Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   53   54   55   56   57   58   59   60   ...   111

 
147
Bir qədərdən sonra Karo, Manuçar kəndxuda və onların dalınca da Aşot 
gəldi. Onlar keçib dərs otağının baş tərəfində qoyulmuş stolun arxasında oturdular. 
Balaca boylu, arıq, sarıyanız kəndxuda: 
- Camaat, niyə  əl çalmırsınız? – dedi. – Axı hörmətli general-nahankapet 
zəhmət çəkib, bizim kəndə buyurub! – Onun özü əl çaldı. Ordan, burdan da tək-tək 
çəpik səsi ucaldı. – Camaat, indi general-nahankapet sizinlə danışacaq.  Əlbəttə, 
mərifətlə qulaq asın! – deyə kəndxuda Karoya tərəf çönüb baş əydi. 
Manuçarın evində yeyib-içmiş  və ölüm hadisəsini  ətraflı öyrənmiş Karo 
yerindən qalxıb dedi: 
- Camaat, elə güman edirdim ki, bu kəndə  məni toya, bayrama, xeyir işə 
çağıracaqlar. Amma belə olmadı. Məni buraya gətirən sizin tutduğunuz azğın, 
biabırçı işdir. Düzü, mən sizin kənddən çox incidim… 
Kimsə dilləndi: 
- Kənddən niyə inciyirsən, naçalniki öldürəndən inci. 
Karo birdən hirsləndi: 
- Mən onlardan incimirəm, incimək azdır. Mən Levonla Makiçin evini 
yandıracağam. Arvad-uşaqlarını  kənddən sürgün eləyəcəyəm. Onlar Karpovu 
öldürməklə, hökumətə ağ olublar. Bu açıq üsyandır! Milli Şuranın üzvü möhtərəm 
Manuçar Sarumova dolaşmaq, hökumətə dolaşmaqdır! Mən siz kəndlilərin yerinə 
utanıram, xəcalət çəkirəm. Manuçar ağanın torpağını  əlindən almaq istəyirlər… 
Gülməlidir… Hökumət Manuçar ağa kimilərin dalında dağ  təkin durub. Bundan 
sonra, torpaq adı  çəkənin dilini boynunun ardından çıxardacağam! Başqasının 
yerini zorla əkənin evini tarmar eləyəcəyəm! Başa düşdünüz, a kəndlilər? 
Heç kəs dillənmədi. 
Manuçar dedi: 
- Sağ ol, general-nahankapet, sağ ol! Levonla Makiç qaçıb dağda-daşda 
gizlənməklə canlarını qurtarmayacaqlar. Mən, Manuçar Sarumovda da günah 
çoxdur ki, bir hökumət nümayəndəsi kimi, bunların ipini yığmamışam. Bundan 
sonra görərlər!.. – O, üzünü camaata tutub soruşdu: - İndi deyin görüm, onlara 
öküz, cüt verən kimdir? 
- Nəyinə lazımdır?.. 
Camaatın içindən ucalan bu səsə Manuçar dərhal cavab verdi: 
- Onun da günahı var. Cüt, öküz verib kömək eləməsəydi, onlar bu qələti 
eləməzdilər. 
Karo Manuçarın oturmasına əli ilə işarə edib özü dedi: 
- Camaat, mən burda hirsləndim, acığımdan çox söz dedim. Görürsən, ata da 
öz övladlarını söyür, danlayır… 
Manuçar onun sözünü gülə-gülə kəsərək: 
- Nə olar, nə olar! – dedi. – Elə  sən də  kəndlinin, millətin atasısan. Ay 
camaat, elə deyil? 
Cavab əvəzinə adamların arasına pıqqıldaşma düşdü. Karo dedi: 
- Bəli, kəndlilər, onu demək istəyirəm ki, mənim ürəyim yumşaqdır! Heç bir 
adama cəza vermək istəmirəm. Qərəz, Karpov öldü, daha onu dirildə bilmərik. 
Sizdən hər kim Makiçi, Levonu bir yerdə görsə, desin ki, üzə çıxsınlar. Hökumət 


 
148
onları bağışlayır. Bir adamın da ixtiyarı yoxdur ki, onların evinə, arvad-uşağına 
dəyib dolaşsın. 
Kəndxuda əl çala-çala dedi: 
- Var olsun bizim ədalətli, rəhmli general-nahankapetimiz! 
Karo evdə Manuçara dediyi sözləri kəndxudanın da qulağına pıçıldadı: 
- O üsyankar kəndlilərin harda gizləndiyini öyrənərsən, onları tutmaq üçün 
əlaltdan bizə xəbər verərsən. Elə bu gündən hər ikisinin evinə nəzarətçi qoyarsan, 
görərsən onlara gəlib-gedən kimdir. – Sonra səsini ucaldaraq camaata dedi: - İndi 
gedə bilərsiniz. Mən də tələsirəm. 
Vahan: 
- General-nahankapet, tələsmə, bizim sənə sözümüz, sualımız var, - dedi. – 
Özün çox danışdın, amma kəndlilərin heç birini danışdırıb, dərdini bilmədin. 
Karo Manuçarla kəndxudadan yavaşca soruşdu: 
- Bu kimdir? 
Kəndxuda üzünü qapının ağzında dayanmış Vahana tutub dedi: 
- Ərə, bir yaxın gəl görək kimsən, nə istəyirsən? 
- Mən də bura topladığınız adamların biriyəm. 
- Sən bu kənddən deyilsən, səni görməmişik! – deyə Manuçar yerindən 
dilləndi. 
- Başqa kənddənəm… 
- Onda çıx get! Sənlik burda bir iş yoxdur. 
- General-nahankapetdən sualıma cavab almamış hara gedirəm?! Deyin 
görək bu kəndlilərin vəziyyəti nə vaxt düzələcək?.. Onlar nə zaman torpaq sahibi 
olacaqlar? 
Manuçar Karonun qulağına dedi: 
- Bəlkə, o danışan adamı… 
Karo onun nə demək istədiyini başa düşüb cavab verdi: 
- Hələ heç bir şey lazım deyil. Qoy danışıb özünü bizə nişan versin. Tutmaq 
asandır. Mən belə anlayıram ki, o, bolşevikdir. 
Vahan dedi: 
- Levon və Makiç, kəndlilərin yaxşı tanıdıqları, keçmiş pristav Karpovu 
öldürüblər. General-nahankapet də «zəhmət çəkib» bunun üçün kəndə  gəlib. Nə 
danışdığını da hamınız eşitdiniz. Camaat, ancaq Karo kəndlilərin Karpovu nə 
səbəbə öldürdüklərini demədi. Səbəb olmasa, adam adamı öldürməz. Səbəb isə – 
aclıqdır. Deyərlər ki, ac özünü oda vurar. 
«Doğrudur, doğrudur!» deyə kəndlilər dilləndilər. 
Vahan sözünə davam elədi: 
- Bütün var-yoxları əllərindən çıxmış Makiçə, Levona öz dövlətli kəndliləri 
kömək eləmədi. Hökumət onlara əkməyə yer, səpməyə toxum vermədi… Ay 
camaat, belədir, ya düz demirəm? 
Səslər ucaldı: 
- Düz deyirsən! 
- Hökumət kimə torpaq verdi ki, onlara da versin! 
Manuçar yana-yana dilləndi: 
- Ərə, kişi lap ağıllı danışır, səsinizi kəsin, danışsın! 


 
149
Vahan dedi: 
- Qardaşlar, kəndlərdə biri yeyir, yüzü baxır. Amma gərək belə olmasın. 
Hamı yesin, hamı geysin, hamı yaxşı dolansın. General-nahankapet siz kəndlilərin 
güzəranı ilə maraqlanırmı? Yox! Kəndinizin mülkədarı bir qarış torpağından 
keçirmi? Yox! Kəndli qardaşlar, sizin mərdanəliklə haqqınızı  tələb eləməkdən 
başqa əlacınız nədir? Ailənizi, özünüzü acından qırmaqmı istəyirsiniz?.. 
Yenə səslər ucaldı: 
- Yox, biz ölmək istəmirik! 
- Ərə, bunun ağzını yumun! 
- Kişi yaxşı danışır, eşitmək istəməyən getsin! 
Camaatın gözünün qabağında nüfuzdan salınan Karo fikirləşdi: «Yəqin 
bolşevikdir… Elə Levongili öyrədən də budur. Əldən buraxmaq olmaz…». 
Vahan isə deyirdi: 
- Kəndli qardaşlar! Eşitdinizmi? Burda mənim ağzımı yummaq istəyənlər də 
var, səsimə  səs verənlər də. Birincilər, qarnı toxlar, varlılar, ikincilər, aclar və 
yoxsullardır. Mən üzümü o ac və yoxsullara tutub deyirəm: daşnak hökumətindən 
və onun nümayəndəsi bu Karo Hamparsumyandan heç də  rəhm,  ədalət 
gözləməyin! 
Daha davam gətirə bilməyən Karo ayağa durub qışqırdı: 
- Sus, köpək oğlu! İt oğlu! 
- Camaat, general-nahankapetin söyüşlərini eşitdinizmi? O, adamlarla bu 
dildə danışmağa adət eləyib… 
- Qapını bağlayın! Onu bayıra buraxmayın! – deyə Karo mauzeri 
qoburundan çıxartdı və Aşota başı ilə işarə elədi. O, tüfəngə patron qoydu. 
Adamların arasına qarışıqlıq düşdü. Səs-küy ucaldı. Yerlərdən qışqırışdılar: 
- Nə eləyirsiniz? Məxluqu qırmaqmı istəyirsiniz? 
- Qardaşlar, özünüz gördünüzmü?  Sizi idarə edən ağaların sifəti, rəftarı 
budur! Amma qorxmayın! Daşnaklar hamını  qırıb qurtara bilməzlər. Tapança 
çəkmək onların zəifliyini göstərir. Əsl güc sizdə, sizin birliyinizdədir. Qorxmayın, 
haqqınızı cəsarətlə tələb edin! 
Vahanın ürəyini nişan alan Karonun gülləsi qapının başına dəydi. 
Oturanlar yerlərindən həyəcanla qalxdılar. Vahan tez bayıra çıxdı. 
Karo: 
- Tutun o köpək oğlunu! – deyə qapıya tərəf qaçarkən, bayırda top 
güllələrinin səsi eşidildi. 
Adamlar bir-birini basa-basa tez qapıdan çıxmağa can atdılar. 
Rəngi saralmış Manuçar soruşdu: 
- General-nahankapet, bu nədir? Bu nə top səsidir? 
Karo mauzeri qoburuna salıb: 
- Gəl, Manuçar, - dedi. – Kiçik davanı qurtarmamış, böyük davaya düşdük. 
Yəqin, müsavat qoşunu Zəngəzura hücum eləyib… 
Hamı otaqdan çıxdı. Manuçar, Karo, Aşot, kəndxuda Manuçargilə  tərəf 
getməyə üz qoydular. Yenə hərdənbir top-tüfəng səsi gəlirdi. 
Karo yolda Manuçarla kəndxudaya dedi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə