Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   80   81   82   83   84   85   86   87   ...   111

 
220
hökumət bizi ağ günə  çıxardacaq, yoxsa beş gündən sonra bu da atını sürüb 
meydandan çıxacaq. Sözümün canı odur ki, əgər fəhlə-kəndli hökuməti bizə çörək
paltar verəcəksə, gözümüz üstə yeri var, qalsın, verməyəcəksə, elə bu başdan çıxıb 
getsin… 
Comərd qoca kişini ətraflı başa saldı. 
Kəndlilərin sorğu-sualı çoxaldı. 
Axırıncı sualı orta yaşlı bir kəndli verdi: 
- Deyirsiniz ki, pristav, nəçərnik olmayacaq? Bəs kəndli öz dərdini, 
şikayətini kimə deyəcək? Kənddə böyüyümüz kim olacaq? Axı divan-dərə, böyük-
kiçik olmasa, baş saxlamaq olmaz… 
Comərd: 
- Əlbəttə olmaz, - dedi, - hər işə qəza inqilab komitəsi baxacaq. 
Kəndli bir də dilləndi: 
- Yəni deyirsən ki, bu gündən sonra biz kəndlilər bu pristava heç nə 
deməyək, ona tabe olmayaq, hə? 
Şahmərdan soruşdu: 
- O hansı pristavdır? 
- Budur e… - kəndli  Əli Sadiqinin qolundan tutub yuxarı dartdı. – Ağa 
pristav, özünü niyə gizlədirsən? Qalx ayağa, səni görsünlər, tanısınlar. 
Əli Sadiqi üz-gözünü turşutdu: 
-  Ə, adam oğlusan, adımı niyə  çəkirsən? Qolumu burax. – Əli Sadiqi yerə 
oturmaq istədi. Lakin kəndli ondan əl çəkmədi. 
- Qorxma, səni yeməyəcəklər ki… Özünü göstər! Sən bizi döyüb, söyüb, 
incidəndə heç biz özümüzü sənin kimi tülkü ölümünə vurmurduq… - Kəndli iki əli 
ilə onun peysərindən yapışıb dik yuxarı qaldırdı. – Mən bu pristavı deyirəm! – 
Kəndli onu itələyə-itələyə meydanın baş tərəfinə apardı. 
Camal yaxına gəlib onunla üzbəüz dayandı. Qəhqəhə çəkib dedi: 
- Salaməleyküm, ağa pristav! Rəhmdil, insaflı pristav! Məni axtarırdın – 
yanındayam. Daha heç yana qaçan deyiləm. Buyur, nə qədər döyürsən, döy! Ha… 
ha… ha… Bəs hanı tapançan, şallağın, paqonun, çeşməyin?! Kəndli paltarı  sənə 
əcəb yaraşır!.. Bura bax, bunun qıllı papağına, çuxasına bax!.. 
Camalın kinayəli sözləri  Əli Sadiqini yandırıb tökdü. O, başını  aşağı dikib 
fikrə getdi… 
Əli Sadiqi bolşevikləri tapıb həbs etmək üçün qəza naçalnikinin əmri ilə 
kəndlərə  çıxmışdı. Bu məqsədlə, aldığı  xəfiyyə  məlumatı  əsasında Gürcülüyə 
gəlmişdi. Lakin bolşeviklər meşədə olduqlarından məqsədinə nail ola bilməmişdi. 
Onları  kənddə gözləməyə  məcbur olmuşdu. Bolşeviklər dünən meşədən 
qayıdandan sonra daha fikrindən əl çəkmişdi, çünki belə fikirdə olmaq artıq gec və 
mənasızdı. Müsavat hökumətinin süqutundan, Qızıl Ordunun Qarabağa 
gəlməsindən vahiməyə düşən müsavat məmurları başlarını daldalamağa məcbur 
olmuşdular. Əli Sadiqi də o cür hərəkət etmişdi. Kəndlilərin bugünkü yığıncağına 
gəlməkdə isə  məqsədi bolşeviklərin onun kimi adamlarla necə  rəftar edəcəyini 
öyrənməkdi. 
Əli Sadiqi kəndlilərin onu bu tezlikdə ifşa edəcəklərini ağlına gətirməmişdi. 
O, elə  zənn edirdi ki, inqilabın mənasını,  əhəmiyyətini, hökumət dəyişikliyi 


 
221
dövründə kiminlə necə  rəftar ediləcəyini kəndlilər hələ başa düşməzlər. Həyat 
onun fikirlərinin əksinə oldu. 
Comərd ona baxıb gülümsündü və dedi: 
- Başını yuxarı qaldır, köhnə «dost». Zahirən nə  qədər dəyişilsən də, 
zamanın hökmündən qurtara bilməyəcəksən… 
Əli Sadiqi yerə çöküb titrək əlləri ilə Comərdin ayaqlarını qucaqladı. 
- Mənə yazığınız gəlsin. Məni inqilaba bağışlayın! 
Comərd onu özündən kənar eləyərək: 
-  İnqilab çox qurbanlar verib, - dedi. – Ancaq o, zalimləri bağışlamayıb. 
Ayağa qalx!.. 
Əli Sadiqi dilənçi kimi əllərini açaraq, illər uzunu mübarizə apardığı 
bolşeviklərdən aman dilədi. 
Comərd üzünü kəndlilərə tutub dedi: 
- Pristav «ağa» ilə necə rəftar edək? 
Yerlərdən qışqırdılar: 
- İlanın başını əzməsən, sonra səni çalar… 
- Boğazına kəmsik salıb kəndin arasında sürümək lazımdır! 
- Onu atın quyruğuna bağlamaq lazımdır. 
- Ölümə ölüm deyiblər! O, çox ocaqlar söndürüb. 
- Bolşeviklər, mənə yazığınız gəlsin! – deyə Əli Sadiqi yenə də yalvarmağa 
başladı. 
Comərd dedi: 
- Biz camaatın iradəsindən, tələbindən kənara çıxa bilmərik. Özün 
kəndlilərin səsini eşitdin!.. 
Əli Sadiqinin ümidi hər yerdən kəsildi. 
- Mən sizə nə qədər istəsəniz pul, qızıl verərəm! – deyə əlini qoltuq cibinə 
saldı  və  dərhal tapançanı  çıxardıb Comərdin alnına tuşladı. Vahan o saat Əli 
Sadiqinin biləyindən yapışdı və tapançanı qanırıb əlindən aldı. 
Adamlar qışqırdılar: 
- Xain! Alçaq! 
- Onu sağ qoymayın! 
Kəndlilərdən bəziləri pristavı yumruqladı. 
Comərd gülə-gülə onlara dedi: 
- Döyməyin! O, öz fikrində,  əqidəsində möhkəm adamdır. Belələrini 
«hörmətlə» sakit etmək lazımdır. 
Qiyas, Camal və Mürsəl Əli Sadiqinin qollarını bağlayıb apardılar. 
Comərd: 
- Yoldaşlar! – dedi, - müsavat pristavının alçaq hərəkətini gördünüz. Biz onu 
zalim bir adam olduğu üçün cəzalandırırıq. Kəndlərdə,  şəhərlərdə onun kimi 
inqilab düşmənləri hələ çoxdur. Fəhlə-kəndli hökumətimizi göz bəbəyi kimi 
qoruyub saxlamaq üçün siz kəndlilər də ayıq olmalısınız! Qəza İnqilab Komitəsinə 
kömək eləməlisiniz! 
Kəndin aşağısındakı uçurumun kənarından gələn tək güllə  səsi elə bil ki, 
Comərdin sözlərinə cavab verdi: «İnqilab düşmənlərinə heç vaxt aman 
olmayacaq!» 


 
222
Comərd üzünü çalğıçılara tutub dedi: 
-  İndi çalın! Azərbaycan torpağının, Azərbaycan xalqının bugünkü böyük 
azadlıq bayramında hamı gülsün, oynasın, oxusun! 
Qara zurnanın, nağaranın səsi ucaldı. 
Bir qələbə himnini xatırladan elin coşqun havası, «Koroğlu cəngisi» ürəkləri 
sevinclə doldurdu. Çöllər, dağlar, dərələr sanki dil açıb dedi:  
«Bayramınız mübarək, ay ellər!» 
Azərbaycanda  Şura hökumətinin qurulması, Qızıl Ordunun qələbələrlə 
irəliləməsi Zəngəzur kommunistlərinə, partizanlarına yeni qüvvət və mübarizə 
ruhu verirdi. İndi Zəngəzur bolşevikləri daha da aktiv fəaliyyət göstərməyə 
başlamışdılar. Qəza firqə  təşkilatı bir sıra yeni tədbirlər görmüşdü. Bunun ən 
mühümü, qəza mərkəzində və bəzi kəndlərdə inqilab komitəsinin təşkili idi. 
Qəza  İnqilab Komitəsi Gorus, Sisyan, Kafan firqə  təşkilatlarına 
müraciətnamə göndərmişdi. Müraciətnamə, daşnak quruluşunu tarmar etmək üçün 
xalqı açıq və ciddi silahlı üsyana çağırırdı. Bunun əsasında xalq hərəkatı getdikcə 
genişlənirdi. Daşnaklar xalq üsyanlarını  bəzi yerlərdə yatırmağa müvəffəq olur
bəzi yerlərdə özləri məğlub olurdular. Hər halda, onlar özlərini böyük bir təhlükə 
qarşısında hiss edirdilər. 
…Mesrop stolun arxasında qolu sarıqlı oturmuş Karoya baxıb sözünə davam 
elədi: 
- Allahın bizə rəhmi gəldi. Yoxsa, general-nahankapet, güllə qolundan yox, 
dilim-ağzım qurusun, ürəyindən dəysə idi, millət başsız qalardı. Mən gecə-gündüz 
Allaha dua edirdim… Şükür, indi yaxşısan. 
Samvel də onun sözünə qüvvət verdi: 
- Bəli, bəli, sən düz deyirsən, keşiş  ağa. Ölkə sahibsiz qalardı. Allah 
Zəngəzuru bir gün də general-nahankapetsiz eləməsin. 
Karo məğrur-məğrur gülümsəyərək dedi: 
- Məni az tərifləyin. Mən hələ elə bir qoçaqlıq göstərməmişəm… 
- Yox, yox, elə demə. Düşmənlərin gülləsindən ki, salamat qurtarmısan, əziz 
canını millət üçün saxlamısan – çox böyük cəsarətdir. Lap tarixə yazılmalı 
qoçaqlıqdır. Əgər yaralı-yaralı otağa girib, başqa qapıdan çıxmasa idin, səni tuta da 
bilərdilər. Öldürə də bilərdilər. Ölkə də, millət də kor qalardı. 
Karo fikirli-fikirli dedi: 
- Bəli, orası doğrudur… Amma təəssüf ki, hələ bir çoxları bilmək istəmir ki, 
mən ancaq millət, üçün vətən üçün canımdan, başımdan keçirəm. 
- Bilən bilir. Bilməyən də heç bilməsin… Keşiş  ağa demişkən, onsuz da 
sənin iyidliyini tarixə yazacaqlar… Keşiş ağa, başın üçün, üzünə demirəm, bizim 
bu general-nahankapet çox sərrast güllə atandır… Amma əfsus ki, o alçaq 
düşmənləri, gecə qaranlıq olduğundan görməyib. Yoxsa, astvast haqqı, bir təkini 
sağ buraxmazdı… 
Keşiş dedi: 
- Amma Arakeli sağ buraxmağımız pis oldu. Gərək o vicdansız həbs olunan 
gün güllələnəydi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə