Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   36   37   38   39   40   41   42   43   ...   111

 
102
- Hələ get aftafanı içərindən su ilə doldur gətir, bir əlimi yuyum, sonra 
danışarıq. 
Yusif qapıya tərəf yönəldi. 
- Ə, dayan! – deyə Camal ona yaxınlaşdı, - hələ yaran sağalmayıb? 
- Yox. Məni ağa evdən qovdu… Dedi: işə yaramırsan. 
- Hə-ə! Neynək, fikir eləmə. Get! 
Yusif getdi. 
- Eh, xata-bala bir-birinin dalınca gəlir. Çarxın çevrilsin, ay belə dövran!.. 
Tükəzbanla Rüstəm həyətə girdilər. 
Tükəzban: 
- Bizə qonaq gəlib, Camal, - dedi. – Nəbi dayıgilin qohumudur. Deyir: 
Növrəstənin, Yusifin dayısıyam. 
Camal Rüstəmə tərəf addımlayıb: 
- Xoş gəlmisən! – dedi və onunla əl tutub evə dəvət elədi. 
- Yaxşı olardı ki, bizim qohumların olduğu evi mənə göstərəydiniz. Çoxdan 
görməmişəm, bərk darıxıram. Mənə Comərd dedi ki, Nəbigil sizin tövlədə olurlar. 
Odur ki, mən elə kəndlilərdən sizin evi soruşub gəldim. 
- Yaxşı eləmisən, buyur içəri, otur, bir az dincəl, sonra qohumlarını 
görərsən… 
Onlar evə sarı getməyə başladılar. Qapıya beş-altı addım qalmış Yusif 
içəridən çıxdı. Rüstəmi görəndə, bir an təəccüb içində qaldı, sonra sevindiyindən 
aftafanı yerə atıb: 
- Dayı! – deyərək, ona sarı qaçdı. 
Rüstəm: 
- Yusif! Can bala! – deyib onu qucaqladı, öpdü… 
Yusif sevincindən ağladı. Öz ürəyinin də kövrəldiyinə baxmayaraq, Rüstəm 
bacısı oğlunu sakit edə-edə onunla bərabər içəri girdi. 
Müəllim Rüstəm də qaçqınlıq müddətində rahat yaşamamışdı. Bir neçə ay 
dostu Vəlinin evində qonaq kimi qalmışdı. Bir tərəfdən bekarçılıq onu darıxdırmış, 
o biri tərəfdən, dostu olsa da, başqasının evində aylarla yaşamaqdan xəcalət 
çəkmişdi. Rüstəm çox fikirləşdikdən sonra Bakıya gedib, orda işə girmək qərarına 
gəlmişdi. O, bu fikrini Vəliyə də demişdi. Vəli hörmət və səmimi dostluq əlaməti 
olaraq, onun getməsinə razılıq verməmişdi. Ancaq Rüstəmin fikrinin qəti olduğunu 
görüncə, daha etiraz etməmişdi. Ona bir müddət yaşamaq, xərcləmək üçün pul, 
hətta bir neçə qızıl verib yola salmışdı. 
Rüstəm çox çətinliklə  gəlib Bakıya çıxmışdı. Bir aya qədər Bakıda 
«Dağıstan» mehmanxanasında yaşamışdı. 
Bir kənd müəlliminin ilk dəfə gördüyü bu böyük, sənaye  şəhərinin uca, 
yaraşıqlı binaları, geniş küçələri, dənizi, bulvarı, restoranları, ümumiyyətlə zahiri 
dəbdəbəsi çox xoşuna gəlmişdi. Kəndin nə qədər geri qaldığını indi bir daha təsdiq 
eləmişdi. Hətta, belə gözəl şəhərdə deyil, indiyə kimi ucqar və mədəniyyətsiz bir 
kənddə yaşadığına təəssüflənmişdi. Ona elə gəlmişdi ki, Bakıda yaşayan adamların 
hamısı qəmsiz, kədərsiz, xoşbəxt adamlardır. Ona görə də, həmişəlik Bakıda qalıb 
bir məktəbdə dərs demək onun ən böyük arzusu olmuşdu. O, bu məqsədlə Maarif 
Nazirliyinə müraciət etmiş, lakin şəhər məktəblərinin heç birində yer olmadığını 


 
103
ona söyləmişdilər. Bakıdan ayrılmaq istəməyən Rüstəm, yüngül bir qulluq, kiçik 
bir məmurluq vəzifəsi axtarmağa başlamışdı. Lakin Müsavat idarələrində bunu da 
tapa bilməmişdi. Bu vəziyyət onu darıxdırmış, onda bir növ ümidsizlik hissi 
doğurmuşdu. Bunun nəticəsində, zahiri gözəlliyi ilə Rüstəmi özünə  cəlb edən 
şəhər, onda başqa fikirlər oyatmağa başlamışdı. Bekar qaldığı günlər Rüstəmi 
şəhər həyatına bir qədər dərindən bələd olmağa məcbur eləmişdi. O, küçələrdə, 
bulvarda dilənçiləri gördükcə iki-üç mərtəbəli evlərdə deyil, qaranlıq, nəm 
zirzəmirlərdə yaşayan yoxsulları müşahidə etdikcə; işsiz, avara adamların çörək, 
dolanışıq üçün özlərini ora-bura vurmalarını bildikcə, Bakıda bir-birinə əks duran 
iki həyat olduğunu yəqin etmişdi. 
Şəhərdən ümidini üzmüş Rüstəm Sabunçuya getmişdi. 
Zəngəzurdan, elə  Şəkinin özündən orada bir çox adamın yaşayıb, fəhləlik 
elədiyi ona məlum idi. Sabunçuya getməsində  də  məqsədi onların vasitəsilə 
münasib bir iş tapmaq idi. 
Rüstəm, əlbəttə, öz yerlisi olan fəhlələrlə görüşmüşdü. Oruc adlı birisi onu 
öz mənzilində saxlamışdı. Lakin qulluq üçün hansı mədənə, hansı yerə getmişdisə, 
kor-peşman qayıtmışdı… 
Bir gün təsadüfi olaraq, Comərdlə Qiyası Orucgildə görmüşdü. 
Söhbət zamanı o, Bakıda «iki həyat» gördüyünü onlara söyləmişdi. 
Rüstəmin gələcəkdə  cəmiyyət üçün faydalı bir adam olacağından ümidini 
kəsməmiş Comərd, onu fəhlələrin həyatı ilə  ətraflı tanış eləmişdi. Fəhlələrin 
işlədiyi mədənlərə, emalatxanalara, onların bəzi yığıncaqlarına aparmışdı. Bakı 
fəhlələrinin arzusu, mübarizəsi, məqsədi ona tamam aydın olmuşdu. Rüstəm başa 
düşmüşdü ki, müxtəlif millətlərdən olan Bakı proletariatı ordusu Müsavat 
quruluşuna, Müsavat hökumətinə qəti zərbə endirməyə hazırlaşır. 
Comərd yenə Rüstəmin də mübarizəyə qoşulmasını  məsləhət görərək 
demişdi: 
- Sənin Bakıya gəlməyin pis olmadı. Böyük şəhərlər adamın gözünü açır… 
Özün dediyin kimi, burda bir-birinə zidd olan iki həyat, iki dünya gördün. Bu 
vəziyyəti sən kənddə də görmüşdün. Lakin o zaman onun ziddiyyətini, mahiyyətini 
lazımi qədər dərk eləyə bilmirdin. Bolşeviklərin, yoxsulların Hacı Atakişilərə, 
Əmirlərə qarşı apardıqları mübarizədən yaxanı  kənara çəkirdin… Sən burda 
mədən, fabrik, zavod sahiblərinin fəhlələri necə istismar elədiklərini, Bakı neftinin 
kimləri milyonçu, kimləri dilənçi elədiyini bildin, öyrəndin… Mübarizə Alovu 
sönməyib, Rüstəm. O, getdikcə  qızışır. Zaqafqaziya proletariatı, yoxsul kəndlilər 
öz arzularına çatmayınca, müsavat, daşnak, menşevik quruluşu fəhlə-kəndli 
hökumətilə  əvəz edilməyincə, bu mübarizədən  əl çəkməyəcəklər. Bildinmi, 
Rüstəm? Bizim mübarizəmiz Həkəri-Bərgüşad kəndlərində, Zəngəzur dağlarında, 
Qafan meşələrində olmalıdır. Mən özüm də Qiyasla bərabər, tezliklə  kəndə 
qayıdacağam.  Şahmərdan Qubatlıya getdi. Yeznən Nəbi və bacın uşaqları orda 
yaşayırlar. Çoxdandır onlardan xəbərin yoxdur. Sən də onların yanına get. 
Hamımız bir yerdə olsaq, qüvvələrimizi birləşdirsək, yaxşı olar. Bakıda işsiz, 
sərgərdan gəzməyin daha mənası yoxdur… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə