Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   25   26   27   28   29   30   31   32   ...   111

 
70
camaatın ağzına söz düşmüşdü: Fatının boy-buxunu, qaş-gözü dünyanı alıb-satar. 
Fatı ilə ömür sürən dünyanın ləzzətini bilər, qocalmaz… Hə… qaçqınlıq, 
yoxsulluq bir az məni salıb… Çox heyif ki, başıma dən düşüb, görünür ki, 
qocalıram. Xaraba qalmış  kənddə  xına da tapılmır. Gərək Fərmana deyəm həftə 
bazarından mənə  xına tapsın… Yoxsa, biri ağ, biri qara tüklər məni yaraşıqdan 
salır… 
Fatı qaşlarına, gözlərinə sürmə çəkməyə başladı və dodaq altından dedi: 
- Nənəmin nənəsi deyərmiş: hansı arvad istəyir ki, əri onu çox istəsin, gərək 
özünü  şınqrovlu saxlasın. Kişinin qabağında  şux dolansın. Elə mehribanlıq 
göstərsin ki, ərinin gözü başqasında qalmasın. Onu da deyirmiş ki, arvad gərək 
kişinin gözünün odunu alsın. Lap birinci gəlinlik günündən dili onun üstündə uzun 
olsun. Fərman hələ ki, mənim sözümdən çıxmır, heç çıxa da bilməz. Çünki 
əlimdən hər şey gəlir: bişirib-düşürmək, yuyub-yamamaq, darayıb-toxumaq, adam 
qabağına ləyaqətlə çıxmaq, arvadlığıma da özü yaxşı bələddir… 
Fərman içəri girib, tüfəngini divara söykədi. 
- Bıy, ay Fərman, nə vaxt gəldin? Heç atının ayağının səsini eşitmədim! – 
deyə Fatı güzgünü və kibrit qutusunu tez cibinə qoyub, ayağa durdu.  
- Başın qarışıqdır, nə eşidəcəksən… Bu qoca, ifritə vaxtında özünü mamlı-
matana oxşatmaq istəyirsən. Arsızın qızı arsız, kənd dağıldı, kimi öldü, kimi 
dilənçi halına düşdü, sən yenə də qaş-gözünü bəzəməkdən, birçəyini sığallamaqdan 
əl çəkmirsən… 
- Bıy, ay qadan alım, sən bilmirsən ki, mən kənddən sürmə  çəkməyə 
alışmışam, adətkərdə olmuşam… Vallah, vaxtı keçəndə gözlərim ağrıyır, hələ 
gərək mənə xına da tapasan, başımın ağ tükləri çoxalır… 
- Hay-hay! Bəxtəvər olmuşuq! Fatı xanım xına da istəyir… Bir bunun 
qaşına-gözünə bax! Sürməsinə, vəsməsinə bax!.. 
- Ay Fərman, arvad işinə niyə qarışırsan? Bir də, sən belə sözləri mənə heç 
deməzdin axı… 
- «Deməzdin, deməzdin…» - Fərman səsini ucaltdı. – Məni daha təngə 
gətirmisən, ayağıma buxov, boğazıma zəncir olmusan!.. 
- Bıy, Allah sən saxla?.. Ə, sənə  nə olub?.. Hardan belə hirsli gəlmisən? 
Gətir çarıxlarını  çıxardım. Qurbanın olum, Fərman! – Fatı  aşağı  əyilib Fərmanın 
çarıxlarının bağını açmaq istədi. 
- Qulluq göstərmə, dur düş qabağıma! 
Fatı təəccüblə qaşlarını çatdı. 
- Hara? 
- Mollanın yanına. Səni boşamağa aparıram. 
Fatı ucadan güldü. 
- Zarafatı axşam elərsən… Əl-üzünü yu, mən də qayğanaq bişirim yeyək. 
- Gecə zarafatı qurtardı. Düş qabağıma. İfritə! 
- Ə, bu nə hərəkətdir? Mən səndə indiyə bəri bu sifəti görməmişəm… Dəli 
olmamısan ki?.. 
- Mən dəli onda oldum ki, sənin kimi qoca kaftarı özümə arvad elədim… 
Sənə söz deyirəm axı, niyə yerindən tərpənmirsən?  
- Mən boşanmayacağam. Papaq deyiləm ki, başdan-başa qoyulam. 


 
71
- Mən boşayıram. Getməsən, özüm talağını geri oxutduracağam. Onu da 
deyirəm ki, bu evdən heç bir şey götürməyəcəyəm. Hər şey sənə qalacaq. Özüm də 
başqa kənddə yaşayacağam. Mənim dalımca gəlsən, sağ qalmayacaqsan… Bu 
gündən səninki səndə, mənimki məndə… 
Fatı əllərini yuxarı qaldırıb: 
- Xudaya, sən özün bizim bu kişinin başına bir ağıl qoy. – O, üzünü Fərmana 
tutub, mülayim bir səslə  əlavə elədi: - Fərman, qadan ürəyimə, bəlkə  sənə cadu 
eləyiblər? 
- Cadukünün, hüllükbazın yekəsi sənsən! 
- Yox, vallah, səni dəli eləyən var!.. – Fatı onun dizlərini qucaqladı. – 
Fərman, hər nə günahım var məni bağışla, daşı ətəyindən tök! Ə, camaat bizə nə 
deyər?.. 
Fərman onu kənara itələyib, qəzəblə dedi: 
- Camaat, camaat!.. Sənin heç kəsdən həya edən üzün yoxdur. Hamı  səni 
yaxşı tanıyır. Mən olmasaydım, Məhərrəmin evinə yekə qalmaqal salacaqdın. 
Tamaşa ilə Zöhrəni sən bədbəxt elədin, ifritə! Min dilli, min əməlli ifritə! 
Fərman evdən çıxmaq istədi. Fatı özünü qapının dalına yıxıb: 
- Qoymaram! – deyə qollarını yana açdı. – Allah, itinəm, Allah! Gör bu kişi 
mənə necə  şər atır… Tamaşanı atan öldürmədi? Zöhrəni sən özün bədbəxt 
eləmədin?..  Ə, yoxsa, strajnik olandan qazılanırsan? Elə bilirsən ki, dünya 
dərəbəylikdir? Vallah pristavı, nəçərriyi bura yığaram.  Ə, olmaya buranın sarı-
sısqa qızlarına bənd olmusan?.. Allahıma and olsun, onların başında bir tük 
qoymaram. Mənə Fatı deyərlər… Mən daş atıldığını bilirəm. Mənə daş hardan 
atıldığını bilirəm. Hacı Atakişi ilə görüşüb gələndən elə  sənin təbin dönmüşdü. 
Mən eşşək deyiləm, hər  şeyi başa düşürəm. Dünən də onun yanına getmişdin. 
Təzədən ata-oğul olmağınız da mübarək olsun! 
- Atamla nə işin var, axmağın biri axmaq! 
Fatının hönkürtüsü evi götürdü. 
- Mən, mən köpək qızı, mən it qızı axmağam ki, səni ermənilərin içində 
qoymadım, yarandan qan axa-axa dalıma alıb, dağ-daşı dolandırdım, axırı gətirib 
bu kəndə  çıxartdım.  İndi məni boşayırsan? Bu yad kəndin bir bucağına atıb 
gedirsən! Hanı sənin qeyrətin? Yuxarıda Allah var axı… 
Fərman cibindən pul çıxardıb: 
- Al! – deyə onun üstünə atdı. – Məni ölümdən qurtarmağının haqqı, əvəzi! 
Başıma qaxma, dilini kəs! 
Fatı daha bərkdən hıçqıraraq dedi: 
- Pulunu apar ver atana. O, pulu, qızılı səndən çox istəyir… 
Fərman dişini-dişinə qıcadı: 
- Cəhənnəm ol, it qızı! Çəkil qapıdan! 
- Meyitim bu evdən çıxmayınca, heç yerə getməyəcəksən! Heç yerə! 
Fərman getmək üçün tüfəngi götürdü. 
Ölümündən qorxan Fatı qışqırdı: 
- Fərman! Ə, məni öldürürsən?! 
- Qapıdan kənara çəkil! – Fərman onun qolundan yapışıb evin ortasına 
fırlatdı və dərhal bayıra çıxdı. 


 
72
- Ürəyinə güllə dəysin, Fərman! – Fatı bayılıb, üzü üstə yerə düşdü… 
…Fatı ayılandan sonra, hər  şey ona yuxu kimi gəldi. Yavaş-yavaş ayağa 
qalxdı. «Fərman, Fərman!» deyə-deyə birbaş həyətə qaçdı. 
Fərman atı minib getmişdi. 
Əsla gözləmədiyi halda, birdən-birə başına gələn işi Fatı kimə deyəydi? 
Kimə ağız açaydı ki, Fərmanı qaytar?! Fatının ümidi yalnız, az-çox gediş-gəlişləri 
olan Balay kişiyə idi. O, birbaş Balayın evinə yollandı. 
Fatı küçə  aşağı, başı odlu-alovlu, ayaqyalın qaçırdı… Döngəni burulanda
gözləri qızarmış, tükləri tökülmüş, qulaqları sallanmış bir it zəif-zəif hürə-hürə 
divarın dibindən qalxıb ona cumdu. Fatı yerdən daş götürüb itə atdı, lakin daş ala 
köpəyi tutmadı. Fatıya soxulub baldırından yapışdı. Fatı qışqırıb yerə oturdu. Elə 
bil öz payını almış köpək, yenə divarın dibinə  çəkildi. Fatı tumanının  ətəyini 
qaldırıb sol baldırına baxdı. İtin iki dişinin yerindən qan çıxırdı. 
Fatı yolun tən ortasında oturub qışqıra-qışqıra ağlayır, Fərmanın dalınca 
söyüş yağdırır, qarğış edirdi. Tindən çıxıb ona sarı gələn bir oğlanı gördükdə: 
- Bala, qurbanın olum, mənə kömək elə! – dedi. 
Oğlan Fatının yanına gəldi. 
- Məni, o azar dəymiş it tutdu, bala! Dadıma çat. 
Oğlan itə baxıb başını buladı: 
- Niyə özünü gözləmirdin ki, it səni tuturdu, Fatı xala? Bəşirin bu quduz 
dəymişi deyəsən qudurub axı!.. 
Oğlan Fatının qoluna girib, onu evə apardı. 
 
Fərman Fatını birdəfəlik tərk eləyib gedəndən sonra, bir daha Padara 
qayıtmadı. Təvəqqə və rüşvət hesabına Əli Sadiqi onu strajniklikdən azad elədi. 
Fərman Xocahanı bəyənmədi, yerə basdırdıqları pulu, qızılı götürüb atası ilə 
birlikdə çay tərəfdə ən gözəl və ən böyük kənd sayılan Xanlıqlara köçdü. Orada iki 
otaqdan ibarət ev aldı, böyük bir dükan açmaq üçün hazırlıq görməyə başladı. 
İndi onun fikri bütün mahalda ən böyük tacir olmaq, başqa  şəhərlərə mal 
aparıb, mal gətirmək idi. 
Fərmanın  əvvəlcə atasına qarşı olan hədsiz qəzəb və nifrəti indi coşqun 
oğulluq məhəbbətinə çevrilmişdi. Atasının haqqında pis fikirdə olduğuna, üstünə 
silah çəkdiyinə peşman olmuşdu. Qızıl, gümüş torbalarına sahib olandan sonra, 
Hacı Atakişi onun gözündə dağlar qədər böyümüşdü. Fərmana elə  gəlirdi ki
dünyada onun qoca atasından mehriban və səxavətli ata yoxdur. 
Fərman bəzən öz-özünə belə suallar verirdi: «Pristav olmasaydı, atamı 
öldürərdimmi? Atamı dilənçi sifətində görsəydim, ona endirib yaxın durardımmı?» 
O, bu suallara cavab tapa bilmirdi. Yalnız bir şey bilirdi: «Atam elə bil məni 
təzədən dünyaya gətirdi. Qarnı tox, əyni-başı təmiz bir adam elədi». 
Lakin Fərman, özünün diriliyinə həqiqətən səbəb olan Fatını bir arvad kimi 
olmasa da, bir tanış, bir kəndli, bir insan kimi də xatırlamırdı. Bəs, Fatı necə? 
O, nə  qədər eləyirdisə, Fərmanı unuda bilmirdi. Doğrudur, onu söyürdü, 
gecə-gündüz ona qarğıyırdı, nifrət edirdi, əlinə düşsəydi, bəlkə  də canavar kimi 
didib-parçalardı, lakin hər saat, hər gün yolunu gözləyirdi. Ümid edirdi ki, Fərman 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə