Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   39   40   41   42   43   44   45   46   ...   111

 
109
Biz getdikcə möhkəmlənirik. Ağac kimi hər yana kök salırıq. Zəngəzurda Milli 
Şuranın yaranması buna sübutdur. Bu Şurada oturanlar qəzanın hörmətli, dövlətli 
adamlarıdır, yəni sizsiniz, ağalar! Sözüm bunda deyil. Onu demək istəyirəm ki, biz 
dəryada bir tək ada kimi deyilik. İndi bizi dünyanın nəhəng hökumətləri tanıyır. Öz 
fikrimizi, məqsədimizi yerinə yetirməkdə dostlarımız da az deyil. Məsəla, Şimali 
Qafqazdakı «Könüllü ordunun» generalı  cənab Denikin yaxın dostumuzdur. Nə 
qədər ki, mənə  məlumdur, onun Ermənistanda, eyni zamanda, Ermənistan 
hökumətinin də general Denikinin ordusunda nümayəndəsi var. Əgər sabah bizə 
bir yandan təhlükə üz versə, «Könüllü ordu» sel kimi axıb köməyimizə  gələcək! 
Bu belə!  İkinci tərəfdən dalımızda ingilislər, amerikalılar, fransızlar möhkəm 
durublar. Eyni zamanda, bu Avropa hökumətləri general Denikin və Kolçakla da 
sıx əlaqədədirlər. 
Oturanlardan kimsə sual verdi: 
- Dediyin hökumətlərin və generalların müsavatçılarla, menşeviklərlə əlaqəsi 
varmı? Onlara da kömək eləyirlərmi? 
- Bəli. Amma nə üçün kömək eləyirlər? Onun üçün ki, Rusiya inqilabı, 
qırmızı inqilab Zaqafqaziyaya gəlməsin. Onun üçün ki, siz dövlətli və mülkədar 
ağaların malı-torpağı əldən getməsin. Bizim ingilis, amerikan, fransız dostlarımız 
çalışırlar ki, bolşeviklərin qırmızı inqilabı elə Rusiyada boğulsun. Bizim də 
məqsədimiz budur. Müsavatçıların, menşeviklərin də fikri belədir. Məhz bu 
cəhətdən bizimlə Azərbaycan və Gürcüstan hökumətləri arasında birlik var. Bizim 
dostlarımız da Zaqafqaziya hökumətlərinə köməyi ancaq buna görə eləyirlər. Onu 
da deyim ki, onlar olmasalar, nə biz hakimiyyət başında dura bilərik, nə 
müsavatçılar, nə  də menşeviklər. Bolşeviklərin sözü ilə oturub-duran fəhlə-
kəndlilər tükümüzü didərlər. Bəli, ağalar, biz də dostlarımızla möhkəm  əlaqə 
saxlayırıq. Təkliflərini yerinə yetiririk. Onlar deyirlər, köhnə qanun-qaydanı 
saxlayın, biz də saxlayıb möhkəmləndiririk. Hələ üstəlik müsəlmanların hesabına 
torpağımızı da genişləndiririk. Amma onu deyim ki, bu sahədə görəcəyimiz çox 
işlər qabaqdadır. Nəhayət, onlar deyirlər ki, bolşeviklərin gərək kökü kəsilsin, biz 
də kəsirik, onlarla amansız mübarizə edirik, tuturuq, sürgün edirik. Lakin, ağalar, 
bunu danmaq olmaz ki, hələ bolşeviklərin hamısı tərk olmayıb. Onlar şeytan kimi 
gözə görünmürlərsə  də, əl altından öz işlərini görürlər. Camaatı yoldan çıxarmaq 
üçün evlərin divarlarına, dükanların qapılarına, ağaclara, hətta, teleqraf dirəklərinə 
cürbəcür kağızlar yapışdırırlar. Bir baxın, o həyasızlar nə yazırlar. – Karo 
pencəyinin cibindən bir kağız çıxarıb oxumağa başladı: 
«…Kəndlilər, yoxsullar! Daşnak hökuməti dövlətlilərin, meliklərin, 
mülkədarların hökumətidir. Daşnaklar iş başına gələndən sizin güzəranınız daha 
pisləşib. Kəndləri aclıq, dilənçilik  əldən salıb. Daşnaklar müsəlmanlarla və 
gürcülərlə davanı  kəsmək istəmirlər,  əksinə, getdikcə  qızışdırırlar. Az-çox 
taxılınızı, mal-qoyununuzu əlinizdən alıb, qoşuna yedirdirlər. Evdə isə külfətiniz 
acından ölür. Sizi cürbəcür yalan vədlərlə aldadırlar.» - Karo gözünü kağızdan 
çəkib, kinayə ilə dedi: - Bəli, cənab bolşeviklər! Biz qoşunumuza çörək də, ət də 
veririk. Özü də, kəndlilərdən alıb veririk. Yerdən çıxartmayacayıq ki… Amma siz, 
erməni millətinin qoşun sahibi olduğuna paxıllıq edirsiniz. İstəyirsiniz ki, 
müsavatçılar və menşeviklər bizim boynumuza minsinlər. Siz ona da paxıllıq 


 
110
eləyirsiniz ki, ingilis, amerikan, fransız dostlarımız bizə silah verirlər… Elə bir o 
qalıb deyəsiniz ki, mən, Karo Hamparsumyanın, qəza general-qubernatorunun 
əynindəki frenç, şalvar niyə ingilis malındandır?!. 
Oturanlar gülüşdülər. Karo yenə kağızı oxumağa başladı: 
«…Kəndlilər, fəlakət burasındadır ki, ölkədə  əkin yerləri azalır, meyvə 
bağları tələf olur, cüt, kotan və başqa təsərrüfat alətləri getdikcə azalır…». 
Kimsə yerindən dilləndi: 
- Doğrudur, düzdür. İldən-ilə əkin yeri azalır… 
Karo gözünün altınca oturanlara baxıb: 
- Qulaq asın! – deyə yenə oxumağa davam elədi: 
«…Siz yoxsullar, uşağınızın göz yaşını bir parça çörəklə qurutmaq üçün, 
torpağınızı satmağa məcbur olursunuz…». 
Qabaqda oturan qara arxalıqlı, gümüş toqqalı, yekə  bığlı, xınzirəkli 
mülkədar Manuçar Sarumov Karonun sözünü kəsib ucadan dedi: 
- Hörmətli general-nahankapet, bolşeviklər bunu yalan yazıblar.  Əvvəla, 
hansı adam torpağını bir tikə çörəyə satar?.. İkinci, mənim o qədər torpağım var ki, 
daha dünyanı almayacağam ki… 
- Ərə, Manuçar, söhbət səndən getmir, - deyə onun yanında oturan başqa bir 
mülkədar dilləndi. – Aclığı zarafat bilmə. Kəndli yerini də satar, canı da çıxar. Ərə, 
elə mənim dayım üç gün bundan irəli Dığ kəndlisinin torpağını almadı?.. Sən öl, 
Manuçar, beş desyatin yeri ikicə çanaq arpaya aldı… 
- Bəli, bəli, bu həqiqətdir! – deyə Arakel onun sözünü təsdiq elədi. – Mənim 
gözümün qabağında, Arzo adlı bir kəndli öz yerini, bax burda əyləşən Baqrat 
ağaya üç pud taxıla satdı. 
Karo: 
- Ağalar, - dedi, - sözümü yarımçıq qoymayın, heç kəs də yerindən 
danışmasın. Biz burda hökumət, millət məsələsi həll eləyirik… Torpaq satıb, 
almağın hökumətə dəxli yoxdur. O, kəndlinin öz işidir.  İstəyir on desyatin yerini 
bir girvənkə çörəyə satsın, istəyir torpaq yesin… Görün daha nə yazırlar. – Karo 
oxudu: «…Millət, millət, deyə döşlərinə döyən daşnak başçılarının hər sözü 
yalandır. Onlar iş başına gələndə  kəndliyə torpaq verməyi vəd etmişdilər. Bəs 
hanı? Niyə vermədilər? Balıq susuz yaşaya bilmədiyi kimi, kəndli də torpaqsız, 
əkin-biçinsiz yaşaya bilməz. Bəs, siz yoxsul kəndlilər, ac, çılpaq kəndlilər yeri, 
öküzü, toxumu hardan almalısınız…». 
- Ərə, general-nahankapet, mən ölüm bir dayan! – deyə goruslu, şişman bir 
tacir Karonun sözünü kəsdi. – Qoy o bolşovoylar torpağı gəlib mənim dükanımdan 
alsınlar. Ha… ha… ha! Bu Karo Hamparsumyan ağa da hökumətin biri! Onun 
torpağı var kəndliyə versin… 
Otağı gülüş səsi götürdü. Karo isə oxuyurdu: 
«…Yoxsul kəndli qardaşlar! Daşnak hökuməti və mülkədarlarla ciddi 
mübarizəyə girişin! Qorxmayın! Bizim arxamızda inqilabçı Rusiya durub. 
Zaqafqaziyanın bütün fəhlələri, yoxsul kəndliləri durub! Qardaşlar, Zəngəzur 
bolşevik təşkilatının ətrafına toplanın». 
Gümüş toqqalı, yekə bığlı mülkədar yerindən qışqırdı: 
- Burax getsin, sən Allah! Qanımı qaraltma! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə