Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   54   55   56   57   58   59   60   61   ...   111

 
150
-  Əhalini təşviş salmağa, kənddən çıxıb qaçmağa qoymayın. Qaldı o 
bolşevik, göz-qulaq olun, bacarsanız, tutun. Müsavat qoşununun hücumu hələlik 
mənə onu axtarmağa imkan vermir. Kənddəki silah anbarını möhkəm saxlayın… 
…Karo ilə Aşot atlarını minib birbaş Gorusa çapdılar. 
 
Müsavat qoşun hissələri qəflətən Dığ, Xınzirək və Daşkənd tərəfdən hücuma 
keçmişdi. Daşnak sərhədçiləri qabaqda duruş  gətirə bilmədiklərindən, müsavat 
əsgərləri elə o günü bir neçə  kəndi almışdılar.  İlk qələbədən ruhlanan zabitlər 
əsgərləri daha da irəli qovurdular. 
Daşnak qoşun hissələri hər yerdə onlarla üzbəüz dayanmışdı. Atışma 
getdikcə şiddətlənirdi. 
Davanın üçüncü günü böyük qan bahasına müsavat əsgərləri Keçəl dağı 
əllərinə keçirə bildilər. Topları orda qurub, Gorusu və ətraf kəndləri atəşə tutdular. 
Müsavat zabitinin səngərdən çığıra-çığıra dediyi sözləri erməni  əsgərləri 
aydın eşidirdilər: 
-  Ə, ermənilər, tüfəngi qoyun yerə, təslim olun! Siz nəsiniz ki, bizim 
qabağımızda dayanasınız! Zəngəzurun müsəlman kəndlərini dağıtdığınızdan 
dişinizdə  şirə qalmasın. Biz Azərbaycan qoşunuyuq. Dalımızda türklər, ingilislər 
durub. Qüvvəmiz çoxdur, tüfəngimiz, patronumuz çoxdur. Hər erməniyə yüz güllə 
vuracayıq.  İki gündən sonra bütün Zəngəzur bizim əlimizdə olacaq. Qoşunumuz 
Naxçıvan tərəfdən də hücuma keçib. Sizin xəbəriniz yoxdur: Məzrə, Şələk, Bələk, 
Əngələvid kəndləri alınıb. Təslim olun, yoxsa külünüzü göyə sovurarıq!.. 
Təmiz hava, sərin külək qarşıdakı  səngərdən daşnak zabitinin cavabını 
müsavat zabitinə çatdırdı: 
-  Ərə, a dəli musurman, lovğalanma, yava-yava danışma! Siz Zəngəzuru 
necə ala bilərsiniz? Bizim əlimizi pişik yeyib?! Bilmirsən ki, sizə kömək eləyən 
ingilis bizə  də eləyir? Hələ amerikanlar və general Denikin də bizim dalımızda 
durub! Yəqin bilin ki, sizi Əsgərana kimi qovacayıq. Hələ Qarabağı da, Naxçıvanı 
da əlinizdən alacayıq! 
Bir tərəfdən atışma, bir tərəfdən də bir-birinə  hədə-qorxu gələn səngər 
danışıqları xeyli davam elədi. Hər iki tərəfdən ölənlər, yaralananlar vardı. 
Gün batmamış, Gorusa girmək məqsədi ilə müsavat zabiti əsgərləri hücuma 
qaldırdı. 
Yalan vədlərlə aldadılıb, davaya gətirilmiş  əsgərlər səngərlərdən çıxdılar. 
«Ya  Əli!» deyə hay-küylə irəli atıldılar. Lakin səngərdən qalxmayanlar, güllə 
atmayanlar da vardı. 
Erməni səngərlərindən atılan güllələr dolu kimi yağırdı. 
Özünü hamıdan çox qabağa verən uzundraz bir müsavat əsgəri ayaq üstə 
durub, saymazyana güllə atarkən, vurulub yerə  sərildi. Yekə  bığlı zabit «irəli!» 
deyə komanda verdi. Onu da arxadan vurdular. Başqa bir zabit də, bığlı zabiti 
öldürən əsgəri yerə sərdi. 
Erməni əsgərləri səngərlərdən çıxıb, «ura» deyə əks-hücuma keçdilər. Bunu 
görən müsavat əsgərləri geri çönüb qaçmağa üz qoydular. Yerlərindən 
tərpənməmək, geri qaçmamaq üçün zabit nə  qədər  əmr elədi, güllələməklə 


 
151
qorxutdusa da, dayanmadılar. O zaman həm zabit özü, həm də erməni  əsgərləri 
qaçanları daldan atəşə tutdular. 
«Ərə, qırın bu musurmanları!» deyə erməni zabiti qışqırdı  və özünü irəli 
atdı. 
Erməni  əsgərləri ürəklənib, «ura!» deyə-deyə müsavat əsgərlərini qovmağa 
başladılar… 
…Müsavat hökuməti ilə daşnak hökumətinin arasındakı dava çox uzun 
sürmədi. Müsavat qoşununun biabırcasına məğlubiyyəti ilə qurtardı. 
Müsavatçıların torpaq almaq, hər iki xalq arasında milli ədavət toxumu 
səpmək, onları bir-birinin canına salışdırmaq məqsədi ilə başladıqları bu dava çox 
uzanmasa da, böyük zərər verdi. Hər iki tərəfdən ölənlər, yaralananlar oldu. Evlər 
qarət olundu, lakin erməni kəndləri dağılmadı. Əhali öz yurdundan, evindən qaçqın 
düşmədi. 
Müsavat qoşununun məğlub olmasının səbəbləri o idi ki, daşnak qoşununun 
komandanlığı daha cəld hərəkət etmişdi.  Şadlinskinin verdiyi məlumatı  əsas 
tutaraq, müsavat əsgərlərinin arxasına gözlənilməz yerdən  əsgəri hissələr 
çıxarmışdı; eyni gündə Zəngəzura hücum etməli olan Naxçıvan polku yubanmışdı, 
daha doğrusu, Ərikli dağında qara-borana düşmüşdü. Əsgərlərdən donub öləni də 
az olmamışdı. Çox əzab-əziyyətlə  təbii maneələri dəf edən Naxçıvan polku 
Zəngəzur torpağına girmişdi. Zəngəzurun Sisyan hissəsində daşnakların qoşunu 
olmadığından, Naxçıvan polku asanlıqla bir neçə kəndə daxil ola bilmişdi. Lakin 
qələbəni axıra kimi əldə saxlaya bilməmişdi. Mirzə,  Şələk, Bələk,  Əngələvid və 
sairə  kəndlərin adamları Baqratın başçılığı ilə  dəstələr düzəldib qarşıya 
çıxmışdılar. Bir neçə gün sürən davadan sonra, polk komandirini əsir alıb 
öldürmüşdülər. Bunu bilən müsavat əsgərləri arasına pərakəndəlik düşmüş, ölən 
ölmüş, sağ qalanlar qaçıb yenə Əriklini o tərəfə aşmışdılar. 
Müsavat qoşununun məğlub olmasına əsas səbəblərdən biri də bolşeviklərin 
əsgərlər arasında müharibəyə qarşı apardıqları təbliğatı idi. 
Karo sözünə davam edib dedi: 
- Mən heç belə bilməzdim, atan çox qoçaq imiş, Samvel. – Milli Şuranın 
üzvü olmaq ona halal olsun! Əgər o, dəstələr düzəldib, qabağa çıxmasaydı, 
Naxçıvan polku Sisyan kəndlərini tutardı. İş onda çətinləşərdi. Çünki İravana dava 
başlanan günü dalbadal vurduğum teleqramlara cavab aldım ki, indi əlavə qoşun 
göndərmək mümkün deyil: Zəngəzurdakı hərbi qüvvənin və yerli əhalinin köməyi 
ilə özünüzü müdafiə eləyin. Qərəz, belə! Ümumiyyətlə, müsavatçıların sınması, tez 
geri çəkilməsi çox yaxşı oldu. 
Karpovun yerinə təzə təyin olunmuş Samvel məğrur-məğrur gülərək dedi: 
- Mənim atam, sənin qaynatan, dar ayaqda kara gələn adamdır. Bəli, qoy bu 
dava musurmanlara yaxşıca dərs olsun! Burunlarını bir də girə bilmədikləri kola 
soxmasınlar. 
- Elədir, elədir! Daşın yekəsindən yapışanın qarnı cırılar. 
Karo gah özünü, gah daşnak  əsgərlərinin igidliyini tərifləyə-tərifləyə xeyli 
danışdı. Nəhayət,  Şadlinskidən söz salıb onun haqqında Samvelə  bəzi tapşırıqlar 
verdi. Samvel getmək istəyəndə, qoymadı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə