Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   91   92   93   94   95   96   97   98   ...   111

 
249
Daşnaklar, üstlərinə sel təkin axan qızıl əsgərlərin hücumunu dayandırmağa 
can atdılarsa da, bacarmadılar. Bu hücum onların arasında çaxnaşma saldı. Hər 
əsgər öz başının hayına qaldı. «Geri çəkilməyin! Qaçanları özüm güllələyəcəyəm!» 
deyə qışqıran Karonun hədə-qorxusuna qulaq asan olmadı… 
Piyada qızıl  əsgərlər Gorusun lap yaxınlığındakı  təpələri tutdular. 
Pulemyotçular pulemyotları  həmin təpələrin başında qurdular. Topçular öz 
yerlərini dəyişib yeni mövqe tutdular. Qılıncları günəş altında  şimşək kimi 
parıldayan qızıl süvarilər pərakəndə halda qaçan daşnak əsgərlərini Gorus çayına 
qədər qovdular… 
Gün batdı. Tüfəng qarovuldan düşdü. Hər iki tərəfdə döyüş  əməliyyatı 
dayandırıldı. 
…İşıqlaşanda kəşfiyyatçılar komandanlığa xəbər gətirdilər ki, Gorusda heç 
bir hərbi qüvvə yoxdur. Daşnaklar gecə ikən qaçıblar. Səhərin gözəl çağında, 
qələbədən ruhlanmış qızıl əsgərlər və partizanlar şəhərə daxil oldular. 
Bir müddət küçələrdə, həyətlərdə, meydanda şəhər  əhlindən bir nəfər belə 
görünmədi. Çünki daşnaklar  əhali arasında təbliğat aparmışdılar ki, Zəngəzura 
hücum edən Qızıl Ordu deyil, müsəlmanlar, müsavatçılardır.  Əgər onlar şəhərə 
girsələr, ermənilərdən intiqam alacaqlar. Məmə yeyəndən, pəpə yeyənə kimi 
hamını qıracaqlar. 
Kommunistlər meydana, küçələrə  qırmızı bayraqlar vurdular. Şəhərə girən 
hərbi qüvvənin kimlərdən ibarət olduğunu bilmək üçün tək-tək adamlar evlərdən 
çıxdılar. Onlar rus əsgərini, onların arasında da silahlı erməniləri və 
azərbaycanlıları gördülər. Gələnlər heç kimi nə öldürür, nə də evini qarət edirdi… 
Kişilər, arvadlar, uşaqlar meydana axışıb gəldilər. Qızıl  əsgərlər meydanın 
bir tərəfində sıra-sıra dayanmışdılar. 
Vahan əhaliyə müraciətlə nitq söyləyib axırda dedi: 
- Bu gündən sonra bütün qəzada Şura hakimiyyəti elan olunur. Hamı qırmızı 
inqilab bayrağının altında azad yaşayacaqdır!.. 
Ura və alqış səsləri meydanı titrətdi. 
İnqilab komitəsi və komandanlıq dərhal dustaqların həbsxanadan azad 
edilməsi, yaralılar üçün ev hazırlanması, şəhərin asayişini gözləmək üçün patrullar 
təyin edilməsi kimi, bir sıra təcili tədbir gördü… 
 
 
…Hayk, Qurgen və bir qızıl əsgər Gorus həbsxanasında saxlanan dustaqları 
azad etməyə getdi. 
Açarları tapmadıqları üçün onlar kameraların qapısını sındırmalı oldular. 
Bəzi kameralarda öldürülmüş, bəzilərində yaralanmış, bəzilərində bihuş 
halda döşəmənin üstündə düşüb qalmış adamları gördülər. Elə bil ki, əsl müharibə 
həbsxanada olmuşdu. 
Sağ qalmış dustaqların dediyinə görə, daşnaklar dustaqlara bu cür divanı 
dünən tutmuşdular. Njdenin əmri ilə siyasi dustaqlar öldürülmüş, qalanlarına isə 
cəza verilmişdi. 
Haykla Qurgen zindandan qurtardıqları adamlara daşnak quruluşunun 
dağıldığını, Şura hakimiyyətinin qurulduğunu söylədilər. 


 
250
Qaranlıq zindandan işıqlı dünyaya çıxan adamlar öz xilaskarlarına təşəkkür 
edib sevinə-sevinə evlərinə, kəndlərinə yollandılar. 
Hələ açılmamış iki kamera qalırdı. Hayk onlardan birinə, Qurgenlə  qızıl 
əsgər də o birinə tərəf getdi. 
Qurgen və  qızıl  əsgər kameraya yaxınlaşanda, «bala vay, oğul vay!» deyə 
ağlayan bir arvadın tükürpədici səsini eşitdilər. Qapını sındırıb içəri girdilər. 
Bucağa qısılıb oturmuş arvad qulaq batırıcı bir səslə qışqırdı: 
- Siz Allah, daha məni döyməyin! Siz Allah, məni öldürməyin! 
Qurgen dedi: 
- Biz səni döyməyə yox, qazamatdan buraxmağa gəlmişik. Qorxma! De 
görək kimsən, haralısan? 
Arvad inanmadı, gələnlərin daşnak olduqlarını və onu bu dəfə istintaqa yox, 
öldürməyə aparacaqlarını zənn edərək, daha bərk büzüşdü, sanki bir qarışqa olub 
zalimlərin əlindən divarın deşiyinə girmək istədi. 
- Məni öldürməyin, evdə körpəm var… yazığınız gəlsin… 
Yazıq arvad, yazıq ana! O, yəqin ki, həbsxanaya düşəndən yüz dəfə belə 
yalvarmış, inləmiş, lakin kimsədə insaf, mürvət görməmişdi… 
- Ay bacı, biz daşnak deyilik. Dur get evinə! – deyə Qurgen onun qolundan 
tutub yuxarı qaldırdı. 
Arvad gah Qurgenin, gah qızıl əsgərin üzünə baxıb ağlaya-ağlaya dedi: 
- Məndən nə istəyirsiniz?!.. Mən onun yerini bilmirəm. Məni öldürməyin, 
körpəmi yetim qoymayın… 
O biri kameradan dustaqları azad etmiş Hayk gəldi. 
Döyülməkdən sifəti göyərmiş, yaralanmış Şuşanik ərini görcək: 
- Hayk, sənsən?! – deyə zəif qollarını onun boynuna dolayıb hönkürdü… 
-  Şuşanik! Yazıq  Şuşanik! Sən də burada imişsən? – Hayk arvadını  bərk-
bərk sinəsinə basdı… 
Qurgen və qızıl əsgər heyrətdən donub qaldılar. 
Dəqiqələr keçdi. Ərinin qolları arasında bayılmış Şuşanik özünə gəldi. Hayk 
arvadının qara, uzun kirpiklərindən süzülən göz yaşlarını sildi. Şuşanikin gözləri 
aydın səmadakı ulduzlar kimi güldü. O, həbsxanaya salındığının səbəbini ərinə və 
onun yoldaşlarına danışdı. 
Qurgen dedi: 
- Görürsənmi, Hayk, Şuşanik bacının belə  əzab çəkməsinə  səbəb Sergeylə 
mənəm. Bizi qazamatdan qurtardın, amma öz arvadını bəlaya saldın… 
Onlar həbsxanadan çıxdılar. 
Şuşanik quş kimi qanadlanıb balaca oğlunun və gözü yolda qalan atasının 
yanına uçmaq istəyirdi… 
 
 
Səhər saat doqquz olardı. Günəşin isti, oynaq şüaları  pəncərədən düşüb 
Şahmərdan yatan otağı işıqlandırmışdı. 
Həkim Arakel Şahmərdanın sol baldırındakı yaranı sarıyandan sonra onun 
sağ biləyindəki yaranı sarımağa başladı. Şahmərdansa sözünə davam edib dedi: 


 
251
- …Bəli, Növrəstə  məni bir dəfə ölümdən qurtardı…. Sonra ara qızışdı… 
Gördüm ki, üç daşnak  əsgəri üstümə  gəlir. Onlar mənə, mən onlara – bərk 
atışdıq… Birini vurdum. O birilərini də gülləyə tutdum, yaxına gəlməyə 
qoymadım… Birdən sağ biləyimdən güllə dəydi. Tüfəng əlimdən düşdü… Düşmən 
əlinə diri-diri keçməmək üçün səngəri tərk eləmək istəyirdim ki, yanımda top 
gülləsi partladı. Daha sonra başıma nə hadisə gəldiyini bilmədim. Bir də gözümü 
açıb özümü bir qayanın dibində gördüm. Yanımda da bir qızıl  əsgər oturmuşdu. 
Onda bildim ki, ayağım da yaralanıb. 
Arakel Şahmərdanın biləyini də sarıyıb qurtardı, yorğanı onun üstünə çəkə-
çəkə dedi: 
- Qızıl gül tikansız olmadığı kimi, azadlıq da qurbansız olmur, həm bizim öz 
yerlilərimiz, həm də  Qızıl Ordu Zəngəzurun azadlığı  uğrunda öz sıralarından 
qurbanlar verdi. Onların məzarı döyüşdükləri dağların, təpələrin, yastanların 
sinəsində qazıldı. Yaralananlar da çox oldu. Sən də onlardan birisən. Narahat olma, 
tez sağalacaqsan. Xoşbəxtlikdən güllə sümüyə dəyməyib… 
- Narahat deyiləm, doktor. Ancaq məni düşmən  əlinə keçməyə qoymayan 
adamı bilsə idim yaxşı olardı.  
- Onu da bilərsən, indi yat dincəl. Mən də o biri yaralılara baş çəkim, - deyə 
Arakel otaqdan çıxdı. 
Şahmərdan gözünü pəncərəyə dikdi. Bir qədər yaşıl ağaclara baxdı, 
budaqdan-budağa uçan sərçələrin civ-civinə qulaq asdı.  İndiyə kimi keçdiyi 
mübarizə yolu uzun bir lent kimi gözünün qabağından gəlib keçdi. O, çəkdiyi 
əzab-əziyyətə  təəssüflənmirdi. Yüz canı da olsaydı, məqsədinin uğrunda qurban 
verməyə hazır idi. Lakin onu mənəvi cəhətdən sıxan ailə məsələsi idi. Növrəstəni 
hər dəfə görəndə köhnə yarası qövr eləyirdi. Bütün olanları unudaraq, Növrəstə ilə 
barışmağa cəsarət etmirdi. Döyüş meydanının od-alovu içində Növrəstə onu 
ölümdən qurtardığı vaxtda da arvadını danışdırmadı. Heç olmasa, bir quru «sağ ol» 
da demədi… Namus sanki dilini-ağzını bağladı… 
Şahmərdan çox fikirləşdi, nəhayət yorulub yuxuya getdi. Onun qaşları 
çatılmış, alnı  qırışmışdı. Sifəti çox tutqun və  qəzəbli görünürdü. Bəlkə o yenə 
döyüş meydanında düşmənlə vuruşurdu? Bəlkə yaraları onu incidirdi? Bəlkə 
Növrəstə ilə üz-üzə gəlmişdi? 
Bayırda qapının ağzında isə Siranuş rəngi ağarmış Növrəstəyə deyirdi: 
- Keç içəri, utanma. 
- Ürək eləmirəm… 
- Onda niyə gəlirdin? 
- Nə bilim… Sən dedin, sözünü yerə salmadım. Elə ürəyim də «get» dedi. 
İndi utanıram. Yox, yox… O mənə nə deyər?.. 
- Nə deyəcək, ay qız. Utanma, otağa gir! Kefini soruş. 
- O məni danışdırmaz, Siranuş!.. 
- Neynək, o danışdırmasa, sən danışdır. Onu, Surenlə ölümdən necə 
qurtardığınızı danış, qoy bilsin… 
- Bilir… 
- Axırıncı  əhvalatı bilmir. De ki, əzizim  Şahmərdan, top gülləsi üstünü 
torpaqla örtmüşdü. Sənin harayına mən gəldim. Torpağın altından çıxartdım. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə