Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   86   87   88   89   90   91   92   93   ...   111

 
236
divarları gurultu ilə uçub yerə  tökülürdü. Qalın və göz çıxardan acı tüstü hələ od 
düşməmiş evlərin üstündə qara ilan kimi qıvrılırdı. Zəhmətkeş insanın min əzabla 
tikdiyi koma külə dönürdü… 
Göylərə  zəbanə  çəkən yanğına həyətlərdən, küçələrdən tamaşa edən, lakin 
onu söndürməyə  cəsarət edə bilməyən kəndlilər kədər və heyrət içində idilər. 
Onlara elə gəlirdi ki, Levonun evini xarabaya çevirən alov, çox keçməz ki, onların 
da evini külə döndərər. Bəlkə  də ürəklərində deyirdilər: «Adam gücü çatmayan 
daşdan yapışmaz. Levonun, Makiçin xataları öz başlarında çatladı. Makiçin 
öldürülməsi, Levonun evinin yandırılması, hər ikisinin ailəsinin çöllərə düşməsi – 
hamısı Manuçar ağanın torpağına  əl atdıqlarındandır. Adam güləş meydanına 
girəndə, gərək  əvvəlcə gücünü sınasın…». Bəlkə  də  bəziləri deyirdi: 
«Bolşeviklərin elə bir atımlıq barıtı varmış, hay-küylə meydana girdilər, bayraq 
götürdülər, camaatı üsyana qaldırdılar, hökumət qurdular, amma dalında dura 
bilmədilər. Adamlar qırıldı, tutulub qazamata salındı, ailələr başsız, uşaqlar gözü 
yaşlı qaldı…». 
Karo, Manuçar və  kəndxuda lap kənarda dayanıb yanğına baxır və ondan 
nəşə alırdılar. 
Manuçar getdikcə coşan alovlara diqqətlə baxıb  əlini ürəyinin üstünə 
qoyaraq dedi: 
- Bax, ürəyimdən indi tikan çıxır. Karocan, o dilim-dilim alovlara baxanda, 
bolşeviklərin  əlindən yanan ürəyimə elə bil sərin su çilənir… Bundan sonra 
kasıblar görərlər… Görərlər ki, Manuçar Sarumov nə gücün sahibidir!.. Bilərlər ki
mənim arxam, köməyim bir adam, iki adam deyil, bütün daşnak qoşunudur… 
Bir kəndli onlara yanaşdı. Karonu tanımadığı üçün Sarumova müraciət elədi: 
- Manuçar ağa, başına dönüm, de ki, adamlar yanğını söndürsünlər. Alov az 
qalır ki, mənim evimə də çatsın… Aman günüdür, komam yansa balalarım çöldə 
qalar. 
Manuçar qəhqəhə ilə güldü. 
- Sən evinin yanmasından qorxursan, hə? Qorxma, sən gedib o kasıb-kusub 
tərəfdarları bolşeviklərə deyəydin ki, farağat duraydılar, sənin kimi adamların da 
evi yanmayaydı. 
- Vallah, mən onları tanımıram! Manuçar ağa, sən Allah, sən canın, bu işə 
sərəncam çək. Ora bax, ora bax! Vay dədəm vay, ev az qalır od ala!.. 
- Get, özünü tülkülüyə vurma. Yəqin sən də bayraq götürənlərin, «yaşasın, 
yaşasın» deyənlərin birisən. 
Kəndli çox yalvardı. Nəhayət, Manuçar Karonu göstərərək, ağlamaq 
dərəcəsinə gələn kəndliyə dedi: 
- İxtiyar bu xmbapetdədir. Ondan xahiş elə… 
Kəndli Karoya yalvardı. 
- Baş-beynimi aparma, - deyə Karo əlindəki şallaqla onun peysərinə bir neçə 
dəfə vurdu. – Siz kasıblar nankorsunuz. Dara düşəndə yalvarıb ilan dili 
çıxardırsınız, iynənin deşiyindən keçirsiniz, elə ki, bir balaca genişliyə  çıxdınız, 
qudurub cızığınızdan çıxırsınız! Divan-dərə tanımırsınız. Get burdan! 
- Xmbapet ağa, mənim evim heç, bütün kənd yanar! Sənin öz evin də od 
tutar, Manuçar ağa! – deyə kəndli zülmün qara heykəlləri kimi dayanmış adamlara 


 
237
baxdı. Onların donuq sifətlərində  rəhm  əlaməti görmədi. Daha söz deməyin, 
yalvarmağın  əhəmiyyətsiz olduğunu yəqin etdi. Kor-peşman geri qayıdanda öz 
damının üstündə bir adam gördü. Bu, Suren idi. Üzünü camaata tutub ucadan 
deyirdi: 
- Ay yoldaşlar! Ay kəndlilər! Niyə durmusunuz? Niyə  gəlib yanğını 
söndürmürsünüz? Niyə daşnakların zülmünə bu qədər dözürsünüz?! Kəndlilər! 
Njde bu yanğınla sizin gözünüzü qorxudur ki, bir də  Şura hökumətinin adını 
çəkməyəsiniz. Amma inanın, arxayın olun ki, bütün Zəngəzurda  Şura hökuməti 
qurulacaq! Daşnakların sözlərinə inanmayın! Hədələrindən qorxmayın! Bu gün 
Levonun evini odlayan, sabah da sizinkini yandıracaq. Durub baxmayın… 
Kəndlilər mütərəddid dayanıb Surenin sözlərini dinləyirdilər. 
Suren, Vahan və Comərd od işığında onlara tərəf gələn bir adamı gördü. O, 
bayaq Manuçarla Karoya yalvaran kəndli idi. Üç bolşeviki görən kimi ürəklənib 
dedi: 
- Sağ olun, qardaşlar! Mənə kömək eləməyə, yanğını söndürməyə 
gəlmisiniz… Ay camaat, bura gəlin! Yanğın baş alıb gedir! Ay qardaşlar, daha 
bundan betər zülm olmaz! Nəyi gözləyirsiniz? Yanğın keçirilməsə hamının evi, 
kür-külfəti yanıb tələf olacaq!.. 
Alov artıq kəndlinin eyvanına keçmişdi. Onun arvadı uşağını bağrına basıb 
içəridən təlaşla qışqıra-qışqıra bayıra çıxdı.  
Kəndli bunu görən kimi, damın üstündən aşağı endi… 
Bayaqdan Surenin sözlərini aydın eşidən Karo ilə Manuçar, kəndlinin evinə 
yanaşdı… Nədənsə, damın üstə çıxmayıb, divarın dibində gizlənərək, güllə atmaq 
üçün  əlverişli vaxt gözlədilər. Lakin tüstü-duman gözlərinin qabağına pərdə 
çəkərək nişan almalarına imkan vermədi. 
Surenin, Xınzirək camaatını intiqama çağıran sözləri hər iki canavarın 
qulağını deşirdi… 
Karo daha davam gətirə bilməyib tapança ilə dalbadal bir neçə güllə atdı… 
Yanğını söndürmək üçün gələn kəndlilər yerlərində dayandılar. Evi yanan 
kəndlinin güllə  səsindən qorxan uşaqları  ağlamağa başladılar.  Əri ilə  bərabər 
içəridən ağlaya-ağlaya yorğan-döşək daşıyan arvadın həyəcanlı  qışqırığı, söyüşü, 
qarğışı həyəti götürdü. 
Düşmənin hiyləsini başa düşən Suren, Vahan və Comərd tez aşağı endi. 
Onlar yan tərəfdən burulub gedəndə Karo bağırdı: 
- Dayanın! Arvad kimi hara qaçırsınız! – Onun havaya buraxdığı güllələrə 
Surenlə Comərd atəşlə cavab verdilər… 
Zolaq-zolaq alovlar yoxsul kəndlinin evini artıq hər tərəfdən qucaqlayırdı… 
 
Njde qəfəsdəki ayı kimi otaqda gəzinir, dodaq altından nə isə mırtıldanırdı. 
Qapı açılanda geri çevrildi, qarşısında Karonu gördü. Tez stolun arxasına keçib 
soruşdu: 
- Yandırdınmı? 
- Bəli, cənab xmbapet! Hələ bir neçə kasıb evi də Levonun evindən od alıb 
yandı. Xınzirəklilər üçün hələ bu azdır. Oranı tamam xaraba qoymaq lazımdır. 
Bizim üçün ən qorxulu kəndlərdən biri o Xınzirəkdir… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə