Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə85/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   81   82   83   84   85   86   87   88   ...   111

 
223
- Bəli, buna mən də təəssüflənirəm! Ancaq məni o düşündürür ki, partizanlar 
Arakelin o axşam mənim yanımda olduğunu hardan biliblər? Mən belə  zənn 
edirəm ki, içimizə düşmən soxulub. Sən kimdən şübhələnirsən, keşiş? 
Mesrop saqqalını tumarlaya-tumarlaya bir az fikrə getdi, sonra dedi: 
- Hələ heç kəsdən. Yalandan nə deyim. Məncə, Samvel bu işlə ciddi məşğul 
olmalıdır… 
Karo üzünü Samvelə tutub soruşdu: 
- Sən o, həbsxana rəisi müavinliyinə düzəltdiyin necə adamdır? Onun kim 
olduğunu yaxşı öyrənmisənmi? 
- Bəli, lap ətraflı öyrənmişəm. Deyirlər, çox təmiz adamdır. Həm də ki, Milli 
Şuranın üzvü, möhtərəm Manuçar Sarumovun kağızı  əsasında işə  qəbul olunur. 
Yoxsa, general-nahankapet ağa, ondan şübhələnirsən? Arxayın ol, Hayk 
Aslanyandan bizə düşmən çıxmaz. 
- Bəs niyə kənddən gəlib şəhərdə qulluğa girib? 
- Kənddə dolanmaq onun üçün çətin olub. Bir də hökumət qulluğuna çox 
həvəsi var. 
- Burda kimin evində yaşayır? 
- Mehmanxanada. 
- Ona gizli nəzarətçi qoy. Başa düşdünmü? 
- Baş üstə. 
Qapının açılması onların söhbətini yarımçıq qoydu. Aşot içəri girib kiminsə 
Samveli çağırdığını söylədi. Samvel dərhal yerindən qalxdı, Karodan icazə alıb 
Aşotla bərabər getdi. 
Karo dedi: 
- Keşiş Mesrop, görürsən, işlərimiz gündən-günə pisləşir, kəndlərdə 
qarışıqlıq, iğtişaş artır. Açıq demək lazımdır ki, kommunistlər kəndliləri bərk 
yoldan çıxardırlar. Hakimiyyət, qoşun, divan-dərə bizim əlimizdə olsa da, onlarla 
lazımi qədər bacara bilmirik. Elə deyilmi? 
- Elədir, onu mən də bilirəm, cənab Karo. Məni hər  şeydən çox narahat 
eləyən işimizin daxildə pis olmasıdır. 
- Mən elə bu barədə  səninlə  məsləhətləşmək istəyirdim. Necə eləyək ki, 
bizim dövlət idarələrində xidmət edən adamların ürəyini bilək, hərəkətlərini 
izləyək? 
Mesrop gülümsündü. 
- Ürəyi bilmək çox çətindir. Ancaq hər kəsin hərəkətini izləyib gördüyü işi 
bilmək olar. Bunun üçün gərək adamların hamısını eləyəsən xəfiyyə və bir-birinə 
gizli nəzarətçi qoyasan… 
Karo nə isə fikirləşib keşişdən soruşdu: 
- Sən Samveldən şübhələnmirsən ki? 
- Yox, canım! – deyə keşiş güldü. – Samvel həqiqi daşnakdır,  əsl bizim 
adamdır. Mən özümə o qədər inanmıram ki, Samvelə inanıram. 
- Samvelin üstündə göz ol. Bildinmi? İndi oğul ataya, ata oğula inanmayan 
vaxtlardır. 
Keşiş yenə əlini saqqalına çəkərək dedi: 


 
224
- Samvelin üstündə göz olmağa sözüm yoxdur. Amma hamını şübhə altına 
almaq da yaxşı deyil. Çünki onda gərək hər işi tək özün görəsən. 
Karo çox ciddi dedi: 
- Düyünləri açmaq üçün belə lazımdır, keşiş! 
Keşiş susdu. 
Dövləti idarə etmək işində casusluğu hər  şeydən üstün tutan Karo öz 
ürəyində dedi: «Heç narahat olma, keşiş, bundan sonra sənin də üzərində nəzarətçi 
özüm olacağam… Mənim imkanım olsa idi hər kəsin ürəyində bir xəfiyyə 
gizlədərdim…». 
Samvel içəri girib dedi: 
- Cənab general-nahankapet, «Sağsağan» gəlib. 
- «Sağsağan?» 
- Bəli, yanına çağırımmı? 
- Gəlsin. 
Samvel çıxdı. Yenə həmin saat Şadlinski ilə bərabər qayıtdı. 
- Salam, möhtərəm ağalar! – deyə Şadlinski əvvəl Karo ilə, sonra Mesropla 
əl tutdu. 
- «Sağsağan» xoş gəlib! – deyə Karo ona yer göstərdi. – Otur. Danış görək 
bizə nə xəbər gətirmisən? 
Şadlinski bir Karoya baxdı, bir Mesropa. Onun baxışlarındakı mənanı başa 
düşən Karo dedi: 
- Danış, ehtiyat eləmə. 
- Bu dəfəki xəbərim nə  qədər ürək sıxıcı olsa da, deməliyəm. Qorxaq 
müsavatçılar üsyan edən Bakı  fəhlələrinə, Rusiyadan gələn Qızıl Orduya heç bir 
müqavimət göstərə bilmədilər. Müsavat hökuməti yıxıldı. Yəqin ki, siz bunu 
eşitmisiniz? 
Karo dedi: 
- Bu qara xəbəri eşitmişik. Sən bizə Qızıl Ordunun indi hansı tərəfə hərəkət 
etməsindən və müsəlman camaatının ona qarşı münasibətindən danış. 
- Öyrəndiyimi görə, Qızıl Ordu irəliləyir. Yəqin ki, bu gün, sabah Şuşaya 
çatar.  Əhalinin fikri müxtəlifdir. O kəndlərdə ki, mən olmuşam, kasıblar toy-
bayram eləyirlər. Çünki kommunistlər vaxtı ilə onların qulaqlarını doldurublar ki, 
Şura hökuməti sizin hökumətinizdir. Varlılar yas saxlayırlar, qan ağlayırlar. 
Evlərinin talan edilib dağılmasından, tutulmaqdan, sürgün edilməkdən, 
öldürülməkdən qorxurlar. Bəylərdən, dövlətlilərdən bəziləri pulunu, qızılını, 
malını, qoyununu götürüb dağlara çəkilib. Bəziləri dərələrdə, kahalarda, meşələrdə 
gizlənib. Bəziləri paltarını  dəyişdirib, özünü kasıb kəndli  şəklinə salıb. Müsavat 
inzibati idarələrinin qulluqçuları  və ordu zabitləri paqonlarını  qırıb atıblar. 
Müxtəsər ki, bu böyük hadisə çoxlarının ürəyinə böyük vahimə salmışdır. Kasıblar 
indi varlılara, necə deyərlər, dirsək göstərirlər. Deyirlər, indiyə kimi siz bizə  ağa 
idiniz, indi biz sizə  ağa olacayıq.  İndiyə kimi siz bizi minmişdiniz, indi biz sizi 
minəcəyik. Ta srağagün eşitmişəm ki, Gürcülü kəndlilərinin tələbi ilə bolşeviklər 
pristav Əli Sadiqini güllələyiblər. Daha nə deyim, cənablar, vəziyyət belədir. Onu 
da deyim ki, hər yerdə inqilab komitələri və  «şuralar» təşkil edirlər. Onlara 
kasıbları, lütləri cəlb edirlər. 


 
225
Karo dərindən köksünü ötürüb dedi: 
- Xeyir xəbər gətirməmisən, «Sağsağan»… 
- Mən gördüklərimi, eşitdiklərimi dedim! Zəmanənin üzü dönüb. Fələyin 
çarxı indi tərsinə dövran edir. Kim deyərdi və kim inanardı ki, rusların Qırmızı 
Ordusu Zaqafqaziyaya girəcək. Kim ağlına gətirərdi ki, Şimalı Qafqazdakı Denikin 
kimi generallar qırmızıların qabağında duruş gətirə bilməyəcəklər?! 
- Bəs sən özün bu hərc-mərclikdə necə baş saxlayacaqsan? 
- Deyir, ağac öz səmtinə yıxılar, cənab general-qubernator. Mən çoxdan sizi 
özümə arxa bilmişəm. 
- Bolşeviklərə işləmək istəmirsən?.. 
- Farslar deyirlər ki: 
 
 
 
 
«Kəbutər ba kəbutər baz ba baz, 
 
 
 
Konənd həmcins ba həmcins pərvaz». 
 
Yəni, göyərçin göyərçinlə uçar, qartal qartalla, yəni hər cins öz cinsini tapar. Məni 
onlarla bir qazanda qaynatsalar da, qarışmaram. Mən sizin ixtiyarınızdayam. 
- Yaxşı, sən bizə kömək eləmək üçün Qızıl Orduya nə edə bilərsən? 
- Zənn edirəm ki, daşnaklar müsavatçılar kimi biqeyrət çıxmayacaqlar. Onlar 
Qızıl Ordu ilə döş-döşə  gələcəklər. Mən bu mübarizədə öz fəaliyyətimi göstərə 
bilərəm. Sizə onlardan elə  məlumat gətirərəm ki, bir milyon qiyməti, dünyaca 
əhəmiyyəti olar. 
- Yaxşı, sən onların içinə necə girə bilərsən? 
Şadlinski güldü: 
- Bağışlayın, belə sualı naşı adamlara verərlər. Özünə  məlumdur ki, biz 
peşədə olan adamlar özünə hər yerdə yol tapa bilər. Ancaq xahiş edirəm ki, bu dəfə 
qiymət məsələsində  xəsislik eləməyəsən. Bolşevik qoşununun içinə girmək, 
məlumat öyrənmək çox məsuliyyətli və təhlükəlidir. 
- Yaxşı, onların hamısını  nəzərə alarıq. Bu dəfə qiymət üstündə  səni 
incitmərik. Sən bizə bircə məlumat gətirməlisən: Qızıl Ordu Zəngəzura nə zaman 
və hansı tərəfdən hücum edəcəkdir. Aydındırmı?.. 
- Bəli, aydındır. 
- İlk məlumatını haçan gözləyək? 
-  İndidən deyə bilmərəm.  Şəraitdən asılıdır. Hər halda tez gəlməyə 
çalışacağam. 
Karo dedi: 
- Çox yaxşı, danışdıq qurtardıq. Mesrop, cənab  Şadlinskini apar bir az 
istirahət eləsin, sonra yola salarlar gedər. 
Mesropla Şadlinski getdi. 
Samvel də yerindən qalxdı: 
- Mənim üçün qulluğun varmı, general-nahankapet? 
Karo soyuq bir ifadə ilə dedi: 
- Get, öz işində möhkəm ol! 
Samvel otaqdan çıxdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə