Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   50   51   52   53   54   55   56   57   ...   111

 
138
- Ay Levon, axı bizi qınayarlar. Deyərlər ki, niyə qoluzorbalıq eləmisiniz? 
- Avam olma. Bizi qınayan, qoy sənin, mənim uşağıma çörək versin. 
Qoluzorba olsaydıq, dilənçidən də pis kökə düşməzdik. Bu gün Manuçar ağanın 
yerini əkməyə çıxan tək sənlə mən deyiləm ki, sözünün üstündə möhkəm dayan! 
Öldü var, bu torpaqdan əl çəkdi yoxdur. 
Yenidən ürəklənən Makiç boyunduruğa minib öküzləri sürdü. 
…Təqribən saat yarımdan sonra sağ  tərəfdən iki atlı göründü. Onlar atları 
dördəm çapırdılar. 
Bir gözü kənarda olan Makiç öküzləri saxlayıb dedi: 
- Levon, Levon, ora bax! 
- Nə var, ərə? 
-  İki atlı düz bizə sarı  gəlir. Sən ölməyəsən, birini zalım oğlu Manuçara 
oxşadıram. 
- Ərə, işini gör! Manuçar olmasın, kim olur olsun, gələr – cavabını alar. 
Atlılar tarlaya çatdılar. 
- Görürsən, Manuçar ağa, yalan demirəm ki?! Nə qədər elədim, yerdən çıxıb 
getmədilər. 
Manuçar Sarumov qoca cütçüsünə cavab verməyib, atını öküzlərin qabağına 
sürdü. Öküzlər  şumdan qırağa buruldu. Makiç boyunduruqdan düşüb Levonun 
yanına gəldi. 
Sağ  əli ilə atın cilovunu tutub, sol əlini belinə vuran, qara papaqlı, qara 
çuxalı, yoğun bığlı Manuçar özünü yəhərdə heykəl kimi şax tutub dedi: 
- Ərə, Levon, Makiç, bu nə işdir? Nə eləyirsiniz? 
Levon istehza ilə gülümsünüb dedi: 
- Biz burda fındıq sındırırıq, Manuçar ağa! Bir azdan da sonra qoz 
qıracağıq… 
Manuçar dedi: 
-  Ərə, mən, ağsaqqal adamı  ələ salırsan? Mən sizin tayınız-tuşunuzam? 
Utanmırsınız? 
Qoca cütçü: 
-  Ədəbsiz adam elə  həmişə  ədəbsiz danışar, - dedi. – Qanacaqsızdan, çulu 
cırıqdan nə gözləyirsən… 
-  Ərə, atanız, babanız mənimlə yer şərikidir? Bu nə  həyasızlıqdır? Mənim 
yerimi əkməyə kim sizə ixtiyar verib? 
- Heç kim. Özümüz əkirik. Sənin yerin çoxdur. Amma biz bir tikə torpağa 
həsrətik. Külfətimiz acından qırılır. 
- Cəhənnəmə-gora qırılsın. Mən torpaq paylayıram?!  Əlim-ayağım 
dəyməmiş, çıxış gedin! – deyə Manuçar bəy hirsləndi. 
- Özün getsən sənin üçün yaxşı olar. Biz bu yeri əkəcəyik də, taxılını 
biçəcəyik də… Gözümüz baxa-baxa balalarımızı acından qıra bilmərik. 
Makiç Levonun sözünə qüvvət verdi: 
- Mənim qardaşım evdə ac, naxoş yatır. Allahın horrasını da bişirib onun 
boğazına tökməyə evdə bir ovuc un yoxdur. Amma sən Manuçar ağa süd gölündə 
üzürsən. Yanına gəlib səndən təvəqqə elədik, yalvardıq, bizə əl tutmadın… İndi nə 


 
139
deyirsən? Nə hörmətdən, ağsaqqallıqdan danışırsan. Deyirsən ki, bizim kür-
külfətimiz qırılsın batsın? 
Qoca cütçü Makiçə barmağını silkdi: 
- Dilini çox uzatma ha! Ədəb, mərifət gözlə, biqanacaq! Hələ dili də var, 
kişinin qabağında danışır. Ərə, zorba-zorluq əyyamıdır? 
Levon dedi: 
- Ay cütçü baba, sən niyə quyruğu yanmış tula kimi özünü ortalığa atırsan? 
Manuçar ağanın qapısında yallanırsan, onun üçünmü? Gedin! İkiniz də burdan sağ-
salamat çıxın gedin! 
Atın üstündə quruyub qalmış Manuçar kəndlilərin qəzəbindən, bəlkə də onu 
öldürəcəklərindən qorxaraq, yerə düşmədi. Arxayın idi ki, Karonun üstünə 
göndərdiyi adam indi Gorusa çatıb. Necə olsa, bir-iki saata kimi hökumət adamları 
gəlib çıxacaqlar və bu iki üsyankar kəndlini öz cəzalarına çatdıracaqlar. 
-  Ərə, kişini at belində saxlamayın, eyibdir, - deyə qoca cütçü dilləndi. – 
Allaha baxın, çıxın gedin! 
Manuçar atını Levona yaxın sürdü və mülayim bir səslə dedi: 
- Mən ağsaqqal kişini bu cütçülərin yanında biabır elədiniz, eybi yoxdur. 
Gedib kənddə də biabır eləyəcəksiniz, ona da dözərəm. Öküzlərimi, kotanımı geri 
qaytarmısınız, bu da qəbulum… Amma gəlin elə  iş görək ki, nə  şiş yansın, nə 
kabab. Bu yer ki, indi zorla əlimdən almaq fikrinə düşmüsünüz, babamdan atama
atamdan da mənə qalıb. Yerlərimin içində çox məhsul verəni budur. Qərəz, sonra 
kimə qalacaq, bilmirəm. Mənim oğlum, uşağım yoxdur… 
- Elə sonsuz, övladsız adam həmişə acgöz olur, - deyə Makiç dilləndi. 
- Sözümü kəsmə, Makiç. Uşağı mənə Allah verməyib, hə, onu deyirəm ki, 
bu yerdən əl götürün. Kəndin aşağısındakı yerimi öz xoşumla sizə verirəm. Düzü, 
indi fikirləşdim ki, sizin arvad-uşağınızı ac qoymaq insafsızlıqdır. Razısınızmı? 
Onun hiyləsini tez başa düşən Levon Makiçə baxıb dedi: 
- Bir loxma çörəyini dilənçiyə də qıymayan adamdan belə səxavəti gözləmək 
olmaz. Biz başqa yerə gedib bir də şum eləyən deyilik… 
Manuçar daha özünü saxlaya bilməyib, səsini ucaltdı: 
- Niyə, mənim sözümə inanmırsınız? Mən sizə yaxşılıq eləmək istəyirəm. 
Səpmək üçün sizə toxum da verərəm. Yaxşı demirəm? 
Levon: 
- Yaxşılığını gördük… - dedi. – Manuçar ağa, çıx get. Bu yeri yox hesab elə. 
Manuçarı qəzəb boğurdu. O, qışqıra-qışqıra dedi: 
- Siz kasıblar ki, varsınız, hörmət, duz-çörək bilən deyilsiniz. Mənim belə 
yumşaq danışmağıma baxırsınız? Mən sizin komanızı dağıtdıraram, köpək 
oğlanları! Siz haranın tulasısınız ki, mənim kimi bir hökumət üzvünün üzünə 
qayıdırsınız! Torpağıma sahib olmaq istəyirsiniz!  İt uşaqları, sizi öyrədən var. 
Hökumət onları da tapar! 
Levon bu söyüşlərə, hədə-qorxulara  əhəmiyyət vermədən, üzünü Makiçə 
tutdu: 
- Yeri min boyunduruğa, öküzləri sür, işimizi görək! Gün keçir… 


 
140
Makiç boyunduruğa qalxdı. Sol əli ilə cütün dəstəsindən yapışmış Levon sağ 
əlindəki uzun çubuğu havada tovladı, «ha, qoçaqlarım, ha! Çəkin, güc sizdədir
bərəkət yerdə!» deyə öküzlərin hərəsinə bir çubuq çəkdi. 
Xeyli dincəlib, təzədən qüvvətə gəlmiş öküzlər cütü çəkməyə güc verdilər. 
Gavahan yerə işlədi. Qara torpaq onun açdığı mərzin altına, üstünə lay-lay töküldü. 
Ucu xəncər təkin iti gavahan sanki yerin sinəsini deyil, Manuçarın sinəsini yarır, 
ürəyini parçalayırdı… 
Levonla Makiç bayaq durub danışdıqları yerdən xeyli aralandı. 
Gözü onların dalınca baxan, fikri isə başqa yerdə olan Manuçar birdən daş 
dəymiş donuz kimi qışqırdı. 
- Yox, belə olmaz.  Bu gün torpağımı  əlimdən alan, sabah evimi-eşiyimi 
qarət elər. Ərə, atı dalımca sür! 
- Ağa, nə eləmək istəyirsən? – deyə qoca cütçü soruşdu. 
- O it balalarını atımın dırnaqları altında kəsək kimi əzmək istəyirəm. 
Onların meyitini şumun içinə sərmək istəyirəm… 
- Ağa,  əli yalınıq… Gorusdan adam gələnə kimi hövsələni bas. Görürəm 
bərk hirslənmisən. Amma, deyərlər, hirsin dövlətə ziyanı var. Var-dövlət 
cəhənnəm, Allah eləməmiş, birdən özünə xata gələr. 
Manuçar ona sərt-sərt baxdı: 
- Yoxsa, qoca, sən də canından qorxursan? 
- Ağa, düzünü deyim ki, sən malından qorxursan, mən canımdan. Mən 
olmasam balalarım acından qırılar. 
- Qorxan gözə çöp düşər, qoca! Dalımca sür! 
Manuçar atı məhmizləmək istərkən, qoca cütçü yola tərəf baxa-baxa sevinclə 
qışqırdı. 
- Ağa, dayan! Ağa, bir ora bax, görürsənmi üç adam gəlir. Yəqin hökumət 
adamlarıdır. 
Manuçar çevrilib baxdı. 
Üç atlı çaparaq gəlirdi… Onların tarlaya çatmasına azacıq qalmış Manuçar: 
- Gorusdandır! Gorusdandır! – deyə fərəhlə qışqırdı. 
Gorusdan Xınzirəyə  qədər, yeddi verst yolu bir nəfəsə çaparaq gəlmiş, 
atlarını və özlərini tər basmış adamları Manuçar tanıdı. Biri Timofey Timofeyeviç 
Karpov, biri Aşot, o biri də Manuçarın Gorusa göndərdiyi cavan kəndli idi. 
- Nə yaxşı  gəldiniz, nə yerində  gəldiniz! – deyə Manuçar onları sevinclə 
qarşıladı. 
Karpov soruşdu: 
- Nə var, nə olub, Manuçar? 
- Odur, bax, o kəndlilər torpağımı zorla əlimdən alıb, gözümün qabağında 
əkirlər. Belə olar də, onları başımıza çıxaranların cəzasını verməyəndə, belə olar! 
Milli  Şuranın iclasında oxunan kağız yadındadırmı? Belə zorakı  işlər onun 
nəticəsidir… 
Erməni dilini mükəmməl bilməsə  də, danışığı başa düşən Karpov 
soyuqqanlılıqla dedi: 
- Səbrli ol, cənab Manuçar, əsəbləşmə. Cənab general-qubernator məni 
göndərdi ki, məsələni öyrənim. Biz bu azğınları cəzasız qoymarıq, buna xatircəm 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə