Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   48   49   50   51   52   53   54   55   ...   111

 
132
- A kişi, özünü lallığa, karlığa niyə vurmuşdun? – deyə Qiyas soruşdu. 
- İndi hansınıza cavab verim? Siz kimsiniz? Bu gecə vaxtı hardan gəlib, hara 
gedirsiniz?! Qollarımı burax, ağrın alım. Mən nə pis adamam, nə qaçaq-qulduram 
– kəndliyəm, başınıza dönüm… 
Qiyas onun qollarını buraxdı. 
- Otur yerə! Danış görək kimsən? 
Hamısı yolun qırağında, bir dik yerdə əyləşdi. Comərd dedi: 
- İndi sən danış görək kimsən? 
- Mənim adım Həbibulladır. Özüm də Temirmuskanlı  kəndindənəm. 
Gürcülüyə gedirdim, azmışam. Yaxşı oldu ki, qurda-quşa rast gəlmədim. Siz 
müsəlman qardaşlarıma rast gəldim. Müxtəsər, nə təhər oldusa, ağzım düşdü yal-
yamaca. Başınıza dönüm, mənə deyin, bura haradır? 
Comərd: 
- A kişi, Gürcülü Temirmuskanlının yanındadır ki! – dedi. – Düz danış! 
Dünyada düzə zaval yoxdur. 
- Hə də, başına dönüm; yol azan elə huşsuz olar. Heç öz qapısını da tanımaz. 
- Ora nə üçün gedirdin? 
Qiyasın sualına cavab verməyən Həbibulla soruşdu: 
- Sizin adınız nədir? Axı, kim olduğunuzu mənə demədiniz? 
Qiyas dedi: 
- Sözü azdırma, kişi! Suala cavab ver. Hara gedirsən? 
- Ay qadanızı alım, axı  nə deyim… Məni evimdən-eşiyimdən dərbədər 
eləyən övladdır. Sizdən eyib olmasın, o kənddə bir kəsiyimiz var, əri döyüb incidir. 
Gedirdim onu götürüb evimə aparam. Hə, daha mən gedim, səhərə ancaq çataram. 
– O, ayağa qalxmaq istəyəndə, Şahmərdan: 
- Otur Həbibulla kişi, otur! – dedi və  ətəyindən tutub aşağı  çəkdi. – Hara 
tələsirsən? 
- Kəndimizə. Daha niyə oturum… 
- Biz də sizin kəndə  tərəf gedəcəyik. Yol yoldaşı olarıq. Otur, bir az da 
dincələk… 
- Ə, siz həzrət Abbas, məqsədiniz məni soymaq deyil ki? Atamın qəbri haqqı 
heç bir şeyim yoxdur. 
- Biz adam soyan deyilik, a kişi! 
Artıq dan yeri sökülürdü. Ətrafdakı  ağaclar, kollar, daşlar, təpələr daha 
seçilməyə başlayırdı. 
Ağarmaqda olan üfüqə baxan Həbibulla qıllı papağını gözünün üstünə basıb: 
- Mən gedirəm! – deyə dik ayağa qalxdı. 
- Biz də gedək! – Comərd durdu. 
Həbibulla fikirləşdi: «Necə eləyim ki, qaçım? Məni daldan vura bilərlərmi? 
Bəlkə tapançanı işə salım? Axı, onların da silahı var…» 
- Gedək! 
Həbibulla papağını bir az da aşağı basaraq: 
- Mən bu tərəfə gedəcəyəm, - deyə Comərdə cavab verdi. – İndi yolu 
tanıdım. 
Comərd: 


 
133
- Mən də səni tanıdım, - dedi. – Papağı nahaq yerə gözünün üstünə basma, 
Mirzə Məhəmməd Şadlinski! Mənim köhnə «dostum»! 
- Üzünü çoxdan görməmişik! – deyə Qiyas Şadlinskinin papağını geri 
itələdi. 
Şahmərdan qəhqəhə çəkib dedi: 
- Sir-sifəti heç dəyişməyib. Amma bığlarını  əvvəlkindən daha çox uzadıb. 
Lap Koroğluya oxşayır… Buna baxın, köhnə çarığına, yamaqlı arxalığına, gödək 
çuxasına baxın. Kim bunu yoxsul bir kəndlidən ayırar?! 
Başını  aşağı salmış  Şadlinski cavab vermək deyil, yalnız canını necə 
qurtaracağı haqda düşünürdü. 
Şadlinski kəskin bir hərəkətlə  əlini  şalvar cibinə aparanda, onun niyyətini 
dərhal başa düşən Şahmərdan tapançasını ona yönəldib qəzəblə dedi: 
- Əllərini yuxarı qaldır! Qiyas, bunu axtar! 
Qiyas Şadlinskinin hər yerini axtardı. Cibindən balaca bir tapança çıxartdı. 
- Bəh-bəh! Təzə tapança, zağlı tapança! – deyə Qiyas onu Comərdə verdi. 
-  İngilis tapançasıdır. Kolt… - deyə Comərd gülümsündü, sonra ciddi bir 
tərzdə soruşdu: - Köhnə casus, məni öldürmək istədiyin yadındadırmı? 
Şadlinski başını yuxarı qaldırmadan dedi: 
- Mən sizin heç birinizi tanımıram. 
- Tanımırsan? On səkkizinci ilin qışı yadına gəlirmi? Əli Sadiqi ilə bərabər 
Şəkiyə gəlib camaatdan ianə yığmaq istədiyinizi xatırlayırsanmı? Məni və Sureni 
tutub jandarm idarəsinə vermək istədiyini, üstümüzə tapança çəkdiyini nə tez 
unutmusan! Yaxşı! De görək ingilislərlə nə zamandan dost olmusan? 
- Mən onlarla dost deyiləm. 
- Onların casususan! Ağalarının tapşırığı ilə hara və nə məqsədlə gedirdin? 
Bunu de! 
- İngilislər hələ avqust ayında Bakıdan gediblər. Mən necə onların casusu ola 
bilərəm?! 
- Onların sənin kimi etibarlı, sadiq nökərləri, mahir casusları Zaqafqaziyada 
az deyil. De görək onlara neçəyə satılmısan? 
Şadlinski susdu. 
- Sualıma cavab ver! Hara gedirdin? Niyə susursan? – Comərd onun hiyləgər 
gözlərinin içinə baxıb  əlavə elədi: - Sənin canını doğru-düzgün danışmağın 
qurtaracaq. 
Şadlinski heç kəsə, heç zaman ölüm məqamında belə sirr verməyəcəyinə and 
içdiyini yadına saldı. Ona elə  gəldi ki, Hilal bəy başının üstünü kəsib deyir: 
«Şadlinski, sən bizim təcrübəli, bacarıqlı xəfiyyəmizsən, bunu unutma! Boğazına 
qurğuşun da töksələr, dilindən bir kəlmə çıxmasın!» 
Comərd Şadlinskinin canına qorxu salıb, sirr almaq məqsədilə dedi: 
- Dilindən qıfıl asmış bu köhnə casus ölmək istəyir. Onu dərənin dibinə 
çəkin! 
Şadlinskini dərənin içindəki böyük bir qayanın dibinə apardılar. 
Şahmərdanla Qiyas beş addım aralıda dayanıb tapançalarını ona sarı tuşladılar. 


 
134
Bir anda, bəlkə andan da az vaxtdan sonra gözlərini  əbədilik qapayacaq 
ölümün dəhşəti  Şadlinskini sarsıtdı. Bircə gün də olsa, yaşamaq xatirinə yalnız 
andını pozmaq, vəzifəsini unutmaq deyil, ölkəni satmağa hazır olan casus çığırdı: 
- Məni öldürməyin, yalvarıram! Öldürməyin! – Onun ağlar səsi dərə boyu 
əks-səda verdi. 
- Yaşamaq istəyirsənsə, hər şeyi de, özün də düzünü de! 
- Düzünü deyəcəyəm, Comərd! Mən ingilislərin üzünü görməmişəm. Mənə 
tapşırıq verib göndərən müsavat ordusunun zabiti Hilal bəy Muradbəyovdur. Bir 
qardaşı Zeynal bəy Gəncədədir. O biri qardaşı Baxış bəy də Bərgüşaddadır. Daha 
nə deyim… - Şadlinski susub quru dodaqlarını yaladı, sonra əlavə etdi: - Məni 
öldürməyin… Bundan sonra sizin xeyrinizə işləməyə and içirəm, yoldaşlar! 
Comərdlə Qiyas Şadlinskinin «yoldaşlar» sözünə bilaixtiyar güldülər. 
Şahmərdan Şadlinskidən soruşdu: 
- Hilal bəy Muradbəyov sənə nə tapşırıq verib? 
- Erməni hərbi qüvvələrinin yerini öyrənməyi tapşırıb. 
- Demək, sən müsavat ordusunda hərbi kəşfiyyat orqanlarında işləyirsən? 
- Bəli, elədir, Comərd. Məni zorla hərbi qulluğa götürüb, özümə  də belə 
alçaq, iyrənc tapşırıq veriblər. Mən bu gecə  Dığ  kəndində olmalı idim. Orda bir 
erməni ilə görüşüb, ondan məlumat almalı idim. Gərək öyrənəydim ki, daşnakların 
qoşun hissələri indi harda yerləşir və onlar Azərbaycan kəndlərinə hücuma 
hazırlaşırlarmı. Əgər hazırlaşırlarsa, hücum hansı tərəfdən başlayacaq… 
- Erməni nə üçün sənə məlumat verib öz hökumətini satır? 
- Daşnak hökumətini istəməyən azdırmı? Bir də ki, pula nə var, anası 
ölsün… 
- Yaxşı, müsavat qoşun hissələri nə ilə məşğuldur? 
- Zəngəzura hücum eləməyə hazırlaşırlar. 
- Hücum nə vaxt olacaq? 
- Onu bilmirəm. 
- Düzünü de! 
- Atamın qəbri haqqı, bilmirəm. Bildiklərimi dedim. İndi məni buraxın 
gedim. 
Comərd: 
- Dayan hələ! – dedi. – Bir neçə sualım da var. Sən yəqin müsavatçıların 
sirrini daşnaklara verirsən, eləmi? 
- Xeyr, xeyr! Mən öz vəzifəmə xain çıxa bilmərəm. Mənim vicdanım bunu 
qəbul eləməz. 
- Yalansa, Allah sənə lənət eləsin! – deyə Qiyas dilləndi. – İtdə vicdan var 
ki, səndə yoxdur! Comərd qağa, bunu niyə çox danışdırırıq… Atıram!.. – Qiyas 
tapançanı yuxarı qaldırdı. 
Şadlinskinin rəngi ağardı, yalvarmağa başladı. 
- Yox, yox! Məni öldürməyin! Sizin heç yerdə adınızı çəkməyəcəyəm. Sizi 
tanımıram, sizi görməmişəm. Daha müsavatdan əl çəkirəm. Sizin ətəyinizdən 
yapışıram. Mənə tapşırıq verin, yoxlayın, sözüm düz çıxmasa, öldürün. İstəyirsiniz 
daşnaklardan, istəyirsiniz müsavatçılardan çox məlumat toplayıb sizə yetirim. 
Ancaq mənə yerinizi deyin, harda sizi görə bilərəm? Mənə inanın! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə