Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   26   27   28   29   30   31   32   33   ...   111

 
73
öz hərəkətlərindən peşman olacaq. Geri qayıdacaq, üzr istəyib deyəcək: «Fatı, səni 
ata bilmərəm. Mənim sağ qalmağıma səbəb sənsən…». 
…İyirmi beş gündən artıq idi ki, Fatı yorğan-döşəyə düşmüşdü. Onun yanına 
qonşusu Günəş arvaddan başqa, kimsə gəlib getmirdi. 
Fatı heç kəsdən kömək gözləmirdi. O, qohum-qardaşın, dostun, ərin, övladın 
qədrini indi, xəstəlik yatağında bilirdi. 
Günəş arvad yavaşca içəri girdi. Fatının yanında oturub, şorba dolu kasanı 
yerə qoydu və dedi: 
- Ay Fatı, sən lap gerçəklədin ki… Ay balam, adam da it tutmaqdan ötrü bu 
qədər yatar? Dur e, sənə düyü şorbası gətirmişəm. İçinə zoğal axtası da salmışam. 
Yaxşı turşməzə, ürək basan şorbadır. Dur. O Fərman gədəni də yadından çıxart 
getsin. Ağrım elə yelbeyin adamın ürəyinə. Mən elə  əvvəldən bilirdim ki, ondan 
sənə axıra kimi ər olan deyil. Vallah, acığına gəlməsin, oğlun yerindədir… 
İki saatdan bəri gözünü divarda bir nöqtəyə zilləyib sakit uzanmış Fatı, 
birdən üzünü ona çevirib xırıltılı səslə dedi: 
- İştaham heç nə aparmır… 
Günəş onun baxışlarından qorxdu. Fatının qan çanağına dönmüş gözləri 
alma boyda olmuşdu. Canı od içində yanırdı. 
Günəş nə qədər elədisə, Fatı yemədi. 
Günəş  xəstənin kefini açmaq üçün ordan-burdan gülməli sözlər danışdı. 
Ancaq halı özündə olmayan Fatı onun dediklərinə fikir vermədi. 
Günəş kasanı da götürüb getdi. 
Fatı birdən,  ətini kəsirlərmiş kimi fasiləsiz qışqırdı, yorğanı üstündən atıb 
yaralı  qıçına baxdı. Yaranın  ətrafındakı  qızartıya və  şişə baxıb yenə  bərkdən 
çığırdı. Qıçını bir qədər havada yellədi, ağrı daha artdı. Kəlağayısını yarasına 
bağladı. Ağrı yenə sakit olmadı. O, hirsindən başına-gözünə döydü, ağladı. Durub 
gəzindi, tez yorulduğundan yatağına yıxıldı. 
Fatı iki günü dəhşətli ağrı, əzab içində, yuxusuz, yeməksiz keçirdi. Üçüncü 
gün onun halı daha xarablaşdı, hərarəti artdı. Dili, dodağı qurudu. Nəfəsi ağırlaşdı. 
Ağzından köpüklü su axdı, qusmağa başladı. 
- Ay Allahı sevən, ölürəm! – deyə çığırdı. – Mənə kömək eləyin, harayıma 
çatın, ay qonşular, ay ellər! 
Heç kəs onun xırıltılı səsini eşitmədi. 
Fatı  səhər tezdən gecə yarısına qədər gah yatağında, gah evin ortasında, 
bucağında uzandı, qalxdı, ilan kimi qıvrıldı, balıq kimi çabaladı, qışqırdı. Nəhayət, 
gücdən düşdü, səsi tutuldu. Yerə yıxılıb hərəkətsiz qaldı. 
…Növrəstə? O, mənim  əlimdə, ha… ha… ha… Mənə seyid qızı Fatı 
deyərlər. Dünyada hansı iş mənim əlimdən gəlməyib?.. Qorxma, Fərman! Kənddən 
çıxmışıq. Dalımızca gələn yoxdur. Örəncəyə çatmağımıza az qalıb. Yaman 
yoruldum. Gəl bu qayanın dibində oturaq. Fərman, bundan sonra sən mənimsən, 
mən sənin. Ha… ha!.. Hara, Fərman? Məni qoyub gedirsən? Niyə  mən ilan olub 
sənin boğazına sarılmadım! Səni dağdan, daşdan, qayadan atmadım!.. Ora bax, 
Şırşırdan iki bülbül uçdu. Ora bax, ora bax, ikisi də adam oldu. Biri Zöhrə, biri 
onun balası… Necə? Siz canavar olub məni parçalayacaqsınız? Quzğun olub ətimi 


 
74
didəcəksiniz? Niyə? Oy, mən sizdən qorxuram… Boğuluram! Ay aman, 
qoymayın! Ay Allahı sevən… 
Fatının dolaşıq sayıqlamaları  səhərə  qədər evin qaranlıq bucaqlarında 
uğursuz bir bayquş ulaması kimi səsləndi. 
Deyirlər insanın bütün gücü ölənə yaxın qollarına yığılır. Günəşin ilk şüaları 
hisli bacadan içəri süzülərkən, Fatı yorğanı üstündən götürüb tulladı. Əllərini yerə 
qoyub, dik ayağa qalxdı. Gah dodaqlarını, gah barmaqlarını, gah üryan çiyinlərini 
gəmirməyə başladı… 
Günəş arvad Fatının vəziyyətini bilmək üçün içəri girdi. Onun bir bucağa 
çəkilib ac qurd kimi çiyinlərini gəmirdiyini görüncə, qorxu içində geri dönüb 
bayıra qaçdı. 
- Ay camaat, Fatı qudurub! Ay camaat, gəlin başına kül ələyin! – deyə kəndə 
haray saldı. 
Adamlar tökülüb gəldilər, qapının ağzına, bacaya toplaşdılar. Heç kim içəri 
girməyə cürət etmirdi. Dünya görmüş arvadlar qudurmuş Fatının başına bacadan 
kül ələdilər. 
Fatı isə artıq son dəqiqələrini min əzabla başa vururdu. 
Birdən onun ağzı  əyildi, dodaqları  əsməyə başladı, gözlərinin qapaqları 
hərəkətdən düşdü, bəbəkləri genişləndi. Hər guşəsində arzu, məhəbbət, qəzəb, 
nifrət, yaxşılıq, pislik saxlanan ürəyi də iflic oldu. Fatı rahatlandı… 
…Kəndlilər axşamüstü Fatının meyitini qəbiristana aparanda, ala köpəyin 
ölüsünü yolun kənarında gördülər. Fatını qəbirdə, iti isə xəndəkdə basdırdılar. 
 
 
Yeddinci fəsil 
 
Nəbi həyətdə oturub, gündə  qızına-qızına çarığını yamayırdı. Hələ  zəif, 
girsiz olsa da, bir neçə gün idi ki, özünü yaxşı hiss edirdi. Növrəstə, bir ara həkimi 
təkin məşhur olan gədəklərli Yaxşı arvadın yanına gedib, atasının xəstəliyini ona 
danışmışdı. Yaxşı arvad kükürdlə yağı qarışdırıb Növrəstəyə verib demişdi: «Apar 
sürt atanın bədəninə». Növrəstə  də, o deyən kimi eləmişdi. Beləliklə, Nəbinin 
qoturu tamam sağalmışdı. Ona görə  də, Nəbi daha evdə oturmayıb, işləmək 
fikrində idi. 
O, çarığını yamayıb qurtarandan sonra Dəmirçilər kəndinə  iş axtarmağa 
gedəcəkdi. 
Nəbi addım səsinə başını qaldıranda, həyətin o başında Camalı gördü. 
Camal ona yaxınlaşıb, salam verdi və Nəbinin yanında oturdu. 
- Necəsən, Nəbi dayı? Evdə darıxdım. Gəldim bir söz-söhbət eləyək… 
- Sağ ol. Düzünü deyim ki, Camal, yaxşıyam da, pisəm də. 
- Bəs belə niyə? 
- Yaxşıyam ki, naxoşluğum sağalıb, pisəm ki, Yusif dünən evdən getdi. 
Uşağın getməsinə bərk darıxıram. Heç ata da övladını gözündən kənara qoyarmı?.. 
- Hara getdi? Evdən acıq elədi? 


 
75
- Yox, o, küsən, acıq eləyən, atanın üzünə qayıdan uşaqlardan deyil, quzu 
kimi bir şeydir. Özü də  tərif olmasın, qeyrətli baladır. Görürəm ki, indi evin 
qeydinə qalır. Deyir, ata, indi gərək mən qazanam, sən yeyəsən… Hə, qərəz, Yusif 
getdi Qazyana nökərçiliyə. 
- Kimə nökər olacaq? 
- Bizim öz kəndlimizə. Ağalar Sadıq oğlu deyərlər, ona. Kənddən qaçanda 
malından, qoyunundan xeyli gətirib. Kefi kökdür. Bir neçə gün bundan əvvəl 
Yusifi yolda görüb danışıb. Yusif də ona nökər olmağa razı olub… - Nəbi köksünü 
ötürdü. – Axı, ay Camal, o tifil uşağın nə vaxtıdır, nökər olsun, ağır işlərdən 
yapışsın… Neyləyim, fələk mən deyəni demədi… - Nəbi çarığının bir tayını 
ləyəndəki suyun içindən götürüb, fikirli-fikirli yamamağa başladı. 
-  Əşi, nə fikir eləyirsən? Sevin ki, oğlun  ərsəyə  gəlib, sənə kömək eləmək 
istəyir. Qoy nökər olsun, fəhlə olsun, lap hambal olsun, amma şüurlu olsun. 
- Mən oğlumdan da, qızımdan da çox razıyam. Elə, o Növrəstənin özü, 
vallah, itin əziyyətini çəkir. Həm evdə, həm də Baxış bəygildə qabıqdan çıxır.  
Camal köksünü ötürüb dedi: 
- Eh, ay Nəbi dayı, bəylər çoxlarını qabıqdan çıxardıblar. Mənim ürəyimə də 
dağ çəkiblər. 
Nəbi əlini saxlayıb soruşdu: 
- Sənə nə eləyiblər? 
- Baxış bəy bir karrı qardaşımı öldürüb. 
- Niyə? 
- Ev və bəhrə üstündə. Mənim Nəcəf adlı bir qardaşım vardı. Yaşda məndən 
böyük idi. Lap sən deyən, diribaş oğlan idi. Öz qazancı ilə mal-dövlət də yığmışdı. 
Bir gün qardaşım dedi ki, köhnə daxmada yaşamaqdan canımız çıxdı.  İndi 
özümüzə  qəşəng ev tikdirə bilərik, tanqahımız var. Qardaşım iki mərtəbəli, üç 
otaqlı, eyvanlı ev tikdirdi. Əhmədalı bəyin, Baxış bəyin bunu gözü götürmədi. Elə 
bildilər ki, qardaşım onların qabağına çıxır… Kəndlilərin arasına söz yayıldı ki, 
Nəcəfin evi Əhmədalı  bəyin evindən geri qalmaz… Bu, bəylərə daha acıq gəldi. 
Bir gün Baxış  bəy qardaşımı çağırtdırdı yanına. Dedi ki, o ev nədir tikdirmisən? 
Yoxsa, sən də  bəylik iddiasına düşmüsən? Kənddə  gərək mənim imarətimdən 
gözəli olmasın. Ya get evini öz əllərinlə sök, ya da çıx bu kənddən get. Qardaşım 
ona cavab vermişdi ki, mən bəy olmaq fikrində deyiləm. Ev tikdirməyimin də heç 
kimə borcu qalmayıb. Kənddən sən özün gedə bilərsən… Müxtəsər, sözləri çəp 
gəldi. Baxış  bəy birdən xəncəri çəkib qardaşımı öldürmək istəyəndə, bəyin anası 
Aftab qoymamışdı. Sonra, qardaşım bəyə bəhrə vermək istəmədi. Bunun üstündə 
öldürdü. 
Hə, Nəbi dayı, qardaşımın öldürülməsi elə o vaxtdan ürəyimdə bir xal kimi 
qalıb. Deyirəm, elə zəmanə gələydi ki, dalımda duran olaydı, mən də Baxış bəydən 
qisas alaydım… 
Nəbi köksünü ötürüb dedi: 
- Neynəyəsən, ay bala, dünya Baxış bəyin dünyasıdır!.. 
Camal dedi: 
- Ay Nəbi dayı, peyğəmbər haqqı, çoxdan sənə bir söz demək istəyirəm
amma deyirəm bəlkə acığına gəldi, sözü dilimin ucundan qaytarıram… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə