Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   22   23   24   25   26   27   28   29   ...   111

 
62
- At tərlidir, çək pəyəyə, qabağına yemdən-zaddan at. Yəhərini sonra özüm 
alaram. 
Fatı atın cilovundan yapışıb apardı. 
Fərman evə girdi. Tüfəngini, patrondaşını  çıxardıb, divardakı  mıxdan asdı. 
Çarığını  çıxardıb keçənin üstdə oturdu. Bütün ev müxəlləfatı bir dəst yorğan-
döşəkdən, bir nimdaş keçədən, beş-altı qab-qacaqdan, su bardağı, parç və qara 
aftafadan ibarət olan evinə, ilk dəfə görürmüş kimi nəzər saldı. Köksünü ötürdü. 
Fatı gəldi. 
- Qadan ürəyimə, əl-üzünü yu! – deyə əlini aftafaya atdı. 
- Lazım deyil, gələndə çayda yumuşam. 
- Hə, neynək. Onda çörək yeyək. Turşulu  şilə bişirmişəm, çaylı  şiləsi. 
Vallah, ürəyimdən keçirdi ki, bir yerdə yeyək. Elə qazanı ocağın üstündən təzə 
götürmüşdüm ki, sən gəldin. 
Fatı xörəyi çəkib gətirdi. Qabaq-qabağa oturub yeməyə başladılar. 
Fərman bir neçə tikə alıb, xörəkdən çəkildi. 
- Niyə yemirsən? Xoşuna gəlmir? Neyləyim, olaydı  Şəkidəki dolu eviniz, 
durub ürəyin istəyəni bişirəydim. Sən Allah, bir-iki tikə də ye. 
Fərman dillənmədi. 
- Ə, gözümə bikef görünürsən, Allah eləməmiş, naxoşlamamısan ki? 
- Yox. 
- Bəlkə, pristav sənə söz-möz deyib? Vallah, sənə yazığım gəlir, Fərman. At 
belində  gəzməkdən belin əyilir, qıçların quruyur. Üstün başın da kir-pasaq… 
Deyirəm e, kiminin əvvəli, kiminin axırı… Hacı Atakişinin cırcır çəkməli, mahud 
çuxalı, Buxara papaqlı, cibi dolu oğlu, indi ayağına yamaqlı çarıx geyir, gözünü də 
dikib qulluqdan gələn beş qəpiyə… 
- Hacı Atakişinin heç tükü də  tərpənməyib.  İndi kənddəkindən də pis 
dolanmır. 
- Niyə, Hacı sağdır? Ə, nə bildin? Bənəvşə də salamatdır? 
- Atam Xocahandadır. Xalı-xalça alveri eləyir. Anam ölüb. 
- Vay, yazıq Bənövşə! – Fatı  əlini dizinə  çırpdı  və  dəstərxanı  yığışdırıb 
kənara qoydu. – Danış görüm Hacını necə tapdın? Nə təhər görüşdünüz? O sənə nə 
dedi, sən ona nə dedin? 
Fərman hər şeyi olduğu kimi danışdı. Axırda dedi: 
- Ola bilsin ki, özü də bura gələ. 
- Bəs ona demədin ki, ata, niyə məni ölüm ayağında qoyub qaçdın? Demədin 
ki, Fatı olmasa idi, indi sümüyüm də çürümüşdü?.. O qızıl-gümüş  məndən artıq 
idi?.. 
- Onu öldürəcəydim, pristav qoymadı. Bizi zorla barışdırdı. Atam günahını 
boynuna alıb ağladı. Düzü, mənim də ürəyim yumşaldı. 
- Barışmısan, yaxşı eləmisən. Hər nə  təhər olsa, atandır. Bizim 
evlənməyimizi bildimi barı? 
- Hə. 
- Nə dedi, sən Allah? 
- Heç nə. 
- Gələr bura, mən ona yaxşı sözlər deyərəm. Abrını verərəm… 


 
63
- Mən nə ki, lazım idi, demişəm. Sən dilini yığ, özündə saxla. Dur yer sal
yorğunam. Bir həftədir ki, at belindəyəm. Allah kəssin belə qulluğu! 
- Su qızdırım, yuyun. 
- Sonra, üç gün evdə olacağam, pristavdan icazə almışam. 
- Nə yaxşı oldu, nə ürəyimcə oldu!.. – deyə Fatı sevinə-sevinə durub yer 
saldı. 
Fərman yorğan-döşəyə girdi. 
Fatı  təzə  gəlin kimi özünü səliqəyə salmağa başladı. Yuyundu, darandı, 
çırağı keçirib, yavaşca  ərinin yanına girdi. Bir qədər sakin uzandı. Fərmanın 
xorultusu yavaş-yavaş güclənərək evi götürdü. 
- Fərman, ay Fərman! Ə, indidən yuxlamısan? 
Fərmandan cavab gəlmədi. 
- Fərman, ə, bir az o yandan, bu yandan danışıb, gülsənə… 
Fərman yenə dillənmədi. Fatı  əlini yavaşca onun sinəsinə qoydu, Fərman 
diksindi. – Diksinmə, qadan ürəyimə. Yastıq başını incitmir ki? 
- Sən dədənin goru, qoy yataq, - deyə Fərman Fatının əlini kənar elədi və o 
biri böyrü üstə çevrildi. Yenidən xoruldamağa başladı. 
Fatı isə öz-özünə deyirdi: «Kişini, lap bircə saatlığa da gözdən qoyan 
arvadın ağlı yoxdur. On gündən artıqdır gedib. Mən də qalmışam burda tək-tənha, 
içimi yeyə-yeyə. Olmaya, fikri dolanıb? Olmaya, atası onu öyrədib, yerindən 
eləyib? Deyib ki, qoca Fatını niyə almısan? Qoca niyə oluram. Nənəmin nənəsinin 
əri öləndə, arvadın əlli yaşı varmış. Üç-dörd ay gözləyəndən sonra, gedib iyirmi bir 
yaşlı qaynına. Qoca… hm… Qoca ona deyərlər ki, ürəyi ölə, yaşamağa həvəsi 
olmaya. Qoca bax, yanımda xoruldayan bu oğlandır ki, dünyanın ləzzətini məndən 
almaq istəmir…». 
Fatı öz-özünə çox danışdı, çox fikirləşdi, gah o böyrü, gah bu böyrü üstə 
çevrildi. Lakin daş kimi yatmış Fərman oyanmadı… 
- Fərman, ay Fərman! Ə, xorultun məni yatmağa qoymur axı!.. – deyə onu 
bir neçə dəfə silkələdi. Fərman oyanmadı. – Bıy, başıma xeyir… Ə, bu qədər də 
yuxu bişirmək olar? – Yatıb dincəlmədin? 
Fərman yuxudan ayılıb, səsini bir qədər ucaldaraq dedi: 
- Nə istəyirsən? 
- Başını yastığa atan kimi gözünü yumursan, yanında heç kəsi görmürsən… 
Beşcə dəqiqə danış görək dərdimiz, odumuz nədir?.. 
- Sənin nə dərdin-odun var axı?.. Araz aşığındandır, Kür topuğundan… 
Fatı yaşına uyğun olmayan bir əda ilə əzilib-büzülərək: 
- Sən elə bilirsən ki, mən fikir çəkmirəm… - dedi. – Bu on günün içində gör 
necə arıqlamışam e… Bir bax… Fatı Fərmanın əlini döşünün üstünə qoydu. 
Arvadının coşğun ehtirasını, acgöz təbiətini bilən Fərman soruşdu: 
- Nə deyirsən?.. Mən… 
Fatı Fərmana sözünün gerisini deməyə imkan verməyib: 
- Nə yaxşı oldu ki, gəldin ay Fərman! – deyə qollarını  bərk-bərk onun 
boynuna doladı… - Can, Fərman, qadan alım!.. 
Fatı səhər tezdən oyandı. Fərmanın yan-yörəsini basdırdı. 


 
64
Xörək bişirmək üçün ocağı qaladı. Qazana su töküb ocağın üstə qoydu. 
Həyətə çıxıb əl-üzünü yudu. Evə qayıdanda bığlı Əhməd gəldi. 
- Salaməleyküm, ay Fatı xala! 
-  Əleykəssalam. Amma, Əhməd, Allah sənə bir qırnıq qanacaq verməyib 
ha… 
Əhməd pərt oldu: 
- Nə olub, ay Fatı xala, yenə səhər-səhər bizi qanacaqsız hesab eləyirsən? 
-  Ə, a bığlı, sənə deməmişəm ki, mənə xala demə. Yəni, mən o qədər 
qocalmışam ki, sən mənə xala deyəsən?! 
Əhməd bərkdən gülüb onun sözünü kəsdi: 
- Yox, canın üçün, xala deyilsən, on beşcə yaşın var… Pa atonan sənin, arsız 
arvad sahibi! Sən Abbasəliyə ərə gedəndə – hələ ondan qabaq neçəsinə getmisən, 
bilmirəm, mən balaca uşaq deyildim?.. 
- Yalan danışma, mən balaca qız idim, sən elə  həmən bığlı  Əhməd idin. 
Kənddə də məşhur oğru idin… 
- Daha sənə sözüm yoxdur. Yüz il də keçsə, sən beləcə qaşı-gözü sürməli 
Fatı qalacaqsan… 
Fatı bərkdən güldü: 
- Ə, zarafat eləyirəm, keç evə. 
- Onda, al bunu, bişir, qoy dişinin altına. – Əhməd ona bağlı bir dəsmal 
verdi. 
- Bizim arvad dedi, apar səhər-səhər Fatı xalanın payını ver. 
Fatı əli ilə dəsmaldakını yoxladı. 
- Bu ətdir? 
- Hə, özü də lap sən bəyənən. Yağlı erkək ətidir. 
- Payın çox olsun. Amma, sən atanın goru, düzünü de: oğurluqdur? 
- Oğurluqdur, doğurluqdur, nə borcuna, e canın qüvvəyə  gəlsin. Fərman 
gələndə… 
Fatı onun sözünü kəsdi: 
- Fərman gəlib, evdədir, keç içəri. 
Onlar girdilər evə. 
Fərman oyanıb geyinmişdi. 
- Paho, strajnik gəlib ki, xoş gördük! – deyə  Əhməd irəli gəlib Fərmanla 
görüşdü və onunla yanaşı, keçənin üstündə oturdu. 
Fatı yeri yığışdırdı. 
Fərman Əhmədin kefini soruşdu, sonra: 
- Nə əcəb bu tezdən bizə gəlmisən? – dedi. 
- Mən də, elə arvad da Fatı xalanın xatirini çox istəyirik. Sən olmayanda, biz 
onun yanına gəlirik, o da bizə  gəlir. Bu kənddə iki qərib evik. 
 
Gərək bir-birimizin dərdinə qalaq, halından xəbərdar olaq. Fatı xala elədir, ya yox? 
- Elədir, qadan alım. Xatirin istəməsəydi, heç bu əti gətirməzdin, - Fatı əti 
Fərmana göstərdi, - xalis şəhrədir. Əhməd gətirib. – Bu saat qovuraram yeyərsiniz. 
– Fatı getdi. 
Fərman Əhmədin üzünə mənalı-mənalı baxıb irişdi: 
- Ay lopa bığ, yəqin oğurluq ətidir… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə