Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   47   48   49   50   51   52   53   54   ...   111

 
130
- Tüfəngin, patronun yerini mən bilirəm. – Oturanların onun üzünə bir növ 
şübhə ilə baxdıqlarını görən Hayk azacıq tutuldu. – Yoxsa, mənə inanmırsınız? Elə 
bilirsiniz zarafat eləyirəm? Daşnakların silah anbarı bizim Xınzirəkdə  də var. 
Manuçar Sarumovun zirzəmisi silah anbarıdır. Bilirsiniz hansı Manuçarı deyirəm? 
Milli  Şuranın üzvü Manuçarı. Onun nökəri ilə dostam. O, mənə deyirdi: «Bizim 
zirzəmimizdə tüfəng-patron saxlayırlar. Heç kəs bilmir. Gecələr anbarın qapısında 
qarovulçu durur». İstəyirsiniz bir şey eləyək. Mən, Suren, bir də  təzə tanış 
olduğum bu Qiyas yoldaş gecə ikən gedək, qarovulçunu öldürək, anbarı yarıb, 
istədiyiniz qədər tüfəng, patron götürək… 
Vahan: 
- Silah əldə etmək lazımdır, - dedi. – Ancaq… Nə isə, bu barədə 
fikirləşərik… Mən sizə başqa bir məsələ haqqında da danışmaq istəyirəm. 
Ermənistanın bəzi yerlərində  kəndlilər mülkədar torpaqlarını zorla tutub, öz 
aralarında bölür və əkirlər. Doğrudur, buna daşnak hökuməti yol vermir, kəndliləri 
həbs edir, öldürür… Ancaq belə bir vəziyyətin yaranması öz-özlüyündə kəndlilərin 
azadlıq və gözəl yaşayış  uğrunda mübarizəyə ciddi girişdiklərini göstərir. Belə 
hallar Zəngəzurda da ola bilər. Bizim vəzifəmiz kəndlilərin başladıqları 
mübarizəyə kömək eləmək və istiqamət verməkdir. Ola bilsin ki, bu yaxınlarda, 
Xınzirəkdə də bir hadisə baş versin. Açıq deyim ki, mənim bu barədə məlumatım 
vardır, yoxsullar mülkədar Manuçar Sarumovun yerini zorla əkmək istəyirlər. Biz 
belə kəndliləri müdafiə eləsək, onlar bizim mübarizəmizə qoşularlar. 
…Onlar, daşnak hərbi hissələri arasında təbliğat işi aparmaq haqda, 
əsgərlərin öz zabitlərinə qarşı çıxması üçün nə kimi iş görmək lazım olduğu barədə 
də danışdılar. 
Nəhayət, onlar nə vaxt və harada görüşəcəkləri barədə şərtləşdilər. 
Söhbət gecə yarısına kimi çəkdi. 
Comərd, Şahmərdan və Qiyas getmək üçün ayağa qalxdı.  
Surenlə Hayk onları kənddən çıxardıb, xeyli ötürdülər… 
 
Üç yoldaş yol ilə söhbət eləyə-eləyə gedirdi. Onlar məişət, ailə 
məsələlərindən danışırdılar. 
Bakıdan beş-altı gün bundan əvvəl gəlmiş Comərd qardaşı  uşaqları ilə  və 
Rüstəmlə görüşmüşdü. O, qardaşının ölümünə çox kədərlənmiş, ürəkdən yanmışdı, 
Növrəstənin başına gələnlər isə onda qəzəb oyatmışdı. 
Comərd ağıllı düşünən bir adam kimi, Növrəstəyə hirslənməmiş, onu əsassız 
yerə günahkarlandırmamışdı.  Şahmərdanı da onunla barışmağa məcbur 
eləməmişdi. O, inanırdı ki, Şahmərdan gec-tez bu fəlakətin  əsl səbəbini özü 
anlayacaq. Başa düşəcək ki, Növrəstənin və onun kimi minlərlə namuslu qadınların 
ismətinin ayaqlar altına düşməsinə səbəb zəmanədir. 
Şahmərdan isə həmişəki kimi, Comərdə böyük bir yoldaş, bir əməldaş kimi 
hörmət edirdi. Ailə incikliyi onların ideya və məqsədləri arasında uçurum yarada 
bilməmişdi. Çünki onların möhkəm dostluğu, səmimi yoldaşlığı bir yerli ya qohum 
olduqlarından deyil, böyük arzular, məqsədlər və mübarizələr əsasında yaranmışdı. 
…Onlar Azərbaycan sərhədinə çatmışdılar. Kiçik bir enişdən aşağı 
sallananda, qarşıda kola bənzər bir şey gördülər. Lakin, ona heç bir əhəmiyyət 


 
131
vermədən yollarına davam etdilər. Kol zənn etdikləri qaraltı  tərpəndi. Comərdgil 
onun yeridiyini gördülər. 
Qiyas: 
- Comərd qağa, ora bax, düz bizə  tərəf gəlir… - dedi. – Dayanaq, bəlkə 
daşnaklar Xınzirəkdə olduğumuzu biliblər, qabağımızı kəsmək üçün irəliyə adam 
göndəriblər… 
- Ola bilər! – deyə Comərd dayandı. 
Şahmərdanla Qiyas da ayaq saxladı. Naməlum adam tez özünü yolun 
üstündəki ağacların dalına verdi. 
-  Əşi, bəri gəlin gedək, hər kimdir, bizə  nə var! – deyə  Şahmərdan 
addımladı. 
- Dayan bir! – deyə Comərd onun qolundan yapışdı. – O kimdirsə, şübhəli 
adamdır… Düz adam yoldan çıxmaz. 
- İndi ki, belədir, mən bu saat onu tutacağam! – deyə Şahmərdan tapançanı 
pencəyinin qoltuq cibindən çıxartdı, adama tərəf getmək istəyəndə, Comərd onu 
qoymadı. 
- Hara gedirsən? Yoldan kənara çıxmaq lazımdır. Dalımca gəlin! 
Onlar yoldan çıxıb, ağacların arasıyla bir qədər geriyə qayıtdılar, sonra yerə 
oturub, gözlərini naməlum adamın gizləndiyi yerə zillədilər. Xeyli gözlədilər, lakin 
hər yer qaranlıq içərisindəydi, kimsə görünmürdü. 
Üç yoldaş, o tək adamın başqa tərəfdən çıxıb getdiyini zənn edərək yola 
çıxanda, onu qarşılarında gördülər. 
Şahmərdan qaranlıqda üzünü seçə bilmədiyi adamdan ermənicə soruşdu: 
- A kişi, kimsən? Hara gedirsən? 
Ölü kimi hərəkətsiz dayanmış adam ermənicə bilmədiyindənmi, ya nədənsə 
cavab vermədi. Lakin birdən sanki cana gəlib, iti hərəkətlə əlini belinə atdı. 
Onun məqsədini başa düşmüş Qiyas tez onun biləyindən yapışıb: 
- Əlini belinə atma! – dedi və onun qollarını arxada çarpazlayıb saxladı. 
Şahmərdan yenə ermənicə soruşdu: 
- Adın nədir? Hansı kənddənsən? 
Tək adamdan cavab çıxmadı. 
Şahmərdan tapançasını onun sinəsinə dayayıb soruşdu: 
- Ərə, hayes, turkes?
1
 
O, bu dəfə də dillənmədi. 
Comərd həmin adamın özünü karlığa, lallığa vurduğunu başa düşdü. Onun 
«kar» qulağını, «lal» dilini açmaq üçün qəsdən dedi: 
- Bu heç düz-əməlli adama oxşamır. Çəkin dərəyə! Beyninə bir güllə vurun. 
Qorxu «lalın» dilini o saat açdı:  
- Bıy, sizi pir olasınız! Mən ki, öz müsəlmanlarıma rast gəlmişəm! Vallah, 
elə bildim ki, ermənisiniz, özü də daşnaksınız. Yəni, erməninin lap pisindən… 
- Kimsən, a kişi? Adın nədir? – Şahmərdan tapançanın lüləsini onun 
sinəsindən geri çəkdi. 
- Hardan gəlib, hara gedirsən? 
                                                 
1
 Ə, ermənisən, müsəlmansan? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə