Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   77   78   79   80   81   82   83   84   ...   111

 
212
nə iş görəcəyi haqda danışdılar. Meşə Gorusa uzaq olduğu üçün və Haykla əlaqə 
saxlamaq məqsədi ilə Vahanın, Comərdin, Surenin və Şahmərdanın yenə Haykgilə 
getməsini qərara aldılar. Onlar Xınzirəyə, Hayksa Gorusa yola düşdü. 
…Keçmiş Nikolay zabiti, indi isə Gorus həbsxanasının rəisi olan uca boylu, 
yekəpər və çallamış Nersesyan öz təzə müavini Haykı işlə tanış elədi. Onu ətraflı 
təlimatlandırdı, vəzifəsinin çox ciddi və məsuliyyətli olduğunu dönə-dönə söylədi. 
Hayk həbsxana məmuru paltarı geydi, tapança bağladı. «Müqəddəs» 
vəzifəsinə başladı. Birinci gündən özünü həbsxana xidmətçilərinə ciddi, nizam-
intizam gözləyən bir adam kimi göstərdi. 
Zəngəzurun mərkəzi Gorus şəhəri yüksək dağların arasında, uzunsov bir 
düzənlikdə salınmışdır. Ona uca yerdən baxanda, bir-birini kəsən dümdüz küçələr 
kvadrat  şəklində görünür. Bir-iki mərtəbəli, üstü taxtapuşlu yaraşıqlı evlər nəzəri 
cəlb edir. Şəhər başdan-başa meyvə bağlarının içinə quylanmışdır. Dağ sularından 
əmələ gəlmiş və qıjıltı ilə şəhərin içindən axan dumduru çay onun gözəlliyini daha 
da artırır. 
Gorusa gələnlər və onun keçmişi ilə maraqlananlar qaçaq Nəbini 
xatırlamaya bilməzlər. Nəbi öz atlıları ilə  bərabər günün günorta çağı qazamata 
hücum edərək, dustaqları azad etmişdir. Nikolay naçalniki, pristavı ondan zağ-zağ 
əsdiyindən, cəsarət edib qarşısına çıxa bilməmişlər. Nəbi öz hünəri ilə  şöhrət 
qazanmışdır. Müsəlmanlar kimi, ermənilər də bu xalq qəhrəmanını ürəkdən 
sevmişdir. Adı dillərə düşmüş Nəbiyə el nəğmələr qoşmuşdur. 
Nikolay hökuməti tarmar edildikdən sonra, o mənhus bina – Gorus qazamatı 
dağılmamış, müstəmləkə və zülm dünyasından qara bir abidə kimi qalmışdır. 
Şəhərin mərkəzindən bir az aralıda, qərb tərəfdə, təpənin  ətəyində görünən 
birmərtəbəli, möhkəm bina həmin həbsxanadır. Daşnaklar qalanı  əllərində 
möhkəm saxlamış, onlara baş  əyməyənləri, hüquq və azadlıq tələb edənləri ora 
salmışlar. 
Havasız, günəşsiz Gorus həbsxanasında saxlanılan adamları  əzabdan, 
işgəncədən xilas etmək üçün Nəbi yoxdur. Lakin həyat başqa Nəbilər, başqa 
qəhrəmanlar yetişdirmişdir. Onlar vəziyyətin tələb etdiyi kimi hərəkət edirlər. 
…Divarları çox qalın, qapısı dəmir kameranın sement döşəməsi üstündə bir 
dustaq uzanmışdı. O, bəziləri kimi nə inləyib sızıldayır, nə çığır-bağır salır, nə də 
azad olması üçün bir kimsəyə yalvarırdı. Onu şallaqla döyəndə, qollarını burub 
sındırmaq dərəcəsinə  gətirəndə, dırnaqlarına iynə batıranda səsini çıxartmırdı. 
«Burda hər  əzaba iradə qalib gələcəkdir!» deyə  hər cür işgəncəyə dözürdü. O, 
taleyindən şikayətlənmirdi, daşnakların siyasətilə barışmadığına da peşman deyildi. 
Kameranın qapısı açıldı. Həbsxana rəisinin müavini Hayk Aslanyan və 
nəzarətçi içəri girdi. 
Üzünü divara çevirib, gözünü qaranlıqda hara isə zilləmiş dustaq yerindən 
qımıldanmadı. Bu hərəkət nəzarətçiyə acıq gəldisə  də, Haykın yanında bir söz 
demədi. Dustaq, gələnlərin kim olduğu ilə də maraqlanmadı. 
- Ey, dustaq, ayağa qalx! 
- … 
- Sənə ayağa qalx demirəm? Karsan, ya lal? Üzünü bəri çevir! 
- Mənə əziyyət vermə, get burdan! 


 
213
- Sən nə axmaq-axmaq danışırsan!.. 
- Ya axmaq, ya ağıllı… Rədd ol! 
- Bu saat qol-qabırğanı əzəndə kimi qovduğunu bilərsən… 
- Məni yenə də döymək fikriniz varsa, buyurun… 
- Bolşeviklərə hər nə cəza versən azdır… Alçaq, xain! 
Dustaq bu təhqirli sözlərə davam gətirməyib yerindən tərpəndi. 
Ayaqlarındakı qandal səsləndi. Ağır-ağır yerdən qalxdı. 
- Kimdir alçaq, xain? – deyə çığırdı. 
- Qışqırma! De görüm şikayətin nədəndir? 
-  Ədalətsizlikdən, bu yaş  həbsxanadan, bu ağır qandaldan. Sən kimsən? 
Qaranlıqda gözüm görmür. Şikayətim bizi işığa həsrət qoyanlardandır. Üç gündür 
mənim dilimə çörək dəyməyib! 
- Şikayətin aclıqdandır, başa düşdüm. 
- Təkcə aclıqdan yox! – deyə dizləri  əsən dustaq bağırdı. – Niyə  mənim 
görüşümə heç kəsi qoymursunuz? 
- Sən bolşeviksən. Millət xainisən! Görüşünə  gələni da axmaq fikrinlə 
zəhərlərsən. 
- Bu quruluşun havasından zəhərli daha nə var?! – deyə dustaq qəzəbindən 
titrədi və birdən şappıltı ilə yerə yıxıldı. 
Hayk nəzarətçiyə yavaşdan dedi: 
- Get su gətir. Dustaq özündən getdi. 
Nəzarətçi dərhal kameradan çıxıb qapını örtdü.  
İndiyə kimi qəsdən işığı yandırmayan Hayk balaca fonarını yandırdı, işığı 
dustağın üzünə saldı. Onun qabağında yerə çöküb alçaqdan dedi: 
- Arakel dayı! Arakel dayı! A kişi, qalx ayağa! 
Arakeldən səs çıxmadı. Hayk onun əlindən tutub yenə çağıra-çağıra tərpətdi. 
Arakel başını qaldırdı. Qarşısında Haykı  həbsxana məmuru geyimində 
gördükdə, heyrətdən bir an donub qaldı. Haykın gözlərinin içinə baxıb boğuq bir 
səslə dedi: 
- Ey vah, mən yuxu görürəm, yoxsa həqiqət?! Hayk, sən də cəllad olmusan!.. 
Hayk əyilib onun qulağına pıçıldadı: 
- Özünü itirmə, qorxma, Arakel dayı! Mən daşnakların cəlladıyam. 
Həbsxana rəisi müavini olduğum ancaq səni burdan xilas etmək üçündür. Bolşevik 
dostların səni unutmayıblar. Nəzarətçi yanımda olduğu üçün səninlə sərt danışdım. 
Hələlik belə lazımdır. Sıxılma, burda çox qalmayacaqsan. Mənə bir sözün varsa, 
tez de! İndi nəzarətçi gələr. Onu qəsdən suya göndərmişəm. 
- Vahan, Suren indi hardadır? 
- Xınzirəkdə. 
- Onlar məni… 
- Daha danışma! – deyə Hayk onun sözünü kəsdi. – Yaxından addım səsi 
gəlir. Nəzarətçidir. Uzan, uzan! 
Hayk kənara çəkildi. Arakel əvvəlki vəziyyətdə uzandı. 
Nəzarətçi əlində su dolu dəmir parç gəldi. 
Hayk Arakeli göstərib dedi: 
- Su ver içsin. 


 
214
Nəzarətçi dustağa yaxınlaşdı. 
- Dur su iç! – deyə onu ayağıyla tərpətdi. 
Arakel başını qaldırdı. Parçı nəzarətçidən alıb su içdi. 
- Mənə çörək verin! Hava verin! – deyə yenə uzandı. 
- Yaxşı, bəsdir, çərənləmə! – deyə Hayk bayıra çıxdı. 
Nəzarətçi də altı nallı, yekə çəkmələrini tappıldada-tappıldada onun ardınca 
çıxdı. 
Yenə qapıdan qıfıl asıldı. Yenə kameraya bir ölüm sükutu çökdü. 
Arakel həqiqətlə  şübhəni bir-birindən ayırmaq üçün qaranlıq və yaş 
zindanda dərin fikrə daldı. Bir az sonra ucadan oxudu: 
 
  Azad 
tanrı o gündən ki, xaç çəkərək, torpaqdan 
 
 
Yaranmış bu vücuduma qüdrətilə verdi can, 
 
 
Mən canlandım, lakin hələ dilsiz, zəif uşaqkən, 
 
 
İki gücsüz qolum ilə azadlığı qucdum mən. 
  Ey 
azadlıq, yolunda çox macəra var, tikan var, 
 
 
Səni sevən insanlara bu dünya da dardır, dar! 
  Ey 
azadlıq, üzərimdə min bir tufan əssə də
 
 
Düşmən mənlə dava edib, yollarımı kəssə də, 
 
 
Dar ağacı altında da, haqsız, nahaq ölümdən 
  Qorxmayaraq, 
deyəcəyəm: ey azadlıq, yaşa sən!.. 
 
Qızıl Ordunun bu gün-sabah Zaqafqaziyaya daxil olacağı xəbəri getdikcə hər 
yerə yayılırdı. Bundan ruhlanan bolşeviklər, onların başçılığı ilə düzəlmiş partizan 
dəstələri geniş  fəaliyyətə keçmişdilər. Onlar kəndliləri üsyana çağırır, daşnak 
nümayəndələrini kəndlərdən qovur, İravanla Gorus arasında rabitə olmamaq üçün 
teleqraf simlərini kəsirdilər. Bu vəziyyət daşnakları çox təşvişə salmışdı. Ölkə 
daxilində  iğtişaşlara, üsyanlara yol verməmək, camaatın gözünü qorxutmaq üçün 
Karo inzibati idarələrə, orqanlara göstəriş vermişdi: kənd meydançalarında, 
küçələrdə, çöldə üç-dörd nəfərdən artıq olan yığıncaqlar dağıdılsın,  şübhəli 
adamlar həbs edilsin, siyasi dustaqlar ya öldürülsün, ya həmişəlik olaraq, uzaq 
yerlərə sürgün edilsin. 
Karo heç olmasa, bir bolşeviki  ələ keçirmək, onu məcbur etməklə, 
qalanlarının da yerini öyrənməyə çalışırdı. Bu isə ona mümkün olmurdu. Karo 
Arakeli həbs etməsinə baxmayaraq, onun bolşevik olmasına  əmin deyildi. Ancaq 
Arakelin birinci, xüsusən ikinci istintaq zamanı onun üzünə dediyi sözlər 
bolşeviklərin sözünə oxşayırdı. Hər halda görünür onun bolşeviklərlə əlaqəsi vardı. 
Ona görə  də, Arakelə  ağır işgəncələr verməklə, məqsədinə nail olmaq 
ümidindəydi. 
Karo üç gün bundan qabaq Arakeli onun öz yanına danışmağa gətirmək 
üçün göstəriş vermişdi. Bu danışıq axırıncı olmalı idi. Arakel bolşeviklərlə  əlaqə 
saxladığını boynuna almasaydı, öldürüləcəkdi. 
…General-qubernatorun göstərişini yerinə yetirməyi həbsxana rəisi 
Nersesyan müavininə tapşırıb, bir neçə günlüyə öz kəndinə getdi. Hayk belə fürsəti 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə