Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə92/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   88   89   90   91   92   93   94   95   ...   111

 
241
Köməksiz, ixtiyarsız qoca ata, gözlərində yaş, ürəyində  qəm yükü kəndə 
yollandı. O, bütün yol uzunu qızının, balaca nəvəsinin taleyini düşündü… 
 
 
On altıncı fəsil 
 
Ay yarımdan artıq idi ki, Azərbaycanda  Şura hökuməti qurulmuşdu. 
Zəngəzur kommunistləri və onlarla birgə  hərəkət edən partizanlar, bitərəflər 
Qubatlı  qəzasının kəndlərinə daha gizli gedib gəlmirdilər. Onlar daşnaklara qarşı 
mübarizəni davam etdirmək üçün hər cür yardım alırdılar. Lakin Zəngəzuru azad 
etmək üçün əsas yardımı Qızıl Ordudan gözləyirdilər. 
May üsyanları yatırıldıqdan sonra Qəza İnqilab Komitəsi əhalinin arzusunu, 
xahişini nəzərə alaraq, Qızıl Ordunu Zəngəzur zəhmətkeşlərinin yardımına 
çağırmaq üçün öz nümayəndələri Vahanı, müəllim Rüstəmi və Levonu Bakıya 
göndərmişdi. Bundan əlavə, ayrı-ayrı kəndlərdən Qarabağdakı Qızıl Ordu hissələri 
komandanlığına məktublar göndərilmişdi. 
Nümayəndələr bu gün bir evə toplanmış adamlara Bakıdakı danışıqlar 
barədə məlumat verirdilər. Vahan son sözündə dedi: 
- Biz Hərbi  Şuraya getdik. Zəngəzur zəhmətkeşlərinin xahişini Qızıl Ordu 
komandanlığına yetirdik. Bizi yaxşı-yaxşı dinlədilər. Bu yaxın günlərdə şanlı Qızıl 
Ordu hissələri Zəngəzura yürüş etməlidir. 
Yoldaşlar, hərbi kömək gələnə kimi Zəngəzurdakı partizan dəstələri 
daşnakları daxildən sarsıtmalıdır. Bakıda yoldaş Kirov və  Nərimanovla da 
görüşdük. Onlar Zəngəzur partizanlarına bir qədər tüfəng-patron və paltar 
göndəriblər. Özləri də bizə ürək-dirək verib dedilər ki, qorxmayın, mərdanə 
vuruşun. Daşnak zülmünün sonuna az qalıb. Bakı  fəhlələri, Azərbaycan 
zəhmətkeşləri öz erməni qardaşlarını döyüş meydanında tək qoymayacaqlar. 
Qızıl Ordu hissələri daşnak generalı Dronun qoşununa çox ağır zərbə 
vurmuşdur.  İnqilab komitəsinə  məlumdur ki, Dro qabaqda duruş  gətirə bilmir. 
Başına yeni əks-inqilabçı dəstələri toplamaq üçün Dərələyizə qaçmaq istəyir. O da 
məlumdur ki, Zəngəzurda Njde ilə birləşib Qızıl Orduya yenidən müqavimət 
göstərmək fikrindədir. Dronun yolunu kəsmək, təslim olmağa məcbur etmək üçün 
Qəza İnqilab Komitəsi bizə göstəriş vermişdir. Biz onu yerinə yetirməliyik. 
Sarı  rəngli bezdən tikilmiş paltarları elə oradaca adamlara payladılar. 
Tüfəngi olmayanlara tüfəng verdilər. 
Ailəsinin başına gələnlərdən xəbəri olmayan Hayk döyüş qabağı Xınzirəyə 
gedib arvad-uşağını görməyə imkan tapmadığına təəssüfləndi. 
Bir-iki saatdan sonra, əsgər paltarı geymiş, silahlarını çiyinlərindən asmış 
kommunistlər, partizanlar boy sırasına düzüldülər… 
Bu balaca piyada dəstə  hərbi işi hamıdan yaxşı bilən Surenin komandası 
altında hərəkət elədi. 
 
Dronun məğlubiyyətini və  Dərələyizə qaçdığını bilən Njde çox pərt 
olmuşdu. Qızıl Ordunun hər gün, hər saat hücumunu gözlədiyindən axır vaxtlar öz 


 
242
rahatlığını tamam itirmişdi. O, qoşun hissələrinə  hər dəqiqə hazır olmaq əmrini 
vermişdi. Lakin bolşeviklərin hansı tərəfdən hücum edəcəklərini bilmirdi. 
İndi Njde otaqda vargəl edə-edə Dronun qarasınca deyinirdi: 
- Ermənistan hökuməti sənə inandı, qırmızıların qarşısını almaq üçün 
Qarabağa göndərdi… Sən nə qoçaqlıq göstərdin?.. Eh, aciz, qorxaq general! 
Patronu, mərmini korladın, erməni  əsgərlərini qırdıra-qırdıra başını götürüb 
qaçdın… Mən sənin kimi etməyəcəyəm. Qabaqdan qaçmayacağam… 
Njde stolun arxasında oturanda Kro gəldi. 
- Cənab xmbapet, icazə ver yanına bir «Sağsağan» gətirim… 
Njde altdan yuxarıya Karoya baxıb dedi: 
- Nə? Cənab Hamparsumyan, bəlkə  qırmızılar gəlməmişdən, özünü itirib 
dəli olmusan? Sağsağan nədir? 
Karo «Sağsağanın» kim olduğunu ona danışdı. Njdenin icazəsi ilə 
Şadlinskini içəri çağırdı. 
Njdenin kim olduğunu Karodan əvvəlcə öyrənmiş  Şadlinski  əlini döşünə 
qoyub baş əydi, sonra gülümsəyə-gülümsəyə irəli yeriyib Njdeyə əlini uzatdı. Njde 
onun əlini sıxıb, oturmaq üçün yer göstərdi. 
Şadlinski adını eşidib üzünü görmədiyi Njdenin sərt simasına baxıb oturdu. 
- Cənab xmbapet, yəqin ki, mənim kim olduğumu cənab Hamparsumyan 
sizə deyib? 
- Bəli. Nə xəbər gətirmisən, onu danış! Ancaq qısa! 
- Bizim peşədən olan adamlar uzun danışmağı sevməzlər. Bəli, nə isə… 
Cənab Njde, gətirdiyim bəd xəbər üçün gərək məni bağışlayasınız, çünki… 
- Qısa, dedim!.. 
Şadlinski bir qədər özünü yığışdırdı: 
- Cənab, qısası budur ki, qırmızılar Qarabağı aldılar… 
- Onu bilirəm, təzə nə xəbər var?.. 
- Onlar Abdallara çatıblar. Zabığ çayının sahilində yerləşiblər. Güman 
edirəm ki, Zəngəzura hücumu Dığ tərəfdən başlayacaqlar… 
- Bax, bu təzə  xəbərdir. – Njde bir an fikrə getdi. Sonra ayağa qalxıb 
Şadlinski ilə üz-üzə dayandı. – Dığ tərəfdən hücum edəcəklərini nədən bilirsən? 
- Coğrafiyadan az-çox başım çıxır… Başqa yol yoxdur. Cənab 
Hamparsumyanla danışmışdıq ki, qırmızılar Şuşaya daxil olanda, mən onların içinə 
girim və lazımi məlumatlar toplayıb gətirim… 
Karo tez onun sözünü kəsdi: 
- Ancaq yubanmısan, cənab Şadlinski. Qırmızıların Zabığ çayının sahilində 
məskən saldıqları haqda bizdə məlumat var. Səni qabaqlayıblar… Niyə yubandın? 
- Vəziyyət başqa cür oldu ki, yubandım. Cənab, general Dronun 
gözlənilmədən, tez məğlub olması mənim planlarımı pozdu… 
- Qırmızıların əhali ilə rəftarı haqqında bir şeyə öyrənə bilmirsənmi? 
- Bəli, cənab Njde, öyrənmişəm. Tutduqlarını  kəsirlər. Eşitmişəm ki, 
bəylərdən bir neçəsini güllələyiblər… Nə isə, deyir, qurddan qorxan qoyun 
saxlamaz. Biz öz ideyamızda, məsləkimizdə möhkəmik. Sən özün mənə tapşırıq 
ver. 


 
243
Njde ağzını açıb nə isə demək istəyirdi ki, rəngi-ruhu qaçmış Mesrop tələsik 
içəri girdi: 
- Cənab xmbapet, ordu zabitlərindən biri gəlib, səni təcili görmək istəyir. 
- De, gözləsin. 
Mesrop getdi. 
- Cənab  Şadlinski, sən də  get,  öz  işində ol. Bundan sonra yaxşı xidmət 
göstərsən, məndən mükafat alacaqsan. Mənə elə  məlumat gətir ki, onun əsasında 
qırmızılara ölümcül zərbələr vura bilək. 
- Baş üstə, - deyə Şadlinski Njdeyə baş əyib Karo ilə bərabər otaqdan çıxdı. 
On-on beş dəqiqədən sonra Njde də bayıra çıxdı. Eyvandan keçib gedəndə, 
qızının balaca oğlunu qucağına alıb bir küncdə dayanmış Qazar onun qabağını 
kəsdi. 
- Ağa, nə qədər elədim, məni yanına buraxmadılar. Mən… 
Njde onun üstünə qışqırdı: 
- Gödək elə, giyəvini tapıb gətirmisənmi? 
- Özünü tapa bilməmişəm. Yanına bu balaca uşağı gətirmişəm, buna rəhmin 
gəlsin. Anasız dura bilmir. Ağlayır, özünü öldürür… Yəqin ki, qızımın da bağrı 
indi qazamatda çatlayır… 
- Heyif ki, tələsirəm, yoxsa səninlə yaxşı haqq-hesab çəkərdim. Sürük 
burdan! Hayk Aslanyanı tap gətir, qızını buraxım. 
Qazar Njdenin ətəyindən yapışıb yalvarmağa başladı. Njde onu sinəsindən 
elə itələdi ki, arxası üstə yerə sərildi. Uşaq qışqıra-qışqıra ağladı. Qoca Qazar daşa 
dəyən ombalarının ağrısını unudaraq: 
- Ağlama, bala,  ağlama! – deyə cod əli ilə nəvəsinin göz yaşını sildi… 
Keşikçi Qazarı eyvandan qovdu. 
Njdedən mərhəmət görməyən Qazar kor-peşman kəndə qayıtmağa məcbur 
oldu… 
Qapının ağzında dayanmış cavan bir keşikçi ona tərəf gələn iki adama 
«Dayanın! Yaxına gəlməyin!» deyə əmr etdi. 
Comərdlə Suren yerlərində dayandılar. Özlərini ona müxtəsər nişan verib, 
polk komandirlərini görəcəklərini söylədilər. 
Keşikçi getdi. Bir-iki dəqiqədən sonra qayıtdı, onların içəri keçmələrinə 
icazə verdi. 
Comərdlə Suren daşdan tikilmiş birmərtəbəli yaraşıqlı evin dəhlizinə  tərəf 
addımladılar. Bu ev, Qırmızı Ordunun gəlməsindən qorxub hara isə qaçmış  
yüzbaşının evi idi. İndi isə atıcı polkunun qərargahı olmuşdu. 
Comərd qapını açıb: 
- İcazə var? – dedi. 
Divara yapışdırılmış xəritəyə baxan hərbi adam tez geri çönüb: 
- Buyurun! – dedi və onlara tərəf addımladı. 
Uca boylu, uzun bığlı,  şleminin qabağına beş guşəli ulduz tikilmiş polk 
komandirini onlar tanıdılar. 
- Oho! Andrey Pavloviç! – deyə Suren ona əlini uzatdı. – Biz yenə  də 
görüşdük… 
Hər üçü səmimiyyətlə görüşüb oturdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə