Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə86/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   82   83   84   85   86   87   88   89   ...   111

 
226
Karo pəncərəni açdı. Stulu çəkib onun qabağında oturdu. Bir yaralı qoluna 
baxdı, bir bağçaya. O, yalnız insanlara deyil, yaşıl, ətirli bağçaya, çiçəkli ağaclara 
da nifrət elədi, çünki güllələr onların dalından atılıb Karonu yaralamışdı. 
Karo çox otura bilmədi. Dərdinin üstünə  dərd qoyulmuş adamlar kimi 
dərindən köksünü ötürüb yerindən qalxdı  və stolun arxasına keçib öz-özünə 
danışmağa başladı: 
- Ah, qırmızılar!.. Qırmızılar gəlirlər Zəngəzura! Yox, yox! Erməni torpağı 
Qızıl Orduya, bolşeviklərə  təslim olmayacaq! Zəngəzurun general-qubernatoru 
Karo Hamparsumyan qırmızılarla axırıncı damla qanına kimi vuruşacaqdır!.. 
Karo yerində otura bilmədi. Nə üçünsə otaqdan çıxmaq istərkən, Mesrop 
tələsik içəri girib dedi: 
- Xmbapet Njde gəlib. 
- Necə? Njde? – Karo cavab gözləmədən, tez otaqdan çıxdı. 
 
 
Karo Hamparsumyanın  əmri ilə gündüz saat on iki radələrində  şəhərin 
meydançasına toplanmış Gorus camaatı Qaregin Njdenin gəlməsini gözləyirdi. 
Njdenin gəlişinə rəsmiyyət, böyük məna və təntənəli bir şəkil vermək üçün 
hərbi hissədən gətirilmiş bir bölük əsgər də meydançanın bir tərəfində nizamla 
dayanmışdı. 
Bir neçə  dəqiqədən sonra Njde, Karo, Samvel, Mesrop və onların dalınca 
Aşot gəldi. Camaat onları çox soyuq qarşıladı.  Əl çalan, «yaşasın Njde» deyən, 
sevinən, gülən olmadı. Ancaq bölük komandirinin əmri ilə əsgərlər bir neçə dəfə 
«Ura! deyə qışqırdılar. 
Karo Hamparsumyan əvvəldən hazırlanmış tribunaya qalxıb dedi: 
- Camaat! Möhtərəm xmbapet Njde şəhərimizə  təşrif gətirib. Mən onun 
haqqında bir neçə söz deməyi özüm üçün şərəf bilirəm. Cənab Njde Naxçıvanın 
Guznut kəndində anadan olmuşdur. Keşiş  oğludur. Ömrünü hərbi qulluqda 
keçirmişdir. Rus ordusunda zabit olduğu zaman böyük iyidliklər göstərmişdir. 
Bolqarıstanda vuruşmuşdur. Daşnak firqəsinin fəal üzvlərindəndir. Cənab 
Xatisovun sağ əlidir. Daha nə deyim… İndi özü sizinlə danışacaq. – Karo üzünü 
Njdeyə tutub dedi: - Cənab xmbapet, buyur! 
Hərbi geyimli, orta boylu, bədəncə o qədər də kök olmayan, orta yaşlı Njde 
tribunaya qalxdı. Karo, Mesrop, Samvel və tribunanın yanındakı bir neçə nəfər əl 
çaldı. 
Əhali tərəfindən belə soyuq qarşılandığına Njde bir qədər pərt oldu. O, 
əvvəlcə camaata göz gəzdirdi, sonra sağ əlini yuxarı qaldırıb dedi: 
- Gorus əhli, erməni qardaşlar! Mən, Qaregin Njdenin adını Ermənistanda 
eşitməyən bir adam yoxdur. Siz də  eşidin və üzümü görün. Bundan sonra mən 
həmişə sizin içinizdə olacağam. Mən gəlmişəm ki, Zəngəzuru möhkəmlədəm. 
Ermənistanı sarsılmaz qalaya çevirəm. Mən gəlmişəm ki, Gorus, Sisyan, Kafan 
kəndlərində  və mis mədənlərində yolundan azan kəndlilərin, fəhlələrin cəzasını 
verəm. Bəli, mən bu gündən Zəngəzurun hakimiyəm. Ölkədə  hər  şey mənim 
ixtiyarımda, sərəncamımdadır. Hər kəs mənim əmrimə tabe olmalıdır. 


 
227
Erməni qardaşlar! Sizi başa salım ki, vəziyyət bir il, ya bir ay bundan 
qabaqkı  təkin deyil, bizim üçün, erməni hökuməti üçün ağırdır. Bir tərəfdən
kommunistlər, partizanlar kəndlərdə iğtişaşlar salır, üsyanlar yaradırlar. Yoxsulları, 
acları öz erməni hökumətinin üstünə qaldırırlar.  İkinci tərəfdən, üstümüzə  Qızıl 
Ordu gəlir. Daxili və xarici düşmənlərimiz bizim milli hökumətimizi yıxmaq 
istəyirlər. Amma bu onların xam xəyalıdır. Erməni milləti öz hökumətini dişi-
dırnağı ilə saxlayacaqdır. Camaat, belədir ya yox? 
Mesropla Samvel sanki bir ağızdan: «Elədir!» dedilər. Onlardan başqa heç 
kəs dillənmədi. Hətta Karo da bir söz demədi. O, Njdenin gəlməsindən razı deyildi, 
çünki vəzifəsi  əldən gedəcəkdi.  İndiyə kimi ona tabe olan ölkədə, bundan sonra 
hökmranlıq eləməyə ixtiyarı olmayacaqdı… 
Njde sözünə davam elədi: 
- Mən daxili düşmənlərlə – kommunistlər və partizanlarla bacararam. Ancaq 
hal-hazırda Dağlıq Qarabağda general Dronun qoşunları ilə vuruşan Qızıl Ordunu 
Zəngəzura buraxmamaq üçün əhali mənə kömək eləməlidir. Eləcəyəksinizmi? 
Gorusa oğlunu görməyə gəlmiş Baqrat qabağa yeriyib dedi: 
- Bəli, eləyəcəyik. Bizim hökumət nə desə, can-başla yerinə yetirəcəyik. 
Qoyun, mal, taxıl – nə istəsə  rədd eləməyəcəyik… Oğlum da hökumət 
qulluqçusudur… 
Njde üzünü tribunanın yanındakılara tutub soruşdu: 
- Bu danışan kimdir? 
Samvel tez cavab verdi: 
- Əngələvidli Baqrat Xaçaturyandır. Milli Şuranın üzvüdür. Mənim atamdır. 
- Əngələvidli Baqratın sözündən xoşum gəldi. Görünür ki, kişidə qanacaq və 
milli düşüncə var… Sağ ol, Baqrat!.. 
Qırxıq saqqal, yekə bığ, yekə qarın bir adam düz tribunanın qabağına gəlib 
dedi: 
- Mənim pulum, dükanım cənab Njdeyə lazım olsa, qurbandır… 
Njde onun kim olduğunu soruşdu. 
- Tacirdir. Milli Şuranın üzvüdür, - deyə Karo cavab verdi. 
Njde ona da «sağ ol!» deyib sözünə davam elədi: 
- Görürsünüzmü, hökumətini, millətini istəyən adam bunlar kimi olar… Mən 
arxayınam ki, əhalinin köməyi ilə Zəngəzurda bir düşmənin nəfəs almasına imkan 
verməyəcəyəm… 
Bir qoca kişi adamların arasından çıxdı, tribunaya tərəf gedib dayandı. Əlini 
gözünün üstünə qoyub Njdeyə diqqətlə baxdı və dedi: 
-  Əvvəla, salaməleyküm, ikinci, mənim yüz yaşım var, özüm də 
bostançıyam. Üçüncü, qardaş  oğlu… - O, sözünü qurtarmamış yerlərdən gülüş 
səsləri ucaldı. Kimsə dedi: 
- Abel kişi, yaxşı danış, o qardaş oğlu deyil, xmbapetdir. 
Abel heç kəsə fikir vermədən sözünə davam elədi: 
- Üçüncü, dedin ki, böyüksən. Nə deyirik, ol. Üzümüz çox böyüklər görüb, 
qoy səni də görsün. Amma, qardaş  oğlu, de görək, biz əlsiz-ayaqsızlara nə 
köməklik eləcəyəcəksən? Axı hökumət gərək öz rəiyyətinin qeydinə qalsın. – Abel 
çəliyinə dayanaraq, sağ ayağını yuxarı qaldırdı: - Görürsən, barmaqlarımı daş, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə