  aşağı niyə salmısınız? Yoxsa 
Azərbaycanın  Şuralaşması, qırmızıların Gorusu, Sisyanı alması gözünüzü 
qorxutdu? Qorxmayın. Xəmir hələ çox su aparar. Hələ Gürcüstanda menşevik 
hökuməti, Ermənistanda daşnak hökuməti möhkəmdir. Hələ Njde ölməyib. 
Njdenin ordusu tamam darmadağın edilməyib. Mən  İravandan qüvvə istəmişəm. 
Əminəm ki, onu bizə tezliklə göndərəcəklər. Nə isə, siz, Milli Şura üzvlərinin 
hücum barədə fikrini bilmək istəyirəm.  
Mesrop saqqalını tumarlaya-tumarlaya dedi: 
-  Əlbəttə, Gorusdan çıxarılmağımız heç yaxşı olmadı… Bizim adamların 
gətirdiyi məlumatlardan aydındır ki, kommunistlər hər yerdə  Şura hakimiyyətini 
möhkəmləndirirlər. Bizi nüfuzdan salmaq üçün əhali arasında təbliğat aparırlar. 
Belə bir vəziyyətdə hücuma keçməyin bizə faydası ola bilərmi? Məncə… 
Njde onun sözünü kəsdi: 
- «Məncə-məncə» eləmə… İki başlı danışma. Fikrini qısa de. 
Njdenin kobudluğundan pərt olmuş Mesrop dedi: 


 
254
- Hələlik Kafanda möhkəmlənsək yaxşıdır. Hücumu qış düşənə saxlamaq 
məsləhətdir. O zaman yollar qarla örtülər. Qızıl Ordu heç yerdən silah, əsləhə və 
əlavə qüvvə ala bilməz. Bu müddət ərzində körpülər dağıdılar, bolşeviklərin silah 
anbarları yandırılar. Bundan əlavə,  əhalini özümüzə tabe etmək üçün başqa 
tədbirlər də görə bilərik. 
Karo dedi: 
- Keşişin bəzi təklifi doğrudur. Lakin hücumun qışa saxlanılmasında səhv 
edir. Onu bilmir ki, qırmızılar  əllərini qoyunlarına qoyub oturmayacaqlar. Onlar 
nəinki Zəngəzuru, bütün Zaqafqaziyanı bir gündə qırmızı rəngə boyamaq istəyirlər. 
Njde Karodan soruşdu: 
- Sənin fikrin nədir? 
- Mən hücum tərəfdarıyam. Bolşevikləri möhkəmlənməyə, ölkənin hər 
yerinə kök atmağa qoymaq olmaz. 
Njde dedi: 
- Karonun təklifi doğrudur. Hücumu nə  qədər tez başlasaq, bir o qədər 
yaxşıdır. Keşiş hərbi adam olmadığı üçün hərbi məsələlərdən də başı çıxmır… Elə 
deyilmi, keşiş? 
- Mənim sözüm yoxdur. Millət üçün hansı yol xeyirlidir, onunla gedək. 
Njde sözünə davam elədi: 
- Hücumu gecikdirmək olmaz. Onu da nəzərə almaq lazımdır ki, aldığımız 
məlumata görə, Qızıl Ordunun bəzi hissələri Gorusdan Naxçıvana gedib. Demək, 
Gorusda bolşeviklərin hərbi qüvvəsi azalıb. Mən yerli kommunistləri, partizanları 
qüvvə hesab eləmirəm. Onları tarmar eləmək mənim  əlimdə bir günlük işdir. Nə 
isə, mən elə  zənn edirəm ki, naxçıvanlılar Qızıl Ordunu sevinclə  qəbul 
etməyəcəklər. Keçmiş Nikolay zabiti, müsavatçı Kalbalıxan Naxçıvanski 
qırmızıların qabağını  kəsəcəkdir. Bizim İravan hökuməti də istər-istəməz ona 
kömək verəcəkdir. Çünki Naxçıvan  Şuralaşsa, Ermənistan hökuməti üçün böyük 
təhlükə yarana bilər. Aydındırmı? 
Karo: 
- Bəli, bəli, - dedi. 
Keşiş də başını tərpədib yaltaqcasına dedi: 
- Cənab Njde doğru buyurur, əlbəttə ki, onun ayağı biləni, bizim başımız 
bilməz. 
Njde sözünə davam etdi: 
- Mən yenə hücum məsələsinə qayıdıram. Gorusa hücum iki tərəfdən 
olmalıdır. Kafandan biz yeriməliyik, Dərələyizdən isə general Dro. Aydındır? 
Karo və Mesrop sanki bir ağızdan dedilər: 
- Bəli, aydındır. 
- Keşiş ağa, qələm, kağız götür yaz. 
Keşiş stolun üstündən qələm və kağız götürüb dedi: 
- Nə yazım? Kimə yazım? 
- Yaz ki: «Cənab general Dro! Qabaqda duruş  gətirə bilməyib Dağlıq 
Qarabağı bolşeviklərə verdin. Bu gözlənilməz hadisə bizim vəziyyətimizi də 
Zəngəzurda pisləşdirdi. Biz qanlı vuruşlardan sonra Gorusu tərk etməli olduq… 
Mən öz adamlarımı, qoşunumu Kafana gətirmişəm. Silahlanmış Kafan fəhlələri, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə