Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   42   43   44   45   46   47   48   49   ...   111

 
117
Gün xeyli qalxdı. 
Şuşanik yuxudan duran oğlunu geyindirdi. Əlini-üzünü yuyub yedirtdi. 
«Dovşanı» ona verib: 
- Otur babanın yanında! – deyə  uşağı palazın üstdə oturtdu, özü həyətə  iş 
görməyə getdi. 
Sifəti ağ, gözləri qonur, hər yanağında sanki bir qızılgül qönçəsi açılmış, 
totuq uşaq Vahanın dizinin üstə  çıxdı. Onu ilk dəfə görürmüş kimi, çallamış 
bığlarına, yekə burnuna, çeşməyinə  təəccüb və diqqətlə baxdı. Birdən Vahanın 
qulağından tutub çəkdi və bir neçə dəfə «Ba-ba! Ba-ba!» dedi. 
Ağız dolusu «baba!» deyən uşağın qonur, iri və oynaq gözləri Vahana öz 
oğlunu xatırlatdı. O, bir neçə dəqiqə fikrə getdi. Qəlbinin telləri elə bil dil açıb ona 
söylədi: «Sən nəvə sahibi ola bilmədin, Vahan. Təkcə oğlunun başına pərvanə kimi 
dolandın. O ağlayanda sən də az qaldın ağlayasan, o güləndə  sən də güldün, elə 
bildin ki, dünya o körpənin gülüşlərindən yaranıb… O böyüdükcə, sənin arzuların 
da böyüdü. Oğlunu oxudub savadlı bir adam eləmək istədin. Ancaq kəndinizdə 
məktəb olmadığı üçün arzun baş tutmadı… Ehtiyac səni Bakıya gedib çörək pulu 
qazanmağa məcbur elədi.  İllər keçdi, nəhayət ailəni öz yanına gətirdin. Oğlunun 
məktəb vaxtı keçmişdi. O, sənin sənətindən başqa, heç bir sənətə getmədi. On 
səkkiz yaşında ikən fəhləliyə girdi. Nobelin mədənində dartayçı oldu. Sən buna da 
sevindin ki, oğlum əli iş tutan, çörək qazanan olub. Onu evləndirmək, oğullu-qızlı 
eləmək fikrinə düşdün. Lakin arzun burda da daşa dəydi. Bir gün işlədiyi zaman 
jalonka başına düşdü… Sənin belin sındı, ocağın söndü… Sonra daha övlad üzü 
görmədin…». 
Şuşanik içəri girdi. 
- Həkim Arakel bura gəlir, - dedi və Vahandan bir söz gözləyirmiş kimi 
onun qabağında dayandı. 
Vahan fikirdən ayrılıb: 
- Hə, Arakel? – dedi. – Gəlsin, nə olar… 
Şuşanik uşağı Vahanın yanından götürüb qucağına aldı  və bayıra çıxaraq 
Arakeli içəri dəvət elədi. 
- Barev! 
Vahan onun salamını alıb yerindən qalxdı. Əl tutuşub oturdular. 
Arakel dedi: 
- Dünən yolda Surenlə Haykı gördüm. Onlar sənin Xınzirəkdə olduğunu 
mənə dedilər. Mən də bu kəndə  xəstə üstünə  gəlirdim. Gecəni xəstənin yanında 
qaldım. İndi gəldim ki, görüşək, bir az da söhbət eləyək… 
- Çox sağ ol. Xəstələnən kimdir? Dərdi nədir? 
- Arşak adlı bir kəndlidir. Xəstəliyi vərəmdir. Özü də ikitərəfli… Bəli, 
vərəm… Halı yaxşı deyil. – Arakel dərindən köksünü ötürüb sözünə davam elədi: - 
İnsanlar vaxtsız ölürlər, çox vaxtsız… Arşakın cəmisi iyirmi beş yaşı var. Bəli, 
cavan bir oğlan… 
-  İndi ki, belə  təəssüflənirsən, çalış sağalsın… Həkim elə insanı sağaltmaq 
üçündür, ondan başqa şey tələb olunmur… 
- Eh, bilirsənmi, Vahan, - deyə Arakel yenə köksünü ötürdü. – İnsanlar pis 
yaşayırlar, mədəniyyətdən uzaqdırlar. Xəstəliklər də  əsasən qeyri-normal 


 
118
yaşayışdan, ac-susuz qalmaqdan əmələ  gəlir. Həkim nə edə bilər? Axı  hər  şey 
müalicədən asılı deyil. Gərək dolanışıq yaxşı olsun. Əgər Arşakın və onun 
kimilərinin yağı, balı, südü, yumurtası, nə bilim, cana faydalı yeməkləri olsa, 
qüvvətə  gəlib ayağa dura bilər. Beləliklə, insan ömrü vaxtından  əvvəl zədələnib 
ölümə  təslim olmaz. Demək, camaat, millət məhv olmaz, çox yaşayar və xeyirli 
işlər görər. 
Vahan bərkdən gülərək dedi: 
-  Əlbəttə, məhv olmaz. Millətin  İravanda Xatisov, Zəngəzurda Karo 
Hamparsumyan kimi sahibləri var! Heç onlar qoyarlarmı ki, Arşak kimilər yağsız, 
balsız, ətsiz qalsın!.. 
- Çox haqlı istehza edirsən, Vahan. 
- Məncə, Milli Şura ki, sən də onun üzvüsən, gərək Arşak kimilərinin 
haqqında bir tədbir görsün… Elə deyilmi? 
- Mənim Milli Şuranın üzvü olduğumu hardan bilirsən? Biz ki, neçə aydır 
görüşmürük… 
- Yer qulaqlı olar… Hər kəsin işi, fəaliyyəti göz qabağındadır… Sizin 
daşnak hökuməti əhali arasında çox böyük «hörmət» qazanıb… 
Arakel bir az fikrə getdi, sonra gülə-gülə dedi: 
- Bəs, nə yaxşı məndən qorxmayıb, belə sözlər danışırsan? 
- Mən daha qorxudan çıxmışam. Amma terrorunuzdan, mauzerinizdən 
qorxanlar da var… Tək bir işiniz yaxşıdır ki, daşnak hakimiyyəti qurulandan siz 
hamını, necə deyərlər, süd gölündə üzdürürsünüz… 
- Mən səni heç vaxt belə istehza ilə danışan görməmişəm. Yoxsa, məni də 
daşnak hesab edirsən?.. 
Vahan: 
- Milli Şura üzvü başqa cür də ola bilməz, - dedi. – Mən indiyədək səni 
insanpərvər bir həkim kimi tanımışam. Amma indi… Nə isə, adam var ki, öz 
fikrini çox tez dəyişir, qəlbini, vicdanını gücə, hakimiyyətə tez təslim edir… 
- Bu sözləri mənə deyirsənsə, səhv edirsən, Vahan. Milli Şura mənim 
vicdanımı  ləkələyə bilməz. Mən bir çoxlarının  əsl simasını öyrənmişəm. Mən 
bəzilərinin hücumuna məruz qalmışam. Nə üçün məruz qalmışam? Açıq deyirəm: 
sizin xətti-hərəkətinizi, xalqın tələbini müdafiə elədiyim üçün… 
- Bizim xətti-hərəkətimizi? – Vahan ona təəccüblə baxdı. – Bəlkə 
kommunist olmusan? 
- Xeyr, kommunist də deyiləm. Lakin, siz kommunistlərin ideyası, mənim 
qəlbimə, təbiətimə daha uyğundur. 
- Bu sözləri əvvəllər səndən eşitməmişəm. 
- Mən də  sənin bu cür şübhəli baxışlarını görməmişdim. Mənim  əlimdən 
satqınlıq gəlməz.  Əgər mən o əqidənin sahibi olsa idim, siz bolşevikləri çoxdan 
güdaza verərdim. Özünüzə məlumdur ki, sizin yeriniz, fəaliyyətiniz mənə bəllidir. 
Bu gün səninlə açıq danışmaq istəyirəm. Bəli, Vahan, bura gəlməkdə də məqsədim 
budur. 
Vahan: 
- Çox yaxşı, - dedi. – Mən sənə qulaq asmağa hazıram. Ürəyində nə varsa 
de. 


 
119
Arakel öz tərcümeyi-halını, Milli Şuradakı çıxışını söylədi. Axırda dedi: 
- Mən daşnaklarla  əlaqəni birdəfəlik kəsmək istəyirəm. Fikrim, ərizə verib 
Milli  Şuradan çıxmaqdır. Doğrudur, bu mənə baha tamam olacaq. Lakin vicdan 
təmizliyi hər şeydən şərəflidir. 
Vahan onu axıra kimi dinləyib, sual verdi: 
- Nə üçün bu barədə mənimlə məsləhətləşirsən? 
- Çünki sən azadlıq və xalq səadəti üçün mübarizə edən bir firqənin 
nümayəndəsisən. Bilirəm ki, sənin və yoldaşlarının əməyi hədər getməyəcək. Sizin 
sözünüzü dinləyən yoxsul kütlə  hələ qüvvə toplayır, o bir gün ayağa qalxacaq, 
indiki quruluşu təməlindən sarsıdacaq. Mən onu da bilirəm ki, siz Romanov taxt-
tacını uçuran böyük bir qüvvəyə arxalanırsınız. 
Arakel sözlərini qurtarıb, Vahandan cavab gözlədi. Lakin Vahan fikirləşirdi: 
«Həkimə bu sözləri dedirdən öz qəlbi, öz arzularıdır, yoxsa, daşnakların xəfiyyə 
orqanları?» 
Arakel isə öz ürəyində düşünürdü: «Vahan indi mənə deyəcək, gəl bizim 
sıramıza. Bizim əsl adamımız sənsən». 
Bir neçə dəqiqə davam edən sükutu Arakel pozdu: 
- Mənə nə məsləhət görürsən, Vahan? 
- Nə barədə? 
- Milli Şuradan çıxmaq barədə. 
Vahan gülümsədi: 
- Nə deyim… Savadlı, dünyanın işlərini başa düşən adamsan. Fikirləş, 
qəlbin, vicdanın səni hansı yola çəkirsə, o yolla da get. 
Vahanın ona hələ  də ürək qızdırmadığını hiss edən Arakel, daha söhbəti 
uzatmadan xudahafizləşib getdi. 
Onun arxasınca həyətə  çıxan Vahan təmiz havada köks dolusu nəfəs aldı. 
Gözünü çox uzaqda görünən üfüqə dikib ürəyində dedi: «Doğrudanmı Arakel 
inqilab işinə kömək eləmək istəyir?!» 
 
Axşamdan xeyli keçmişdi. 
Surenlə Hayk gah adam boyu qalxmış  zəmilərin içi ilə, gah kəklik otlu, 
qiyaxlı təpələr, döşlər, yastanlarla, gah da düzənliklərlə gedirdilər. 
Onlar Qızılcığın altından sallanıb, Qarakilsənin qırağına çatdılar. Yollarını 
uzaq salmamaq üçün kəndin içindən deyil, başının üstündən keçdilər. Qarakilsə ilə 
Şəkinin arasındakı yola düşdülər. 
Sakit, ruhu oxşar bir yay gecəsində, sarımtraq ay işığında çınqıllı, qumlu 
yolda gedən iki yoldaşın kölgəsi sol tərəfdən, özlərinin tuşunda qoşalaşmışdı. 
Suren bu yollara, bu köyşənlərə yaxşı  bələd idi, elə bil hər  şeyi öz əli ilə 
qoymuşdu. O, yol uzunu Hayka hər yeri nişan verir, adını deyir, gözəlliyini 
tərifləyirdi. 
Qaraqayanın yanına çatanda Suren: 
- Bir ayaq saxla, nəfəsimizi dərək! – dedi və Haykı yolun alt tərəfində 
çəmənlərin arası ilə axan çayın kənarına apardı. 
Əvvəlcə  əl-üzlərini yudular, sudan ovuclayıb içdilər, sonra, zanbaq təkin 
yamyaşıl, hər çiçəyindən bir ətir gələn çəməndə uzanıb dirsəkləndilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə