Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   40   41   42   43   44   45   46   47   ...   111

 
111
Arıq, boynu uzun mülkədar da həyəcanla yerindən qalxıb dedi: 
- Güc, ixtiyarat sən general-nahankapetdədir. Nə bilirsən elə! Onların birini 
sağ qoyma! Bizdən də nə istəyirsən verək. Nə deyirsən eləyək! 
Karo: 
- Bax, əsl məsələ budur, - dedi. – Mən kağızı  qəsdən oxudum ki, 
düşmənimizi daha yaxşı tanıyasınız. Onları harda görsəniz, yerlərini bilsəniz 
hökumətə  xəbər verəsiniz. Mənim özümün isə, siz ağaların mənafeyini 
gözləməkdən başqa məqsədim yoxdur. Ağalar, indi keçirəm ikinci məsələyə. Bu 
barədə çox danışıq aparmayacayıq. Mən ancaq bir məsələni Milli Şura üzvlərinin 
nəzərinə çatdırmaq istəyirəm. Bu yaxınlarda qoşunumuz hücuma keçəcək. 
Sərhədimizə yaxın olan müsəlman kəndlərini götürəcəyik. Plan belədir ki, gərək 
bütün Kürdüstan, Həkəri-Bərgüşad kəndləri bizim əlimizə keçsin, tezliklə 
Qarabağa girək… Ona görə ayıq olun, bolşeviklərin bu cür kağızlarına inanmayın, 
hökumət nə istəsə,  əsirgəməyin. Onu da deyim ki, Vedi və onun ətrafındakı 
müsəlman kəndlərinə bu yaxınlarda yaxşı divan tutulmuşdur.  İndi o kəndlər də 
erməni qardaşlarımızın əlindədir. Ölən ölmüş, sağ qalan müsəlmanlarsa, İrana və 
Naxçıvana qaçmışdır. Belə də danışıq var ki, İravandakı qoşun Naxçıvana hücum 
eləsin. Nə isə, ağalar, yenə deyirəm: öz hökumətimizə hər zaman kömək eləyin. 
Kimsə dedi: 
- Qorxma, general-nahankapet, hökumətin dalında dağ kimi durmuşuq. Təki 
elə bizim qoşunumuz yer alsın, kənd dağıtsın. 
- Mənə söz ver! – deyə Arakel Karoya müraciət elədi. 
Karo: 
- Ağalar, - dedi, - Milli Şuranın hörmətli və ziyalı üzvü doktor Arakel 
Lalayans danışacaq.  
Hamı gözünü Arakelə dikdi. O, ayağa qalxıb dedi: 
- Mən siyasət adamı deyiləm. Hamınız bilirsiniz ki, həkiməm. Milli Şuranın 
üzvü olduğum üçün öz fikrimi burda açıq demək istəyirəm. Bəli, onu demək 
istəyirəm ki, bu saat dünya dəyib bir-birinə. Rusiyanın mərkəzində  fəhlə-kəndli 
hökuməti qurulub. Bu hökumət üçüncü ildir ki, yaşayır. Amma, bizim 
Zaqafqaziyada çox qarışıqlıqdır. Burada camaatı, milləti daşnaklar bir yana çəkir, 
menşeviklər o biri yana çəkir, müsavatçılar da tamam başqa yana çəkir. Bu hal, bu 
vəziyyət oxşayır rus şairi Krılovun «Balıq, ördək və xərçəng» təmsilinə. Hərə bir 
tərəfə  çəkir, amma araba yerdən tərpənmir.  İndi hamı millətin «halına qalır», 
amma millətin halı heç yaxşılaşmır… Mən bir həkim kimi, kəndləri gəzirəm. Ölən 
doğulandan çoxdur. Camaat acından və xəstəlikdən qırılır. Ona görə, mənim Milli 
Şuraya iki təklifim var: hökumət Gorusda bir xəstəxana açsın. Bir də, aclara taxıl 
paylansın… çox adam ot yeyir… Millət qırılıb gedir. Ona belə gündə  əl tutmaq 
lazımdır. 
- Taxılı hökumət hardan alıb paylasın, ay həkim? – deyə kimsə yerindən 
qışqırdı. 
- O adamlardan ki, ambarları, quyuları arpa-buğda ilə doludur, - deyə Arakel 
cavab verdi. – Əgər millət qədri bilirsinizsə, cibinizin, quyularınızın ağzını gərək 
açasınız. 
Adamların arasında xısın-xısın danışıq başlandı. 


 
112
- Bu kimi deyir?.. 
- Niyə belə danışır?.. 
- Kim öz taxılını ona-buna verər?.. 
Karo Arakelə qəsdən bir söz demir, daha nə danışacağını maraqla gözləyirdi. 
Arakel dedi: 
- Bəli, biz gərək elə iş görək ki, hamının qarnı doysun, torpağı, inəyi, öküzü 
olsun; heç kəs qılınc-qalxan götürüb, qonşu kəndləri viran qoymağa getməsin, qan 
axıtmasın… - Zahirdə sakit, lakin daxildə həyəcanlı olan Arakel bərk öskürməyə 
başladı. Bu zaman yenə adamların arasında danışıq getdi: 
- Ərə, bu həkim, Karonun tərsinə danışdı ki… 
- Sən öl, bura gələndə içib, yoxsa, ağlı başında olan adam da belə hörmətli 
məclisdə bu cür axmaq söz danışarmı? 
Karo ayağa durdu. Pərtliyini büruzə verməyib dedi: 
- Ağalar, orda pıçıltını  kəsin! Doktor, sən də otur! Daha uzun-uzadı nitq 
eşitməyə vaxt yoxdur… 
Arakel keçib yerində oturdu. Keşiş Mesrop ilə yanaşı oturan Baqrat əlini 
Karoya tərəf uzadıb söz istədi. 
Karo dedi: 
- Hörmətli adamlarımızdan biri, Milli Şuranın ləyaqətli üzvü Baqrat ağa 
danışacaq: 
Baqrat ayağa qalxıb dedi: 
- Ağalar, mən fəxr eləyirəm ki, Milli Şuranın üzvüyəm. Bunu başa düşmək 
lazımdır ki, bu xoşbəxtlik hər adama qismət olmaz. Amma əfsus ki, hər adam bunu 
başa düşmür. Elə götürək bizim həkim Arakeli. O, necə ki, həkim – çox yaxşıdır, 
mənim qızımı da sağaldıb. Amma, düzü, burda bir az alt-üst vurdu. Mən, düzdür, 
Arzonun torpağını satın almışam. Bundan sonra da alacağam. Bunu mənə kim 
qadağan eləyəcək… Qaldı aclara taxıl vermək, nə deyim… Kim istəyir versin. 
Mənim artıq bir saman çöpüm də yoxdur… Mən ancaq qoşun üçün taxıl,  ətlik 
verərəm. Mən razıyam ki, musurman kəndlərini elə bu gün dağıtsınlar. Başa 
düşmək lazımdır ki, hökumət hər  şeyi bizdən yaxşı görür və bilir. Mən sözümü 
qurtarıb deyirəm, bizim general-nahankapet hər nə desə, ona razıyıq. Çünki onun 
ayağı biləni bizim başımız bilmir. – O, üzünü Karoya tutub əl çaldı… Başqaları da 
ona qoşuldu. Giyəvi ilə fəxr eləyən Baqrat oturdu. 
Karo: 
- Sağ ol, Baqrat ağa! – dedi, - yaxşı danışdın. Ağalar, Milli Şuranın iclasını 
bağlayıram. Gedə bilərsiniz. Doktor, sən qal! 
Adamlar Arakelin üzünə  tərs-tərs baxa-baxa, öz aralarında pıçıldaşa-
pıçıldaşa çıxıb getdilər. 
Karo Arakelə dedi: 
- Yaxın əyləş, doktor! Səninlə xüsusi söhbətim var. 
Onlar qarşı-qarşıya oturdular. Karo Arakelin üzünə  mənalı-mənalı baxaraq 
dedi: 
- Mən səndən belə sözlər eşitməmişdim, doktor… Bugünkü nitqinlə hamını 
heyran elədin. Çox sağ ol!.. 
Arakel, Karonun iclası nə üçün tez bağladığını yaxşı başa düşmüşdü. 


 
113
- Məni axıra kimi danışmağa qoymadın. Elə güman edirəm ki, hər kəs öz 
fikrini deyə bilər… Bəs Milli Şura nə üçündür! 
- Bəli, deyə bilər, amma sən pis başladın, çox pis. Şura üzvləri səndən başqa 
sözlər, fikirlər gözləyirdilər. Amma sən bir az da danışsaydın, axırda bizi ittiham 
eləyəcəkdin. Sənin yumşaqlığına, humanistliyinə ehtiyac yoxdur. Biz 
hakimiyyətimizi qoruyub möhkəmləndirməliyik. Erməni ziyalısı millətin və 
hökumətin mənafeyini gözləməlidir. Amma sənin sözlərindən belə anlaşıldı ki, 
müsəlman kəndlərinin dağıdılması nahaqdır, mülkədarlar da öz torpaqlarını 
kasıblara verməlidirlər… Bizim hökumətdə belə qanun yoxdur… Səni ağıllı bir 
erməni ziyalısı kimi, ölkədə tanınmış hörmətli bir doktor kimi Milli Şuranın üzvü 
elədik. Amma sən bu gün bir sosialist, daha doğrusu, bir bolşevik kimi danışdın. 
Elə bolşeviklər də, oxuduğum kağızlarında sən deyəni demirlərmi? Sənin bolşevik 
olmadığına heç şübhəm yoxdur. Bəlkə, ürəkdə… Yox, yox, buna da inanmıram. 
Ancaq belə  zərərli fikirləri tamam beynindən çıxartmalısan. Yaxşı, de görək, biz 
hansı  ağanın, mülkədarın taxılını alıb aclara paylaya bilərik? Biz bütün vəsaiti
taxılı qoşunun saxlanmasına sərf edirik. Bizə  hərbi qüvvə lazımdır. Bizə 
Qarabağda qoşun saxlayan müsavatçılara zərbə vuracaq soldat lazımdır. Belə 
deyilmi, cənab doktor? 
Arakel dillənmədi. 
Karo sözünə davam elədi: 
- Aclıqdan, camaatın ot yeməsindən deyirsən. O bizə məlumdur. Amma nə 
eləyək? Zəngəzur kəndlisinin qarnı nə zaman doyub ki, biz də doyuraq?! Torpağını 
kəndlilərə müftə payladığın da mənə  məlumdur. Ancaq nə üçün? Kimin xeyrinə 
bunu eləmisən? Məncə, bir mülkədar oğlunun bu cür səxavət və insanpərvərlik 
göstərməsi axmaqlıqdır. Qərəz, bir erməni ziyalısı olduğun üçün xatirini çox 
istəyirəm. Bir də nişanlımı sağaltdığına görə sənə hörmət edirəm. 
Karonun danlağını, nəsihətini eşidən Arakel soruşdu: 
- Baqratın qızını deyirsən? Xəstəyə müalicə eləmək mənim borcumdur. Qız 
özü də çox yaxşı qızdır. 
- Pis qız deyil. Görürsən, doktor, mən haqqı-sayı itirən adam deyiləm. Ali 
orqanımıza üzv olmağına səbəblərdən biri də Siranuşu müalicə edib 
sağaltmağındır. Mən  əminəm ki, bir vaxt müsavatçılarla olacaq müharibədə
yaralanan qoçaq erməni  əsgərlərini yaxşı müalicə edəcəksən. Bu olacaq sənin 
millət qarşısında xidmətin!.. Bundan əlavə, ideya cəhətdən sən bir ziyalı kimi mənə 
kömək eləməlisən. Milli Şuranın savadsız, cahil üzvləri olan mülkədarlar, 
dövlətlilər, alış-verişçilər hökumətə maddi yardım göstərmək üçün lazımdırlar. 
Aydındırmı, doktor? Güman edirəm ki, bizim aramızda daha belə söhbətlər 
olmayacaq. Elədirmi? 
- Mənim heç bir sözüm yoxdur. 
-  Şuranın gələcək iclasında bütün üzvlərdən, yersiz, mənasız danışdığına 
görə üzr istəyərsən. Yaxşımı? 
Kim ilə  nə dildə danışmaq lazım olduğunu bilməyən,  şöhrətdən başı 
gicəllənən, ixtiyarat və qulluq cəhətdən özündən kiçik olan adamları bir milçək 
boyda görən bu kobud general-qubernator Arakelin gözündə  nə  qədər alçaldı!.. 
Onun sözlərindən, rəftarından son dərəcə incidisə də, heç bir söz demədi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə