Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   89   90   91   92   93   94   95   96   ...   111

 
244
- Bəli, dağ dağa qovuşmaz, adam adama qovuşar. Mənə keşikçi dedi ki, iki 
partizan içəri gəlməyə icazə istəyir… Deməynən, mənim dostlarım imiş… Bu 
görüş təsadüfi olsa da, çox gözəl oldu… 
- Biz bunu təsadüfi görüş adlandıra bilmərik! – deyə Comərd güldü. – Qızıl 
Ordunun yolunu səbirsizliklə gözləyirdik. 
- Özü də hər gün, hər saat! – deyə Suren Comərdin sözünə qüvvət verdi. – 
Bütün Zaqafqaziya xalqları gözünü Qızıl Orduya dikmişdi. 
- Ordumuz da öz vəzifəsini yerinə yetirir. Azərbaycanda  Şura hakimiyyəti 
qurulmasına yardım edən qoşunlarımız, Gürcüstan və Ermənistan zəhmətkeşlərinə 
də öz kömək  əlini uzadacaqdır. Yeri gəlmişkən onu deyim ki, Bakıdan, Hərbi 
Şuradan göstəriş alınıb ki, hissələrimiz zəngəzurluların köməyinə getsin. 
Suren dedi: 
- Biz Zəngəzur zəhmətkeşlərinin xahişi ilə bura gəlmişik.  Əhali Qızıl 
Ordudan kömək gözləyir. General Dronun məğlubiyyəti camaatı sevindirmiş, 
daşnakların içinə böyük vəlvələ salmışdır… 
Gerasimov qəzet kağızı ilə maxorkadan yoğun bir papiros eşib damağına 
aldı və çəkə-çəkə soruşdu. 
- Yerli kommunistlər, partizanlar necə fəaliyyət göstərirlər? 
Comərd Zəngəzurda gedən mübarizələrdən, may üsyanlarından, ayrı-ayrı 
kəndlərdə 
Şura hakimiyyətinin qurulub, sonra daşnaklar tərəfindən 
dağıdılmasından ətraflı danışdı.  
Suren kommunist dəstəsinin Droya qarşı necə silahlı  çıxış etdiyini nağıl 
elədi. Axırda dedi: 
- Daşnak generalına birinci zərbəni Qızıl Ordu, ikinci zərbəni Zəngəzur 
kommunist dəstələri vurdu. İndi o, aradan çıxarda bildiyi az-çox qoşunu ilə 
Dərələyizdədir. Güman etmək olar ki, dişlərini təzədən Qızıl Orduya qıcıdacaqdır. 
Gerasimov gülə-gülə dedi: 
- Qızıl Ordu onun kimi çox generalın dişlərini sındırıb. 
Comərd dilləndi: 
- Biz bundan sonra necə hərəkət etməliyik? Qızıl Ordu hissələri ilə birlikdə, 
yoxsa ayrı-ayrı? Bu məsələni həll etməliyik. 
- Bu barədə danışarıq, - deyə Gerasimov papirosdan dalbadal iki qullab 
vurub kötüyünü kənara atdı. Siz hələlik kənddə olun. Bir saatdan sonra gəlin 
yanıma, mən də o vaxta kimi komandanlıqla danışaram. 
Surenlə Comərd gedəndən sonra Gerasimov yenə xəritəyə baxmağa başladı. 
O, Gorusa hücum eləmək üçün əlverişli yol seçmək istəyirdi… 
Keşikçi gəlib Gerasimova bir kəndlinin çox vacib iş üçün onu görmək 
istədiyini söylədi. 
Gerasimov özü bayıra çıxdı. 
Kəndli Gerasimovu görən kimi irəli yeridi, əlini sinəsinə qoyub baş  əydi, 
sonra gülə-gülə dedi: 
- Salam, yoldaş komandir. Axırda ki, camaat öz arzusuna çatdı. Səbirsizliklə 
gözlədiyimiz Qızıl Ordu gəlib çatdı… 
- Sən kimsən? Mənimlə  nə  işin var? – deyə Gerasimov kəndliyə diqqətlə 
baxdı. 


 
245
- Mən zəngəzurluyam. Sisyan mahalının Uz kəndindənəm. Erməniyəm. 
Bizim Sisyan kəndliləri çox pis yaşayırlar, yoldaş komandir. Daşnaklar yaman 
zülm eləyirlər. Kəndlilər məni Zəngəzur  İnqilab Komitəsinin üzvü kimi sənin 
yanına göndəriblər ki, öyrənib onlara xəbər aparım: Zəngəzura nə zaman 
gələcəksiniz? Hamı sizin yolunuzu gözləyir. Mən Qızıl Orduya bələdçilik eləyib 
yol göstərə bilərəm. Xaraba qalmış bizim bu yerlər dağlıq, qayalıqdır. Hə, nə isə, 
mən kəndlilərə nə xəbər aparım? Vallah, siz Zəngəzura qədəm qoyanda kəndlilər 
ayaqlarınızın altında qurbanlar kəsəcəklər. 
Gerasimov soruşdu: 
- Sən rus dilini hardan belə gözəl bilirsən? 
- Bakıda neft mədənlərində  işləyəndə öyrənmişəm. Kəndə  gələndən hələ 
yadırğamışam… Mən Nikolayın  əleyhinə  fəhlə  yığıncaqlarında elə rusca 
danışardım ki, qulaq asanların ağzı əyilə qalırdı… Hə, yoldaş komandir, istəsəniz 
sizə mütərcim də ola bilərəm… 
- Savadın varmı? 
- Yox. Atam kasıb olub, oxuda bilməyib. Günüm fəhləlikdə, kəndçilikdə 
keçib. 
Gerasimov birdən soruşdu: 
- Zəngəzur İnqilab Komitəsinin sədri kimdir?  
Kəndli özünü eşitməməzliyə vurdu. Gerasimov bunu hiss elədisə də, özünü o 
yerə qoymayıb kəndlini içəri dəvət elədi. Hər ikisi otağa girdi. Gerasimov soruşdu: 
- Yanında bir sənədin varmı? 
- Bəli, var. Yoxsa şübhələnirsən? – O, gülüb əlavə elədi: - Mən çox şadam 
ki, bizim qırmızı komandir belə ayıqdır, - kəndli yenə gülə-gülə cibindən bir kağız 
çıxarıb Gerasimova uzatdı. – Al, oxu! 
Gerasimov oxudu: 
«Həmin vəsiqə verilir Vahan Qazaryana ondan ötrü ki, məzkur yoldaş aktiv 
partizan olmaqla bərabər, eyni zamanda Zəngəzur Qəza  İnqilab Komitəsinin 
üzvüdür…». 
- Qol çəkənin kim olduğunu oxuya bilmədim, imza qarışıqdır, - deyə 
Gerasimov vəsiqəni ona qaytardı. 
- Yoldaş komandir, deyəsən axı bir balaca şübhələndin? – deyə kəndli güldü. 
– Şübhə, əlbəttə, hərdən pis şey deyil. Həqiqəti meydana çıxartmaq üçün sən doğru 
hərəkət elədin. Biz inqilabçılar sadəlövhlük eləyib, hamının sözünə inana bilmərik. 
Bu inqilab dövründə özünü min şəklə salan, min dil oxuyan düşmən içimizə 
asanlıqla soxula bilər… 
Gerasimov bir tərəfdən hissinin onu aldatdığına təəssüf etdisə, ikinci 
tərəfdən kəndlini həbs etmədiyinə sevindi. Ancaq nədənsə ürəyi yenə arxayın 
olmadı. 
- Sizin inqilab komitəsi hansı kənddədir? – deyə soruşdu. 
- Demək olar ki, hər kəndin özünün inqilab komitəsi var. 
- Mənim sualıma doğru cavab ver. Bu vəsiqəni sənə verən qəza inqilab 
komitəsi hardadır? Biz onunla əlaqə saxlamalıyıq… 
- Əlaqəni nə cür saxlamaq istəyirsiniz? Bəs mən nə üçün gəlmişəm? Bizim 
söhbətimiz canlı əlaqə deyilmi? 


 
246
Gerasimov daha sorğu-sualla məşğul olmaq istəmədi. Həqiqəti 
aydınlaşdırmaq üçün onu həbs etməyi qərara aldı. Kəndli isə düşdüyü tələdən xilas 
olmaq üçün dedi: 
- Mən gedirəm. Qızıl Ordunun tezliklə  Zəngəzura daxil olmasını 
gözləyirik… 
- Gedə bilməyəcəksən! Səni həbs edirəm! – deyə Gerasimov tapançanı 
dərhal ona tuşladı. 
Kəndli yenə arxayın-arxayın gülərək dedi: 
-  İkinci vəsiqə  səni hər  şübhədən qurtarar, yoldaş  qırmızı komandir. – O, 
əlini qoltuq cibinə salanda Comərdlə Suren içəri girdi… Kəndli onları görcək 
başını aşağı saldı. 
Comərdlə Suren əlində tapança olan Gerasimovu və onun qarşısında başını 
aşağı salaraq dayanmış qara pencəkli, qara şalvarlı, yekə, boz papaqlı  kəndlini 
görüb təəccübləndilər. 
- Bu kəndlini tanıyırsınızmı? – deyə Gerasimov onlara müraciət elədi. 
- Bu saat, görək kimdir. – Comərd kəndliyə yaxınlaşdı. – Üzünü niyə 
gizlədibsən? – Comərd onun başını yuxarı qaldırdı. – Aha, bu ki, cənab 
Şadlinskidir! 
Suren də gülərək dedi: 
- Yoldaş Gerasimov, bu bizim köhnədən, Nikolay vaxtından «dostumuzdur». 
Bu cənab çox «mahir» casusdur… 
Comərd Şadlinskinin kim olduğunu Gerasimova danışdı. 
Gerasimov tapançanı qoburuna qoyub Şadlinskini axtardı. Cibindən yalançı 
vəsiqəni və naqanı  çıxartdı, tapançanı stolun üstünə qoyub vəsiqəni Comərdə 
verdi: 
- Oxu! 
Comərd ucadan oxudu, qəhqəhə ilə gülərək: 
- «Əhsən»  Şadlinski! – dedi. – İnqilab düşməni, inqilab komitəsinin üzvü 
imiş… Eybi yoxdur. Su qabı suda sınar. Axır  ələ keçdin, cənab  Şadlinski. De 
görək, indi kimə casusluq edirsən? Nikolay da öldü, müsavat da. Səni Qızıl 
Ordunun içinə kim göndərib? 
Şadlinski dillənmədi. 
Suren dedi: 
- Yəqin ki, indi də daşnakların, ya da Antantanın casusudur. 
Tələyə düşmüş siçan kimi qurtuluş üçün imkan axtaran Şadlinskinin gözü o 
yanı, bu yanı  gəzdi. O, bu dəqiqə bir milçək olub havaya uçmaq, bir ilan olub 
deşiyə girmək, bir qara daş olub lal, kar yerində qalmaq istərdi.  Şadlinski susdu, 
danışmaq istəmədi. Lakin qorxu onun dilini açdı. 
- Bolşeviklər, mənim sənətim casusluqdur; siz məni ifşa elədiniz… Mən 
onsuz da bir gün ələ keçəcəyimi, öləcəyimi bilirdim. Ancaq mən indi heç kimin 
casusu deyiləm. Antantanı görməyə gözüm yoxdur. Daşnaklara isə etibarım 
yoxdur. Onlardan hökumət olmaz. Casus isə möhkəm bir dövlətə arxalanmasa 
işləyə bilməz. Mən aralıqda avara qala bilməzdim.  İndi, bu inqilab zamanında 
olmasa da, sonralar Şura hökuməti məni ifşa edəcəkdi. Ona görə, bura gəlməkdə 
qəsdim, özümü Qızıl Orduya təslim vermək idi. Bu niyyətimi  əvvəldən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə