Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə88/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   84   85   86   87   88   89   90   91   ...   111

 
231
- Çığır-bağır salma, bizim işimiz elə  sənin kimiləriylədir! – deyə Comərd 
onun qollarını arxada çarpazladı. – Levon, kəndiri bu Milli Şura üzvünün qollarına 
sal! 
-  Ərə, sən musurmansan?.. Vay, Allah mənim evimi yıxsın…  Ərə, ay 
ermənilər, ay özümünkülər, qeyrətiniz yoxdur?.. Məni dərənin bir dəli musurmanı 
dustaq eləyir, siz də buna qoşulursunuz? 
- Kəs səsini! – deyə Levon onun qollarını möhkəm bağladı. 
- Mən hökumətə deyəcəyəm. Mən Njdeyə şikayət eləyəcəyəm. 
Dustaqları eyvandan aşağı düşürdəndə kəndxuda yalvarmağa başladı: 
- A başınıza dönüm, elə  mənim taqsırım nədir?!  Ərə, Levon, Makiç, siz 
astvas, mənə rəhminiz gəlsin. Ay musurman qardaş, sən olasan sizin həzrət Abbas, 
məni buraxın evimə!.. Ərə, arvadım evdə yoxdur, heç olmasa, qoyun o evə gəlsin
bilsin ki, məni siz aparırsınız! – deyə Manuçar ayağını yerə dirəyib getmək 
istəmədi. Qonşuları  eşitsin deyə  qəsdən çığır-bağır saldı. Lakin peysərinə  dəyən 
dürtmə onu susmağa məcbur etdi. 
 
Hər kəs təbiətin bir mənzərəsini, bir gözəlliyini daha çox sevir. Mən də gün 
doğmasına vurğunam… 
Mən gözümü, dünən axşamdan görmədiyim səma gözəlinin yolundan 
çəkmirdim. Onun bu gün, məhz bu gün tez gəlməsini səbirsizliklə gözləyirdim. 
Üzərində dayandığım yer kürəsi, elə bil birdən hərəkətini öz məhvəri 
ətrafında artırdı. Sanki o da günəşin dilbər camalını dünyaya tez göstərməyə 
tələsdi… 
Odur, yer ağarmağa başladı. Üfüqün göyümtraq pərdəsi yavaş-yavaş açıq 
qırmızı  rəng aldı. Qəlbim sevinclə döyündü. Bir azdan sonra, intizarında 
olduğumun gülümsər çöhrəsini görəcəkdim… 
Dəqiqələr keçdi… Gözlərimin qabağında şəfəq dolu sanki böyük bir piyalə 
göründü. O, bir gecənin içində açılmış laləni də xatırladırdı. Elə bil ki, onu mən 
özüm ana yurdumun bağçasından dərib üfüqün yaxasına sancmışdım… 
«Ey mənim may günəşim, bahar günəşim, gecə yatmayıb yolunu 
gözləmişəm!» deyə ona əl elədim. O gülümsündü, bütün təbiət onun gülüşündən 
nura boyandı… Mənə elə gəldi ki, may günəşi bu gün yüksəklərə qalxmaq istəmir, 
düz yanıma enib mənimlə qol-qola verərək, Xınzirəyin küçələrində birgə 
addımlamaq istəyir. Hər kəndlinin evinə girib uca səslə demək istəyir: «Qalxın 
yuxudan! Bu gün sizi səadətə qovuşdurmağa gəlmişəm! Durun, ürəklərinizin 
qapılarını açın, ora azadlıq şəfəqləri dolduracağam!..» 
Günəşin xəyalımda yüksələn səsini kəndin küçələri ilə addımlayan 
inqilabçılar dəstəsinin ağzından eşitdim. Onların  şüarları azadlıq göyərçini kimi
hər tərəfə qanad çalırdı: «Yaşasın  Şura Rusiyası! Yaşasın  Şura Azərbaycanı! 
Yaşasın tezliklə zülm boyunduruğundan azad olacaq Ermənistan!..» 
Çiyinlərində silah, əllərində al bayraq, dəmir addımlarla gedən dəstə 
məktəbin qabağında dayandı. Vahan əlindəki bayrağı binanın divarına sancdı. 
Bayraq günəş şüaları altında qırmızı bir alov kimi şölə saçmağa başladı. 
Dəstə gur səslə inqilabi mahnı oxumağa başladı. Bunu eşidən kəndlilər 
məktəbə sarı axışmağa başladılar. Adam getdikcə çoxaldı. Lakin kənddəki bu 


 
232
şənliyin səbəbini bir çoxu bilmirdi. Bəziləri fikirləşirdi: «Yəqin ki, bu gün kəndə 
hökumət adamlarından gələcək, ona görə indidən  şənlik düzəldiblər…». Amma 
kəndxuda ilə Manuçarın camaat arasında olmaması onları şübhəyə saldı. Levonu, 
Makiçi və tanımadıqları başqa adamları görəndə, şübhələri daha da artdı. Şüarları 
eşidib mənasını qananlara, al bayrağı görənlərə isə hər şey aydın idi. 
Vahan böyük izdihama müraciətlə dedi: 
- Qardaşlar! Yoldaşlar! Bu may ayında Ermənistanın bir çox şəhər və 
kəndlərində  fəhlələr, kəndlilər silahlı üsyan qaldırıblar. Xalq daha daşnakların 
zülmü altında yaşamaq istəmir. Bizim Zəngəzur erməniləri deyirlər: «Rədd olsun 
daşnak hökuməti! Rədd olsun njdelər, drolar, karolar, mauzeristlər!» 
Adamlar bir-birinin üzünə baxdı, lakin heç kəs dillənmədi. Vahan sözünə 
davam elədi: 
- Qəza  İnqilab Komitəsi adından, Xınzirəkdə  Şura hökuməti qurulduğunu 
elan edirəm. Bundan sonra hamı azad yaşayacaq. Döyən, döyülən olmayacaq. 
Dövlətlilərin torpağı alınıb kasıblara veriləcək. 
Vahan sözünü qurtaranda, Əliqulu kəndinin kommunistlərindən və onlara 
rəğbət bəsləyənlərdən ibarət bir dəstə adam gəldi. 
«Yaşasın Xınzirəkdə qurulan Şura hökuməti!» deyə onlar dostlarını  təbrik 
etdilər. Gələn adamlar burada Şura hökuməti elan olunacağını  əvvəlcədən 
bilirdilər. Onlar da inqilab komitəsinin göstərişi ilə öz kəndlərində üsyan bayrağını 
sabah qaldıracaqdılar. Buraya isə xınzirəklilərə köməyə gəlmişdilər. 
Suren, Levon, Makiç danışdılar. Yoxsul kəndlilərdən də bir neçəsi çıxış 
edərək, təzə quruluşu alqışladı  və onun möhkəmlənməsi üçün mübarizə 
edəcəklərini söylədilər. 
Axırda Comərd danışdı; sözünü belə qurtardı: 
-  Şura hökumətinin yaranması  kəndlilər üçün böyük xoşbəxtlikdir. Bundan 
sonra ermənilərlə müsəlmanların arasında heç bir ədavət və milli qırğın olmayacaq. 
Hamı qardaş kimi bir-birinə can deyib can eşidəcək. Çünki Şura hökumətinin 
məqsədi millətlərin, xalqların hamısını bir-birinə dost, yoldaş, qardaş eləməkdir. 
Yaşasın bütün millətlərə azadlıq yolunu göstərən yoldaş Lenin! 
Alqış səsləri ucaldı. 
Təzə quruluşla maraqlanan kəndlilər Vahana çox sual verdilər. Ancaq 
kəndin varlıları, hampaları ağızlarını açmadılar… 
…Xınzirəkdəki hadisəni ikinci gün Njdeyə  xəbər verdilər. Njde dərhal ora 
hərbi qüvvə göndərdi. Kommunistlər, partizanlar, yoxsul kəndlilər hərbi qüvvə ilə 
döyüşə girişdilər. Hər iki tərəfdən ölən və yaralanan oldu. Makiç öldürüldü. 
Kommunistlərə başqa kəndlərdən kömək gəlmədiyindən və Njdenin hərbi 
qüvvəsinin sayca artıq olduğundan, üsyançılar məğlub oldular… 
Daşnaklar, kommunistlərin tərəfini saxlayan, Şura hökumətinin qurulmasını 
alqışlayan kəndlilərə  vəhşicəsinə divan tutdular. Bəzilərini döydülər, bəzilərini 
həbs etdilər, bəzilərini kəndin ortasında, camaatın gözünün qabağında güllələdilər. 
Sarumovla kəndxuda həbsdən azad edildilər. 
 
Bir tərəfdən Zəngəzurda inqilabi hərəkatın güclənməsi, ikinci tərəfdən Qızıl 
Ordunun Qarabağdan gözlənilən hücumu Ermənistan hökumətini bərk təşvişə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə