Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   85   86   87   88   89   90   91   92   ...   111

 
233
salmışdı. Zəngəzuru alınmaz bir qalaya çevirmək üçün oraya daha möhkəm, daha 
bacarıqlı, hərbi işdən baş  çıxardan bir adam göndərmək lazım idi. Xatisov 
Zəngəzura Njdeni göndərdi. 
Njde nə Milli Şurada, nə  də idarələrdə heç bir dəyişiklik eləməmişdi. 
Xidmətçilərin hamısı öz yerində qalmışdı. Karonu isə özünə müavin götürmüşdü. 
Vəzifəsindən bir pillə aşağı düşürülmüş Karo, damaqdan da bir qədər düşmüşdü. 
Karo öz yerini Njdeyə verəndə Milli Şura ilə bilavasitə əlaqəsi olan adamları 
ona xarakterizə etmişdi. Mahalın vəziyyəti ilə tanış edib, kəndlərdə kimlərə 
arxalanmaq lazım gəldiyini, hansı xəfiyyənin harda yaşadığını söyləmişdi. 
İndi Njdenin qarşısında, ayaq üstə dik dayanmış Karo, onun əmrlərini, 
göstərişlərini gözləyirdi. 
Njde oxuduğu kağızdan gözünü çəkib dedi: 
- Məlumat verirlər ki, bolşeviklərin qaldırdığı üsyan Brnaqotda da 
yatırılıbdır. 
- Bəli, cənab, sənin gəlişin çox yaxşı oldu, - deyə Karo yaltaqcasına 
gülümsündü: - Deyir, ilan ulduz görməsə ölməz. Sənin zəhmin ağırdır. Güman 
edirəm ki, bundan sonra sənə tabe olan Zəngəzur mahalında «inqilab», «üsyan», 
«Qırmızı Ordu» sözünü ağzına alan olmayacaq. Mən də bacardığımı 
əsirgəməmişəm… Mən general-nahankapet olduğum zaman nə eləmişəmsə, nə iş 
görmüşəmsə, yalnız iki şüarımızın xatirinə eləmişəm: «Dənizdən dənizə uzanan 
Ermənistan dövləti yaratmaq!» və bu yolda qabağa çıxan hər  şeyi «Süpürüb 
atmaq!» 
- Amma, təəssüf ki, bu şüarları hələ yerinə yetirə bilməmişik. 
Karo öz gördüyü işləri Njdenin gözündə böyütmək üçün təşəxxüslə dedi: 
- Bəli, doğru buyurursan. Amma mən  əlimdən gələni eləmişəm. 
Müsavatçıların hücumunun qarşısını almışam. Andronikin bata bilmədiyi Sofulu 
dərəsində yerləşən bir neçə para müsəlman kəndini elə bu ilin mart ayında 
yandırmışam. Bolşeviklərə qarşı həmişə amansız olmuşam… 
- Kifayətdir, cənab! – deyə Njde onun sözünü kəsdi. – Əsl hünər, cəsarət 
göstərmək vaxtı hələ qabaqdadır. Onda hamının bacarığına bələd olarıq… 
Karo tutuldu. Başını aşağı salıb yavaşdan dedi: 
- Cənab xmbapetin əmrini gözləyirəm. 
- Haqqında danışdığımız partizanların evlərini külə çevirmək üçün bu gün 
Xınzirəyə özün gedərsən. 
- Baş üstə. 
- İndi otur, Qubatlıya bir məktub yaz! – Njde ona bir vərəq ağ kağız verdi. 
Karo oturub qələmi götürdü. 
- Həmişə bir adama, bir idarəyə kağızı Milli Şuranın katibi keşiş Mesrop 
yazırdı… 
Karonun sözlərində bir növ inciklik hiss edən Njde onun gözlərinin içinə 
tərs-tərs baxdı. 
- Yaz, cənab Hamparsumyan! 
«Qubatlı İnqilab Komitəsi sədrinə! Zəngəzurdan qaçıb sizin qəzada özlərinə 
yuva tapan erməni kommunistlərini və partizanlarını tezliklə mənim sərəncamıma 
göndərməyi sizə  təklif edirəm.  Əgər qayıtmasalar, evləri yandırılacaq, ailələri, 


 
234
uşaqdan qocaya kimi, güllələnəcəkdir. Geri qayıdan ermənilərin sağ qalmasına söz 
verirəm. 
 
 
        
 
 
 
     Q.Njde. 10 iyun 1920-ci il». 
 
Njde kağıza qol çəkib dedi: 
- Bunu göndərmək üçün etibarlı adamın varmı? 
- Bəli, var. 
- Yubatma, bu gün göndər. 
- Baş üstə, - Karo qalxıb içəridən çıxdı. 
Njde Qızıl Orduya qarşı durmaq üçün yenidən  əsgər yığmaq, daxili əks-
inqilabçı qüvvələri öz ətrafına toplamaq haqda xeyli düşündü. Necə  hərəkət 
edəcəyini xəyalında ölçüb-biçdi. «Stolun siyirməsindən bir kağız götürüb oxumağa 
başladı… 
Həbsxana rəisi Nersesyan orduda xidmətə alındığından, onun yerinə  təyin 
olunmuş Hayk içəri girdi, salam verib qapının ağzında dayandı… 
Njde oxuduğu kağızı yarımçıq qoyub soruşdu: 
- Hə, gətirdin? 
- Bəli. Tələb elədiyin işləri, siyahını  gətirmişəm. Budur: - Hayk 
qoltuğundakı qovluqları stolun üstə qoydu. – Ancaq onu deyim ki, qazamatda daha 
yer yoxdur. Kəndlərdəki may hadisəsindən sonra dustaqların sayı çox artıb. Misal 
üçün, beş nəfərlik kameraya on beş adam salmışıq… 
Njde siyahıya baxa-baxa dedi: 
- Sözün düzdür. Yer azdır, dustaq çox. Sənin tədbirin nədir? – Njde başını 
qaldırıb ona baxdı. – Hələ bundan sonra da dustaq çoxalacaq. Onda nə eləyəcəyik? 
Haykın dodağı qaçdı: 
- Nə deyim, vallah!.. Sənin ayağın biləni, mənim başım bilməz. Mən 
buyuruq quluyam. Onu da deyim ki, üç gün bundan qabaq İravandan göndərilən iki 
dustağı ölüm-zülüm bir kamerada yerləşdirmişik. İşlərini də verdim sənə… 
- Njde əvvəl Musatovun, sonra isə Qurgenin «işi» ilə tanış oldu. Hayk bir 
saatdan çox ayaq üstə qaldı. 
Njde gözünü sonuncu vərəqədən çəkib dedi: 
- Həbsxananı bir qədər boşaltmaq lazımdır. Torpağın altında yer çoxdur… 
Elə deyilmi, rəis Hayk Aslanyan? Onda sənin də işin bir qədər yüngülləşər, hə? – 
Njdenin üzündə iyrənc bir təbəssüm əmələ gəldi… 
Hayk sonsuz nifrətini süni bir gülüşlə gizlətməyə çalışaraq dedi: 
- Məsləhət xmbapet ağanındır. Amma sağ ol ki, qazamat qulluqçularının da 
halına qalırsan. Başına and olsun, ağa, onların ahından, naləsindən, çığır-
bağırından qulağımız dəng olub. Vay odur kameranın qapısını açasan, az qalırlar 
adamı dirigözlü didib parçalasınlar. Dedikləri də budur: «Günahımız yoxdur, bizi 
buraxın! Acından ölürük, bizə çörək verin! Naxoşluq bizi əldən saldı, həkim 
göndərin, bizə dava-dərman verin!» 
- Sən möhkəm ol. Qazamat qulluqçusunun ürəyi daş kimi bərk olmalıdır… 
Nalə-fəğan səsini qulaqların eşitməməlidir. 
Njde qələmi götürüb Sergey Musatovla Qurgen Xaçaturyanın «işinin» 
üstünə aydın xətlə yazdı: «Güllələnsin!» Sonra qovluqları Hayka qaytarıb dedi: 


 
235
- Əmrim bu axşam saat doqquzda yerinə yetirilməlidir! 
- Baş üstə! – Hayk getdi. 
Njde bayaq yarımçıq qoyduğu kağızı  təzədən oxumağa başladı. Bu, may 
üsyanları zaman həbs edilmiş kəndlinin cibindən tapılan müraciətnamə idi: 
«Sisyan təşkilatına! 
Yoldaşlar! Xalq üsyanları Zəngəzurda artıq başlanmışdır. Bir çox kəndlərdə 
Şura hökuməti qurulmuşdur, bir çoxlarında isə daşnaklarla kəndlilərin arasında 
möhkəm vuruşma gedir. Lakin düşmən qüvvətlidir, özü də yaxşı silahlanmışdır. 
Amma uzun müddət müharibə etmək üçün bizim əlimizdə kifayət qədər silah 
yoxdur. Buna baxmayaraq, üsyanı genişləndirməliyik. Sisyanlı yoldaşlar, üsyan 
bayrağını yüksəklərə qaldırın. Düşmənə qarşı coşqun nifrət hissilə mübarizəyə 
girişin. Sisyan bu qəti dəqiqələrdə üsyana qalxmalıdır. Xalqın azadlıq uğrundakı 
hərəkatına qoşulmalıdır. 
Yoldaşlar! Vaxt çatıbdır, yubanmaq ölüm deməkdir. Öz planınız və 
hərəkatınız haqqında dərhal qəza inqilab komitəsinə xəbər verin!..» 
Njde kağızın dalını oxumadı. Qəzəb onu iliyinə kimi sarsıtdı. 
- «İnqilab! Üsyan! Hərəkat!» - deyə acı-acı güldü. Bu balaca kağızın ona 
vurduğu mənəvi yara getdikcə qəlbində dərinləşirdi. – Eh, bolşeviklər, bolşeviklər! 
– deyə  qışqırdı. – Niyə hamınızı tutub Gorus həbsxanasında çürüdə bilmirəm? 
Amma tələsməyin, vaxt gələr, sizinlə haqq-hesab çəkərəm… Sizi ayaqlar altına 
salaram. Bax, belə! – Njde barmaqları arasında əzilmiş kağızı dörd parça edib yerə 
atdı, sonra tapdalamağa başladı… 
May hadisəsindən sonra bolşeviklərin, partizanların bir çoxu yenə müsəlman 
kəndlərinə qayıtmışdı. Yalnız inqilab komitəsinin üzvləri: Vahan, Comərd və 
Suren öz «qərargahlarını» - Haykın evini tərk eləməmişdilər. Onlar yenə əl altınca 
işləyir, camaatı qəti və son döyüşlərə hazırlayırdılar. 
Axşamdı. Şirin söhbət gedirdi. Vahan sözünə davam edərək dedi: 
- Bəli, yoldaşlar, silahımız, adamımız az olduğundan və camaatı üsyana 
yaxşı hazırlamadığımızdan məğlub olduq. Lakin bu məğlubiyyət müvəqqətidir. 
Ona görə də, ruhdan düşməməliyik, buna haqqımız da yoxdur. Köhnə dünyanı üzü 
üstə çevirmək asan deyil. İnsanların hamısının beyninə inqilabi şüuru, azadlıq 
duyğularını birdən yeritmək çətindir. Vətəndaş müharibəsi çox çətin bir məktəbdir. 
Burda səhv də ola bilər, qurban da verilə bilər. Ancaq bu ilk müvəffəqiyyətsizlik 
bizə çox şey öyrətdi. İndi biz ikiqat qüvvətlə işə yenidən girişməliyik. 
- Doğrudur! – deyə Comərd onun sözünü təsdiq elədi. 
Şuşanik çiynində mis səhəng içəri girib həyəcanla dedi: 
- Yandırırlar! Allah, sən saxla! Birdən bizim evə də od düşər… 
- Nəyi yandırırlar? 
- Levonun evini. – Şuşanik səhəngi evin aşağı başında divarın yanına qoydu. 
– Bulaqdakı arvadlar danışırdılar ki, Levon kişinin evinə od vuran Manuçardır. 
Qisas alır… Deyirdilər ki, daşnak böyüklərindən Karo da gəlib. Vay, yazıq Levon 
kişi!.. 
Vahan, Suren və Comərd həyətə çıxdılar. 
…Yanğın kəndin baş  tərəfində idi. Bir-birinə qarışmış  qırmızı, göy alov 
sütunları yerdən göyə diklənirdi. Qara damın dirəkləri, pərdiləri çırta-çırtla yanır, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə