Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   24   25   26   27   28   29   30   31   ...   111

 
68
- Mən də bilirəm keçmir, amma sən saxla. Zəmanəyə etibar yoxdur. Bəlkə 
Müsavat yıxılacaq, yenə Nikolay taxta çıxacaq. Hə, ilahinin kərəminə  şükür ki, 
pulum, qızılım yenə öz oğluma qismət oldu. Deyirdim, ölüb gedəcəm, o bu tapıb 
sahib olacaq. Fərman, strajniklikdən çıxarsan.  Əynini-başını düzəldib çarığı, 
patavanı tullarsan. Oturarsan mənimlə dükanda. İndi alverdən başı salamat, 
qazanclı peşə yoxdur. Ucuz al, baha sat. Bunun da təhrini sənə öyrədərəm. Mən 
öləndən sonra da tacirliyini eləyib başını dolandırarsan. Oğul, bu torbalar sənin əlli 
ilinə bəs elər. Ancaq israfçılıq eləmə, qədrini bil. Dövlət adamın əlinə yavaş-yavaş 
gələr, qədrini bilməyəndə quş kimi birdən uçub gedər. – Hacı Atakişi torbaları 
bağlayıb bir tərəfə qoydu. – Hə, oğul, nə deyirsən, mənimlə bir yaşamaq istəyirsən
ya ayrı? 
- Daha niyə ayrılaq ki, ata… Ancaq bilmirəm pristav məni buraxacaqmı? 
- Buraxar, öz adamımızdır. Sənin yerinə, dərədə ağzına qurd düşənin birini 
götürər. Qulluqdan çıxmaq üçün pristavdan icazə almağa gedəndə, bir gəbə 
apararsan, boyun olmuşam. Eşitmişəm ki, bərk yeyəndir. Özün də deyərsən ki
atam qocalıb, gərək onun qulluğunda duram. 
- Baş üstə. 
Hacı Atakişi gözünü Fərmanın gənclik təravətini itirmiş, arıqlamış, uzanmış 
sifətinə, ağarmış gicgahlarına gəzdirərək, köksünü ötürdü: 
- Çox əziyyət çəkmisən, qara gün görmüsən. Eybi yoxdur, fikir eləmə. 
Kənddə sənə toy eləyə bilmədim. Allah qoysa burda evləndirəcəyəm. Arvadsız ev 
olmaz. Mənə bu qoca vaxtımda qulluq eləyən gəlin lazımdır. Bu Həkəri-
Bərgüşadda gözəl, ağıllı  qızlar çoxdur. Sənə dövlətli, adlı-sanlı bir kişinin qızını 
alacağam. – Hacı Atakişi güldü. – Daha bizim Zəngəzura qayıtmağımız baş 
tutmaz. Oğul, bəlkə özünün gözaltın var? 
Fərman susdu. 
- Hə, utanma, oğul, de. Varsa, mən də baxım, xoşuma gəlsə, toyunu eləyim. 
- Gözaltım yoxdur… Boynuma keçən bir zəncir var. O dəfə görüşəndə bu 
barədə söz düşmədi, mən də demədim. Bəli, zəncir, özü də lap ağırından… 
- Sənin boğazına keçən kimdir? 
- Fatıdır. Məni ölümdən necə qurtardığını sənə danışmışam. İndi yaxamdan 
əl çəkmir. Düzü, elədiyi yaxşılığın qabağında pislik eləməyə, boşamağa insafım 
yol vermir. Amma içimi yeyirəm. Elə bilirəm ki, el-oba mənə gülüb deyir: «Başına 
daş düşsün, Fərman! Aldığın arvada bax!..» 
Hacı Atakişi, ürəkdən yana-yana danışan oğluna diqqətlə qulaq asıb köksünü 
ötürdü. 
- Hə-ə-ə… bala! Demək, bala!.. Sən işə düşmüsən. Dünənə kimi qapımda 
qazan dibi yalayan Fatı indi gözümün ağı-qarası bir oğlumun arvadı olub… Ah, 
zəmanə, zəmanə!.. Onun qocalığı, qaravaşlığı hələ bir yana dursun, oğul, o, səni bir 
gün xataya-bəlaya sala bilər. O, hiyləgər, cadukün ifritə  mənim ürəyimə dağlar 
çəkib… Mən axmaq, o zaman kənddə qara Fatının kələklərini başa düşməmişəm. 
Bərgüşad çayında, bizim kəndlilərdən öyrənmişəm ki, rəhmətlik ananla, yazıq 
Tamaşanın arasını vuran o imiş. Məni öz arvadlarıma düşmən eləyən o imiş. O, 
bədbəxt Tamaşanın qanına bais o imiş. Mənim təmiz, vəfalı arvadımın müəllimlə 


 
69
heç bir əlaqəsi yox imiş… Bəli, oğul, yazıq Zöhrənin başına gələn işlər də Fatının 
əli ilə olmuşdur. 
- Məni də gecə-gündüz dəli elədi… Mən də qanmadım, cavanlığıma saldım, 
bacı dediyim bir qıza kəm baxdım. Axırda o da özünü bədbəxt elədi.   – Fərman 
danışdıqca qızışdı. – Yox, daha onu saxlaya bilməyəcəyəm. Elə bu saat gedib iti 
öldürən kimi öldürəcəyəm… - Fərman yerindən qalxmaq istədi. 
Hacı Atakişi onun qolundan tutub durmağa qoymadı. Tez qızışmağın, tez 
özündən çıxmağın sadəlik və zərərli olduğunu ona başa saldı. 
- Bu gecə vaxtı heç yerə səni buraxmaram, oğul. Onu öldürmək yox, boşayıb 
qovmaq lazımdır. Get bir mollanın yanına, talağını geri oxut, vəssalam. O evdən də 
heç bir şey götürmə, hər nəyiniz var ona ver, özün qayıt gəl. Başa düşdün, oğul? 
Özünü də nə söy, nə döy. – Hacı Atakişi bir an susub nə isə fikirləşdi və dedi: - 
Bəlkə heç onun yanına getməyin də lazım deyil! 
- Yox, ata, belə olmaz. Həyasız gəlib bura da çıxar, bizi narahat elər. Gedib 
işi birdəfəlik qurtarsam yaxşıdır. 
- Ə, onun yanında bir sirin, pis işin yoxdur ki? 
- Xeyr. Heç sənin yanına gəldiyimi də bilmir. 
- Yaxşı eləmisən ki, bildirməmisən. Arvad kişinin gözünün işığı olsa da, 
onun sirrini bilməsə yaxşıdır. Allah onları hülqumsuz, naqis yaradıb, ürəklərində 
söz saxlaya bilməzlər. 
Aralarında heç bir inciklik olmayıbmış kimi, ata ilə  oğulun  şirin söhbəti 
xoruz banına kimi uzandı. 
Nəhayət, Hacı Atakişi dedi: 
- Əldə xərcləməyə pulumuz var. İndi dur torbaları yerinə qoyaq, özümüz də 
yataq, səhərə az qalıb. 
Hər ikisi ayağa durdu. Torbaları çalaya qoyub, üstünü torpaqladılar. 
- Hələlik torbalara əl vurmayacayıq, oğul. Səhər çalanın üstünü palçıqla 
suvayacağam. Gərək heç kim burda nə olduğunu bilməsin. Bu sənin, mənim, bir də 
Allahın arasında olan bir sirdir… 
Hacı Atakişi gəbəni götürüb, torbaları basdırdıqları yerə sərdi, sonra yorğan-
döşək açdı. 
Ata ilə  oğul, iki il ayrıldıqdan sonra, bir yerdə, qızıl-gümüş torbalarının 
üstündə rahat yatdılar. 
 
Fatı pəyədə qüsl eləyib, evə gəldi. Gur saçlarını daradı, gicgahlarında səliqə 
ilə halqa burdu. Şəkidən gətirdiyi ağ  kəlağayını bağlayıb, başının dövrəsinə 
qəşbənd vurdu. Səhər tezdən hazırladığı sürməni evin bucağından götürdü. 
Keçənin üstündə bardaş qurub balaca güzgünü qoltuq cibindən çıxartdı. Güzgüdə 
gah qaş-gözünə, gah halqa birçəklərinə, gah dodaqlarına, dişlərinə dönə-dönə 
baxdı. Öz-özünə vurulmuş kimi dedi: 
- Ağ kəlağayı mənə yaxşı yaraşır. Rəngimi açır. Məni on yaş cavan göstərir. 
Padar arvadları  mənə deyirlər: ay Fatı bacı, sizin Zəngəzur adamlarının hamısı 
sənin kimi layiqli, nəcib, gözəl-göyçəkdir? Mən də deyirəm, a başı xeyirlilər, hələ 
mənim nə vaxtımı görmüsünüz… Vallah, bir cavanlığım, bir gözəlliyim, bir 
şınqrovlu vaxtım var idi ki, oğlanların ağzının suyu axırdı. Hələ öz kəndimizdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə