Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   33   34   35   36   37   38   39   40   ...   111

 
94
- Necə? Nə deyirsən? – Növrəstə başını qaldırdı. Ondan xəbər var? Kim 
gətirib. Barı xeyirdirmi? Kaş bircə  kərə üzünü görəydim. Dərdimi deyib sonra 
da… 
Növrəstə sözünü bitirməmiş, Tükəzban yenə bayatı çəkdi: 
 
 
 
 
Eləmə dil əzbəri, 
   Bülbülün 
gül 
əzbəri, 
 
 
 
Vəfalı yar, izin ver, 
   Qoy 
gəlim bir az bəri. 
 
- Sənin bayatılarını qanıram. Niyə açıq danışmırsan? Mən özüm hər  şeyi 
deyəcəyəm. Şahmərdan gəlibmi? 
Tükəzban başının işarəsi ilə «hə» dedi. 
Elə bil Növrəstənin başından bir qazan su tökdülər. Onun bədənini soyuq bir 
tər basdı. Bir an özünü itirdi, sonra sərsəm adamlar kimi qışqırdı: 
- Gəlib… gəlib! Nə yaxşı! Yox, yox, onu istəmirəm… Gəlməsin, yanıma 
gəlməsin… - İki əlli üzünü tutdu. Növrəstəyə elə gəldi ki, Şahmərdan bayırda olsa 
da, onun yanaqlarındakı diş yerlərini, qəlbindəki ləkəni görür… - Ona deyin ki
Növrəstə yoxdur, ölüb. İndiyə bəri harda idi? Niyə… - Növrəstəni yaş boğurdu… - 
Allah, mən ona nə deyəcəyəm?! – O susdu, nə isə axtarırmış kimi içəri göz 
gəzdirdi. Birdən ayağa qalxdı, bucaqdan dibək dəstəsini götürüb başına vurmaq 
istəyəndə, Tükəzban tez onun biləyindən yapışdı: 
- Ay qız, dəli olmamısan ki? Bu iş bir sənin başında görünməyib ha… Allah 
Baxış  bəyi  əkəni tünbətün eləsin! O, hansı arvada düz gözlə baxır!.. Neçəsini 
bədbəxt eləyib, o bir şuldu köpəkdir ki… 
Tükəzban, bədəni uçunan, titrəyən Növrəstəni zorla yerinə salıb, yorğanı 
üstünə çəkdi. 
…Camalın danışığından hər fəlakəti bilən  Şahmərdan sarsıldı. Gözəl 
xəyalları, Növrəstə ilə görüşmək üçün etdiyi şirin arzular tamam alt-üst oldu. O, 
əvvəlcə Növrəstəni, sonra Baxış bəyi öldürmək qərarına gəldi. Yasdan, ələmdən də 
təsirli bir sükut içində çəkməsini geyməyə başladı. 
- Niyə geyinirsən? 
- … 
-  Şahmərdan, geyinmə, hara gedirsən? Baxış  bəydən ikimiz də bir yerdə 
qisas alarıq. O, mənim də sinəmə çox dağlar çəkib. Mən onun evini yandırmağa 
gedirdim, sən gəldin… Səbr elə, qardaşım, bir məsləhətləşək. Nə vaxt, harda onu 
cəhənnəmə vasil eləyək?.. – Camal, qaşları düyünlənmiş, qəzəbdən  əngi, üzünün 
əzələləri titrəyən Şahmərdanın əlindən çəkməni almaq istədi. – Yox, səni heç yerə 
getməyə qoymayacağam… Özü də arvadını danışdır, günahı yoxdur. 
- Çəkməni bəri ver. Çəkil o yana!.. – deyə Şahmərdan onun əlini geri atdı. – 
Sən də yaxşı dost  imişsən?.. 
- Şahmərdan!.. Bilirəm sən… 
- Səsini ucadan çıxartma! – deyə  Şahmərdan onun sözünü kəsdi. – 
Növrəstəyə bir-iki söz deyib gedirəm. Zəhmət çək onu bura çağır. 


 
95
Camal  Şahmərdanın üz-gözündən onun qan eləmək fikrində olduğunu 
anladı. 
- Şahmərdan, mənə inan, Növrəstənin heç günahı yoxdur… Bir az səbrli ol, 
bir tikə çörək ye, qardaş. 
- Mən zəhər yedim… - O, ayağa qalxıb pencəyini geydi. – Xurcun sizdə 
qalsın… 
Şahmərdan çardaqdan həyətə endi. Camal da onun dalınca aşağı düşdü. 
Fırtınada məhv olmamaq üçün yelkəni hansı səmtə yönəldəcəyini bilməyən 
naşı dənizçi kimi, Şahmərdan özünü itirdi. Gözləri ilə evin qapısını axtardı. 
Bu zaman Növrəstə içəridən çıxıb ayaqyalın, başıaçıq, qaça-qaça gəldi. 
Ərinin boynunu qucaqlamaq üçün qollarını açdı. Lakin Şahmərdan geri çəkildi. 
Növrəstənin qolları iki sınıq qanad kimi yanlarına düşdü. Camalın Şahmərdana hər 
şeyi dediyini anladı… 
Ərlə arvadın baxışları ay işığında bir-birinə toxundu. Ancaq bu, bir an çəkdi. 
Bəli, bir an Şahmərdanın arzuları daşa dəyən, Növrəstənin isə  təlatümlü qəlbini 
ayna kimi göstərdi. Bu bir an içində hər ikisinin ürəyinə nə qədər oxlar vuruldu… 
«Mən fikirləşirdim ki, Növrəstə  mənə qardaş olacaq, arxa olacaq, canımı 
əsirgəmədiyim işə qoşulacaq. Deyəcəklər ki, Nəbi ilə Həcər at belindən düşməyib 
bəylərə qan ağlatdıqları kimi, Şahmərdanla Növrəstə də zalimlərin kökünü kəsmək 
üçün dağlarda, meşələrdə partizan oldular» deyə düşünən  Şahmərdan acı bir 
təbəssümlə dedi: 
- Hə… Növrəstəsən? Mən səni indi tanıdım… Sağ ol! – Şahmərdan ona 
yaxınlaşmaq istədi, Növrəstə geri çəkildi… 
- Mənə yaxın gəlmə, mən vəfasızam!.. – deyə Növrəstə  əlləri ilə üzünü 
tutdu. – Mən bacarmadım, bibioğlu, sənin namusunu qoruya bilmədim… 
- Bilirəm!.. – Namus dəmir bir halqa kimi boğazına keçib Şahmərdanı 
boğurdu… Özü də hiss etmədən yumruğunu  düyünləyib, qolunu qaldırdı. 
-  Ə,  Şahmərdan, neylədiyindir? Ağlını başına yığ, yeri gedək evə! – deyə 
Camal onun qolundan yapışdı. 
- Öldür məni, bibioğlu! – deyə Növrəstə özünü qabağa verdi. – Məni sən 
özün öldür. Onda qəbirdə rahat yataram. Niyə durmusan? Qorxma, bircə dəfə də 
«uf» deməyəcəyəm. 
Şahmərdan dəli olub, sonra huşa gəlmiş adamlar kimi, öz-özünə dedi: «Ey 
dili qafil, nə eləyirsən? Kimi öldürmək istəyirsən? Axı o insandır… Sənin 
məqsədin insanları ağ günə çıxarmaq deyilmi?..» 
Şahmərdan daha bir kəlmə də danışmadan və Növrəstənin üzünə baxmadan, 
darvazaya sarı yönəldi. Lakin addımının biri gedir, biri getmirdi. Qəhər onu 
boğurdu. Bəlkə də həyatında ilk dəfə idi ki, Şahmərdanın gözündən yaş axırdı… 
 
Baxış  bəy o gecə rahat yatdı. Səhər Növrəstəni evdə görmədi. Yəqin elədi 
ki, utandığından üzə çıxa bilmir, kəndlinin birinin evindədir. «Eybi yoxdur, bu gün 
gələr» deyə evdən çıxanda Aftab xanım onun qabağını kəsdi. 
- Baxış, kəniz gəlib çıxmadı axı! İş töküldü qaldı! – deyə oğluna müraciət 
elədi.  


 
96
- Növrəstə qardaşının yanına gedib. Mən icazə vermişəm. Sabah adam 
göndərərəm çağırar. 
Baxış  bəy xırmana getdi. Vəl sürənlərə, heşan sovuranlara, hazır taxılı 
çuvallara dolduranlara nəzər yetirdi. Bəzi göstərişlər verdi. Toz-torpaq onu 
tutmasın deyə, böyük bir tayanın kölgəsinə çəkildi. Əllərini belinə qoyub, kəndə, 
yamyaşıl görünən bağlara, gözəl evinə, xırmanda işləyənlərə baxdı. Bəylik qüruru 
elə bil onu qartal kimi qanadlarında uca bir dağın zirvəsinə qaldırdı. Gülə-gülə öz 
ürəyində dedi: «Allah atama rəhmət eləsin ki, bəy imiş… Ayağı çarıqlı bir kəndli 
olsa idi, mən də, bax, bu eşşək kəndlilərin biri olacaqdım… Görən mən də cüt 
sürməyi, toxum səpməyi, bağ belləməyi, heşan sovurmağı bacarardım?.. Eh, 
mənim də fikrimə  qəribə  şeylər gəlir… Görəsən Növrəstə necə oldu? Niyə evə 
gəlmədi? Bəlkə  məndən incidi? Eybi yoxdur, bir şey alaram, barışarıq. Bəlkə 
pristavın yanına  şikayətə getdi? Bundan da mənə  zərər gəlməz.  Əli Sadiqi öz 
adamımızdır. Bəlkə öz-özünə bir xətər yetirdi. Belə olsa, çox pisdir. Özü 
cəhənnəm, axı  mən ondan kamımı almamışam. Nəfsimi öldürməmişəm… 
Növrəstə başqa candır… Hələ  mən beləsinə    rast  gəlməmişəm. Nə olar kəniz 
olanda… Atam deyirdi ki, onun babası naxırçı  qızı alıb… Kişiyə, nəfsini 
öldürdüyü hər arvad, lap qancıq da, tula da olsa, gözəldir; ələlxüsus göz qızanda. 
Handa ki, Növrəstə doğrudan maral kimidir. Hə… hə… hə… Yenə zalımın balası 
elə könlümə düşüb ki… Bundan sonra məni incitməz. Naz-qəmzə «olmaz», 
«istəmirəm», «eyibdir» - birinci dəfə olar… 
Baxış  bəy yuxudan kal durmuş adamlar kimi əsnədi,  əllərini belindən 
götürüb gərnəşdi. «Bəlkə Növrəstə Camalgildədir? Bilirəm, ordan başqa yeri 
yoxdur. Birdən hər  şeyi açıb ona deyər?.. Cəhənnəmə desin. Camalı bir gecənin 
içində yoxa çıxardaram… Hər halda, onlarda olub-olmadığını bilmək lazımdır?..» 
Baxış bəy evə getdi. Növrəstədən bir xəbər bilmək üçün qulluqçu Həliməni 
Camalgilə xəlvətcə göndərdi. 
Qulluqçu yarım saatdan sonra qayıdıb xəbər gətirdi ki, Camalgilin qapıları 
bağlıdır. 
Baxış bəy Növrəstəni harada tapacağı haqda fikirləşdi… 
 
Növrəstə ilə Camal qapını bağlayıb evdə danışırdılar. 
Onların nə danışdıqlarını  eşidib bilməsin deyə, Camal arvadını bostana 
qovun-qarpız gətirməyə göndərmişdi. 
Camal sözünə davam elədi: 
- …Şahmərdan qıyıb səni öldürmədi. Ancaq neyləyəydi, kişidir… 
Namusuna sığışdıra bilmədi. Çıxdı getdi. Ancaq yerini bilirəm, Gürcülü kəndində 
olacaq. Fikir eləmə, tapıb sizi barışdıracağam. Hələ qoy bir az hirsi soyusun. O da 
başa düşdü ki, günah o, anasına, bacısına kəm baxan Baxış bəydədir. Elə ki, ondan 
qisas aldığımızı  eşitdi, bildi, özü gəlib barışacaq. Hə, iş belədir, Növrəstə bacı! 
Qisas, qisas! Deyir, qalan işə qar yağar. Bu gecə onun evinə od vuracağam. 
Ölümümdən də qorxmuram. Dalımca uşaqlarım ağlamayacaq… Bir arvaddır, o da 
öz başını dolandırar.  İndi dur get. Soruşsalar ki, bu vaxta kimi harda idin, de ki, 
getmişdim qardaşımın yanına. Desələr: üz-gözün niyə bu hala düşüb? Cavab ver 
ki, Qazyana gedəndə yıxılmışam. Hə, bir də onu deyim: Aftab xanım səni söysə də, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə