Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   35   36   37   38   39   40   41   42   ...   111

 
100
- Gedək, Camal qardaş! 
Camal qəməni uzağa tulazladı. 
Onlar heç kəs görməsin deyə, bağlarla, Bərgüşadın sahili ilə gedirdilər… 
…Səhərin açılmasına az qalmışdı. 
Xoruzlar damların üstündə, həyətlərdə  gərdənlərini çəkərək, döşlərini 
qabardaraq, qanadlarını  çırpa-çırpa banlayırdı. Elə bil ki, onlar Baxış  bəyin 
ölümünü, zülmdən zara gəlmiş  kəndlilərə bir sevinc müjdəsi kimi xəbər vermək 
istəyirdi. 
Camal çardağa çıxanda, arvadı Tükəzban hələ yatmamışdı. O, qalxıb yerinin 
içində oturdu və: 
- A kişi, bu xoruz banınacan hardasan? – dedi. – Gözümə axşamdan yuxu 
getməyib. Nigaran qalmışam, fikirləşmişəm, bunu ilan çaldı, başına nə iş gəldi… 
Camal paltarını soyuna-soyuna dedi: 
- Bilirsən ki, zəmini biçirdim… Axşamdan yaxşı biçilir, gündüz çinin 
ağzından tökülür… 
- Boşla, sən Allah!.. Adəmdən xatəmə kimi zəmi gündüz biçilib… Nə 
kələyin varsa, bir qulaq yeri də  bəhanə eləmisən… Oğru da deyilsən ki, deyəm 
dam yarmağa getmisən. 
Camal soyunub yerə girdi. Ancaq yata bilmədi. Qurcalandı, o yanı, bu yanı 
üstə çevrildi. 
- Niyə yatmırsan? Deyəsən fikirlisən axı? Vallah, məni də fikrə saldın. 
Həmişə axşamdan başımı yerə qoyan kimi yatırdım, bu gecə gözümə heç yuxu 
getməyib. Sən olasan Nəcəfin goru, düzünü de, hardaydın? Ə, olmaya özünə aşna-
zad tapmısan? Vallah, elə olsa, özümü bu çardaqdan tullaram. 
Camal, arvadının bu işi gec-tez biləcəyini və ona görə də gizlətməyin mənası 
olmadığını fikirləşib məsələni açdı. 
Tükəzban üstünə soyuq su atılmış adamlar kimi birdən diksindi. 
- Bıy, sənin başına ildırım düşməsin, Camal! – deyə əlini dizinə çırpdı. – Ə, 
siz nə iş görmüsünüz?! Vay dədəm vay! Komamı dağıdacaqlar, Allah! 
- Səs eləmə arvad, qonşulardan eşidən olar. 
- Ə, sən dəli olmusan… Ə, bəylə nə işin vardı?! 
- Onu cəhənnəmə vasil eləmək fikri məndə çoxdandı. Amma götür-qoy 
eləyirdim. Növrəstənin abrını, ismətini alandan sonra, namus məni boğdu. Daha bu 
qədər dözmək olmazdı… Mən Nəcəfin qisasını aldım. Kürəyimdə yeri zol duran 
qamçıların heyfini balta ilə ondan aldım. Növrəstə, namusunu ləkələyən Baxış 
bəyin qarnını deşdi. Çox iyid qız imiş, mən onu belə ürəkli bilməzdim. Anasının 
südü halal olsun! 
- Vallah, matım-qutum qurudu! Bəs Növrəstə nə oldu? 
- Aparıb Gödəklərdə, bacımgildə qoydum. Tapşırdım ki, ondan muğayat 
olsun. Bəyin öldürülməsini özüm gedib qardaşı Ağa bəyə xəbər verəcəyəm. 
- Bıy, başına od ələnməsin! Ə, deyirsən, qarğa məndə qoz var?.. Öz dilinlə 
başına xata açırsan?! Mənə deyirsən «bu işi gizlin saxla», özün gedib aləmə küy 
salırsan! Vallah, sən çaşbaş vurursan… 
- Çaşbaş vurmuram, arvad. Özüm desəm, şübhə mənə getməz, başa düşdün? 
Deyəcəyəm bu səhər zəmini biçəndə, bəyin meyitini gördüm. Əgər, işdir, 


 
101
gümanları Növrəstəyə getsə, onu da tapa bilməyəcəklər. Sən öz yerində sakit ol, 
dəvə gördüm, qığını görmədim, vəssalam!.. 
Ərlə arvadın söhbəti xeyli çəkdi. Gün çıxhaçıxda Camal yuxuya getdi. 
…Dünən gecədən kürkünə birə düşmüş Tükəzban nə edəcəyini bilmirmiş 
kimi həyətdə dümələnirdi. Ona elə  gəlirdi ki, camaat deyəcək: «Cidanı çuvalda 
gizlətmək olmaz. Biz hər  şeyi bilirik. Get, ərini oyat, başını götürüb bir yerə 
qaçsın, yoxsa, işi çox pis olacaq!» 
Tükəzban evə girdi, döşlüyünü düyü sılıfı ilə doldurub qayıtdı: «cü… cü… 
cü…» deyə-deyə sılıfdan bir ovuc yerə səpdi. Onun səsini eşidən toyuqlar, cücələr, 
hərəsi bir tərəfdən qaça-qaça gəldi. Bəzisi qabağına düşən dənləri bir-bir 
dimdiyinin ucunda götürür, bəzisi öz «payını» yedikdən sonra, başqasının 
qabağındakı dəni götürmək üçün onu, bunu dimdikləyir, böyrü ilə kənara itələyirdi. 
Elə toyuq da vardı ki, dəni özü yemir, götürüb cücəsinin qabağına qoyurdu. Tovuz 
quşu kimi müxtəlif rənglərlə bəzənmiş quzu boyda xoruz isə gah dənləyir, gah aciz 
toyuqların başına dimdik çalır, gah qanadlarını sallayıb anac toyuğun  ətrafında 
fırlanırdı. 
Tükəzban dənin hamısını  səpdi. Süpürgəni götürüb həyəti süpürməyə 
başladı. Bu zaman Yusif gəldi, Tükəzbana salam verdi. Tükəzban ona xoş gəldin 
eləyib, kefini soruşdu. 
Yusif gedib çardağın dibindəki daşın üstündə oturanda, Tükəzban soruşdu: 
- Bala, niyə axsayırsan? 
Yusif yekə, qıllı papağını başından götürüb dizinə keçirtdi, alnının tərini 
sildi və köksünü ötürüb dedi: 
- Qıçıma dəhrə dəyib, Tükəzban xala. Neçə gündür ki, yerdə yatırdım. 
Yusif başına gələn işləri qısaca danışıb axırda dedi: 
- Daha işləyə bilmədim. Ağam dedi: get, mənə lazım deyilsən… 
- Ay yazıqlar, qaragünlülər! – deyə Tükəzban dərindən köksünü ötürdü. – 
Allah heç sizin üzünüzə baxmır… 
- Hə, baxmır, Tükəzban xala… Gəldim yenə bacımın yanına. Növrəstəni 
hələ görməmişəm. Dedim, siftə  sənə, Camal əmiyə baş  çəkim, sonra gedib 
Növrəstəni bəygildə görərəm. 
Tükəzban onun yanında oturub dedi: 
- Növrəstə bəylikdə yoxdur, onlara getmə. 
- Bəs hardadır? Onu da çıxardıb qovublar? 
Tükəzban cavab vermədi. Yusifi fikir götürdü. Yenə soruşdu: 
- Hardadır? Barı kənddədirmi? Olmaya, onun da başında bir xata var? Sən 
Allah, Tükəzban xala, gizlətmə. Axı mənim bacımdan başqa heç kəsim yoxdur… 
Tükəzban Növrəstənin başına gələnləri deyib Yusifin ürəyini sıxmaq, qol-
qanadını sındırmaq istəmədi. 
Birdən alçaq divarın o tərəfindən adam başı göründü. Adam yəqin ki
nabələd idi: gah boylanıb həyətə baxır, gah geri çəkilirdi.  İndi kölgədən də 
şübhələnən Tükəzban onun kim olduğunu soruşub bilmək üçün həyətdən çıxdı. 
Camal çardaqdan aşağı endi. Yusif onu görən kimi ayağa qalxıb salam verdi. 
Camal onun kefini soruşdu. Yusif Növrəstə barədə söz açmaq istəyəndə, Camal ərk 
ilə dedi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə