Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   46   47   48   49   50   51   52   53   ...   111

 
128
Hayk Araksini qabaqlayıb tutmaq üçün yan tərəfdən qaçdı. 
Surenin ayağı daşa ilişib yıxıldı, tez qalxıb, yenə qaçmağa başladı. Oğlundan 
xeyli uzaqlaşan ananın qabağını Daşkəsən qayalıqları kəsmişdi. Daha irəli getmək 
mümkün olmadığını  dərk edirmiş kimi, Araksi dayandı. Birdən qəhqəhə  çəkdi, 
dağlarda-daşlarda əks edən bu gülüş gecənin bağrını yaran fəryadı andırdı. Bir an 
sonra isə nəğmə səsi eşidildi: 
 
    Saraldı gülüm,  
    Uçdu 
bülbülüm, 
 
 
 
 
Mən niyə qaldım? 
    Hardasan, 
ölüm?! 
 
Suren arxadan, Hayk isə yan tərəfdən Araksiyə çatmağa az qalmışdı. 
Araksi, hündür qaya başında qanadlarını açıb uçmağa hazırlaşan bir qartal 
kimi, qollarını havada gərərək, yellədə-yellədə qaçdı… 
Surenlə Hayk sıldırım qayanın kənarına çatanda, Araksi artıq uçurumun 
dibində idi. 
 
 
Doqquzuncu fəsil 
 
Aylar, günlər çayın mütəmadi axan dalğaları kimi, bir-birini qovub gedirdi. 
Bütün canlı və cansız varlığı isidən güllü-çiçəkli yay, indi öz yerini sərin və 
solğun payıza vermişdi. Dağlar sakit və  məhzun bir görkəm almışdı. Obalar 
köçdükdən sonra yaylaqlar, yurdlar boş qalmış, çəmənlər qurumuş, zəmilərdə 
küləşdən başqa heç nə qalmamışdı… 
Lakin payızın da özünəməxsus lətafəti, gözəlliyi var. Hər hansı bir gözəl 
varlığı görüb dərk etmək, heç də ondan istifadə eləmək demək deyildir. Elə 
adamlar var ki, füsunkar dağların, yaylaqların, geniş  çəmənlərin, barlı bağların 
təbii gözəlliyini hiss etmirlər, lakin ondan istifadə edirlər. Elə adamlar da var ki, bu 
gözəllikləri dərindən-dərinə duyur, lakin istifadə eləməyə imkanları olmur. 
Zəngəzurda fəsillərin yaratdığı rəngarəng gözəlliyə yalnız kənardan tamaşa 
edənlər çoxdu. Onlar nə yaylaq üzü görür, nə tarlalardan məhsul götürür, nə  də 
bağlardan meyvə dərirdilər… 
Bayaqdan bəri Haykgildə söhbət edənlər elə bu haqda – ölkənin təbii 
sərvətlərinə yoxsul, ac kəndlinin necə sahib olacağı, onlardan necə istifadə edəcəyi 
haqda danışırdılar. 
Söz sözü gətirirdi. 
Bir neçə müddət ayrılıqdan sonra Comərdin,  Şahmərdanın, Vahanın, 
Surenin, Qiyasın, Haykın yenidən görüşməsi nə qədər fərəhli bir haldı… 
Bakı partiya komitəsinin göstərişi ilə Həkəri-Bərgüşada inqilabi işdə işləmək 
üçün gəlmiş Comərd,  Şahmərdan və Qiyas öz erməni dostlarını, kommunist 
yoldaşlarını tapmışdılar. Yenə hamısı bir cəbhədə, bir məqsəd uğrunda mübarizə 
etməli idilər. İndi onlar əvvəlkindən də yaxın olmalı, müsəlman və erməni kəndləri 
arasında sıx əlaqə yaratmalı idilər. 


 
129
Comərdlə  Şahmərdan Bakıdakı  vəziyyətdən, fəhlələrin müsavat hökuməti 
əleyhinə çıxışlarından, Qızıl Ordu hissələrinin sürətlə irəliləməsindən, Həştərxanı 
və başqa yerləri ağ ordulardan, xarici müdaxiləçilərdən azad etmələrindən 
danışdılar. 
Vahan İravan səfərindən danışmağa başladı: 
- Mən İravandan bu gün səhər gəlmişəm. Yaxşı oldu ki, Comərd, Şahmərdan 
və Qiyas da bu gün burdadır… Bəli, mən yenə İravana həbs edilmiş yoldaşlarımızı 
– Sergeyi, Qurgeni və Mqonu azad etdirmək üçün getmişdim. Əfsus ki, bu dəfə də 
məqsədimə çatmadım. Onlardan heç bir xəbər tuta bilmədim. 
- Bəs Saakdan necə? 
- Onu çoxdan buraxıblar. İndi Şəkidə kəndxudadır, daşnaklara qulluq edir, - 
deyə Vahan Comərdə cavab verdi, - əlbəttə qorxaqlar, xainlər sıralarımızdan tez 
çıxsalar yaxşıdır. Ancaq mənim  İravana gedib ordakı kommunist yoldaşlarla 
görüşməyim yerinə düşdü. RK(b)F Zaqafqaziya ölkə komitəsinin təşəbbüsü və 
rəhbərliyi ilə  İravanda çağırılmış müşavirədə  iştirak elədim. Müşavirədə 
Ermənistan kommunist təşkilatlarının məsul işçiləri, nümayəndələri iştirak edirdi. 
Müşavirə bir neçə  məsələ  həll elədi. Eyni zamanda, rəhbərlikedici mərkəz – 
RK(b)F Ermənistan komitəsini seçdi. Bundan sonra, şərait və vəziyyət yol versə, 
Ermənistan komitəsi ilə əlaqəmiz sıx olacaqdır. Biz sıralarımızı inqilab işinə sadiq 
olan yoldaşların hesabına artırmalıyıq. Kəndlilər arasında  Şura hakimiyyəti 
uğrunda gedən mübarizəni daha da qızışdırmalıyıq. Erməni və müsəlman  əhalisi 
arasında beynəlmiləlçilik hissini daha da yaymalıyıq. Daşnak və müsavat 
quruluşuna qarşı əməli fəaliyyətlə çıxmalıyıq. İndi vaxt belə tələb eləyir. 
- Doğrudur! Doğrudur! – deyə Comərd təsdiq etdi. 
Vahan davam elədi: 
- Yoldaşlar, təkcə Zəngəzurda deyil, Ermənistanın başqa yerlərində də tez-
tez kəndli iğtişaşları baş verir. Kəndlilər daşnakların torpaq siyasətinin  əleyhinə 
çıxırlar. Bundan əlavə, zəhmətkeşlər Ermənistanda ağalıq edən amerikanlara, 
ingilislərə qarşı da çıxış edirlər. Mən öyrənmişəm ki, amerikanların  İravanda, 
Aleksandropolda açdıqları və rəhbərlik etdikləri emalatxanaların fəhlələri tətil elan 
etmişlər. Onların sözləri bu olmuşdur: «Ölkəmizdə  ağalıq edən amerikanlar, 
ingilislər, tezliklə rədd olub gedin!» 
Oktyabrda Aleksandropol çapçılarının, dekabrda İravanın poçt-teleqraf 
işçilərinin böyük tətili olmuşdu. 
Biz də burada əl-ələ verib kəndlilərin mübarizəsini təşkil etməliyik və 
şüarlarımızdan da biri bu olmalıdır: «Rədd olsun ölkəmizə soxulmuş qəsbkarlar!» 
Hamı bir ağızdan dedi: 
- Doğrudur! Doğrudur! 
- Ancaq vaxtı  gələndə düşmənlə döş-döşə durub ona zərbə endirmək üçün 
bizə silah lazımdır, - deyə Vahan sözünə davam etdi. – Bir-ikimizdə olan tapança 
ilə bir iş görmək olmaz. Tüfəng, patron almaq üçün də vəsaitimiz yoxdur. Olsa da, 
nə daşnaklardan silah ala bilərik, nə onların ağaları ingilis-amerikanlardan. Bəs 
onda biz nə etməliyik? – Vahan fikrə getdi. 
Yoldaşlarının hamısından yaşca kiçik və şux olan Hayk dedi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə