Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   51   52   53   54   55   56   57   58   ...   111

 
141
ol. Ancaq qoy bir özlərilə danışım, fikirlərini bilim. – Karpov əyilib onun qulağına 
pıçıldadı: - Belə hallar bu son aylar ərzində bir neçə kənddə baş verib. Bu kimin işi 
olduğunu biz bilirik. Amma çifayda, əsl günahkarları tapa bilmirik. 
Beşi də Levonla Makiçə tərəf gedib bir qədər aralıda dayandılar. 
Karpov dedi: 
- Barev, a kəndlilər! 
Levon onun salamını aldı. Makiç Karpovu görəndə canına bir üşütmə düşdü. 
Elədiyinə peşman olmuş kimi, köksünü ötürdü. 
Karpov üzünü yanındakılara tutub: 
- Atdan düşün! – dedi. – Mən bu kəndlilərlə söhbət eləmək istəyirəm. 
Hamısı atdan düşdü. Karpov atın cilovunu Aşota verib özü Levonla Makiçə 
yaxınlaşdı: 
- Məni tanıyırsınızmı? 
- Çoxdan tanıyırıq, - deyə Levon cavab verdi. – Nədən ötrü gəldiyini də 
bilirik. Bizi tutmağa, dama salmağa gəlmisən. 
- Mən də sizi tanımaq istəyirəm. – Karpov onların adını, familiyasını, ailə 
üzvlərinin sayını soruşub cib dəftərinə yazdı. Sonra, hiyləgərcəsinə gülümsəyərək, 
Levondan soruşdu: 
- Siz niyə  kəndinizin ağsaqqalı olan bu Manuçar ağaya hörmət 
qoymursunuz, yerini zorla əkirsiniz? Sizə torpaq lazımdır, gəlin hökumət 
idarələrinə, ərizə verin, dərdinizi deyin. Daha bu nədir?! 
- Hökumət iki ildir ki, bir adama bir qulaq yer verməyib. Bizim it kökündə 
dolanmağımız hökumət adamlarının vecinə deyil. Dövlət də, torpaq da yenə 
ağaların  əlindədir. Onlar da bizi nə  əvvəl adam hesab eləyirdilər, nə  də indi 
eləyirlər… 
- Milli Şuranın üzvü olan bu Manuçar ağanın yerini zorla əkmək sizin 
hardan ağlınıza gəldi? Belə iş tutmağa sizi kim öyrətdi? 
- Aclıq! 
- Aclıq? – Karpov Levonu başdan ayağa süzdü. – Onda gərək bütün aclar 
üsyan eləsinlər, qayda-qanun tanımasınlar, eləmi? 
- Ac adam heç tanrını da tanımaz, nəinki qayda-qanunu! 
- Siz ikiniz də bolşeviksiniz, eləmi? 
Makiç çiyinlərini çəkdi: 
- O nə olan şeydir? Başa düşmədim. 
- Başa düşməzsən də, - deyə Manuçar qıraqdan söz atdı, - çünki yağırını 
basır, sərf eləmir axı! 
- Sən danışma, Manuçar ağa! – deyə Karpov frençinin cibindən bolşeviklərin 
çağırış vərəqəsini çıxartdı. – Savadınız varmı? Oxuya bilirsinizmi? 
- Bizdə savad hardandır… Savad hökumət adamında olar. 
- Yaxşı, onda qulaq asın, mən oxuyuram: «Mülkədar və dövlətlilərin 
torpaqlarını yoxsullar arasında bölmək lazımdır!..» 
Manuçar tez onun sözünü kəsib yerindən partladı: 
- Yox, yox! Elə şey olmaz! – Əyilib Karpovun qulağına pıçıldadı: - Sən nə 
oxuyursan? Az yoldan çıxıblar, sən də bir tərəfdən oğrunun yadına daş salırsan?.. 
Karpov yavaşca cavab verdi: 


 
142
- Məqsəd var. Danışma!.. Qoy öz işimi görüm, - sonra səsini qaldıraraq yenə 
oxudu: - «Daşnak hökuməti torpaqsız kəndlilərə torpaq verməyəcək. Kəndlilər, 
torpaq uğrunda, gözəl yaşayış uğrunda mübarizəyə qalxın!» 
Karpov kağızı cibinə qoyub Levondan soruşdu: 
- Sizin yoldaşlar yaxşı yazıblar, eləmi? Yaxşı sözlərdir, eləmi? 
- Bəli, bizim ürəyimizdəndir. 
- Bu sözləri yazanı tanıyırsınızmı? 
- Yox. 
- Başqa yerlərdə bu sözləri eşitmisinizmi? 
- Hamı danışır. Bunlardan da möhkəm sözlər danışırlar. Camaatın ağzını 
yummaq olmaz. Aclar-yalavaclar çörək, paltar, torpaq istəyirlər. Bu heç kəsdən 
gizlin deyil… 
Karpov güldü. 
- Çox sağ ol! Səndən xoşum gəldi. Bu sözləri yazan mənəm, tanıyın! Yəqin 
ki, siz də bu sözlərin təsiri altında Manuçarın yerini zəbt eləmək fikrinə 
düşmüsünüz, eləmi? 
- Bəs Manuçar kimi təsirinə düşüb? Kənddə qarmalamadığı bir qarış torpaq 
qalmayıb. Yenə gözü doymur. 
- Bəri gəlin, yaxın gəlin, siz ağıllı adama oxşayırsınız! Sizə yaxşı sözlər 
demək istəyirəm. 
Karpovun hiyləsini dərhal başa düşən Levonla Makiç yerlərindən 
tərpənmədilər. 
-  İkiniz də bolşeviksiniz! – deyə Karpov səsini ucaltdı. – İliklərinə kimi 
zəhərlənmiş, qəddar bolşevik! Ancaq bunu boynunuza alsanız, tutduğunuz işdən 
tövbə eləsəniz, sizə cəza verməyəcəyəm. 
- Zəhərli ilana sən oxşayırsan, - deyə Levon bir neçə addım aralandı. Makiç 
də ondan ayrılmadı. 
Manuçar əsəbiləşdi: 
-  Ərə, it uşağı, siz nə  cəsarətin sahibisiniz ki, hökumət adamının üzünə 
qayıdırsınız?.. Bilmirsiniz ki, dərinizi qoyun dərisi kimi boğazınızdan bütöv 
çıxardar?! 
- Daşnak hökumətinin başına daş düşsün ki, Nikolayın qan içən pristavını iş 
başına qoyub! 
Onları öldürmək yox, dustaq eləmək istəyən Karpov əlini  şinelinin altına 
saldı və Levonla Makiçə amiranə dedi: 
- Gəlin düşün qabağıma! 
Onun hərəkətindən fikrini anlayan Levon əyilib yerdən iri bir daş götürdü və 
yavaşdan dedi: 
- Makiç, bu köpək oğlu bizi vurmaq istəyir. Nə durmusan!.. Yoxsa təslim 
olursan? 
- Yox, Levon, təslim olmaram. Yoldaşı dar ayaqda tək qoymaq 
namərdlikdir. Amma deyirsən, qaçaq… 
- Qaçsaq, daldan vurarlar. Hələlik keçək o qayanın dalına, özümüzü daşnan 
qoruyaq. – Hər ikisi dərhal yekə bir qayanın dibinə çəkildi. 
Karpov mauzeri çıxartdı və üzünü onlara tərəf tutub qışqırdı: 


 
143
- Sizə əmr edirəm: daşı yerə atın, gəlin hökumətə təslim olun! 
- Biz təslim olmayacayıq! Bizə torpaq lazımdır. 
Manuçar Karpova: 
- Niyə atmırsan? – deyə qışqırdı. – Güllənə heyfin gəlir? 
- İt balaları, sizə demirəm təslim olun?! – Karpov mauzeri taxta qobura bənd 
elədi. Onun söyüşü, hədəsi, çığır-bağırı köyşəni götürdü. Manuçar qəzəbindən 
titrəməyə başladı. O, yenə Karpovun və Aşotun üstünə çığırdı: 
- Mən Milli Şuranın üzvü Manuçar Sarumov sizə əmr edirəm: atın! 
Karpov qayanın dalından gah boylanan, gah başını geri çəkən Levonu nişan 
aldı… Dalbadal atılan iki güllə dağlarda, dərələrdə guruldadı. Kəndlilərin 
gizləndiyi boz qayadan çarpanaqlar qalxdı. 
- Ərə, biqeyrət, sən niyə atmırsan? – deyə Manuçar Aşota hirsləndi. – Sənin 
kimi qorxağı qulluğa götürənin boynu qırılsın!.. 
Ömründə bir qarışqa belə öldürməmiş  Aşota adam öldürmək çox çətin 
gəlirdi. Ona görə  də yalandan tüfəngi qurdalayırdı. Karpovun «at!», «öldür!» 
deməsindən sonra qayaya tərəf bir neçə güllə atdı. Ancaq güllələr çovuyub lap 
uzaqda toz qopardı. 
- Şüursuzun biri şüursuz, güllə atmağı da bacarmırsan! Tüfəngi bəri ver! – 
Manuçar Aşota yaxınlaşıb tüfəngi ondan aldı və marıxda yatan ovçu kimi, Makiçlə 
Levonun qayanın dibindən çıxmasını gözlədi. 
 Qəzəb Karpovu özündən çıxartmışdı. O da Levonla Makiçin qayanın 
dalından çıxıb qaçmalarını gözləyirdi. Lakin onlar açıqlığa çıxmadılar. Səbri 
tükənmiş  və dişi bağırsağını  kəsən Karpov onların başının üstünü kəsmək üçün 
əyilə-əyilə qayanın yan tərəfinə qaçıb «təslim olun!» deyə  qışqırdı. Levonun 
əlindən çıxan birinci daş onun gicgahına dəyib kənara sıçradı. Karpov o dəqiqə hol 
kimi fırlanıb şappıltı ilə yerə yıxıldı. Bu vəziyyət Levonla Makiçin üstünə cummaq 
istəyən Manuçarın ürəyinə qorxu salıb, qollarını boşaltdı. 
Levonla Makiç fürsətdən istifadə edib, üzlərini dağlara çevirərək, qaçmağa 
başladılar. Manuçar daldan onlara bir neçə güllə atdısa da, heç biri dəymədi… 
Manuçar və  kənara çəkilmiş cütçülər  şumun içində başı  kəsik toyuq kimi 
partlayan Karpovun yanına yüyürdülər. Dili söz tutmayan Karpovun vəziyyəti 
Sarumovu qorxutdu. 
- Ərə, ay biqeyrətlər, niyə durmusunuz, kişi ölür axı!.. 
Adamlar qorxa-qorxa Karpovu yerdən qaldırana kimi, canı ağzından çıxdı. 
Manuçar: 
- Vah, Allah evinizi yıxsın sizin! – dedi, - kişi nahaqca yerə güdaza getdi… 
Qoca kəndli: 
- Nahaq niyə, Manuçar ağa? – dedi. – Sənin torpağının üstündə öldü də… 
Böyük qoçaqlıq göstərdi… 
Aşot Karpovun meyitinə baxıb ürəyində dedi: 
«A zalım oğlu, axırın ki, belə olacaqdı, niyə camaatın qanını içirdin! Bir 
dəfə məni də nahaqca yerə döymüsən…». 
Qarşısındakı meyitdən,  şumun içində laxtalanmış qan gölməçəsindən 
vahiməyə düşmüş Manuçar dedi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə