Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   78   79   80   81   82   83   84   85   ...   111

 
215
çoxdan gözləyirdi. O, bilirdi ki, Arakel aprelin 22-də, axşam saat 10-da general-
qubernatorun hüzurunda olmalıdır. 
Hayk aprelin 21-də, işlərini qurtarandan sonra axşam Xınzirəyə yollandı… 
Əhvalatı evdə yoldaşlarına söylədi. Vahan, Comərd, Suren, Şahmərdan və Hayk 
özü Arakeli qurtarmaq üçün müəyyən qərara gəldilər. 
Hayk evdə qalmadı. Elə həmin gecə yola düşüb gün çıxmamış Gorusda oldu. 
O, həmin gün Arakelin kamerasına gedib əhvalatı ona söylədi… 
…Gün batdı. Hava qaraldı. Adamlar küçələrdən, meydandan, dükanlardan 
çəkildi. Bəzi evlərdə lampa, bəzilərində qara çıraq yandı. Ağaclarda ötən quşların 
səsi kəsildi.  Şəhərin üstünü elə bil zülmət pərdəsi örtdü. Evlər, ağaclar, dağlar, 
qayalar qaranlıqda görünməz oldu.  
Dörd atlı Gorusun yuxarı  tərəfindəki körpüyə endi. Onlar patrullara rast 
gəlməmək üçün mərkəzi küçələrlə deyil, kənar küçələrlə getdilər. Həbsxananın alt 
tərəfindən keçib uca bir qovaq ağacının altında dayandılar. Atları kola, ağaca 
bağlayıb, oturdular. Beş-on dəqiqəlik söhbətdən sonra Vahan ətəyinin altında kibrit 
yandırıb saatına baxdı. 
- Haykın dediyi vaxta on dəqiqə qalıb… 
- Arakeli bu axşam qurtara bilməsək, daha belə fürsət ələ düşməyəcək. 
- Doğrudur, düzdür, - deyə Şahmərdan Comərdin sözünə qüvvət verdi. 
- Bəlkə bir bura gəlib çıxana kimi Arakeli aparıblar? 
Comərd: 
- Elə şey olmaz, - dedi, - biz vaxtında gəlmişik. 
Vahan yenə saata baxıb: 
- Oho, vaxt çoxdan keçib, - dedi. – Hayk siqnal verməlidir. Bəlkə ondan bir 
şey anlayıblar, özünü də dama salıblar?!. 
Suren dedi: 
- Durun birbaş həbsxanaya hücum edək. Daha burda nə üçün oturmuşuq?.. 
- Hünər yaxşı şeydir, Suren, amma yerində, vaxtında, - deyə Vahan dilləndi. 
Bu an astaca fit çalındı, sonra ayaq səsləri eşidildi. 
Hayk onlara yanaşıb dedi: 
- İş başqa cür olub. Karo Arakeli bir saat qabaq öz yanına tələb edib, hələ də 
onu həbsxanaya qaytarmayıb. 
Şahmərdan dedi: 
- Onda gözləməliyik… 
- Ola bilər ki, Karo onu heç geri buraxmasın. Elə oradaca güllələsin. Mən 
öyrənmişəm ki, o cəllad bir neçə dustağı məhkəməsiz, danışıqsız özü güllələyib… 
Vahan dedi: 
- Sən düz deyirsən, Hayk, ola bilər… Vəziyyət çətinləşdi. Yoldaşlar, sizin 
fikriniz nədir? 
- Mənim fikrim hər necə olursa olsun Arakeli qurtarmaqdır. Karonun 
idarəsinə elə bu saat hücum eləsək hamısından yaxşı olar… 
- Mən bu təklifə razıyam! – deyə Suren Comərdin fikrini təsdiq elədi. – Özü 
də vaxtı itirmək olmaz… 
Beş yoldaş bir qədər götür-qoydan sonra, hücum etmək qərarına gəldilər. 


 
216
Hər kəs tüfəngini çiyninə salıb atını mindi. Bələdçilik eləyib general-
qubernatorun idarəsini göstərmək üçün Hayk piyada qabağa düşdü… 
Bir divarın yanına çatanda Hayk dayanıb yavaşdan dedi: 
- Çatmışıq. Atdan düşün. 
Şahmərdan atları bir tərəfə çəkib saxladı. 
Hayk yavaşca dedi: 
- Karonun idarəsi, dörd tərəfi divar olan o bağçadadır. Bağçanın bir 
dərbəçəsi var. Amma gecələr bağlı olur. Yanında keşikçi durmur… 
- Onda divardan aşmalıyıq, - deyə Vahan yoldaşlarına müraciət elədi. 
Onlar kimin nə eləyəcəyini o saat öz aralarında müəyyənləşdirdilər. 
Şahmərdan atların cilovunu Hayka verdi. Özü isə Surenlə gedib dərbəçənin 
yanında durdu. 
Comərdlə Vahan çətinliklə də olsa, divarın üstünə qalxıb bağçaya atıldılar. 
Yavaş-yavaş addımlayıb hərəsi yekə bir ağacın dalında dayandı.  İkisi də gözünü 
işıq gələn tək pəncərəyə zillədi. Otaqda iki adam aydın görünürdü. Biri oturmuşdu, 
o biri ayaq üstə qolları bağlı durmuşdu. O, Arakel idi… Stolun arxasında əl-qolunu 
ölçə-ölçə danışan isə Karo idi. 
Comərd Vahana yanaşıb dedi: 
- Birbaş içəri girməyəkmi? Daha nəyi gözləyirik? 
- Eyvanın sol tərəfindəki əli silahlı adamı görürsənmi? O, Aşotdur. Boyunun 
balacalığından tanıdım. Əvvəlcə onu susdurmalıyıq ki, hay-küy salmasın. Hə, indi 
tərpənək… 
Onlar ayaqlarının ucunda addımladılar. Eyvana çatmağa az qalmışdı ki, 
Karonun qəzəbli səsini eşitdilər: 
«Xainin, bolşevikin cəzası ancaq ölümdür!» 
Arakelin ona cavabı eşidilmədi. 
Vahanla Comərd Karonu nişan alanda, birdən otaq qaranlıqlaşdı. Lakin çox 
keçmədi ki, bir əsgər, onun dalınca Arakel, sonra bir əlində lampa, o biri əlində 
tüfəng tutmuş ikinci əsgər eyvana çıxdı. Karo axırıncı olaraq, əlində mauzer, 
eyvana gəlib əsgərlərə əmr etdi: 
- Dustağı bir ağacın dibinə çəkin! Mən ona bolşevikliyin nə olduğunu… 
Comərdlə Vahanın tüfənglərindən dalbadal uçan güllələr Karonun sözünü 
ağzında qoydu. O, dərhal sol əli ilə sağ qolunu tutub, «mən yaralandım» deyə içəri 
qaçdı. Əsgərlər özlərini itirdilər. Arakel eyvanın bir küncünə qısıldı. Sonra atılan 
güllələr Aşotun və əsgərlərin hay-küyünü batırdı, əlində lampa tutan əsgəri də yerə 
sərdi. Aşot və birinci əsgər vahimə içində özlərini tez otağa saldılar. 
- Yoldaş Arakel, qorxma, bizik! – deyə Vahan qışqırdı. 
Arakel: 
- Bildim ki, sizsiniz! – deyə tez özü onların yanına getdi. 
Comərd bıçaqla Arakelin qollarındakı kəndiri kəsdi. Hər üçü divardan aşıb 
küçəyə düşdü. 
Comərd Surenlə Şahmərdanı çağırdı. 
Hamısı atlandı. Comərdlə Arakel tərkləşdi. 
Hayk yaşadığı mehmanxanaya getmək üçün onlardan aralandı. 


 
217
- Mən Şirixuya tərəf gedən yolu tanıyıram, dalımca gəlin! – deyə Suren atını 
qabağa sürdü… 
 
 
On beşinci fəsil 
 
May təzə girmişdi. O, Gürcülü kəndinin dağlarına lalə, çəmənlərinə göy ot, 
bağ-bağçalarına çiçək gətirmişdi. O, kəndin hər yerində uçuşan quşların ağzına xoş 
avaz, şirin nəğmə vermişdi. 
1920-ci ilin baharı minlərin, milyonların ürəyini sevindirən başqa bir bahar 
xəbəri də gətirmişdi. Bu xəbər ildırım sürətilə ölkənin hər yerinə yayılmışdı. Onun 
mənasını,  əhəmiyyətini, faydasını bilmək üçün Gürcülü kəndlilərindən heç kəs 
evdə oturmaq istəmirdi. Böyük, kiçik, qoca, cavan – hamı, hamı kənd meydanına 
axışıb gedirdi… 
Meydan izdihamı tutmurdu. Kimi oturmuş, kimi ayaq üstə dayanmışdı. 
Hamının gözü, sadəcə  qırmızı çitdən qayrılmış  və bir tərəfdə yerə sancılmış 
bayrağa dikilmişdi. Kəndlilərdən heç kəs bu rəngdə bayraq görməmişdi. Mürsəldən 
başqa bayrağın yanında duran bolşevikləri də ilk dəfə görürdülər. 
Mürsəl Comərdə tərəf əyilib dedi: 
- Hamı burdadır, başlayaq. Əvvəl sən danış. 
Comərd azacıq qabağa çıxıb dedi: 
- Yoldaşlar, qardaşlar! Bizim ata-babalarımız, camaatımız, millətimiz illər 
uzunu  əzilib, qul halında yaşayıb. Həmişə  fəhlələrimiz bir xoş güzəran, yoxsul 
kəndlilərimizsə qarın dolusu çörək həsrətində olub. Şəhərlərdə ağalıq eləyən olub 
fabrik, zavod, mədən  sahibləri, milyonçular, kəndlərdə  də – bəylər, xanlar, 
mülkədarlar. Siz özünüz Nikolayın, müsavatın zülmünü, əzabını görmüsünüz. 
Pristavlar, strajniklər, yüzbaşılar, kəndxudalar camaatın gönünü soyub. Ancaq səbr 
kasası dolanda adam heç kəsi tanımaz, heç kəsdən qorxmaz. Bizim fəhlələr də 
qorxmadılar. Dəfələrlə əllərində bax belə qırmızı bayraq tutub neft mədənlərində, 
küçələrdə, meydanlarda dedilər: «Rədd olsun Nikolay hökuməti! Rədd olsun 
müsavat hökuməti. Rədd olsun bəy, xan, mülkədar hökuməti!» Kəndlilər də 
onların səsinə səs verdilər. Bakı fəhlələri, Azərbaycan kəndliləri azadlıq üçün çox 
çalışdılar. Yoldaşlar, qardaşlar, atalar deyər ki, tək əldən səs çıxmaz. Bakı fəhlələri, 
Azərbaycan kəndliləri müsavat zülmündən qurtarmaq üçün Rusiya Qızıl Ordusunu 
köməyə çağırdılar. Bizə Lenin kömək göndərdi. Bütün fəhlələrin, kəndlilərin 
dostu, rəhbəri olan Lenin bax budur! – Comərd həmişə qoynunda saxladığı  şəkli 
çıxardıb yuxarı qaldırdı…  Şəkli görmək üçün bəziləri boynunu uzadıb baxdı, 
bəziləri bir qədər yaxına gəldi. Lakin hamının yaxşı görməsi üçün Comərd onu 
bayrağa yapışdırmaq istədi.  Əmisinin fikrini dərhal başa düşən Növrəstə 
yaxasından bir iynə çıxartdı və hər ikisi şəkli bayrağın üstə sancdı. 
Comərd sözünə davam elədi: 
- Millətlər gərək azad olsun deyən yoldaş Lenin budur! Fabrik-zavod 
fəhlələrin, torpaq kəndlilərin gərək olsun deyən yoldaş Lenin budur! Dünyada 
zülm eləyən, zülm olunan gərək olmasın deyən yoldaş Lenin budur! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə