Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   79   80   81   82   83   84   85   86   ...   111

 
218
Yoldaşlar, Azərbaycan fəhlə-kəndliləri rəhbərimiz Leninin göndərdiyi Qızıl 
Ordu ilə əl-ələ verib müsavat quruluşunu tarmar elədi. Aprelin iyirmi səkkizində
yəni beş gün bundan qabaq, Bakıda  Şura hökuməti – fəhlə-kəndli hökuməti 
yarandı. Bundan sonra bəy, xan, mülkədar, pristav olmayacaq. Bundan sonra biri 
ağa, biri nökər olmayacaq. Bundan sonra kəndlilər  əkib-biçib bəhrəni bəylərə 
verməyəcəklər. Torpaq, su, meşə, bağ-bağça – hər  şey, hər  şey sizin öz 
ixtiyarınızda olacaq. 
Yoldaşlar, qardaşlar! Bu gün hamı sevinməlidir, gülməlidir. Bu gün bizim 
bayram günümüzdür. Elin, obanın azadlığa çıxdığı gündür! Var olsun öz fəhlə-
kəndli hökumətimiz. Var olsun yoldaş Lenin! 
Üstü yamaqlı, çarığı  yırtıq, arıq, ucaboy bir kəndli dərhal ayağa qalxıb 
ürəkdən gülə-gülə, əl vura-vura dedi: 
- Yaşasın fəhlə-kəndli hökuməti! 
Hamı  çəpik çaldı.  İnqilab və azadlıq naminə, Leninin şərəfinə bir neçə 
dəqiqə arası kəsilməyən sürəkli alqış səsləri meydanı, kəndi götürdü. Baharın xoş 
nəsimi dalğa-dalğa ucalan bu alqış səslərini dağlara, köyşənlərə yaydı. 
Sevincinin həddi-hüdudu olmayan Comərd kənara çəkildi. Vahan üzünü 
kəndlilərə tutub dedi: 
- Müsəlman qardaşlar! Bu gün təkcə müsəlmanların bayramı, şad günü deyil. 
Ermənilərin, gürcülərin, elə bizim Zaqafqaziyada yaşayan hamı millətlərin bayram 
günüdür. Biz sevinirik ki, siz uzun zillətdən sonra azadlığa çıxdınız. Lenin deyir ki, 
gərək hamı millətlər bərabər olsun. Aralıqda düşmənçilik olmasın, qan tökülməsin. 
Amma Nikolay, ondan sonra da daşnaklar və müsavatçılar millətləri bir-birinin 
canına salışdırmışdılar. Daha bundan sonra elə  şeylər olmayacaq. Bizim qonşu 
millətlər qardaş kimi yaşayacaq. Çünki onların arasını vuran müsavat hökuməti 
yıxıldı. Bu gün-sabah da daşnak hökuməti yıxılacaq. Müsəlmanlar demişkən
bundan sonra başına qızıl al, gəz. 
Qardaşlar, sizin inqilab bayramınızı burdakı ermənilərin adından təbrik 
eləyirəm. Yaşasın müsəlman və erməni xalqlarının qardaşlığı, dostluğu! 
Alqış səsləri yenə ucaldı. 
- Bəlkə sualı-zadı olan var? – deyə Mürsəl camaata müraciət elədi. 
Gödək boylu bir kəndli ayağa qalxdı. Yekə saçaqlı papağını gözünün 
üstündən geri itələyib dedi: 
- O musurman oğlan burda yaxşı sözlər dedi. Amma gərək haqq üçün 
danışsın, o çeşməkli erməni də pis danışmadı. Bəli, sözüm onda deyil, mən bir az 
türk adamam. Bir məni yaxşı-yaxşı başa salın görüm təzə hökumətin vaxtında biz 
kəndlilərin çulu-çuxası düzələcək, qarnı heç olmasa yavan çörəklə doyacaq, ya 
əvvəlki təkin, həmin daş, həmin dibək olacaq?.. Bağışlayın e, avam adamam də
bəlkə köntöy danışıram… 
- Bundan sonra hamının güzəranı yaxşılaşacaq, - deyə Comərd cavab verdi. 
- Başına dönüm, bir sualım da var, - deyə  həmin kəndli yenə dilləndi. – 
Qənd, çay, çit-mit necə, üzünü görəcəyikmi? Vallah, kəndlilər batıb gedirlər. 
- Bəli, bəli, onlar da olacaq. 
- Çox sağ ol. Allah atana rəhmət eləsin. Onda varam belə hökumətə! 
Başqa bir kəndli ayağa qalxdı: 


 
219
- Siz dediniz ki, erməni ilə musurman arasında dava-şava olmayacaq. Yaxşı, 
olmasın, elə  kəndlilər də  əvvəldən bunu istəyirdilər. Ancaq mənim oğlumu 
aparmışdılar Gorus davasına. Orda vurulub şikəst olub, indi də  yıxılıb evin 
bucağına. Mən nə eləyim? Qisasımı kimdən alım? 
- Oğlunu zorla əsgərliyə aparanlardan, - deyə Şahmərdan cavab verdi. 
- Allah Sultan bəyin evini yıxsın. Mənə  nə elədi, o elədi, - deyə  kəndli 
oturmaq istədi, ancaq nə fikirləşdisə, yenə dedi: - Qardaş oğlu, deyir ilan vuran ala 
çatıdan qorxar. Biz bəylərdən, ağalardan o qədər qorxmuşuq, o qədər qamçı 
yemişik ki, indi də sözümüzü açıq deməyə ehtiyat eləyirik. Amma yenə 
deyəcəyəm. Mən gedib o Sultan bəyi tapsam, oğlumun qisasını alsam, divan-dərə 
məni tutmaz ki? Təzə hökumət dalımda durarmı? 
-  İndi kəndlilər heç kəsdən qorxmamalıdırlar.  Şura hökuməti bəylərin, 
ağaların qənimidir. 
Kəndli keçib yerində oturanda, qırmızı yanaq, peysəri yoğun bir adam onun 
qulağına pıçıldadı: 
- Ə, Şirastan, niyə ağzının sözünü bilmirsən? Bəylərlə, ağalarla nə işin var? 
Adam hər atılan daşın dalınca getməz. Özünü heç kəsin yanında pis eləmə. Nə 
bilirsən ki, Bakıya təzə gələn Şura hökuməti çox yaşayacaq? Bundan sonra belə-
belə sözlər danışma. Sən öl, bəylərin qulağına çatar, dərini soyarlar. Hələ suyun 
şırıltısına qulaq asaq, görək axırı nə olur… 
Şirastan onun üzünə dik baxdı. Ancaq mütərəddid olduğundan, nə cavab 
verəcəyini bilmədi. Özü də şübhəli halda düşündü: «Bəlkə təzə hökumət doğrudan 
çox yaşamayacaq…». 
Camal danışdı. Ona zülm eləyən bəylərdən və pristav Əli Sadiqidən intiqam 
alacağını dedi. 
Meydanın aşağı başında adamların sıx yerində çöməltmə oturmuş bir adam 
Camalın sözlərindən sonra çiyinlərini qısıb belini əydi. Nədənsə üzünü 
göstərməmək üçün qıllı papağını gözünün üstünə çəkdi və tez başını aşağı dikdi. 
Beli bükülmüş, qulaqlarını, üz-gözünü ağ tük basmış bir kişi çəliyinə dirənə-
dirənə bayrağın yanına gəldi.  Əlini, qıyılıb balacalanmış,  ətrafı  qırış-qırış olmuş 
gözlərinin üstünə qoyub şəklə baxdı, sonra bərkdən Mürsələ müraciət elədi. 
- Qardaş oğlu, a qardaş oğlu, mənim də danışmağa ixtiyarım var, ya çıxım 
gedim? 
- Var, Aydın əmi, var! Nə istəyirsən de! 
- Hə, deyim, başına dönüm… Onu deyirəm ki, mənim doxsan yaşım var. 
Çox divan adamları görmüşəm. Bir zaman eşitdik ki, Nikolay padşahı vurub qıçını 
boynundan aşırıblar, onun taxtına… - adı  nə idi? Kərənskiydi, nəydi – hə, adı 
cəhənnəm, o çıxıb; o da tez tünbətün oldu. Bir-iki il bundan qabaq da eşitdik ki, 
bizim padşahımız olacaq osmanlı. Elə o da oldu. Amma nə təhər oldu? Birini dar 
ağacından asdı, birini dama basdı, birinin malını əlindən aldı, birini qapazladı. Ə, 
uşaqlar, belədir, ya yox? Hə, o da günün birində yabısını minib, haydı, getdi. 
Sonra, atam sizə qurban, eşitdik ki, yerinə müsavat gəlib. Müsavatın qulluqçuları 
bir ilan olub düşdülər camaatın canına. Vergi ver, at ver, taxıl ver, əsgər ver, sonra 
da erməni-musurman qırğınını saldılar ortalığa.  İndi də deyirsiniz ki, müsavat 
gedib, yerinə  fəhlə-kəndli hökuməti gəlib. Neynək gəlsin. Amma bilmirik bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə