Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə91/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   87   88   89   90   91   92   93   94   ...   111

 
238
Karo bolşeviklərlə atışdığını da söylədi. 
- Bolşeviklər yenəmi o kəndi tərk eləməyiblər?! – deyə Njde qışqırdı. – Bu 
kommunistləri Zəngəzurda yaman qudurtmusan, cənab Hamparsumyan! Həbsxana 
rəisi adıyla mənə təqdim elədiyin adam, dünən güllələnməyə məhkum elədiyim iki 
bolşeviklə bərabər qaçıb. 
Karo təəccüblə dedi: 
- Bu necə işdir?! Hayk Aslanyan da bolşevik imiş?! 
- Bəli, bolşevik imiş, cənab Karo… Əgər qurdalasan, sən qulluğa 
götürdüyün adamların çoxu bolşevik çıxacaq… 
- Onun qulluğa götürülməsindən mənim xəbərim olmayıb. Bu Samvel 
Xaçaturyanın işidir. 
- Çünki başın sevgi macərasına qarışıb, dövlət işlərini başlı-başına 
buraxmısan. Hanı o Samvel? 
- Özün tapşırıq verib Kafana göndərmisən… Cənab xmbapet, təəssüf ki, 
əvvəldən bilməmişəm. Yoxsa Xınzirəkdə ikən Haykın da evini yandırıb, arvad-
uşağını dustaq edərdim. 
- Onun arvadı sabah mənim yanımda olmalıdır! 
- Baş üstə. Cənab xmbapet, mən görməmişəm, amma deyirlər ki, dünya 
maralıdır. Xi… xi… xi… 
Njde onun üzünə ciddi baxdı. Karo eymə  ağzı kimi açılmış dodaqlarını 
yığdı… 
- Sən ki, arvad düşkünü imişsən… 
- Yox, yox! Elə dedim ki, ürəyin açılsın… 
Mesrop içəri girib, Saakın gəldiyini xəbər verdi. 
Njde onu yanına çağırtdırdı. Keşiş bayıra çıxdı və tez Saakla qayıtdı. 
Njde Saakdan nə cavab gətirdiyini soruşdu. 
Saak  əlini döşünə qoyub Njdeyə baş  əydi, Qubatlıya necə gedib gəldiyini 
danışdı. Axırda dedi: 
- Mənə yazılı cavab vermədilər. Sənin kağızını oxuyan adam əvvəlcə güldü, 
sonra dedi: «Biz, erməni bolşevikləri və yoxsul kəndliləri ilə birləşib daşnak 
hökumətini yıxacayıq. Njdeyə də deyərsən çox at oynatmasın…». 
- Sonra? 
- Dedikləri elə bu oldu. 
- Yaxşı, get! 
Saak otaqdan çıxdı. 
Njde fikrə getdi, sonra gəlib Mesropla üz-üzə dayanaraq dedi: 
- Keşiş, bu cavaba sən nə deyirsən! Axı keşişlər ağıllı, tədbirli olarlar. 
Mənim atam da keşiş idi, kənddə hamı onun yanına məsləhətə gələrdi. 
Mesrop ağıllı və tutarlı bir söz demək istəyirmiş kimi, ağır-ağır dilləndi: 
- Düşməndən bundan artıq nə cavab gözləmək olar? Onlar sənin gücünə 
bələd olanda ayrı cür danışacaqlar… 
Njde tez yerində oturub əlini stola döyə-döyə dedi: 
- Güc, güc, güc! İndiki zəmanə ancaq güc zəmanəsidir. Mən nə  qədər ki, 
canımda can var, vuruşacağam. Bütün Ermənistan qırmızılaşsa da, mən 


 
239
Zəngəzurda dağlar respublikası yaradacağam! Bolşeviklərlə mübarizə üçün 
Antanta dövlətlərinin pulunu, silahını çəkib Zəngəzura tökəcəyəm… 
- Allah, sən bizim bu xmbapetin, bu millət qəhrəmanının qoluna şir qüvvəti 
ver! Allah, sən onun qılıncını əlindən yerə salma! – Keşiş bir neçə dəfə xaç çəkdi. 
Njdeni bu saat döyüş meydanına yola salırmış kimi, dedi: - Allah, sən düşmənləri 
erməni millətinin hamisi olan cənab Njdenin qabağında qarışqaya döndər!.. 
Mesrop vaxtı ilə Karonu təriflədiyi kimi, indi də  bəzəkli sözlərlə Njdeni 
təriflədi. Adları tarixə düşmüş qəhrəmanlarla onu bir sıraya qoydu. Nəhayət dedi: 
- Erməni tarixinə görə bir dəfə  Zəngəzurda Syunik adlanan padşahlıq 
yaranıb, sonra dağılıb… İndi ikinci Syunik padşahlığını sən qurursan, amma sənin 
hökumətin dağılmayacaq, çünki heç bir qüvvə sənə bata bilməz. 
Mesropun dediklərini eşitmirmiş kimi, Njde başını qaldırmadan nə isə 
yazırdı. 
Ona mane olmamaq üçün keşiş yavaşca otaqdan çıxdı. 
…O günün səhəri idi. Njde Samveli dinləyirdi. Samvel Kafan fəhlələrinin 
mayda necə üsyan elədiklərindən və daşnak silahlı qüvvələrinin üsyanı necə 
yatırdıqlarından danışdı. Axırda öz tədbirlərini söylədi. Njde fəhlələrə daha ağır 
tənbih etmək üçün Samvelə bir neçə tapşırıq verdi. Söhbət təzəcə qurtarmışdı ki, 
Karo qapını açıb Şuşaniki içəri saldı. 
- Cənab xmbapet, həmin xınzirəkli arvad budur. 
Njde yerindən qalxıb Şuşanikə yanaşdı. Əllərini belinə vurub onu təpədən-
dırnağa qədər süzdü. 
Ömründə divanxana görməyən  Şuşanik rəng verib rəng aldı. Njdenin 
vahiməli baxışlarından qorxub başını aşağı saldı. 
- Başını yuxarı qaldır, düz gözümün içinə bax! – Njde onun çənəsindən tutub 
başını yuxarı qaldırdı. – Adın nədir? 
Şuşanik Njdenin əlini çənəsindən kənara itələyib pörtmüş halda cavab verdi: 
- Şuşanikdir. Məni niyə çağırmısınız? 
- Ərin Hayk Aslanyan hardadır? 
Şuşanik cavab vermədi. O, ərinin Musatovla Qurgeni həbsdən azad edib 
Gürcülüyə qaçdığını bilmirdi. 
- Soruşuram ərin hardadır? 
- Sizin yanınızda, Gorusda qulluq eləyir. 
- O bolşevikdir, eləmi? 
- Bilmirəm. 
- Niyə bilmirsən? Düzünü de! Erməni qızı erməni hökumətindən heç nə 
gizlətməz. Ərin harda gizlənib? 
Bu sorğu-sualdan bərk təşvişə düşən Şuşanik üzünü Samvelə tutdu: 
- Mən bunları tanımıram… Samvel qardaş, sən bizə  gəlmisən, Hayka nə 
olub?.. 
Samvel üz-gözünü turşutdu: 
- Mənimlə danışma! Hamımızın böyüyü budur. – Əhvalatın nə yerdə 
olduğunu indi bilən Samvel ürəyində dedi: «Mən nə qələt elədim ki, Haykı qulluğa 
düzəltdim…». 


 
240
Njde Şuşanikin yoğun hörüyünü əlinə dolayıb başını geri qanırdı, ağ və ətli 
yanaqlarına bir neçə sillə vurdu. 
- Ata! Ata! – Şuşanikin qulaqbatırıcı səsi otaqda cingildədi. 
- Atanı çağırma, köpək qızı! Bolşevik ərinin yerini de! 
Şuşanik Njdenin daş kimi ağır sillələrinə davam gətirə bilməyib yenə var 
gücü ilə qışqırdı. 
Bayırda, qapının ağzında dayanan Qazar Şuşanikin səsini eşidincə, əli silahlı 
keşikçinin döşündən geri itələyib içəri girdi. Qarşısında açılan mənzərədən gözləri 
böyüdü, nitqi tutulu. 
Atasını görən Şuşanik həm qəhərləndi, həm ürəklənib dedi: 
- Alçaqlar! Məni niyə döyürsünüz? 
Njde Şuşanikin hörüyünü buraxıb, Qazardan soruşdu: 
- Kişi, bu sənin qızındır? 
- Bəli. Başına dönüm, onun günahı  nədir? Niyə döyürsünüz? Divana niyə 
çağırmısınız? 
- Sənin bu axmaq qızın demir, sən de: giyəvin Hayk Aslanyan hardadır? 
- Mən də bilmirəm, ağa! O sizin… 
Njde Qazarı danışmağa qoymadı: 
- Hər ikisini birbaş qazamata!.. Orda dedirdərlər. 
Samvel mauzerini çıxartdı: 
- Düşün qabağıma! 
Qazar içəridəkilərin üzünə baxa-baxa dedi: 
- Ata-babadan eşitmişdik ki, hökumət adamı  gərək insaflı olsun. Günahsız 
arvadı, mən qoca kişini qazamata salmaq sizə yaraşmaz! 
- Kəs səsini! – deyə Njde qışqırdı. – Qazamata girmək istəmirsənsə 
giyəvinin yerini de. Sən onun yerini yaxşı bilirsən. 
Qazar dillənmədi. 
Njde Samvelə dedi: 
- Apar! 
Samvel Şuşaniki qapıya sarı itələdi. 
- Dayan, səbr elə! – Qazar Samvelin qabağına keçdi. – Onu hara aparırsan? 
Evdə körpə uşağı var… 
- Cəhənnəmə var! O da yekəlib atası kimi bolşevik olacaq. Elə deyilmi, keçi 
saqqal?! – Njde Qazarın yun kimi ağarmış saqqalından tutub dartdı. – Yaxşı, səni 
qazamata salmasam giyəvini tapıb gətirərsənmi? 
- Axtararam, taparam. Qızımı da buraxın. 
- Qızın bizdə girov qalacaq. Giyəvini tap gətir, qızını apar. Əgər qayıdıb 
gəlməsən, qızın güllələnəcək, evin yandırılacaq! Bildinmi?! Samvel, arvadı apar! 
Dəhşətdən rəngi ağarmış, gözləri halqalanmış  Şuşanik atasının boynunu 
qucaqlayıb uşaq kimi ağladı. 
Samvel onun qolundan yapışıb bayıra itələdi. 
Ürəyinin başına od düşən Qazar daha özünü saxlaya bilməyib qəzəblə dedi: 
- Bu ki, hökumətlik olmadı! Belə insaf, belə mürvət, belə kişilik olar?! 
- Çərənləmə, qoca kaftar, - deyə Njde onun üstünə çığırdı. – Get Aslanyanı 
tap gətir… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə